Страницы

29.01.2015

İsrail ordusu haqqında şok iddia: 166 əsgər intihar edib

Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi Mərkəzi Komitəsinin üzvü Erkan Bədr "Əl-Mənar" televiziyasında iştirak etdiyi proqramda 166 İsrail əsgərinin intihar etdiyini, 311 əsgərin isə cəbhəyə getməmək üçün özünü vurduğunu deyib. 
"Haaretz" qəzeti İsrail ordusunun verdiyi itkiləri bu şəkildə açıqlamışdır: 880 ölü, 1860 yaralı. Bu rəqəmlərə 166 sionist əsgər və zabitin intiharı da daxildir" - deyən Bədr, bu 166 əsgərin döyüşə girmək qorxusundan üçün intihar etdiyini, 311 əsgər və zabitin isə müharibəyə getməmək üçün özünü vurduğunu iddia edib.
Erkan Bədr İsrail ordusundakı intihar və yaralanmaların səbəbi kimi isə bunları deyib: "Çünki onlar bölgədən yaralı şəkildə qayıdan əsgərlərdən qorxunc hekayələr eşidirlər. Buna görə mühariəyə getməmək üçün etiraz edir, bəziləri ordunu tərk edir, bəziləri intihar edir, bəziləri də özünü vurur". 
O, sonda deyib ki, sionist düşmən əslində üzdə olandan daha çox itki verib.

Комментариев нет:

Отправить комментарий