Страницы

25.01.2015

MƏN SƏNƏ LAZIM DEYİLƏM

Aybəniz Əliyar

Mən sənin nəyinəm, Vətən?
İtirdim bütün varımı.
Laçında görən gözümü,
Murovda ayaqlarımı.

Səni sevməyə yox gücüm,
Bir qorxağın artıq düşüb.
Səngərimi namərd tutub,
Kürəyimi güllə deşib.

İndi hara çəksin məni,
Şuşaya çəkən intizar?
Bəlkə mənəm Xocalıda,
Baş daşı qırılan məzar?


Atam oldun, anam oldun,
Kimim olmadın, onu sor!
Qarabağ adlı cənnətdə 
Niyə ölmədim, onu sor!

Mən sənin nəyinəm, Vətən?
İnanmıram gərəyinəm.
Neftdə gülən Xəzərinəm,
Neftə batan ürəyinəm.

Suyun saf, gül sinən geniş,
Demə, bu nankor dəlidir.
Mən sənə lazım deyiləm,
Əllərim cəllad əlidir.

Комментариев нет:

Отправить комментарий