Страницы

27.12.2014

İbrahim Sel: Təki ideyalar yaşasın!

Avrasiya Hərəkatı – Azərbaycan təşkilatının rəhbəri İbrahim Sel ilə müsahibə

“Türkiyə kimi acından ölən ölkəni varlaşdırıb başımıza çıxartdıq”

-Müsahibələriniz həmişə böyük qalmaqallar yaradır...
-Hətta antiqlobalist düşərgəyə məxsus olan saytlar belə müsahibələrimi dərc etməkdən vaz keçir, deyirlər çox tünd alınıb. Redaktorlar orda çox, belə deyək, politkorrekt olmayan fikirlər tapırlar, mənsə bircə cümlənin belə çıxarılmasına razı olmuram, odur ki müştərək fikrə gələ bilmirik. Hər müsahibədən sonra təxminən 4-5 tanış yazar məni dostluqdan silir, di gəl ki bu məni zərrə qədər də ilgiləndirmir, çünki ağzında azərbaycanlı yazar deyirsən. Əvəzində çoxlu oxucu kütləsi qazanıram, səsimizə həmrəy olanların sayı get-gedə çoxalır, onların çoxdan demək istədikləri, amma səsləndirə bilmədikləri fikirləri açdığıma görə təşəkkür edirlər. Heç istəməzdim ki, məni də bəzi natiqlər kimi hazırcavablığı ilə tamaşa edənləri heyran qoymaq xəyalında günahlandırasınız.
Ağlıma ilk gələn fikirləri danışmaq xasiyyətindən də çox-çox uzağam. Onu da deyim ki, səsləndirdiyim fikirlərin çoxu heç özümün də deyildir. Hardasa səsləndirilib, amma geniş oxucu kütləsinə gəlib çatmayıb deyə təkrar etmişəm. Məsələn, Putin Bakıya qədim çarlar sayağı gəmi ilə gələndə Azərbaycanda çox adam Avrasiya sözünü ilk dəfə eşitdi. Amma fikir verin, biz Avrasiya Birliyinin yaradılacağını uzun illər qabaq proqnozlaşdırmışıq, bəziləri bizi başdanxarab da adlandırırdı ki, SSRİ ölüb, bir daha qayıtmaz, nəyi qoyub nəyi axtarırsınız? Ortastatistik azərbaycanlı oxucunun çıxdığı mətbu orqanları iudeylərin əlində olan orqanlardır, onlarsa xalqı bu tip məsələlərdən uzaq saxlamaqda maraqlıdırlar. Məsələn, Suriyada vəhhabilər Peyğəmbərin səhhabələrinin qəbrini dağıdırdılar, bu xəbəri bizdə heç bir media orqanı vermirdi, çünki 100 minlərlə azərbaycanlı silaha sarılıb o qəbirləri qorumağa gedərdi, bu isə vaaay!- Qlobal Prediktorun Azərbaycandakı planlarına ziddir. Onlar əksinə, İsrailin sifarişi ilə burdakı vəhhabilərin Suriyaya göndərilməsini təşkil edirdilər, əks cəbhəyə işləyirdilər. ABŞ-ın nəzarəti altında olan telekanallarda hətta o gedənləri qəhrəman kimi xalqa sırımaq cəhdləri də vardı. Hətta uzaq Moldovaya kimi çoxları Bəşər Əsədin ordusunda döyüşmək, amerikan emansipasiyasına qarşı mübarizədə Suriya xalqına kömək etmək üçün Suriyaya yollanırdı. Biz isə qarşı cəbhəyə vəhhabi ixrac edirdik. Beyin yuyulmasına məruz qalmışlarımız Əl-kaidə sıralarına qoşulub Suriya xalqına qarşı döyüşürdülər. Maraqlı bir tendensiya yaranıb, aparıcı saytlarımız və xəbər agentliklərimizin çoxu kürd bölgəsindən olanların əlindədir, onlar da bir nəfər kimi, sanki siqnal gəlibmiş klimi, Bəşər Əsədə, eləcə də onu müdafiə edən Putinə qarşı qara piar kompaniyası aparır, terrorçuları mücahid qrupları və yaxud demokratik düşərgə adlandıraraq şərin təbliği ilə məşğul olurdular. Bütün bunlar insanlarımızın şüuruna əsaslı şəkildə təsir edir. Vətəndaşların təfəkkürü üzərində ciddi manipulyasiyalar aparırlar. Bizim coğrafiyamızda heç bir yeri olmayan, təbiətimizə tamamilə yad nurçuluğu, vəhhabiliyi gətirib zor-xoş xalqa soxuşdurmağa çalışırlar. Biz buna qarşıyıq. BP neft şirkəti öz pulumuzla həmin təşkilatları maliyyələşdirir, çoxaldır, çünki onlara gələcəkdə öz maraqları çərçivəsində vuruşacaq əsgər lazımdır. 

-Hal-hazırda cəmiyyətimizdə Qərb yolu, Avropaya inteqrasiya xətti deyilən qloballaşma tərəfdarları da kifayət qədərdir...
-Gəlişigözəl sözlər çoxdur, amma sizi qoy həmişə məsələnin pərdəarxası maraqlandırsın. Qloballaşmanın iki konsepsiyası var. Bu yəhudi bayrağı altında birləşməkdir. Mən ABŞ yox, məhz yəhudi deyirəm, çünki ABŞ-ı idarə edənlər elə yəhudilərdir. Onların kitablarında açıq-aşkar deyilir: “Bütün qoylar bizə nökər işləməlidirlər”. Qoy dedikdə onlar öz millətlərindən olmayanları nəzərdə tuturlar. Mənim seçdiyim isə rusların konseptual hakimliyidir. Rusların konsepsiyasını geniş piar və ya reklam etməyə ehtiyac yoxdur, yaşlı nəsil o dövrləri yaşayıb, yaxşı bilir. Biz bunları görmüşük, yaşamışıq. ABŞ-ın da astarına bələdik, rusları da yaxşı tanıyırıq. Rusların şüarı odur ki, bütün xalqlar qardaşdırlar və onlar sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar. Böyük qardaş olan ruslar yaradacaqları dünya nizamında kiçik qardaşların qayğısına qalacaq və onların industrial inkişafı ilə məşğul olacaq. Sovet ritorikası göstərirdi ki, insan insanın dostu, yoldaşı və qardaşıdır. Mən bu cür dünya nizamının tərəfdarıyam və ona dəstək oluram, yəhudilərin qloballaşma adı altında sırımaq istədiyi dünya xalqları üçün həbsxanaya isə yox deyirəm. Dediyiniz Avropa İttifaqı ABŞ-ın işğal zonasıdır, Avrasiya Birliyi isə xalqların şad və xürrəm yaşadığı azad məkan olacaq.

-Sizin fikrinizcə, geniş xalq kütlələri tərəfindən avrasiyaçılıq ideologiyası necə qarşılanır? Ona xalqın münasibətinı məqbul saymaq olarmı?
-Mənə elə gəlir, bu gün nəinki bizdə, bütün dünyada avrasiyaçılıq ideologiyasına çox böyük inam vardır. Birincisi ona görə, məhz avrasiyaçılıq geniş xalq kütlələrinin diqqətindən qıraqda qalan çoxlu pərdəarxası məsələləri bizim baxışlarımıza çatdırıb, onların üzərində düşünməyə yönəldir. Bununla yanaşı, məsələlərə qəbul olunmuş standart, şablon, qəbuledilmiş yanaşmanın artıq yetərli olmadığını anladır. İkincisi, Avrasiyaçılıq insanları yersiz boğboğazlıqdan, pafosdan, şüvənlikdən, psevdopatriotizmdən və digər yalançı ritorikalardan ayrır, indiyə kimi bildiyimizi sandığımız məsələləri yanlış anladığımızı diqqətə çatdırır, liberal yolu kənara tullayaraq xalqçılıq yolu tutmağa səsləyir. Mənim düşüncəmə görə hər bir avrasiyaçının qarşısında dayanan başlıca məsələ dünyada gedən prosesləri qavramaq olmalıdır- bununçün isə bəlli olduğu kimi çox uzun, ağrılı yol keçməyə ehtiyac da yoxdur, sadəcə oxumaq, düzgün maariflənmək lazımdır. Avrasiyaçılıq həm də maarifləndirmə hərəkatı olaraq ölkədə bir çoxlarına ehkamçılığa uymadan haqqa üz tutmağa böyük yardımlar göstərmişdir. Biz Azərbaycanda yeni fikir formalaşdırmışıq. Mənimlə yazışan çoxlu sayda müxalifətçi adam var, depressiyada olduqlarını, əsəblərini gərildiyini yazırlar, nicat yolu axtardıqlarını və böyük ümidlərlə yaşadıqlarını bildirirlər. Gecə-gündüz təriflənən analoqsuz inkişafdan cana doyan, müstəqilliyin kolonial yaşayışında ömür sürmək istəməyən bu insanlar hansı yolu tutmalı olduqlarını tapa bilmirlər. Mənim təmsil etdiyim hərəkat, cəmiyyətə təqdim etdiyimiz ideologiya tutduqları yolun doğruluğuna arxayın olmayan insanlara təpər verir, yeni-yeni üfiqlər açır. Avrasiyaçılıq elə bir stimulverici qüvvədir ki, onların öz axtarışlarından soyuyub düşkünlüyə qapılmasının qarşısını alır, potensiallarını normal istiqamətə yönəltməyə imkan yaradır. Bu isə, bilirsinizmi nədən irəli gəlir? Mən həmişə deyirəm, sübut etməyə çalışıram ki, Allahın seçdiyi xalq yəhudilər deyil, ruslardır. Dünyanın xilası onların çiynindədir. Rusların ortaya atdığı hər bir yol nurlu, şəfəqli və bərəkətlidir. Xahiş edirəm bolşevizmlə bəzi dediyim məsələləri qarışdırmayasınız, bolşevizm rusların yox, yəhudilərin layihəsi idi və ruslar həmin proseslərdə bizdən az əziyyət çəkmədilər, böyük itkilər verdilər. İnsan gərək öz gücünə olan inamını itirməsin. 10 il əvvəl heç kəs inanmazdı ki, sələmçi yəhudi banklarını qovub ölkədən çıxarmaq olar və ya ABŞ-ın Əfqanıstandan Rusiya ərazisi ilə heroin daşımasının qarşısını alan tapılar. Amma ruslar bunu etdilər. Biz də edəcəyik. Xalqımız xoşbəxt günlərə çıxacaq, kasıbın da üzü güləcək. 

-Bu yaxınlarda feysbuk sosial şəbəkəsindəki “Türkiyədən qurtulaq!” səhifəniz çoxlu şikayətlərdən sonra qapadıldı. Türkiyəyə bu cür neqativ yanaşmanız nə dərəcədə doğrudur? Bir çoxlarının fikrincə Türkiyə bizə həm qan qardaşlığı, həm də strateji cəhətdən ən yaxın ölkədir...
-Bismark deyir ki: “Böyük dövlət üçün ən sağlam təməl onun eqoizmidir, romantikliyi yox”. Bizim Türkiyə ilə münasibətdə eqoizmimiz hardadır? Türkiyə acından ölən ölkə idi, onu varlaşdırıb başımıza çıxartdıq.Türkiyə bizim əsarətimiz altında olan ölkə olmalıdır, bizə dominant ölkə yox! Gəlsinlər əyalətimiz olsunlar, onları inkişaf etdirək. ABŞ-ın sadiq nökəri nə haqla gəlib bizə diqtə yapır? Biz niyə onun tərkibinə girməliyik, qoy o bizə qatılsın, əyalətimiz olsun! Bu gün Türkiyə özü ABŞ-ın qucağında oturub və bizi öz dizində oturmağa çağırır. Biz niyə nökərin nökəri statusunda olmalıyıq? Bir vaxtlar şiə əsgərinin ayaq səsləri gələndə bütün Osmanlı qorxusundan tir-tir əsirdi. Niyə belə cılızlaşmışıq? Mənə elə gəlir Türkiyənin yaratmaq istədiyi birliyə daxil olmaqdan söhbət belə gedə bilməz, əksinə türk dövlətləri birləşib Türkiyəyə hücum etməli, onu işğaldan qurtarıb normal inkişaf xəttinə yönəltməlidirlər. Baxın, heç bir türk olkəsində NATO hərbi bazası yoxdur, amma Türkiyədə 40-dan çox NATO bazası var. Türkiyə söz sahibi deyil, onun timsalında bizimlə ABŞ danışır. 

-Yaratdığınız Azərbaycan Avrasiya Hərəkatının ölkənin ictimai-siyası həyatında əsas rolu nədir? Siz bu təşkilatın missiyasını nədə görürsünüz?
-Bizim təşkilat boş yerdən yaranmamışdır. Bundan əvvəl biz Professional Oxucu Liqasını təmsil edirdik, Azərbaycana yeni ideyaların, mütərəqqi cərəyanların gətirilməsi ilə məşğul olurduq. Avrasiya Hərəkatını başlatmaq ideyası isə mənim Rusiya intellektuallarının yığışdığı İzbor klubu ilə yaxınlığımdan sonra yarandı. Araşdırma materiallarına görə artıq dünyanın bir sıra aparıcı, nəhəng dövlətləri üzləşdikləri bəlaları dəf etmək üçün Yeni İnsan İnstitutları yaradırlar. Fikrimcə Azərbaycanın da belə bir elmi tədqiqatlar aparan, yeni formalaşmaqda olan cəmiyyət üçün strategiya və taktika işləyən, qanunlar hazırlayan quruma ehtiyacı var. Azərbaycanın yeni strategiyasını məhz biz avrasiyaçılar quracayıq. Yeni insanın yetişməsində və formalaşmasında vacib və gərəkli sayılan, Yeni İnsan üçün elmi-tədqiqat və strateji tədbirlər planı hazırlayan Yeni İnsan İnstitutuna ehtiyac var. Onsuz da belə bir institut yaranacaqdı. Çünki yapçılıqla, elçibəyçiliklə gün keçirib xalqı dolamaq olmaz, dövrün tələbi başqadır. Belə bir qurumun yaranması arzu ilə deyil, zərurətdən doğan məsələdir. Mənim tezliklə çapdan çıxacaq “Antiqlobalist manifest” kitabımda Azərbaycanın yeni dövlət strategiyasının bir çöx önəmli məsələləri öz əksini tapacaq.

-Cəmiyyət həm də sizi tarix və politologiya kitablarının müəllifi kimi tanıyır...
-Çoxlu mütaliələrin nəticəsində bir sıra kitablar ərsəyə gəlir. Əla yazılar tapanda sakitləşirəm. Bəzi yazarlar şikayətlənirlər ki, oxucu yoxdur. Oxucu var, baxır ona nəyi verirsən. Bizim işimiz də elə oxumaqdı. Sorokin deyir, oxuya narkotik kimi otuzdurulmuşuq, öz dozamızı tapanda sakitləşirik. Bu da mənim dozamdı. Düzdür, özüm də yazıram, amma bu kitablar yazıdan çox tərtibatlardı. O gün biri deyir, özünü niyə yorursan bu kitablarla, onsuz da oxuyan olmayacaq. Deyirəm yormuram, mən heç yoran işi yaxın da getmirəm, pulla da iş görmürəm. O qədər olub, pul da təklif ediblər; gəl bizə qoşul, iş görək, bu ya digər layihədə iştirak edək... Getməmişəm, çünki hamısı iudey layihələridir, sırf qoylar üçün heç nə yoxdur. Ürəyimə yatanını tapmadım. Maliyyənin mənbələri onlardır, onlar da özlərinə lazım olan sahələri maliyyələşdirirlər. Öz xobbilərim var, maraqlandığım sahələr mövcuddur ki, illərlə toplayıram, kolleksiya edirəm həmin sahənin materiallarını və bir də baxıram ki sanballı bir kitab çıxartmaq olar ortaya. Sadaqat Kamal deyir: “Əsas məqsəd ideyanın yaşamasına, gerçəkləşməsinə nail olmaqdır”. Məncə uduşumuz da var. Bəli, var. Bir məqalələr silsiləmiz də var temaya: “Nəyə görə plagiat yazmalı?”. Tezliklə “Litera söhbətlər” kitabında həmin silsilə də işıq üzü görəcək. O gün biri deyir, sənin “Amerikançılıq nədir?” kitabını türkcə çevirib burda Türkiyədə çap edəcəyik, deyirəm, a kişi, mənim kitabımı çevirib mənim adımdan çap etməyin, elə öz adınızdan çap edin getsin. Əgər o zəhməti çəkirsinizsə, elə öz adınızdan dərc edin oxusunlar. Təki ideyalar yaşasın. Yenə deyirəm, bizimçün əsas şan-şöhrət deyil, həqiqəti yaymaqdır.

Hazırladı: Ülvi Məmmədli

Комментариев нет:

Отправить комментарий