Страницы

25.01.2015

HƏZİ ASLANOVUN ŞƏCƏRƏSİ

Rəzzaq Xansuvar

Azərbaycanımızın Talış oğlu olan 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov 1910 cu il yanvarın 22 də Lənkəran şəhərində anadan olmuşdur. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
Həyatı haqqında məlumatlar genişdir. Gəlin dahi şəxsin şəcərəsinə nəzər yetirək...
Həzinin atası Əhəd kişi  rəsmi adlı Əbdüləhəd) (1879-1923) Talış diyarının gözəl və qədim kəndlərindən biri olan Qamətuk (Gərmətük)kəndində anadan olmuşdur. Əhəd kişi ata-babadan olan mülkləri həm də Lənkəran şəhəri böyuk bazar hissəsində olmuşdur.

Əhədgilin kənddə ata-baba məhəlləsi Qəqırobə idi. Qəqırobə məhəlləsində bir necə nəsillər yaşayırdılar. Onlar içində həmçinin Aslanovlar nəslidə var idi. Əhədin iki həyat yoldaşı olmuşdur , biri Rübabə xanım ondan Abbasqulu doğulmuşdur, digər xanımı Nuşafərin Kərbəlayı Bağır qızı Lənkəran şəhərindən ondan Həzi, Asiyə, Kərəməli, Hacıbaba, Tamara .
Əhədin atası Hacı Mirzə Sultan (1838- təq. 1915) idi. Hacı Mirzəsultan cox ziyalı şəxs və Talış diyarının tacirlərindən biri idi. Talış dilindən savayı rus və azərbaycan dillərini bilirdi. Lənkəran uçilişini bitirmişdir. Lənkəran şəhərində öz dükanı var idi. Həmin dönəm Lənkəran qəzasının ziyalı şəxslərindən biri olmuşdur. Hacı Mirzə Sultanın övladları: Həsən, Kərbəlayı İsmail, Hacı Hüseyn, Məmi, Səməd və Əhəd.
Hacı Mirzə Sultanın atası Gərmətuk kəndinin varlı şəxslərindən biri olan, həm də diyarın tacirlərindən olan Məşədi Mirzəhəsən (1780- təq. 1860) idi. Məşədi Mirzəhəsənin həyat yoldaşı Tamara xanım Yüxarı Nüvədi kəndindən Xəlifə Məhəmməd qızı idi. Yüxarı Nüvədi kəndinə Xansuvarovlar nəslinin ulu babası Xansuvar kişinin bacısı olmuşdur Tamara xanım. Xəlifə Məhəmməd Lənkəran şəhərində olan mülklərindən bir hissəsini öz kürəkəni Məşədi Mirzəhəsən ucun ayırmışdır. Həmin illərdən Mirzəhəsən Lənkəran şəhərində özunə dükan açır və ticarətlə məşğul olmuşdur. Sənədlərə əsasən çar dövründə Dövlət qulluqçusu sayılmışdır. Məşədi Mirzəhəsənin övladları: Əmirsəhət (uşaqlıqda vəfat edib), Əmirxan (uşaqlıqda vəfat edib), Əmircan (uşaqlıqda vəfat edib), Əmiraslan (uşaqlıqda vəfat edib ), Şahsuvar ( uşaqlıqda vəfat edib ), Xansuvar ( uşaqlıqda vəfat edib) və Sultan (Mirzəsultan). Mirzəhəsənin nəslin Mirzəsultandan davam edib..
Həzi Aslanovun atasının nənəsi mənim ulu bibim olmuşdur. Nəslimizdə Hacı Mahmud həmişə Lənkəranda Əhədgildə olub qohumluq əlaqələrimizi saxlamışdır.
Məşədi Mirzəhəsənin atası Hacı Əmir Aslandır (talışca adı Əmir Oslon).
Hacı Əmir Aslan təqribən 1750 ci ildə Talış xanlığının Gərmətük kəndində anadan olmuşdur. Öz dövrün nəhəng şəxslərindən biri olmuş, Qəqıronıjon tayfasının ağsaqqalı olmuşdur. Hacı Əmiraslan Səhət bəyin oğlu olmuşdur. Səhət bəyin bir necə ləqəbi var idi. Səhət bəy Penə Miyankuh mahalının Qəqiron (Gəgiran) kəndində yaşamışdır. Səhət bəy haqqında bir necə rəvayət mövcuddur. Səhət bəyin nəslindən olanlar Varsəmon kəndinə köcmuş digəri isə Qamatuk kəndinə getmişlər. Varsəmon kəndində yaşayan nəsilləri Mışkəmi, Hışkədərə kəndləri köcmuşlər və VARSƏMONIJON adı ilə tanınırlar. Hacı Əmir Aslanın ulu əcdadları talışların qolış entoqrupuna aid Varsəmon nəslindəndirlər. Varsəmon nəsli orta əsrlərdə Talışda Drığ mahalının və Ərkivan mahallarının hakimlər nəsli olmuşdur. Əmir sözudə nəsildə məhz ona görədir.

Mənbələr :
1. Azərbaycan Milli Arxivi (fond 10- op1, dok 21-23), (fond 43, op 2, dok 7375 və s.) (Gərmətük kəndinin kameral siyahıalınmaları, Nijniy Miyankuh kəndinin kameral siyahıalınmaları- 1829-1886 ci illər).
2. Gurcustan Milli Arxivi (fond 231, op 1, dok 13).
3. "Gərmətük Salnaməsi" (S.Məmmədov, E. Əhədov, Ə. Nurullayev)
4. "Kərbəlayı Yusif " M. Mirzəyev. 
5. "Xasay Nəslinin Salnaməsi" V. Mirzəzodə 
6. "Həzi Aslanovun şəcərəsi sənədlərdə " R. Xansuvar.
7. "Xansuvarovların şəcərəsi" R. Xansuvar .
8. Rusiya Xarici Siyasət Arxivi - "Lənkəran qəzası tacirləri".

Комментариев нет:

Отправить комментарий