Страницы

19.01.2015

Ədəbsizliyin kuliminasiyası

Mahir Şəkərov

Konstitusiyadan, qanunvericilikdən və eləcə də efir mədəniyyətindən bixəbər olan bir zavallı... 
Deyirəm gör işlər nə yerə çatıb ki, mədəniyyət, ədəb və ərkandan xəbərsiz  olanlar, ağzından çıxanı qulağı eşitməyənlər kimisə təhqir edir. Özüdə efirdə, milyonlarla insanın gözü qarşısında. Əxlaqsızlığın dərəcəsini görürsünüzmü?
Söhbət  Ans-in efirində Astaralı gənci ləhcə ilə danışdığına görə təhqir edən Xalidə(lər)dən gedir. Xalidə Əhmədovadan...
Utanmadan efirdə Astaralı gəncə "get ağzını talış ləhcəsindən təmizlə" deməyini gördükdə, düşündüm ki, yəqin bu etdiyinə görə tezliklə üzr istəyəcək. Amma Xalidə Əhmədova növbəti efir günündə təhqirlərinə davam etməklə ədəbsizliyin kuliminasiya nöqtəsinə yüksəldi. Bəli, yüksəldi və hələ də ordan enmək fikrində deyil.
Ay Xalidə Əhmədova, həmin efirdə, səninlə eyni efiri paylaşan həyat yoldaşın Davud müəllim həmin təhqir etdiyin millətin nümayəndəsi deyilmi?
Ağzına  su alıb səni eşitməməzlikdən gələn, daha sonra dolayı yolla sənin sözünə haqq qazandırmağa çalışan həyat yoldaşını da milyonlarla insan qarşısında təhqir etdin. Nə tez unutdun həyat yoldaşının Lənkəranlı olduğunu? Gəlin gəldiyin torpağın nümayəndəsini təhqir etməyə utanmırsan? Budurmu sənin ədəbin? Harda qaldı ədəb, ərkan, mədəniyyət, əxlaq, tərbiyə?..
Sən kimə və nəyə güvənib bir milləti ard-arda utanmadan təhqir edirsən? Kimin çirkli pulları səni özünə qul edib? Bu təsir qüvvəsinin kökü haradır ki, hətta Davud Əhmədovu da susdurdu?! Siz susun! Bəs vicdanınızı da susdura biləcəksinizmi?
Mən dediyiniz nifrət və kin dolu sözlərinizi bir-bir yazıb şərh vermək fikrində deyiləm. Sadəcə bunu bir daha yəqin  bilin ki, bir qadının efirdə saqqız çeynəyə-çeynəyə bir milləti təhqir etməsi nə efir mədəniyyətinə, nə əxlaq normalarına nə də insanlığa sığan bir şey deyildir. Ümid edirəm ki, Xalidə Əhmədova ona olan bu etirazlara vicdan qulağı ilə qulaq verib bu əməlindən çəkinəcək, etdiyi bu ədəbsizliyə görə talış millətindən üzr istəyəcək və bir daha heç bir millətin nümayəndəsini təhqir etməyəcək.

Комментариев нет:

Отправить комментарий