Страницы

17.03.2015

Vüqar Rəhimzadənin ARDNŞ planı

"İki Sahil" qəzetinin baş redaktoru mətbuat xidmətinin rəhbəri olmaq üçün şirkət rəhbərliyi haqqında kompromatlar yaydırıb

«İki sahil» qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü, keçmiş deputat Vüqar Rəhimzadə ilə bağlı olduqca maraqlı məlumat yayılıb. JAM.AZ-ın əldə etdiyi bilgilərə görə, Rəhimzadə uzun müddət ARDNŞ-in mətbuat xidmətinin rəhbəri olmaq üçün çalışıb. Hətta bununla bağlı həyata keçirmək istədiyi plan da olub. Lakin sonda alınmayıb.
Həmin məlumatlara görə, Vüqar Rəhimzadə əlindəki imkanlardan istifadə edərək, ARDNŞ haqqında kompromat materialları mətbuata çıxararaq, şirkət haqqında məlumatlar yaydırıb. Hətta bir müddət əvvəl ilk dəfə gündəmə gətirilən SOCAR rəhbərliyi ilə bağlı məsələ də məhz MŞ rəsmisinin sayəsində ortaya çıxarılıb.
JAM.AZ-a daxil olan məlumatlarda deyilir ki, Vüqar Rəhimzadə təkcə məlumatları yaymaqla deyil, həm də yayımlanmış materialları toplayaraq, onları ARDNŞ rəhbərliyinə də göndərərək, özünü ona şirin satmağa çalışıb. Və bununla ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nəzirməmməd Quliyevin işləyə bilmədiyi barədə rəy yaratmağa çalışıb. Lakin işini sonadək apara bilməyib.
Məlumatlarda vurğulanır ki, Vüqar Rəhimzadənin bir xeyli enerji sərf etdiyi məsələ alınmadıqda o, başqa bir varianta əl atmalı olub. Belə ki, sözügedən şəxs ARDNŞ-in mətbuat xidmətinin rəhbəri ola bilməyəcəyini görərək, müxtəlif səpkili fikirləri ətrafına demyə başlayıb. Məsələn, iddiasına görə, guya, ARDNŞ-in mətbuat xidmətinin rəhbəri olmaq üçün ondan 100 min manat istəyiblər, lakin bu qədər pulu olmadığı üçün istəyini reallaşdıra bilməyib.
Əslində isə Vüqar Rəhimzadənin nə işlər gördüyü sonradan üzə çıxdığından, ARDNŞ rəhbərliyi onunla əlaqələrini kəsməli olub. /jam.az/

Комментариев нет:

Отправить комментарий