Страницы

05.10.2014

Son xəbərlər


Sionistlərə qarşı mübarizə İsrailin yox olmasına qədər davam edəcək

 ƏRƏBİSTANDA VƏHHABİLİYƏ QARŞI ETİRAZ. Vəhhabiliyin ocağı olan Səudiyyə Ərəbistanında da xalqın və ziyalıların bu cərəyana qarşı nifrəti günü-gündən artmağa başlayıb. Bu dəfə səudiyyəli tədqiqatçı alim Həsən Fərhan əl-Maliki Tvitter sosial şəbəkəsindəki səhifəsində vəhhabilik əleyhinə fikirlərini bölüşüb: “Bütün bəlaların və müsibətlərin mənbəyi olan vəhhabiliyi tanımağın vaxtı çatıb. Nə vaxta qədər həqiqəti ört-basdır edəcəyik? Yetər artıq. Cana gəlmişik.
Bu cərəyanı kənara ataraq sülh və əmin-amanlıq içində yaşayaq. Bizim qəlblərimiz pak və saf idi. Sonra vəhhabilik zəhəri təhsil sistemi vasitəsilə bizim cəmiyyətə yeridildi və aramızda düşmənçilik toxumları səpilmiş oldu”.
 Maliki sözlərinin davamında vəhhabiliyin ayağ basdığı hər yerdə fitnə və fəsad törədildiyini vurğulayaraq bildirib ki, “onlar bütün dövlətləri, hakimiyyətləri təkfir edir və Quranın “möhkəm və mütəşabih” ayələrini qarışdırıblar”.
 Maliki sözlərinin sonunda vəhhabi rəhbərliyinə müraciətlə deyib: “Bizi sərbəst buraxın ki, həqiqi İslamı, Quranın təbliğ etdiyi İslamı, İslam əxlaqını, sülhü və insan haqlarını tanıyaq”.
 SURİYADA AZƏRBAYCANLI VƏ QAZAXISTANLI AİLƏLƏRİN QIRĞINI OLUB. Suriyaya “cihada” gedən Azərbaycanlı vəhhabilərin özləri ilə apardıqları ailələri Hələbdə hücuma məruz qalıb Bu haqda məlumatı İraq və Şam İslam Dövləti (İŞİD) vəhhabi təşkilatında döyüşən, indi isə ondan ayrılan Abu İbrahim Muhacir ləqəbli çeçen döyüşçü öz sosial şəbəkə profilində məlumat verib.
 Hadisə 2014-cü il iyunun 17-də Hələbin Al-bab qəsəbəsində İŞİD-lə aralarında narazıçılıq olan digər bir vəhhabi qruplaşması tərəfindən törədilib. Abu İbrahim Mühacir yazır: “Suriyada fəaliyyət göstərən Əl-Qaidə və ASO (Azad Surya Ordusu) ilə yaxın olan “Nuraddin Az-Zinki" briqadası qəflətən Hələbin Al-bab qəsəbəsində yaşayan, Azərbaycandan və Qazaxıstandan olan, İŞİD tərəfdə fəaliyyət göstərən və o ərazidə yaşayan ailələrə hücum ediblər. Hücum gecə vaxtı və təlim adı ilə pərdələndiyi üçün gözlənilməz olub və müqavimət belə göstərmək mümkün olmayıb. Nəticədə aralarında qadın və uşaqlar olmaqla xeyli sayda İŞİD-in tərkibində vuruşan azərbaycanlı və qazaxıstanlı vəhhabilərin ailələri yaralanıb və qətlə yetirilib. Sağ qalan azərbaycanlı və qazax ailələr qırğından qonşu kəndə qaçarkən bir neçəsi əsir düşüb. Yaralı və qətlə yetirilənlər sayı barədə heç bir məlumat belə yoxdur”. 
 NURÇULARIN ÇÖKÜŞÜNÜN İNANILMAZ SONU. Türk höküməti ilə “müharibə” vəziyyətində olan nurçular yeni taktikaya keçib. 17 dekabr “Böyük rüşvət əməliyyatı”ndan sonra hökümətlə açıq qarşıdurmaya keçən Gülən camaatı rəsmi dairələrdəki əsas kadrlarını itirməyə davam edir. Sözügedən olaydan sonra təriqətdən qaçışları gizləmək üçün Fəthullah Gülənin və onun komandasının yeni həmlələrə keçdiyi bildirilir. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Belə ki qəzetin verdiyi məlumata əsasən, nurçular təriqətdəki itkiləri və insanların “Xidmət” hərəkatına olan inamının azalmasını hiss etdirməmək üçün bağlı hücrə sistemindən mərkəzi sistemə keçib. Bağlı hücrə sistemində təriqət yayıldığı hər bölgədə ayrı bölmələr formalaşdırırdı. Həmin bölmələrə nəzarət üçün xüsusi seçilmiş “abi”lər yerləşdirilirdi. Hücrələrdəki tələbələr isə heç kimi tanımır və heç kimlə kontakta keçmirdi. Yuxarı idarəçilərlə adətən həmin “abi”lər əlaqə saxlayırdı. 
 Ancaq 17 dekabr əməliyyatından sonra bu sistemin çökdüyü bildirilir. Tələbələr sürətlə bu qruplaşmadan uzaqlaşamağa başalyıb. Təşvişə düşən camaat idarəçiləri isə sistemi dəyişdirib. Yeni qaydaya əsasən, hər şey mərkəzdən idarə olunacaq. Bununla da nurçuların hələ də güclü olduqlarına dair mesaj vermək istədikləri vurğulanır. “Xidmət” hərəkatındən çıxan iki tələbə son zamanlar baş verənlər barədə Türkiyənin qəzetə danışıblar.
 24 yaşlı E.K.: “Evlərdə adətən 5 nəfər qalırdı. Eyni evdə qalanların bir-biri ilə tanış olmamaları əsas prinsiplərdən biri idi. Getdiyimiz düşərgədə 15 nəfər olurdu. Son qatıldığım düşərgədə isə qat-qat artıq tələbə iştirak edirdi. Hər kəs təəccübləndi. Bununla bağlı bizə heç kim məlumat vermir, amma bizim tələblərin əksəriyyətinin evlərdən çıxdığını bilirik. Sadəcə bu cür izdihamlı tədbirlərlə “Daha güclüyük” demək istəyirlər. Baş verənlərdən sonra ayrılmaq istədiyimi dedim və məndən “Bizim çətin vəziyyətimizdə niyə belə bir qərar verdin” deyə soruşdular. Mən isə çox narahat olduğumu dilə gətirdim. Bütün təkidlərə rəğmən, orada qalmaq istəmədim”. 
 23 yaşlı M.Ç.: “Son hadisələrdən sonra hər kəs evdən qaçmaq istəyir. Sadəcə, çox tələbə qorxduğuna görə ayrıla bilmir. Eyni bölgədə qaldığım ev 6 dəfə dəyişdirildi. Buna səbəb isə yeni dostlarla tanış olmağım və darıxmamağım əsas göstərildi. Hər dəfə isə heç vaxt tanımadığım tələbələrlə qalmaq məcburiyyəti ilə üz-üzə gəlirdim. Əvvələr kiçik düşərgələrimiz olardı. İndi isə onlarla insan birdən düşərgəyə gedi. Bizə tələbə sayının artdığı deyilir, amma bunun yalan olduğunu bilirik”.
 “ƏRƏBLƏRİN İSRAİL İLƏ DÖYÜŞMƏSİNİ İSTƏYİRSİNİZSƏ, ONLARA İSRAİLİN ŞİƏ OLDUĞUNU SÖYLƏYİN!”. Livanın öndər sünni alimlərindən olan Şeyx Mahir Həmmud Cümə xütbəsi zamanı Ərəb ölkələrini İsrail rejiminin Qəzzaya hücumuna susmasını qınayıb və tənqid edib. Şeyx Mahir Həmmud xütbəsi zamanı çox maraqlı fikir səsləndirib. “Ərəblərin İsrail ilə döyüşməsini istəyirsinizsə, onlara İsrailin şiə olduğunu söyləyin!”- deyən şeyx, ancaq bu üsulla ərəb dünyasının dinlərini və əqidələrini müdafiə edəcəklərini vurğulayıb. “Əks təqdirdə ağaları ABŞ istəmədiyi təqdirdə İsrailin varlığı onları narahat etməyəcək”- deyə şeyx əlavə edib.
 Şeyx Mahir Hammudun həmin xütbəsində bunları deyir: “Qəzza yanmağa davam edir. Qəzza xalqı müqavimətin silahından başqa bir gücə malik deyil. Üstəlik həm düşmənləri, həm də dostları tərəfindən blokada vəziyyətindədir. Qəzza bu gün müqavimətçi xalqını “qüdrətisiz” olaraq göstərənləri bir-bir təəccübləndirir və düşmənlə hər nə bahasına olursa olsun, razılığa gəlinməyəcəyini gözlər önünə sərir.  Müqavimətçilərin həm Livanda, həm də Fələstində zəfərlərinə şahid oluruq. Onların qazandıqları zəfərlər hiyləgərlərin və onların kuklalarının iddialarını puça çıxartmağa bəs edir. Qəzza qanı ilə, canı ilə hayqırır: “Biz gücsüz deyilik. Müqavimətçilərə lazım olan dəstək verildiyi müddətcə də əsla gücsüz olmayacağıq. Biz əlimizdəki bütün imkanları istifadə edərək, silah satın alıb onları Qəzzaya keçirməyi bacara bildiyimiz üçün əsla gücsüz olduğumuzu qəbul etmirik. Bizim sahib olduğumuz məhdud maddi imkanlarımız, bəzilərinin “super güclər”ə və fəsad uğruna xərclənən zənginliklərindən şübhəsiz daha xeyirlidir”.
 Səhnə dəyişmiş ola bilər, amma görünən eynidir. Müqavimət xətti mövcudluğunu qorumağa davam edir. Tehrandan cürbəcür silah və mərmi göndərilir. Bu silahlar Livanın nəzarətində Suriya üzərindən Qəzzaya çatdırılır. Daha sonra isə sionist işğalçıları pərişan edilmələri və bütün dünyaya səbrin, imanın, əzmin, iradənin maddi məhdudiyyətlərə baxmayaraq əfsanə yazmaq üçün kifayət etdiyini göstərmək üçün Qəzzanın cəsur müqavimətçilərinə təslim edilir. Fələstindəki müqavimətçilərin Qərbin və fitnəkarların müxalif rəftarlarına verdikləri cavabları bizə Ali İmran surəsinin 172-ci ayəsini xatırladır: “Özləri döyüşdə yaralandıqdan sonra, yenə Allah və Rəsulunun çağırışına cavab verənlərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!” Bu məqamda ərəblərin Suriyada fitnə atəşini alovlandırmaq və müqavimət xəttini məhv etmək üçün külli miqdarda maliyyə xərcləmələrinə və səylərinə diqqət etməliyik. Daha sonra isə həmin ərəblərin Fələstin məsələsindəki mövqelərinə baxmaq lazımdır. Harada qaldı onların comərdliyi? Hər kəs yaxşı bilsin ki, sionistlərə qarşı aparılan mübarizənin nəticəsi yalnız və yalnız İsrailin yox olmasıdır. Elə bir vaxt gələcək ki, müqavimətçi mücahidlər heç bir zərər almadan bütün plan quranların və onların kuklalarının oyunlarını başlarına aşırdacaqlar. Allah Rəsulunun (s) bir hədisini xatırlatmaqda fayda görürəm: “Cihad nə bir ədalətlinin ədalətindən, nə də bir zalımın zülmündən zərər görmədən Qiyamət gününə qədər təsirli olacaq”. Elə isə yol açıqdır. Beləcə ümmət oyanacaq və ümməti mühasirəyə alan məzhəbçilik fitnəsini yox edəcək”.

İbrahim Sel

Комментариев нет:

Отправить комментарий