Страницы

22.12.2014

Nasizm və Sionizmin ortaq cəhəti, nasizmin ezoterik yönü

İlqar Namə

“Əgər bir insan irq saflığı məfhumuna inanırsa, bir başqasının irqçiliyini rədd edə bilməz. Əgər bir irqin ancaq və ancaq öz vətənində rahat yaşaya biləcəyini düşünürsə, başqalarının da öz torpaqlarındakı “yad” irqləri təmizləməsinə qarşı çıxa bilməz”. Lenni Brenner

Almaniyanın 1-ci Dünya  müharibəsindən məğlubiyyətlə çıxması ölkə üçün ağır nəticələrə gətirib çıxardı. Tarixə nəzər saldıqda görürük ki, bəlkə də, ən çox təzminat ödəyən ölkə Almaniya olub. Versal sülh müqaviləsi ilə Almaniyaya 132 milyardlıq qızıl pul təzminatı yüklənmişdi. Bununla yanaşı, alman ordusundakı əsgərlərin sayı yüz minə qədər azaldılmışdı. Bu müharibədə Alsas-Loren bölgəsinin itirilməsi isə iqtisadiyyata çox ciddi zərbə vurmuşdu. Çünki bu bölgə dəmir mədəni ilə zəngin idi.
Torpaqların çoxunun itirilməsi ilə əkinçilik sahələri də azalmış oldu. İmperator 2-ci Vilhelm də müharibədəki məğlubiyyətdən sonra ölkədən qaçdı və siyasi bir boşluq meydana gəldi. Bu əsnada Noyabr inqilabı baş verdi. Seçkilər keçirildi və koalisiya hökuməti yaradıldı. Bu hökumətdə sosial demokratlar və prezident Fridrix Ebertin təsir imkanları olsa da, əllərindən heç nə gəlmirdi, çünki xalqın vəziyyəti olduqca ağır idi.
Xalq psixoloji cəhətdən çökmüş vəziyyətdə idi, çünki tarixi düşmənləri olan fransızlar Versal müqaviləsi ilə onları məhv etmişdi. Bu dönəmdə geniş yayılan milliyyətçilik cərəyanı qüruru qırılan və keçmiş məğrur günlərinə geri qayıtmaq istəyən almanlara güclü təsir etdi. Hitler də belə bir vaxtda meydana çıxdı. Hitler Nasional Sosialist Alman Fəhlə Partiyasının lideri oldu. O, xalqın vəziyyətinin çətin olduğunu başa düşürdü və milliyətçi çıxışlarla kütləyə təsir edirdi. Mütəmadi olaraq “Versal” sülh müqaviləsini qətiyyən tanımayacaqlarını vurğulayır və almanlar üçün “yeni həyat sahəsi” məfhumunu irəli sürürdü. Yəhudi əleyhdarlığı partiyanın proqramının diqqəti ən çox cəlb edən cəhətlərindən biri idi. Proqramın maddələrindən ikisi belə idi:
 -Sadəcə, millətimizdən olanlar vətəndaş ola bilərlər. Sadəcə alman soyundan olanlar, inancı nə olur olsun, bizim millətimizdəndir. Buna görə də heç bir yəhudi bizim millətimizin bir parçası ola bilməz.
-Xalqımızın dolanışığı və sayları artan insanlarımız üçün torpaq istəyirik.
Partiya bu proqramla cəmi 4 il ərzində ölkə siyasi arenasında böyük nüfuz qazandı...
Hitler “Mənim Mübarizəm” (Mein Kampf) adlı əsərində yəhudilərin alman iqtisadiyyatına zərbə vurmağından danışır. O, 1933-cü ildəki çıxışlarından birində yəhudilər haqqında bunları deyirdi: “Kiçik, məqsədsiz beynəlxalq bir qrup, xalqı bir-birinə qarşı qoyur. Xalqın sülh şəraitində yaşamağını istəmir. Elə bir qrup ki, evləri həm hər yerdədir, həm də heç yerdə. Böyüdükləri və aid olduqları bir torpaq parçası yoxdur. Bu gün Berlində yaşayarlar, sabah Brüsseldə, sonra Paris, Praqa, Vyana və ya Londonda. Hər yerdə özlərini evlərindəki kimi hiss edirlər. Bunlar beynəlxalq ünsürlər olaraq görülən yeganə insanlardır. Çünki işlərini hər yerdə aparırlar”.
1924-cü ildən etibarən məşhur yəhudi-sionist Rotşild ailəsi Amerikadakı üzvləri vasitəsilə almanlara dəstək verməyə başladılar...
Həmin ərəfədə Fələstin torpaqlarında yəhudilərin məskunlaşması Dünya Sionist Təşkilatının xəyalı idi. Çoxlu pul qarşılığında, sadəcə, bir neçə torpaq sahəsi əldə edə bilmişdilər. Osmanlı imperiyasının süqutu ilə bu təşkilat daha da fəallaşdı. Ancaq sadəcə torpaq bəs etmirdi. Xəyalını qurduqları yəhudi dövləti üçün bu torpaqlarda yəhudilər məskunlaşmalı idi. Bölgəni idarə edən ingilislər bu təşkilata dəstək verirdi. Ancaq bütün təbliğatlara baxmayaraq, Osmanlı və ondan sonrakı vaxtlarda bu torpağa gələn yəhudilərin sayı cəmi 85 min idi. Çünki yəhudilərin həyat şəraiti Avropada daha yaxşı idi, ona görə də yəhudilər Fələstinə getmək istəmirdilər. Bu da təşkilatın əsas problemi idi. Bir yol tapıb yəhudiləri bu torpaqlara gətirməli idilər və həmin vaxt yəhudilərin ən çox məskunlaşdığı ölkə Almaniya idi...
Milliyyətçi çıxışlarla xalqın qürurunu oxşayan Hitler, hələ lazımi maddi gəlir mənbəyini əldə edə bilməmişdi. Amma xalq üçün təkcə milliyyətçi çıxışlar kifayət etmirdi,  bunu iqtisadi gücə söykəmək tələb olunurdu. Əks təqdirdə Hitler seçkidə qalib gələ bilməzdi...
Sənaye nəhəngləri olan yəhudi-sionist ailələrə məxsus şirkətlər (başda Rokfeller və Rotşild ailələri) “General Motors”, “Du Pond”, “Ford və Standart Oil” şirkətləri Hitlerə maliyyə cəhətdən çox dəstək olmuşdu. Bu dəstək sayəsində Hitler 1933-cü ildə prezident Paul von Hindenburq tərəfindən iqtidara gətirildi. Hindenburq xalqın və şirkətlərin təzyiqinə davam gətirə bilməmişdi. Hitler artıq vədlərini yerinə yetirməliydi. Əvvəlcə alman irqi üçün “yeni həyat sahəsi” planını həyata keçirməli idi. Ancaq çökmüş alman iqtisadiyyatı ilə müharibəyə girmək məntiqsiz idi. Sionistlərin maliyyə dəstəyinə yenidən ehtiyac yaranmışdı. Bu dəstəyin köməyilə Hitler Alman iqtisadiyyatını canlandırdı. Bu dəstəyin kökündə Dünya Sionist Təşkilatı dururdu. Sionist bankerlər müharibədə Hitlerə böyük dəstək göstərdilər. Standart Oil şirkəti Alman hərbi vasitələrini yanacaqla təmin edirdi...
Bəs yaxşı sionist yəhudilər bu dəstəkləri nə üçün verirdi? Özü də açıq-aydın yəhudi əleyhdarı olan Hitlerə... Yuxarıda da qeyd olunduğu kimi yəhudilərin əksəriyyəti Avropada rahat və zəngin həyat sürürdülər. Ona görə də Fələstinə köçmək istəmirdilər. Hitlerə maliyyə dəstəyi ilə onlara gözdağı verirdilər. Əsir düşərgələrinə daha çox yoxsul və şikəst yəhudiləri gətirirdilər. Bu qorxu və təzyiq  ilə varlı yəhudiləri Fələstinə köçməyə məcbur edirdilər.
Hitlerin dövlət siyasəti də köçə imkan yaradırdı. Nasist zabitlərindən olan Adolf Eixman bu köç təşkilatının başında idi. Macarıstan, Çexoslovakiya və Avstriyada köç büroları qurdurmuşdu. Eixman 250 min yəhudini Fələstinə köçürmüşdü. Hitler diqqəti daha çox Rumıniya, Avstriya və Macarıstana yönəltdi və 1941-ci ildə bu ölkələri işğal etdi. Səbəbi isə bu ölkələrdə yəhudilərin çoxluq təşkil etməsi idi.
Nasizm hərəkatının öncüləri olan alman irqçiləri Sionistlərin axtardığı müttəfiq modelinə tam uyğun idilər. Hər iki tərəfin ideologiyasında oxşarlıq var idi.
Amerikalı anti-sionist tarixçi Lenni Brenner “Diktatorlar Dövründə Sionizm” kitabında qeyd edir ki, sionistlər və antisemit irqçilər arasında yaxın münasibətlər, hələ Sionist hərəkatının ilk illərində başlamışdı. Brennerin xüsusilə diqqət çəkdiyi mövzulardan biri alman irqçiləri ilə Sionistlər arasındakı ideoloji oxşarlıqlardır. 1-ci Dünya Müharibəsinin əvvəlində alman intellektual mühitində yayılan Blut und Boden fetişizmi Sionistlərin iddialarıyla tam uyğundur. Bu ideologiyaya görə, alman irqi özünə xas bir qana (Blut) sahib idilər və özünə xas bir torpaqda (Boden) yaşamalıydılar. Yəhudilər alman qanından deyildilər və buna görə də alman xalqının (Volk) bir parçası olub, onların torpaqlarında yaşaya bilməzdilər.
Sionistlər Blut und Boden irqçilərinin bütün arqumentlərini dəstəkləyirdilər. Sionistlər hesab edirdi ki, yəhudilər alman qanı ilə qarışmamalıdır. Ona görə də ən düzgün seçim öz torpaqlarına (Boden) dönmək idi, yəni Fələstinə.
Belə olan halda sionistlər antisemitizmi dəstəkləmiş olurdular. Madam ki, yəhudilər alman xalqının bir parçası deyil, alman irqçiləri yəhudiləri təcrid etməkdə haqlı idi. Sionist ideologiyaya görə, antisemitizmin varlığı yəhudilərin öz günahıdır. Özlərinə aid olmayan bir torpaqda yaşamaq üçün israr edərək və yad bir irqə qarışmağa çalışaraq özləri antisemitizmi alovlandırırdılar. Günah antisemitlərdə yox, assimilyasiya olan yəhudilərdə idi...
İllər sonra Xaim Qrinberq adlı bir sionist, “Yəhudi Cəbhəsi” adlı jurnalda belə bir ifadə işlətmişdi: “Yaxşı bir sionist olmaq üçün bir az antisemit olmaq lazımdır”.
Sionizm hərəkatının önəmli ideoloqlarından olan Yakob Klatskin isə 1925-ci ildə bu sözləri demişdi: “Əgər antisemitizmin haqlı bir hərəkat olduğunu qəbul etməsək, öz milliyyətçiliyimizin haqlılığını rədd etmiş olarıq. Əgər bizim millətimiz öz kimliyini qorumaq və özünə xas həyat tərzini davam elətdirmək istəyirsə, yaşamaq istədiyi millətlər içində yaddır. Öz milli bütünlüklərini qorumaq üçün bizə müharibə elan edən millətlər haqlıdırlar”.
Dünya Sionist Təşkilatının Teodor Herzldən sonra 2-ci lideri olan Xeym Veyzman belə demişdi: “Əgər hər hansı bir millət mədəsinin ağrımağını istəmirsə, müəyyən miqdarda yəhudini həzm edə bilər. Almaniyada isə həddindən çox yəhudi var”.
Nasist liderlərdən olan Frensis Nikosiya deyirdi ki, Nasional Sosialist Partiyası bütün enerjisini yəhudilərin ölkədən çıxarılmasına sərf etməlidir. Bunun necə edilməsi barədə  isə bu mesajı verirdi: “Lazım gəlsə, bu iş üçün şeytanla da ittifaqa girərik”. Şeytan dedikdə, böyük ehtimalla burda sionistləri nəzərdə tuturdu...
Nasistlərin hakimiyyətə gəldiyi vaxtlarda ölkə yəhudilərinin çoxunun rifahı yüksək idi. Onların 60 faizi ya iş adamı, yada rəhbər idi. Digərləri isə din adamı, alverçi, tələbə və az bir qismi işçi idi...
Sionistlərin məntiqi açıq idi. Assimilyasiya olmağa çalışan yəhudilər sionizmin çağırışını qulaq ardına vurmaqla, öz irqi kimliklərini rədd edərək böyük günah işlətmişdilər. Və bunun cəzasını da sionist müttəfiqi olan nasistlərin təzyiqi ilə ödəyəcəkdilər..
“Sion Müdriklərinin Protokolları” adlı mənşəyi naməlum sənədlər toplusunun 15-ci protokolunda belə deyilir: “Bizim qədim müdriklər böyük uzaqgörənliklə söyləyiblər ki, ciddi məqsədə nail olmaq yolunda bütün vasitələr məqbuldur və məqsəd naminə verilən qurbanların sayının əhəmiyyəti yoxdur. Biz heyvərə qeyri-yəhudilərin sırasından gedən qurbanları saymamışıq. Baxmayaraq ki, öz sıralarımızdan da az qurban verməmişik... Bizim sıramızdan gedən qurbanların sayının az olması millətimizi məhv olmaqdan qorudu”...
2-ci Dünya Müharibəsi 1945-ci ildə bitdi və bu müharibədən 3 il sonra 1948-ci ildə İsrail dövləti quruldu...
İndi isə Nasizmin ezoterik yönündən danışaq.
1920-ci ildə Nasist Partiya simvol olaraq Svastikanı (卐) seçdi. Qərarı verən partiyanın birinci adamı Hitler idi. Svastika Nasistlər üçün Ari irqinin mistik taleyinin işarəsi idi. Ancaq svastikanı onlar kəşf etməmişdilər. Bu simvolun tarixi çox qədim zamanlara qədər gedib çıxır. Tarix boyunca bir çox sivilizasiya və din bu simvoldan istifadə edib.
İnsanın təbitələ sülh şəraitində yaşadığı vaxtların sonu gəlməkdə idi.
18-ci əsrdə başlayan və 19-cu əsrin ikinci yarısına qədər sürətlə davam edən sənaye mərhələsi təbiətlə insan arasında uçurum yaratdı. Təbiətdən qopmanın, maşınlara bağlı halda yaşamağın və kapitalizmin əlbəttə ağır cavabı olmalı idi. Yuxarı və orta təbəqə bu yeni nizamın kefini çəkirdi. Ancaq sürətlə sənayeləşmə onlardan da yan keçməyəcəkdi.
Hər kəs keçmişin ağrı-acılarından və xətalarından təmizlənmiş yeni bir dünya nizamının ərəfəsində olduğuna inanırdı. Çünki elm, texnika və demokratiya keçmişin zibillərini təmizləmək gücündə idi…
Ancaq 19-cu əsrin sonlarından etibarən elmin qətiliyindən ruhları zədələnmiş, sənayeləşmiş dünyadan kənarlaşıb mistikaya, ezoterizmə yönəlməyə başladılar. İnsanlar mistisizmi kəşf etmək üçün müdrikliyin və ruhaniliyin coğrafiyası kimi tanınan Tibetə gedirdilər. Bu səyyahlardan biri 1875-ci ildə Nyu Yorkda parapsixologiyanı araşdırmaq və açıqlamaq üçün “Teosofi Cəmiyyəti”nin təsisçisi olan Elena Blavatski idi. Atası alman, anası isə rus olan “Madam Blavatski” Nasist ideologiyasının təməlini qoyan “Gizli Doktrina” kitabını bu səyahətlərdən sonra - 1888-ci ildə yazmışdı. Bu kitab elmin, dinin və fəlsəfənin sintezindən ibarət idi. Yəni məqsəd Şərqin müdrikliyini müasir elmlə qaynadıb-qarışdırmaq idi. Onun Tibetdə öyrəndiklərinin əsasını belə bir fikir təşkil edirdi ki, kainat əvvəlcə ruhanilikdən qaranlığa və xaosa sürüklənəcək, ardınca da bu vəziyyətdən qurtulub yenidən ruhaniliyə qayıdacaqdı. Bəşəriyyəti qaranlıqdan işığa aparacaq və insanın təkamülündə yeni bir dönəmi başladacaq nəslin adı Ari irqidir. Bu irqin simvolu isə svastikadır.
Bu simvolun ən maraqlı xüsusiyyəti onun itmiş qitə adlanan Mu qitəsinin simvolu olmasıdır. Deyilənə görə, qitədən xilas ola bilənlər bu mədəniyyəti müxtəlif coğrafiyalara apardırlar. Xüsusilə Qədim Misir və Tibetə. Bu simvola qısaca kainatın açarı deyilir, yəni bu simvol 4 əsas qüvvənin nişanəsidir: Ruh enerjisi, zaman enerjisi, fizika enerjisi və həyat enerjisi. Antik məlumatlarda od, su, torpaq və hava adı ilə də qeyd olunur. Mu mədəniyyətinə söykənən bu təlimin təməl daşını insan psixologiyasının məlum olmayan tərəfləri təşkil edirdi.
Nasistlər bu bilgilərdən istifadə edərək kütləyə təsir edə bilmişdilər.
Hitler antik cəmiyyətlərhaqqında olan və kütləyə təsir edən mifləri araşdırmağı sevirdi..
15 Sentaybr 1935-ci ildə svastikalı bayraq Nasist Almaniyasının rəsmi bayrağı elan edildi. Bu tarixdən sonra isə bu simvol qan, nifrət, əzab və göz yaşı olaraq xatırlanacaqdı…

birlik.az

Комментариев нет:

Отправить комментарий