Страницы

09.03.2015

KOMMUNİSTLƏR STALİNİN XATİRƏSİNİ YAD ETDİLƏR

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi martın 5-də Generalsimus SSR İ.V.Stalinin vəfatının 62-ci ildönümü ilə əlaqədar onun Bakının Zirə qəsəbəsindəki abidəsini ziyarət etmişlər. Abidə önünə Xəzər Rayon Partiya Komitəsinin fəalları, komsomolçular, Zirə, Türkan, Pirallahı qəsəbə sakinləri toplaşmışdı. Tədbirdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov çıxış etmişdir. O, demişdir:
-Bu il Böyük Vətən müharibəsində alman faşizmi üzərində sovet xalqının qələbəsinin 70 ili tamam olur. Bu tarixi qələbənin ali baş komandanı və təşkilatçısı generalsimus SSRİ İosif Stalin olmuşdu. Onun əziz xatirəsi təkcə körkəmli şəxsiyyət olmasına görə yox, həm də qüdrətli Sovet Sosialist Respublikaları İttifaqı üçün gördüyü misilsiz işlərə gorə daim yad edilməlidir.

Qəhrəman Stalinqrad şəhərinin tarixi adının qaytarılması naminə rusiya kommunistlərinin təşəbbüsünə Azərbaycan kommunistləri də qoşulur. Stalinqrad döyüşləri zamanı bütün dünya cəbhədən gələn xəbərləri izləyirdi. İnsanlar başa düşürdülər ki, əgər faşistlər Volqanı bağlayıb Stalinqradı ələ keçirsələr Bakıdan gətirilən 80 faiz yanacaq sovet tanklarına, təyyarələrə və avtomaşınlara çatmayacaq. Bu o demək idi ki, faşist taunu bütün planeti bürüyəcək. Dahi Stalinin ali baş komandan olduğu sovet ordusu Stalinqrad ətrafında faşistləri məhv edib, vermaxtın üç yüz minlik qruplaşmasını əsir götürəndən sonra dünya azad nəfəs aldı. Avropanın ayrı-atrı paytaxtları, küçələri, meydanları, bulvarları qalib Stalinqradın şərəfinə adlandırıldı. Bu gün də həmin ölkələrin əksəriyyəti Stalinqrad adı ilə bağlı mövqelərini qoruyub saxlayırlar.- Ədalət Abdinov bildirdi.
Moskvanın mərkəzində Stalinə abidə qoymaq barədə pusiyanın kommunist deputatların Dövlət Dumasında müzakirəyə çıxardıqları təklifiə 94 deputat lehinə səs vermişdir. Körkəmli mədəniyyət xadimlərindən Kobzon və Drapenko da kommunistlərin təşəbbüsünü dəstəkləmişlər. Azərbaycan kommunistləri də əmindirlər ki, Rusiyanın paytaxtında ümumxalq tələbi ilə Stalinə abidə ucalacaq, eyni zamanda Stalinqradın şərəfli adı bərpa olunacaqdır.- Ədalət Abdinov dedi.
İ.V.Stalinin xatirəsinin anma mərasimində Sov.İKP MK-nın katibi, Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev, Azərbaycan Kommunist Partiyası (züqanovçular) MK-nın sədri Gülnisə Mənsimova iştirak etmişlər.

Azərbaycan KP MK-nın mətbuat xidməti

Комментариев нет:

Отправить комментарий