Страницы

07.12.2014

Amerika və Avropa dövlətləri əl-ələ verdilər, amma bacarmadılar

Ayətullah Xamenei

Mən qəlbən təəssüf edirəm. Biz bütün gücümüzü sionist rejimin fitnəkarlığı ilə mübarizəyə sərf etməliyik. Onların hərəkətləri bütün İslam dünyasını ayağa qaldırmalıdır. Amma məcbur olmuşuq ki, imperializmin İslam dünyasının daxilində yaratdığı problemlə məşğul olaq. Düşmən təfkirçilik cərəyanını saxta problem olaraq səhnəyə çıxarıb və biz onunla mübarizə aparmağa məcburuq. Amma əsas problem yenə sionist rejim problemidir.
İnkarolunmaz bir nöqtə budur ki, təkfirçi cərəyan və onu himayə edən hökumətlər imperializm və sionizmin mənafelərinə xidmət edirlər. Onların işi ABŞ, istismarçı Qərb dövlətləri və işğalçı sionist rejimin məqsədlərini həyata keçirməkdir. Bu fikri qəti şəkildə təsdiq edən dəlillər var. Təkfirçi cərəyan İslami simaya malikdir. Amma əməldə istismarçı, imperialist, İslam dünyasına qarşı böyük siyasətlərin xeyrinə işləyir. Aydın dəlillər var və bu dəlillərə göz yummaq olmaz. Həmin dəlillərdən bəzilərini yada salıram.
Biri budur ki, təkfirçi cərəyan İslam oyanışı hərəkatını yolundan çıxara bildi. İslam oyanışı hərəkatı anti-Amerika, istibdada qarşı, Amerikanın məntəqədəki əlaltılarının ziddinə bir hərəkat idi. Təkfirçi cərəyan imperializm və Amerikaya zidd olan bu böyük hərəkatın istiqamətini dəyişdi, müsəlmanlar arasında müharibə, qardaş qırğınına yol açdı. Məntəqədə ön mübarizə xətti işğal olunmuş Fələstinin sərhədləri idi. Təkfirçi cərəyan gəldi, bu ön xətti Bağdad küçələrinə, Suriya və Dəməşqin came məscidinə, Pakistan küçələrinə, Suriyanın müxtəlif şəhərlərinə çəkdi. Ön mübarizə xətti bunlar oldu! 
Bu gün Liviyanın, Suriyanın, İraqın, Pakistanın vəziyyətinə baxın. Görün müsəlmanların əlindəki qüvvələr və qılınclar kimə qarşı işləyir. Bu güc sionist rejimə qarşı olmalı idi. Təkfirçi cərəyan mübarizə istiqamətini dəyişdi, evlərimizə, şəhərlərimizə, İslam məmləkətlərinə gətirdi. Dəməşqin came məscidində partlayış törədirlər. Bağdadda sadə xalq arasında insanları qətlə yetirirlər. Pakistanda yüzlərlə insanı atəşə tuturlar. Liviyada grdüyünüz vəziyyət yaradılıb. Bütün bunlar təkfirçi cərəyanın unudulmaz tarixi cinayətlərindən biridir. İslam oyanışı hərəkatının istiqamətini dəyişmək Amerikaya xidmətdir, Britaniyaya xidmətdir. ABŞ, Britaniya casus şəbəkələrinə, MOSSAD və bu kimi şəbəkələrə xidmətdir. 
Başqa bir dəlil budur ki, təkfirçi cərəyanı himayə edənlər müsəlmanlara qarş savaşda sionist rejimlə həmkarlıq edirlər. Onlar sionist rejimə etiraz da etmirlər. Amma İslam məmləkətləri, İslam xalqlarına müxtəlif bəhanələrlə müxtəlif şəkildə zərbə vurur, təxribat törədirlər. 
Başqa bir dəlil təkfirçi cərəyanın fitnəkarlıqları ilə İslam məmləkətlərində, İraq, Suriya, Liviya, Livan və bəzi başqa ölkələrdə dəyərli infrastrukturların viran qoyulmasıdır. Görün bu ölkələrdə nə qədər yollar, neftayırma zavodları, mədənlər, hava limanları, şəhərlər, evlər məhv edilib. Səbəbi daxili müharibələr, qardaş qırğınlarıdır. Əvvəlki vəziyyətə qayıtmaq üçün nə qədər zaman, pul, güc sərf edilməlidir?! Bütün bunlar ötən neçə ildə təkfirçi cərəyanın İslam dünyasına vurduğu zərbələrdir. 
Başqa bir dəlil təkfirçi cərəyanın dünya miqyasında İslamın simasını bulaşdırmasıdır. Bütün dünya gördü ki, cinayətini sübuta yetirmədən insanın başını kəsirlər. Onlar müsəlmanları qətlə yetirir, təcavüz etməyən qeyri-müsəlmanın boynunu vurur, videogörüntüləri dünyaya yayırlar. Bütün dünya buna baxır. Hamı görür ki, adını müsəlman qoymuş bir şəxs qətlə yetirdiyi insanın sinəsini yarıb ürəyini çıxarır və dişinə çəkir. Bunu dünya görür. Bunlar İslamın ayağına yazılır. Mərhəmət İslamı, düşüncə İslamı, məntiq İslamı belə tanıtdırılır. Bundan böyük cinayət olar?! Bundan xəbis fitnə?! Bütün bunlar təkfirçi cərəyanın işləridir. 
Növbəti dəlil təkfirçi cərəyanın Müqavimət hərəkatının mehvərini təkləməsidir. Qəzzə 50 gün tək vuruşdu, 50 gün təkbaşına müqavimət göstərdi. İslam məmləkətləri Qəzzənin köməyinə getmədi. Neftdən gələn pullar, dollarlar Qəzzəyə xərclənmədi. Hətta bəziləri sionist rejimin xidmətində durdu. 
Təkfirçi cərəyan müsəlman gəncliyin İslam dünyası boyu müqavimət hərəkatını yolundan çıxardı. Bu gün bütün İslam dünyasında gənclərdə bir fədakarlıq şövqü var, İslam oyanışı onlara təsir göstərib, böyük məqsədlər yolunda xidmət etməyə hazırdırlar. Təkfirçi cərəyanlar bu fədakarlıq şövqünü yolundan azdırdı, bəzi xəbərsiz və cahil gənclər müsəlmanların, qadın və uşaqların qətliamına sövq edildilər. Bu da təkfirçi cərəyanın cinayətlərindəndir. 
Bütün bu dəlillərə rahatca göz yummaq olmaz. Aydın görünür ki, təkfirçi cərəyan Amerikanın, Britaniyanın, sionsit rejimin xidmətindədir
Təbii ki, başqa dəlillər də var. Bizə məlumat verildi ki, Amerikanın yük təyyarələri İŞİD adlı qrupun İraqdakı mərkəzlərinə havadan silah-sursat atır, onlara kömək edirlər. Əvvəlcə düşündük ki, bu səhvən ola bilər. Amma sonra yenə təkrarlandı. Mənə verilən məlumata görə 5 dəfə bu hadisə baş verib. 5 dəfə səhv etmək olar? İddia edirlər ki, anti-İŞİD koalisiyası yaradıblar. Aşkar yalandır! Bu koalisiyanın xəbis məqsədləri var. Onlar təkfirçi fitnəkarlığını yaşatmaq istəyirlər. Tərəfləri qarşı-qarşıya qoyub, müsəlmanlar arasında müharibənin davamına çalışırlar. Məqsədləri budur. Əlbəttə ki, bunu bacarmayacaqlar. Yaxşı bilsinlər!
Bir neçə mühüm vəzifə yerinə yetirilməlidir. Mən bir neçə məsələni nəzərinizə çatdırıram. Birincisi, təkfirçi cərəyanın kökünü qazmaq üçün bütün İslam məzhəbi alimlərinin geniş elmi və məntiqi hərəkat yaratması zəruridir. İslama can yandıran bütün məzhəblər, İslamı qəbul edən bütün qüvvələr bu işə görə məsuliyyət daşıyır. Əzəmətli elmi hərəkat yaradılmalıdır. Onlar “saleh sələfin ardınca” kimi yalan şuarlarla meydana girdilər. Saleh sələfin təkfirçi cərəyanın işlərinə nifrətini din, elm, məntiq dili ilə sübuta yetirmək lazımdır. Gəncləri xilas etməliyik! Bir dəstə bu azdırıcı fikirlərin təsiri altına düşüb və düşünür ki, yaxşı iş görür.
Dəməşq məscidində böyük müsəlman alimini qətlə yetirən də bunlardandır. Müsəlmanları dində azmaq bəhanəsi ilə qətlə yetirən bu qrupdur. Pakistanda, Əfqanıstanda, Bağdadda, İraqın başqa şəhərlərində, Suriyada, Livanda partlayış törədən, günahsız insanları al qana boyayan adamlar bunlardandır.
Onları xilas etmək lazımdır, bu gəncləri xilas etməliyik. Bu iş alimlərin öhdəsinədir. Alimlərin ziyalı cəmiyyətləri ilə əlaqələri var. Xalq kütlələri ilə rabitədədirlər. Onlar təlaş göstərməlidirlər. Allah-Taala qiyamət günü alimlərdən nə etdiklərini soruşacaq. Addım atmaq lazımdır. 
İkinci iş ABŞ və Britaniyanın siyasətlərini aydınlaşdırmaqdır. Bütün İslam dünyası bilməlidir ki, bu arada Amerikanın rolu nədir. ABŞ, Britaniya, sionist rejim casus şəbəkələrinin təkfirçilik fitnəsinin dirçəldilməsində rolu nədən ibarətdir? Bunu hamı bilməlidir. Hamı bilməlidir ki, bu cərəyan onlara işləyir. Plan cızan, himayə edən onlardır. Maliyyə yardımları isə məntəqə ölkələrindən gəlir. Bu aldanmış insanları bədbəxt edirlər. İslam dünyasına problem yaradırlar. Görüləsi mühüm işlərdən biri budur.
Üçüncü iş hökmən Fələstin məsələsinə diqqət yetirməkdir. İmkan verməyin ki, Fələstin, Qüdsi-Şərif, Məscidül-Əqsa problemləri yaddan çıxsın. Onlar bunu istəyir. Onlar İslam dünyasına Fəlsətini unutdurmağa çalışır. Həmin günlərdə sionist rejim dövləti Fələstin məmləkətini yəhudi məmləkəti elan edir. Fələstin bir yəhudi ölkəsi kimi tanıtdırılır. Çoxdan bu işi görmək istəyirdilər. İndi açıq-aşkar addım atırlar. İslam dünyasının, müsəlman xalqların qəflətdə olduğu bir şəraitdə sionist rejim Qüdsə sahib durur, Məscidül-Əqsanı işğal edir. Fələstinliləri bacardıqca zəiflətməyə çalışırlar. Buna diqqətli olaq. Bütün xalqlar Fəlsətin probleminə diqqəti öz dövlətlərindən tələb etməlidirlər. Tələb etməlidirlər ki, bu problemlə məşğul olsunlar. Mühüm vəzifələrdən biri budur. Allaha şükür edirik ki, İran İslam Cümhuriyyətində dövlət və xalq bu işdə həmrəydir. İslam cümhuriyyəti və böyük imam əvvəlcədən Fələstinin himayəsi və sionist rejimlə düşmənçilik siyasətini ortaya qoydu. O zaman başlanılan iş bu günə qədər davam etməkdədir. 35 ildir bu xətdən kənara çıxmamışıq və xalqımız həvəslə həmkarlıq edir. Bəzən gənclərimiz məktub yazırlar, məndən xahiş edirlər ki, sionist rejimlə ön cəbhədə döyüşmək üçün icazə verilsin. Xalqımız sionizmlə döyüş aşiqidir. İslam cümhuriyyəti bunu işdə göstərib. 
Biz ilahi yardımla məzhəb ixtilafları maneəsini keçdik. Şiə olan Livan Hizbullahına kömək etdiyimiz kimi, sünnə əhlindən olan HƏMAS və İslam Cihadı təşkilatlarına kömək etmişik və edəcəyik. Biz məzhəbi məhdudiyyətlərin əsiri deyilik. Deməmişik bu şiədir, bu sünnidir, bu hənəfidir, bu hənbəlidir, bu şafeidir, bu zeydidir. Biz əsas məqsədə baxdıq, kömək etdik və fələstinli qardaşlarımızı Qəzzə və digər məntəqələrdə gücləndirə bildik. İnşaallah bu iş davam edəcək. Mən elan etmişəm və hökmən bu iş olacaq ki, Qərb Sahili Qəzzə kimi silahlanacaq, müdafiəyə hazır olacaq.
Siz qardaşlara bunu da deyim ki, Amerikanın hay-küyü sizi qorxutmasın. Düşmən zəifdir. İslamın düşməni imperializmdir. Onlar ötən 100-150 illə müqayisədə daha zəif olublar. Qərbin imperialist dövlətlərinə baxın. İqtisadi, siyasi böhran içindədirlər. Qeyri-sabitlik problemi yaşayırlar. İmperialist Qərb dövlətlərinin çeşidli problemləri var. Amerika onlardan da pis vəziyyətdədir. Əxlaq problemi, siyasi problemlər, maliyyə problemi, dünyada super güc nüfuzunun itirilməsi problemi bu sıradadır. Təkcə İslam dünyasında yox, bütün dünyada nüfuzdan düşürlər. Sionist rejim keçmişlə müqayisədə çox zəifləyib. Bu həmin rejimdir ki, “Nildən Fərata qədər” iddiası ilə çıxış edirdi. Açıq deyirdilər ki, Nildən Fərata qədər bizimdir. Qəzzədə 50 gün müharibə apardılar, fəlsətinlilərin tunellərini ələ keçirə bilmədilər. 50 gün bütün qüvvələrini topladılar ki, HƏMAS və İslam Cihadının, fələstinlilərin yeraltı tunellərini məhv etsinlər. Bacarmadılar. Bu həmin rejimdir ki, Nildən Fərata qədər mənimdir deyirdi. Görün nə qədər vəziyyət dəyişib, nə qədər zəifləyiblər.
İslam düşmənlərinin problemləri çoxdur. İslam düşmənləri İraqda məqsədə çata bilmədilər. Suriyada, Livanda, müxtəlif məntəqələrdə nakam qaldılar, planları reallaşmadı. İslam Cümhuriyyəti ilə mübarizədə Amerika Avropa dövlətləri ilə əl-ələ verdilər, bütün güclərini işə saldılar ki, İslam cümhuriyyətinin nüvə proqramını dizə çökürsünlər. Bacarmadılar və bacarmayacaqlar. Bu onların zəifliyidir. Siz inşaallah günbəgün güclənəcəksiniz. Gələcək sizindir. Allah Öz işində (əmrində) qalibdir...! (bax: Yusif, 21).

vilayet.nur-az.com

Комментариев нет:

Отправить комментарий