Страницы

17.03.2015

Access Bank xalqın başına oyun açır

Elçin Babayev: «Mən aldığım krediti köhnə kursla geri ödəmək istədikdə hədələdilər ki, əmlakını əlindən alarıq»

Ucar rayonu M.F. Axundov küçəsi ev 14-də yaşayan Babayev Elçin Dadaş AccessBankın yerli filialından şikayətçi düşüb. JAM.AZ-a göndərdiyi yazılı müraciətində o bildirib ki, bankın Ucar filialı onu aldatmaq istəyir. 
Elçin Babayev yazır ki, 09.04.2014-cü il tarixdə bankdan 10.000 manat kredit götürüb. Pulu vaxtlı-vaxtında ödəyir. Lakin problemə səbəb olan amil pulu götürdüyü dövrün kursuna uyğun geri ödəmək istəməsidir. «Onlar mənə dedilər ki, əgər bunu edərsəm, cərimə edəcəklər, əmlakımı əlimdən alacaqlar. Mən Ali Məhkəmənin hakimi Əsəd Mirzəyevin 03.03.2015-ci il tarixdə mətbuatda etdiyi açıqlamasından çıxarışın surətini ərizəmə əlavə edib Access Bankın Ucar filialına göndərib, bunu nəzərə alıb kredit müqaviləsinin bağlanıldığı tarixə olan dolların kursu ilə kredit borcumu ödəməyimə razı olmalarını onlardan xahiş etdim. Müraciətimə rəsmi cavab verməyən bank rəhbərliyi mənə şifahi xəbərdarlıq etdilər ki, buna görə sənə cərimələr tətbiq ediləcək və girov qoyulmuş əmlakını müsadirə etdirəcəyik. Ancaq Access Bankın Ucar filialına etdiyim 2 yazılı müraciətimə indiyə qədər rəsmi cavab verilməyib ki, bu qanunsuzluq faktıdır».
Ucar sakini deyir ki, bank rəhbərliyi ona hətta şifahi bildirib ki, Ali Məhkəmənin hakimi Əsəd Mirzəyevi bu yalan çıxışına görə hakimlikdən uzaqlaşdırıblar. «Onu da dedilər ki, hakim Əsəd Mirzəyev bu barədə təkzib də verib. Mən isə dedim ki, həmin təkzib varsa göstərin. Ancaq bunu göstərə bilmədilər. Xırda ticarətimi genişləndirmək məqsədi ilə kredit götürmüşəm. Ancaq məlum infilyasiyaya görə ticarətim iflasa uğrayıb. Buna baxmayaraq məsuliyyət hiss edib AccessBanka olan borcumu hər ay ödəyirəm, onlar isə məsuliyyətsizlik edirlər».
Qarşı tərəfi də dinləməyə hazırıq. /jam.az/

Комментариев нет:

Отправить комментарий