Страницы

08.12.2014

Dədəkişi Solğun - Beş metrə ağ oldu

Sərvət yığanın qisməti beş metrə ağ oldu,
Eşq aşiqinin fəryadı bülbül sayaq oldu.

Min bir cəfa çəkdi, zamanın zülmünü gördü,
Çıxdıq dəridən biz nə geyindik, yamaq oldu.

Yırtdıq fələyin pərdəsini dövrə göz açdıq,
Əfsus ki, nə gördük onun rəngi boyaq oldu.

Qəm çəkməyimiz getmədi nəmli gözümüzdən,
Xoş günlərimiz dörd yanımızdan yasaq oldu.

Solğun, zamanın sirri çox olmuş qəmi çəkmə,
Çox göylə gedən dəydi yerə baş-əyaq oldu.


* * *
Ölməz sənətkarımız Sabir Mirzəyevin əziz xatirəsinə

Ya rəbb, bu gün Sabir kimi xanəndəmiz harda?
Cəh-cəh vuran ol musiqi səccadəmiz harda?

Bayquş ilə bir bülbülə fərq qoymadı dövran,
İnsaf deyilən mənəvi qeyrətimiz harda?

Vaxtında ala qiymətini kaş ki, sənəkar.
Sonra deməsinlər sizin vicdanınız harda?

Təhdid edilir get-gedə hər yerdə muğamım
Muğam deyilən köhnə o, şöhrətimiz harda?

Solğun elə bir tərzidə yaz sən bu əşarı,
Misrada bilinsin bizim qiymətimiz harda?
* * *
Öz şövqü ilə yandırır dünyanı Cahargah,
Verməz özü varkən kəsə meydanı Cahargah.

Şur istədi gizli eləsin rasta şikayət,
Gördü bürüyüb büsbütün hər yanı Cahargah.

Zəbur oxunanda dayanıb göydə mələklər,
Yerdə eləyib seyyidi, məst xanı Cahargah.

Bir nərəyə ağuş elədi mindənə ahu,
Əsir eləyib gör neçə ceyranı Cahargah.

Комментариев нет:

Отправить комментарий