Страницы

20.02.2015

Anar Əhəd - Utansın

Hər kim ki, salıb qəlbinə pis niyyət utansın,
Allah eliyər qəlbə nəzər əlbət, utansın.

Sərvət dolu ölkəmdə kasıbsansa, utanma,
Qoy qarə qızılnan öyünən dövlət utansın.

Dünya özü nemət dolu, yoxsullara gəl bax,
Kimlər ki, yığır qəbri üçün sərvət, utansın.

Ey əvvəli nütfə, sonu torpaq, sənə təəccüb,
Bir an düşünərkən eliyən ibrət, utansın.

İnsan yaradıb, cənnətə layiq bilib Allah,
Bədbəxtdi bu dünyaya verən qiymət, utansın.

Şairdi Anar, söz düzərək güzgü yaratmış,
Öz eybini kim görsə, edib diqqət utansın.

Комментариев нет:

Отправить комментарий