Страницы

02.03.2015

İsmixan Kazımov - SƏNİ

Nakam eşqin alovunda alışsan,
O çəkər illərlə hesaba səni.
Gözü yaşlı qalan bu yetim eşqin
Dolu xatirəsi ağladar səni.

Ağlar, qəm dünyasın tutar başında
Yanıb yaxılarsan göz yaşlarında.
Hicran həlak eylər cavan yaşında
Məhkum don içində sızladar səni.

Sevinc qapıların bağlar üzünə
Dolanar duman tək dünya gözündə.
Təbəssüm çəkilər, gülməz üzün də
Xəyal dünyasına aparar səni.

Çəkər göz özünə saf duyğuların,
Pərişan eyləyər ömür yolların.
İsmixan bu odda yanan ürəyin
Yandıqca o yanıb kül eylər səni.

Комментариев нет:

Отправить комментарий