Страницы

02.03.2015

İŞİD-dən vəhşilik: 10 min tarixi kitab yandırıldı

İŞİD terrorçuları İraqın Mosul şəhərində mərkəzi kitabxananı partladıb.
Birlik.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində on minə yaxın kitab yanıb.
Kitabxananın direktoru deyib ki, partlayış üç mərtəbəli binanı əhatə edib:
"Kitabxananın həyətində terrorçular İraqın mədəni irsi olan əlyazmalar və kitablardan tonqal qalayıblar. Məhv edilən kitablar arasında mədəniyyət, fəlsəfə və tarix üzrə nadir kitablar var. İŞİD terorroçuları bildirib ki, guya bu əlyazma və kitablarda İslama aid olmayan yad fikirlər yazılıb".
Ənbar əyalət şurasının üzvü Ədal əl-Fahdainin sözlərinə görə, son həftə ərzində radikallar yüz mindən artıq kitab olan daha bir neçə kitabxananı dağıdıblar.

birlik.az

Комментариев нет:

Отправить комментарий