Страницы

04.10.2014

"Şəhəri tərk edərək kəndə gəlin və burada müharibəyə hazırlaşın"

ABŞ-da sabiq prezidentlərdən Nikson administrasiyası dövründə ölkənin Dövlət katibi vəzifəsini icra etmiş Henri Kissincerlə dünyada, xüsusilə də Yaxın Şərq regionunda cərəyan edən hadisələrə dair müsahibə

-Bir çox siyasi müşahidəçilərin proqnozlaşdırdıqları qlobal müharibə ehtimalı barədə və bu zaman ABŞ, Çin və Rusiya münasibətləri haqda nə deyə bilərsiniz?
-Birləşmiş Ştatlar Çin və Rusiyanın dünyada baş verən proseslərə müdaxilə imkanını minimuma endirəcək. Bu ölkələrin tabutuna vurulan sonuncu mismar isə İran olacaq. Təbii ki, bütün bu hərəkətlərdə əsas məqsəd İsrailin regiondakı maraqlarının müdafiəsidir. Biz Çinə öz hərbi potensialını gücləndirməyə imkan verdik. Rusiyaya isə vaxt verdik ki, o, sovetləşmənin təsirlərini aradan qaldırsın. Habelə biz elə bir şərait yaratdıq ki, onlar saxta “üstünlük” hisslərini yaşasınlar.
Ancaq bütün bunlar Rusiya və Çini sürətlə ölümə aparacaq. Biz əla atıcıyıq və buna görə də “yeni atıcılar” kimi silah seçməyə ehtiyac duymuruq. Onlar nə vaxt atəş açmağa cəhd etsələr, biz onlardan əvvəl davranacaq və onları məhv edəcəyik.

-Avropa Birliyinin bu müharibədəki yeri nə olacaq?
-Növbəti müharibə o qədər ciddi olacaq ki, yalnız bir supergüc bu müharibədən qalib çıxa biləcək. Bax, həmin güc məhz biz olacağıq. Avropa Birliyinin öz vahid qurumunu və supergüc qurmaq xüsusunda tələsməsini bununla izah etməliyik. Onlar yaxşı bilirlər ki, həyatda qalmaları üçün köhnə qitəni bir dam altında birləşdirmək lazımdır. Bu təxirəsalınmaz cəhdlərdir. Çünki Avropa ölkələri bizim gücümüzə yaxşı bələddir. Ah, mən bu gözəl anları necə də arzulayıram. Əgər siz sadə vətəndaşsınızsa, şəhəri tərk edərək, kəndə gələ və burada müharibəyə hazırlaşa bilərsiniz. Ancaq həmin vaxt dörd bir tərəfə aclar ordusunun “əsgərləri” səpələnəcəyinə görə gərək əlisilahlı olasınız. Əslində müharibə baş verəcəyi vaxt elit təbəqənin özünün ayrıca sığınacağı yerlər olacaqdır. Müharibə vaxtı onlar da adi vətəndaşlar kimi ehtiyatlı davranmalıdırlar. Axı, onların sığınacaqları da təhlükə altında olacaq.

-Baş verə biləcək müharibədə ABŞ-İsrail münasibətləri yenə də əvvəlki kimi qalacaqmı?
-Biz öz hərbçilərimizə təbii sərvətlərindən dolayı Yaxın Şərqin 7 ölkəsini özümüzünküləşdirməli olduğumuzu bildirmişdik. Onlar da demək olar ki, bu məsələ ilə bağlı öz işlərini yekunlaşdırıblar. Hərbi gücünüz haqda hansı qənaətdə olduğum sizə məlumdur. Ancaq mən deməliyəm ki, onlar bu dəfə əmrləri xüsusi səylə yerinə yetiriblər. Bu yalnız sonuncu mərhələdir. İran həqiqətən də regionda disbalans yaradır. Çin və Rusiya nə qədər Amerikanın onları öldürməsinə tamaşa edəcək? Böyük rus ayısı və Çin əjdahası yuxudan oyandığı vaxt İsrail bütün var qüvvəsi ilə mümkün qədər çox ərəb öldürməyə çalışacaq. Ümid edirəm ki, hər şey yolunda gedərsə, Yaxın Şərqin demək olar ki, yarısı İsrailə məxsus olacaq. Sonuncu onillikdə bizim gəncliyimiz “Call of Duty” və “Warfare 3” kimi kompüter oyunlarının köməyi ilə intellektual baxımdan proqramlaşdırılıblar.

-Proqnozlaşdırılan qlobal müharibədə əsas məqsəd nədir?
-Bizim ABŞ və Qərbin digər ölkələrindəki gənclərimiz artıq hazırdırlar. Çünki onlar yaxşı əsgər və yem olmaq üçün əvvəlcədən proqramlaşdırılmışlar. Onlara küçəyə çıxaraq, dəli çinlilərə və ruslara qarşı mübarizə aparmaları əmri verildikdə onların əksəriyyəti bu əmrə itaət edəcəklər. Biz küldən yeni cəmiyyət quracağıq və orada yalnız bir supergüc hegemon olacaq. Bu güc isə yuxarıda qeyd etdiyim müharibədən qalib çıxan ölkə olacaq. Unutmayın ki, Birləşmiş Ştatlar əla silahlara malikdir və başqa heç bir ölkədə belə silahlardan yoxdur. Vaxtı gəlib çatdıqda biz bütün bu silahları bütün dünyaya nümayiş etdirəcəyik.

Tərcümə etdi: Anar Rüstəmov               http://profliqa.blogspot.com/

Комментариев нет:

Отправить комментарий