Страницы

13.12.2014

Türkiyə yaxşılığa doğru

Vüqar Məmmədov

Bilidiyiniz kimi 01.12.2014 tarixdə Rusiya Prezidenti Putinin Türkiyəyə rəsmi səfəri həyata keçirildi. 
Vladimir Putin Türkiyədə çox yüksək səviyyədə qarşılandı. Putin bu görüşə 10 nazirlə gəlmişdi. Əsas söhbət qaz yanacagı ilə baglı olsa da,düşünürəm ki, pərdə arxasında daha ciddi söhbətlər baş vermişdir.
Beləliklə Putinin Atatürkün məzarını ziyarət etməsi cox ciddi bir haldır. Çünki Putin bundan əvvəlki səfərində bu ziyarəti etməmişdir. Demək bu ziyarət bu gün üçün saxlanmışdır. Əlavə qeyd edim ki, Putinin *Antikabiri* ziyarət etməsi türklər arsında böyük bir sevgi ilə alqışlanmışdır. Adətən yüksək çinli dövlət rəsmilərinin səfəri, gediləsi tarixi və mədəni obyektlər qarşı tərəfin razılıgı ilə baş tutur. Demək əvvəlki görüşdə bunu Putinə icazə verməmişdilər.

İkinci məqam isə Rusiya Dövləti Türkiyəyə qazın ödənişində 6% güzəşt etməsidir. Bu da Rusiya və Türkiyə arasında istiləşmənin göstəricisidir.
Burda ən vacib məqam isə birdən birə Türkiyə və Rusiyanın yaxınlaşmasıdır.
Bildiyimiz kimi Türkiyə ABŞ-dan ən çox asılı olan ölkədir. Bütün İqtisadi, ticari, maliyyə açarlar ABŞ -ın əlindədir. Türkiyədə olan şirkətlərin əksəriyyəti ABŞ və Avropa nəzarətindədir. ABŞ-ın dünyada ən çox güclü oldugu ölkədə elə Türkiyənin özüdür.
Abş-ın ən çox hərbi bazalarl,hava hucumundan müdafiə sistemləri də Türkiyınin ərazisində qurulmuşdur. Cünki bu bölcədə güclənmək, islam ölkələrini daim nəzarətdə saxlamaq, dünyanın daha çox ərazisini nəzarətə götürmək üçün Türkiyənin rolu qaçılmazdır. Digər bir tərəfdən isə İsrailin təhlükəsizliyi Türkiyənin boynunda bir haqqdır.
İkinci ABŞ-İraq müharibəsində ABŞ və Nato qoşunlarının Türkiyədə yerləşdirilən hərbi bazalarından istifadə etməsi bu müharibənin ABŞ-ın xeyirinə qurtarmasına səbəb olmuşdur. Qeyd edim ki, ata Buşun dövründə ABŞ-İraq müharibəsi qərbin müharibəni itirməsinə səbəb olmuşdur. O zaman ki Bülənd Əcəvit höküməti ABŞ və Nato qoşunlarının İraqa qarşı hər hansı bir əmliyyatların həyata keçirilməsinə icazə verməmişdir.
Mason təşkilatlarının Türkiyənin idərə olunmasında xüsusi bir yeri var. Masonlar Türkiəyə idarəçiliyini tamamılə zəbt etmişlər. Aşkar surətdə özlərinin konfranslarını belə keçirməkdən kəçinmirlər. Halbuki bu təşkilatlar 1928-ci ildə Atatürkün göstərişi ilə bagladılmış və bütün masonlar nəzarətə götürlmüşdü.
Türkiyənin Rusiya ilə yaxınlaşması ABŞ tərəfindən razılıqın olması ilə mümkün və ya mümkün olmaya bilər. Çünki adətən Türkiyə bütün daxili xarici siyasətini, ölkənin idərə olunması və yeni layihələrin həyata keçirilməsini ABŞ-ın razılıgı ilə edir.
Bu gün Qərb Rusiyanı köçdürmək, parçalamaq, onun bütün sərvətlərini ələ keçirmək üçün düşünülməz addımlar atır. Mümkün qədər Rusiyanın imkanlarını azaltmaq, bütün strateji açarları ələ keçirməyi düşündüyü zaman Rusiya və Türkiyə arasında istiləşmə heç də ABŞ-ın bu münasibətlərə göz görə-görə imkan verməsi şübhə dogurur. İki ölkə arasında fikir ayrlıgı yalnız Suriya ilə baglıdır. Çünki Əsəd rejiminin hakimiyyətdən uzaqlaşdırılması Erdogandan daha çox ABŞ-ın maragındadır. Sadəcə burda vasitəçilik və öhdələik Erdoganın üzərindədir.
Rusiya və Türkiyə arasındakı yaxınlaşma ABŞ-sız Ərdoğanın istəyi ilə baş verirsə demək Türkiyə yeni igtişaşlara, rəngli və rəngsiz inqilablara, hakimiyyət çevrilişlərinə hazır olmalıdır.

Комментариев нет:

Отправить комментарий