Страницы

26.11.2014

Ələddin Əzimov - Bu gecənin havasına

Bu da belə

Bürkülü bir gecə idi,
Sorma halım necə idi?
Od yağırdı dam-daşdan
Bu Muğan gecəsi.
Elə bil batmışdı
Dünyanın səsi.
Arada it zingiltisi eşidilirdi
Lap yavaşdan.
Yarasalar belə çəkilmişdi yuvasına.
Nə sirrdirsə, heç kim
Uyğunlaşa bilmirdi
Bu gecənin havasına.
Sanki
Kilid vurulmuşdu
Küləyin qapısına.

Qəribə bir gecə idi,
Bilmirəm saat neçə idi?
Yuxu aparmırdı məni də.

Nəvələrə yazığım,
Bu gecənin havasından isə
Yazmağım gəlirdi.
Heç olmasa,
Haçansa 
Bu anlar
Düşsün yada.
Bir də ki,
Bu gecəki yaşantılarımı
Niyə verməliydim bada?

Həyat, zaman və insan

Getdi, getdi...
Birdən dayandı.
Elə bil
Yuxudan oyandı.
Kal səslə
Kimisə çağırdı.
Eşidilmədi səsi.
Deyəsən, təntidi nəfəsi.
Bəlkə də ürəyi dayandı?
Yol üstdə uzandı.
Düşüncələr silkələdi,
Diddi qəlbimi.
Məni qınamayın.
Bu vəziyyətdə
Axı nə edə bilərdim?
Həyatın gedişini,
Zamanın gərdişini,
Və insanın taleyini
Necə dəyişərdim?

Комментариев нет:

Отправить комментарий