Страницы

21.12.2014

Amerikançılıq nədir -4

IV yazı: Janet Rio lezbiyan Hillari Klintonun həyatında olan “ilk kişi” olmuşdur- bu hadisə tələbəlik illərində baş vermişdir

Dünyadakı gözəlliyi mütləq xilas etmək lazımdır

 Məsələ mini yubkada və ya ABŞ-da kişilərin qadınlara nisbətən daha çox plastik əməliyyat etdirməsində deyildir, cinsi şizofreniya ildən-ilə daha kəskin şəkil alır. 2003-cü ilin fevralında Amerikanın “Mens journal” adlı jurnalı iyirmi ən görkəmli kişilərin adlarını dərc etmişdir- onların arasında ABŞ-ın keçmiş prezidentinin arvadı, Nyu-Yorkun qubernatoru olmuş, dövlət katibi Hillari Klintonun adı da vardır. Amerika mətbuatında gedən çoxsaylı məqalələrə görə o cavanlığında lezbiyanka olmuş və ona görə də ABŞ lezbiyankalar cəmiyyətinin kumiri, pərəstişkarı hesab olunur.
 2000-ci il avqustun 22-sində “Duel” qəzetinin 34-cü sayında V.Qerasimovun “Dünya dəlixanaları haqqında xəbərlər” məqaləsində Nyu-Yorkda homoseksualistlərin keçirdikləri paraddan yazır: “Mənim gözümün qabağında şəhərin mərkəzi ilə yetmiş min cinsi pozğunlar və bütün rütbələrdən, dərəcələrdən olan degeneratlar (cismani və ruhi pozğunluq əlamətləri olan adamlar) keçdi. Senatorlar, konqresmenlər, hakimlər, yepiskoplar, ravvinlər, incəsənət xadimləri, görkəmli məmurlar və şəhər merinin özü- Culiani onların arasında idi. Kütlənin arasında “fəal” və “passiv” lezbiyanlar, subay və arvadlı-ərli qomiklər, eksqibisionistlər, sadistlər, mazoxistlər, vuayeristlər (güdənlər) triolistlər (üçlükdə sevişməyin həvəskarları), transvestitlər, koprofillər, zoofillər, biseksuallar, transseksuallar və digərləri var idi. Məncə belaruslardan, ruslardan və serblərdən başqa bütün digər irqlərin və xalqların nümayəndələrinə burada rast gəlmək olardı. Hillari Klinton cangüdənlərin əhatəsində irəliləyirdi. Passiv lesbiyanka kütləsi başının üstündə “Hillari” yazılan plakat aparırdı. “Fəal” lesbiyankalar ədliyyə naziri Janet Rionun və bir neçə yüksək vəzifəli demokratların portretlərini aparırdılar. (Deyilənlərə görə Janet Rio Hillarinin həyatında olan “ilk kişi” olmuşdur- bu hadisə tələbəlik illərində baş vermişdir). Mavi yunanların pravoslav kilsəsinin mühafizəkarlığı ilə bağlı şikayətlərini diktafona yazdıqdan sonra mən birinci lediyə tərəf yox, cinslərini dəyişmək üçün cərrahiyyə əməliyyatına hazırlaşanlara tərəf getdim. Onlar keçmiş kişiləri arvada çevirən həkimləri aparan avtobusun arxasınca gedirdilər. Yüzlərlə qadın olmaq istəyənlər arasından hələlik kişi olan bir nəfərə yaxınlaşdım və bu əməliyyatın ona neçəyə başa gələcəyini soruşdum. Eşitdiyim “62 min 500 dollara” cavabı məni təəccübləndirdi. Yürüş iştirakçıları arasında yepiskoplar, arxiyepiskoplar- onlara “din xadimi” deməyə adamın dili tutmur- xüsusi dəstə şəklində irəliləyirdilər. Hamının sifətindən sevinc yağırdı, onlar böyük homoseksual qardaşlıq cəmiyyətinə daxil olduqlarından özlərini xoşbəxt hiss edirdilər”.
 ABŞ-ın homoseksual dalğası artıq başqa kontinentləri də bürümüşdür. Hollandiyanın müxtəlif guşələrindən yığışmış yüz mindən çox homoseksualist ölkənin paytaxtı Amsterdamda keçirilən ənənəvi paradda iştirak etmişlər. Bu bir neçə saat davam edən bütöv bir su feeriyası, əfsanəvi mənzərədir. Adamlar səhər tezdən körpüdə və sahil küçəsində özlərinə yer tuturlar. Bu Hollandiyada keçirilən ən böyük küçə- əlbəttə əgər kanalları küçə hesab etmək olarsa- bayramıdır. Bu bayramda yalnız 250 min tamaşaçı var. Hollandiyada rəsmi şəkildə 50 min homoseksual ailə qeydiyyata alınmışdır. Hər ay eynicinsli nigaha iki-üç min yeni cütlər girirlər. Bu cür ailələrə uşaq götürməyə də icazə verilir.
 Braziliyada seksual azlıqların paradı olmuşdur- yüz minlərlə geylər, lesbiyankalar, biseksuallar, transseksuallar və transvestitlər San-Paulo küçələrinə çıxmışlar. Bu paradı hər il Braziliya homoseksualistlər hərəkatı keçirir. San-Pauloda geylərin paradı bu cür tədbirlər arasında yeddinci yerdə gedir- o Nyu-York, San-Fransisko, London, Sidney, Monreal və Parisdən sonra gəlir. San-Fransiskoda geylərin paradına milyondan çox iştirakçı toplanır. Bir məsələyə də diqqət yetirək. 2003-cü ilin iyununda Romada homoseksualistlərin növbəti paradında 20 min iştirakçı olmuşdur- bu vaxt həmin tamaşanın əleyhdarları etiraz piketi keçirmişlər. Etirazçıların sayı on nəfər olduğundan polis onları dərhal həbs etmiş və piketi dağıtmışdır. 2008-ci ildə İsveçdə gey paradı əleyhdarlarının da piketi dağıdılmışdır.
 Son vaxtlar Qərbdə belə bir ənənə formalaşmışdır: normal ailələrin sayı sürətlə azalmaqdadır, pozğun ailələrin sayı isə gedtikcə artır. Az qala dünyanın hər yerində nümayəndəliyi olan Ailələrin planlaşdırılması beynəlxalq federasiyası 134 ölkədə abort, sterilizasiya, mikrobsuzlaşdırma, dölsüzləşdirmə metodu ilə doğum üzərində qlobal nəzarəti həyata keçirir. Bu fəaliyyət əhalinin sayının azalmasına yönəldilmişdir. Belə ki 1994-cü ildə bütün dünyada 141 milyon adam sterilizasiyaya məruz qalmışdır. Aydındır ki bu cür siyasət həm də ailəyə qarşı çevrilmişdir. Bu federasiya daha çox homoseksuallığın və eyni cinsdən olanların nigahının yayılması istiqamətində işlərini genişləndirir.
 Rusların bir deyimi var: “Pis nümunə yoluxucu olur”. Bu kəlam ABŞ-dan yayılan anormallığa tam uyğun gəlir- bu gün ABŞ-dan gələn, bütün dünyaya sürətlə yayılan bu anormallığın qarşısını almaqda hamı acizdir. Öz ciddi gömrük nəzarəti ilə öyünən dövlətlər belə bu dalğanın qarşısını almaqda acizdirlər. Mentalitetləri ilə öyünən, xalqının öz keçmişi ilə sıx bağlı olduğunu yüksək tribunalardan fəxrlə deyən xalqlar belə nə edəcəklərini bilmirlər. Bu dalğa isə adi dalğalarda deyildir, bu sunami qədər təhlükəli olan bir dalğadır- qarşısına çıxan bütün maneələri çox asanlıqla dağıda bilir. Çoxları bu gün Sovetlər dövründə yaradılan “dəmir pərdə” siyasətini- ölkəni Qərbdən təcrid etmək yönümündə aparılan siyasəti tənqid edir, Sovet xalqlarını Qərbdən təcrid edənləri lənətləyir. Bəlkə də bu “pərdə” hesabına Qərbin anormallığının bizlərə gəlib çıxması xeyli ləngimişdir. Bu gün isə təkcə Rusiyada yox, keçmiş SSRİ məkanının hər yerində bu “bəla” sürətlə yayılır. “Qəhrəmanlar” ekrana çıxmaqdan çəkinmirlər, öz hüquqlarını tələb edirlər, cəmiyyətin normal üzvü kimi tələblər irəli sürürlər, fəaliyyətlərinin rəsmi leqallaşmasını tələb edirlər. 
 Bu gün televiziyada erotika adı altında pozğunluq nümunəsi olan adi pornoqrafiya nümayiş etdirilir. Pornorafiya ilə mübarizə adı altında ABŞ-da hər il “Porno-Oskar” təqdimat mərasimi keçirilir- bu Hollivud “adaş”ını xatırladır: öndə görünən ulduzlar, kameralar və böyük pulların iyi. Mükafat 118 nominasiyada təqdim olunur- hər bir nominasiyaya 45-dən 20-yə qədər namizəd təqdim edilir. Bu gün əksər ölkələrdə hər kəs telefonla istənilən pozğunluğu sifariş edə bilər. İş o yerə gəlib çatmışdır ki, hətta korlar üçün də pornoqrafiya buraxılır. Bu zarafat deyil- korlar üçün pornoqrafiya reallıqdır. “Hustler” pornoqrafik jurnalının naşiri L.Flint pornoqrafiyanı korların oxuması qayğısına qalaraq Brayl adlanan dildə nəşr etdirmişdir. Flint yazır ki, pornoqrafiyanın bəxş etdiyi zövqdən korların məhrum olması ədalətsizlikdir. Bax beləcə Flintin səyi nəticəsində ədalət zəfər çaldı- ədalətsizliyə yol vermək olmaz, hər şey onun üçün edilməlidir. Əlbəttə korlar üçün pornoqrafiya ekzotikadır, ancaq adi pornoqrafiya çoxdan ekzotikalıqdan çıxmışdır. Porno-internet sənayesi böyük gəlirdi. Hardinq İnstitutunun hesablamarına görə hər gün internetdə 266 yeni pornosayt görünür. Bütövlükdə internetdə 80 minə yaxın bu cür ehtiyat var, onun illik gəliri bir milyarddan çoxdur. Tədqiqatçı A.Kuner aydınlaşdırmışdır ki, internetdən istifadə edənlərin 10 faizi daim pornosaytlara girirlər. Forti № Group tədqiqat firmasının məlumatlarına görə ABŞ-da boşanma proseslərinin 30 faizində gətirilən arqument ona əsaslanır ki, partnyor daimi olaraq seksual istiqamətli saytlara girir.
 Psixoloji hermafroditizm (insanda həm erkəklik, həm də dişilik əlamətlərinin olması) -süni şəkildə formalaşdırılan insan şüurunun qüsurudur- bunun nəticəsində kişilərə qadın psixologiyasının ünsürləri, qadınlara isə kişi psixologiyasının ünsürləri aşılanır. Bütün digər xəstəliklər kimi psixi hermafroditizmin də müxtəlif mərhələləri vardır. Hər şey ondan başlanır ki, qadın jurnallarında, qadın romanlarında, televiziya verilişlərində- bir sözlə hər yerdə karyera, qadın müstəqilliyi təriflənir.
 Belə getsə, yəqin ki tezliklə hakimiyyətə narkoman prezidentlər, homoseksualist prezidentlər, manyak prezidentlər gələcəkdir. Bu gün bu fikir çoxları üçün gülünc görünə bilər, buna şişirdilmiş fikir kimi yanaşanlar da tapılacaqdır. Bu gün belədir, sabah bu norma kimi qəbul olunacaqdır. Hələ dünən, bizdə deyildiyi kimi, “dünyanın ən sivil ölkəsinin” paytaxt merinin narkoman olmasını düşünmək qeyri-mümkün idi. Bu dünən belə idi, bu gün isə vəziyyət artıq dəyişmişdir- Vaşinqtonun meri əvvəllər narkomanlığa görə həbs olunmuşdu. Əgər bu gün paytaxt əhalisi bu cür adamı mer seçirsə, sabah onun prezident seçilməyəcəyinə heç kim zəmanət verə bilməz. Yeri gəlmişkən, ABŞ-ın keçmiş prezidenti Bill Klinton etiraf etmişdir ki, cavanlıqda narkotik qəbul etmişdir. Prezident Buş isə alkoqolizmdən müalicə olunmuşdur. Hələ bu harasıdır, Corc Vaşinqton evinin bağçasında marixuana yetişdirirdi. 
 B.Klinton seksual azlıqların siyasətə qapılarını açan ilk ABŞ prezidentidir. Homoseksualistlərin, lesbiyankaların, transseksualların və biseksualların siyasi təşkilatlarının Milli federasiyasının məlumatına görə 1997-ci ildə “132 açıq homoseksualistlər ABŞ-da siyasi vəzifələt tutmuşlar”. Bu hələ yalnız açıq homoseksualistlərdir.

İbrahim Sel                             (Ardı var)

Комментариев нет:

Отправить комментарий