Страницы

24.03.2015

İŞİD ABŞ cinayətlərinin izlərini itirir

İraq ABŞ-ın işğalından yenicə azad olduqdan sonra, ölkə ərazisində terror təşkilatları baş qaldırdı. Qonşu Suriyada 2011-ci ildə başlanan terror hərəkatı ölkəni dağıdmağa başladı. Suriya ərazisində ABŞ-ın silah və digər dəstəyi ilə İŞİD terrorçuları Suriya ərazisindən keçərək İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin iyun ayında işğal etdi. Mosul İŞİD tərəfində işğal edildiyi zamandan bu günə kimi orada olan tarixi abidələr dağıdılır. İŞİD terror təşkilatı İraq ərazisində olan qədim tarixi özündə əks etdirən mədəni abidələrin dağıdılması ilə son günlər dünya mətbuatının diqqətini özünə çəkib. Bunu İŞİD terrorçuları nəyə görə edir? Bu suala cavab isə çoxlarını düşündürür. İŞİD terrorçuları bunu şirk və bidət olduğunu və ona görə dağıdıldığını deyərək, öz vəhhabi ardıcıllarını daha da bu işə həvəsləndirir. Əslində isə bu işin arxasında başqa məqamlar dayanıb. ABŞ İraqı işğal etdiyi dövrdə İraqdan xeyli sayda tarixi-mədəni abidəni oğurlayıb.  ABŞ Hərbi Hava Qüvvələri isə Mesopotamiya dövrünə aid tarixi məkanları və abidələri bombardımana məruz qoyaraq dağıdıb. İraqın və dünyanın tarixi irsi olan bu əvəzedilməz abidələr ABŞ tərəfindən talanaraq aparılıb.
Bu cinayətləri ört-basdır etmək üçün, İŞİD ən əlverişli alətdir. ABŞ-dan aldıqları təlimatla İŞİD terrorçuları öz rəhbərlərinin etdikləri cinayətlərin izini itirmək məqsədi ilə gördüyümüz vandalizm aktlarını həyata keçirir. Beləliklə, ABŞ 2003-cü il işğal izlərini silməyə davam edir. Bu yolla həm ABŞ, həm də İŞİD qazanır. Terrorçular qara bazarda tarixi abidələri satmaqla öz maliyyəsini təmin edir. Talanan abidələr, tarixi ekspanatlar Britaniya və ABŞ-ın qara bazarlarında dollarlara çevrilərək İŞİD-in silah-sursatla təmin ediməsinə xidmət edir. BMT-nin Təhlükəsizlik  Şurasının Rusiya tərəfindən təklif edilən 2199 nömrəli qətnaməsinə diqqət etsək görərik ki, İŞİD-in neftdən sonra, ikinci maliyyə mənbəyi tarixi-mədəni abidələr və eksponatlardır. Qeyd edək ki, İraq hökuməti ABŞ-dan bu ilin fevralında 2003-cü ildə İraqda ABŞ hərbçiləri tərəfindən oğurlanan 200 illik Tövratın geri qaytarılmasını tələb edib. 200 (1815) illik  tarixi olan Tövrat kitabı ABŞ tərəfindən Qüdsü işğal edən sionist rejimə qanunsuz olaraq təhvil verilib. İraq hökuməti bu hadisəyə etiraz edib. Bu, faktlardan biridir. ABŞ-ın İraqdan nə qədər tarixi abidənin oğurladığını isə düşünürəm ki, İŞİD vandallarının iz itirilmə əməliyyatından sonra araşdırılması daha da çətin olacaq.

islamazeri.az

Комментариев нет:

Отправить комментарий