Страницы

09.03.2015

Talış Qadını

Aytən EYVAZON

Qadın insan həyatının əsas bir hissəsidir. Məncə insanın həyatıdır. Həyat özu qadınla bağlıdır. Qadın anadır, nənədir, bacıdır, həyat yoldaşıdır, dostdur və rəfiqədir. Ta qədimdən qadının rolu böyuk olub. Şərqdə qadın gözəllik, incəlik, həyat rəmzi sayılırdı. Azərbaycanın qədim etnoslarından sayılan talışlar da şərq xalqlarından biridirlər. Qədim talış xalqının həm dilində, həm də şifahi ədəbiyyatında qadına aid zəngin nÜmunələr vardır. Qədim talış dilində Ana - "İnə" , "Moə" , Bacı - "Hovə" , Qız - "Kinə", Ağbirçək, Nənə - "Dodo", "Nənə", qadın isə "Jen", "Moynə" olaraq adlanır. Hər biri özundə qədim mənaları gizlədir. Məsələn: İnə - İ - birinci, ilkin, Nə - dişi - bir sözlə, Birinci dişi - Birinci qadın. Həqiqətən Ana talışca İnə - Birinci qadındır. Qız "Kinə" - Ki (kiyə ) - ocaq, Nə - dişi, Ocaqın qadını, qız evin, ocaqın qadını olur, Nənə - qadınların qadını və yaxud İnənin anası və s. Beləliklə qədim talış dilində qadın anlayışı zəngin keçmişə və hörmətə bağlıdır. Talışlarda şifahi ədəbiyyatda "Dodo" anlayışı el obanın böyuk ağbirçəyinə verilən ad olmuşdur. "Dodo" əslində çox nəhənq bir termindir. Bu terminin yaranmasında əsasən zərdüştluk rol oynayıb. "Avesta" kitabına görə Zərdüşt peyğəmbərin anasın adı Dohdo olmuşdur. Bütun bunlar talışın tarix yaddaşında qadın mahiyyətinin yüksək olmasıdır.

Talışlarda qadın rəmzi, hər şeyi özundə cəmləşdirir. Talış qadını ailənin qayğısına qalır, bir növ bütün məsulliyəti öz boynuna götürur. Talışın tarixində deyirlər çox az qadın siyasi xadim olub. Bu da əsasən ailə dəyərləri ilə bağlıdır. Talış ailələrində uşaqların sayca çox olması və böyük övladların evlənib bir ocaq altında yaşaması. Ən əsas da bütün bunları qadınların idarə etməsi. Hər belə bir ocaqda otuza yaxın insanın birləşməsi. Hər bir ocağın idarə işlərinin qadınların boynunda olması, hər bir qadını öz evinin ictimai xadimi edir. Talışda kişilər ailə işlərinə yalnız böyük məsələlərdə qarışar. Onun işi tarla, əkin, maldalıq və s. Qadınlar isə həm ərlərinə tarlada yardım etməklə yanaşı, evin bütün məsuliyətinidə daşıyırlar. Talış qadını həmişə mübariz, güclü, ailəsinə bağlı olub. Bəlkə də bu onun qanında matriarxatlıqdan qalıb! Bəlkə də bu diyarda yaşayan amazonkalardan qalıb!
Tarixən talış qadını haqqında bir çox səyyahətçilər, etnoqraflar yazmışlar. Fransuz yazıçı Jan Qevir özunun "Xacə Şah" əsərində Talış qadını haqqında yazır: "Ağa Məhəmməd şah Qacarın hərbiçilərinin Talişa yürüşü başladı. Xanlığın müdafiəsində kişilərlə yanaşı qadınlar da əli silahlı vuruşurdular. O qadınlar elə cürətli və məharətli idilər ki, vəhşi heyvanlardan qorxmur, onları ya öldürür, ya da ram edirdilər. Talış kişiləri belə güclü və cürətli qadınlardan doğulub, ərsəyə gəlmişdilər. Onları məğlub etmək asan iş deyil! "Digər bir fransız yazıçı Aleksandr Düma "Qafqaza səyahət " əsərində, Bakıda olarkən talış qadını haqqında eşitdiklərini qələmə alıb. Düma bildirir ki, Talış qadını çox cəngavər bir qadındır. Onlar pələngi belə ram edirlər.
Bəli, Talış qadını haqqında yazan fransızlar onları döyuşkən adlandırır. Orta əsr tarixçisi Əbdür Rəşid Bakuvi özünün "Kitabi Təlxis.. "əsərində (15 ci əsrə aiddir) yazır ki: "Talış vilayətinin qadınları hamıdan gözəldirlər. Onlar digər qadınlardan fərqli olaraq başı bağlı (ya örtülu) deyillər".
19-cu əsrdə Çar Rusiyasının tədqiqatçıları talışları tədqiq edərkən talış qadını haqqında da öz fikirlərini bölüşmüşlər. Talış diyarının kəndli həyatını yaxından tədqiq edən rus tədqiqatçısı D.Kistenyev özünün "Экономический быт государственных крестян Ленкоранского уезда" əsərində yazır: "Talış qadınlarının ailədə böyuk rolu var, ailənin bünövrəsinin qoyulmasından başlamış, ictimai-iqtisadi problemlərinin həllinədək talış qadınlarının iştırakı böyükdur". Digər tədqiqatçı 20-ci əsrin birinci rübündə Talışlar haqqında tədqiqat işi aparmış professor Q.F.Çursin özünün "Talışi" adlı elmi məqaləsində yazır: "Talış qadınları ailə məişətində daha müstəqildirlər, onlar çadra örtmür ve yaşınmırlar". Azərbaycanın tanınmış etnoqrafı olmuş, professor Qəmərşah Cavadov özünün "Talışlar" əsərində rus tədqiqatçıların fikirlərini təsdiqləyib yazır: "Zənnimcə rus tədqiqatçılarının bu müşahidələrində tam həqiqət vardır. Doğrudan da talış qadınları ailənin bərabər hüquqlu üzvü olub, təkcə ana rolunu yerinə yetirilməsi ilə kifayətlənməyib, eləcə də ailənin iqtisadi problemlərin həllində kişilərin, ərin köməkçisi, bəlkə də məsləhətçisi funksiyasını yerinə yetirmişlər.Talış kişiləri də ailə problemlərinin həllində qadınlarla məsləhətləşmiş, onlardan istifadə etmişlər. Bu isə talış ailəsinin kollegial xarakter daşldığını bir daha təsdiq edir".
Beləliklə, talış qadını haqqında tədqiqatçılar, tarixçilər, səyahətçilər gözəl sözlər səsləndirmişlər. O qadınlar bizi dünyaya gətirib, böyüdüb, bizə nəfəs verib, bizə öz ruhunu verib, ən əsası bizə öz şirin dilini verib.
Təsadüfi deyil ki, bizim sonuncu peyğəmbərimiz Mühəmməd ( s.ə.s ) cənnətin anaların ayağı altında olduğunu bildirmişdir. Hədislərə əsasən deyilir: "Allahın Rəsulu (s) səhabələrindən soruşdu: "Qadın nədir?” Dedilər, "Qadın namusdur”. Soruşdu, qadın nə vaxt Allaha daha çox yaxınolur? Səhabələr cavab verə bilmədilər. Bu sualı eşidən Fatimə buyurdu: "Qadının Allaha ən yaxın vaxtı evində olan vaxtıdır.” Bu cavabıeşidən Peyğəmbər (s) buyurdu, "HəqiqətənFatimə bədənimin bir parçasıdır".
Talış qadını Zərdüştu, Datamı, Atropatı, Babəki, Şeyx Cəmaləddini, Şeyx Zahidi, Baba Gilanini (Bobogil), Seyyid Əbülqasimi, Əmir Həmzə xanı, Əmir Əhməd xanı, Dədə bəy Talışı, Xəlifə Səyolini, Qaraxanı (Siyoxan), Mir Mustafa xanı, Mir Həsən xanı, Böyukağa Mirsalayevi və başqalarını bizə bəxş edib. Talış qadını bizə Talışı verib!

talish.org

Комментариев нет:

Отправить комментарий