Страницы

06.04.2015

Amerikanın dəhşətli 100 yolu

Con Tirman: ABŞ dünyanı ən çox çirkləndirən ölkədir

Amerikalı məşhur alim Con Tirmanın Amerikanın 100 yolla dünyanı öz toruna salması (100 ways America screwing up the world) kitabı ona dünya şöhrəti gətirsə də, bu uğur çox böyük ittihamlar, təhdidlər bahasına başa gəldi. Doqquz elmi kitabın müəllifi olan Con Tirman Xüsusi Elmi Axtarış bürosunun direktorudur. New York Times, Vashington Post, The Nation, Uoll Strit kimi məhşur jurnal və qəzetlərdə müntəzəm çıxış edən alim Kembricin Massaçutis şəhərində yaşayır. C. Tirman təhsilini Boston Universitetində bitirib, siyasi elmlər üzrə Fəlsəfə doktoru adını alıb. 1981-ci ildə isə o, Siyasi Nəzəriyyə üzrə mütəxəssis olub.  Tirman hazırda Massaçutisin Texnologiya İnstitutunda işləyir. İslaminsesi.org saytı Amerikanın 100 yolla dünyanı öz toruna salması kitabından seçmələri oxuculara təqdim edir.

Hər hansı güclü bir dövlətin bəzi hücumları Yer kürəsində insanlara ciddi təsir edir. Bəzi hallarda nəticə gözlədiyimizdən daha dəhşətli olur, məsələn, soyqırım baş verir.
Tarix boyu qatı açılmamış və qarşısıalınmaz hücumlar çox vaxt məqsədsiz törədilsə də məhvedici olur. Müəyyən vaxtdan sonra isə mədəni müxtəlifliyin aradan qalxmasına səbəb olur. Aydın görünən bir sıra problemlərə (QİÇS - İnsan İmmundefisit Virusu) göz yumulur və beləcə məsuliyyətdən qaçılır.
Nadir hallarda bu hadisələrin kökü bir nöqtədə görülür. Amma iqlim dəyişikliyinə gəldikdə, problemin həlli yoluna əsas maneə xronik cahillik və aqressiv etirazlardır. 
Bu günün qlobal müstəvisində planetmizdəki hər şeyin rifahına təsir edən, atmosferi korlayan isitxana qazlarıdır. 
Bu hesaba gəlməyən dərəcədə insan tələfatına və iqtisadi məsrəflərə səbəb olacaq. O ətrafındakı hər kəsə və hər şeyə nüfuz edəcək, ola bilsin ki, çox varlılar istisna təşkil etsinlər, lakin, onlar üçün də bunun əks təsiri olacaq. Onun qarşısı alına və ya yumşaldıla bilər. Amma biz bu gün Amerikanın danışıq tonuna əsasən necə fəaliyyət göstərdiyini başa düşərək, bunu inkar edirik.
Gəlin bir neçə faktdan başlayaq. Yer kürəsində əsaslı iqlim dəyişikliyini, atmosferdəki qlobal istiləşməni yaradan, atmosferə karbon dioksid emissiyaları ötürən sənaye məhsulları, avtomobillər və digər texniki avadanlıqlardır.
Yəqin bilirsiniz ki, Yer kürəsinin istiləşməsi nəticəsində daimi buz parçaları əriyir və dənizlərdə suyun səviyyəsi qalxır. Belə görünür ki, Yer kürəsində iqlim dəyişir təkcə istiləşmir, həm də meşə yanğınları ilə nəticələnən quraqlıq baş verir. Havada mövcud olan yüksək dərəcəli karbon dioksid məhsullara və heyvanlara təsir edir. Bununla da xəstəliklərin ötürülməsinə səbəb olur. Okeanlar tərəfindən udulan karbon-dioksid buzlaqların əriməsi ilə nəticələnir və bu da (dəqiqliklə olçülmüşdür) təmiz su qıtlığı problemi meydana gətirir.
Okeanlarda temperatur və cərəyanların dəyişməsi nəticəsində dənizdəki canlılar yaşamaq qabiliyyətin itirməyə başlayır. Suyun üzərində baş verənlərə İqlimi (hidrometereoloji) cəhətdən güclü təsiri olan okeanlar isə bu olaylarda açar rolunu oynaya bilər. Sonuncu dəfə 12000 il əvvəl, cərəyan dövriyyəsi buzlaq əriməsi nəticəsində dağıdılmış (hərəkət zolağın dəyişmiş) və bu Buz Dövrünün başa çatması ilə müşahidə olunmuşdu.
Bu dəyişikliklərin nəticəsini bilmək çox çətindir.Təkcə ona görə yox ki, dəyişmə tempi qarşısı alınmazdır, həm də ona görə ki, biz bu sistemlərin miqyasın təyin edə bilmirik. Ekosistemlər dinamikdirlər. Onlar bir-birinə milyonlarla qeydə alınan və alınmayan yollarla təsir edirlər. Məsələn, daimi buzlaqların əriməsi nəticəsində, təkcə dəniz suyunun səviyyəsi qalxmır, həm də Günəş işığının kainatda miqdarını azaldır.
Davamlı əks əlaqə zamanı günəş şüasının sularda udulması əvəzinə daha çox istilik əmələ gəlir. Eyni dinamika torpaqdakı mikroblarda da görünür: uzun müddət davam edən fəsillər atmosferdəki metan maddəsinin yaranmasına və ayrılmasına səbəb olur, bunlar hamısı birlikdə dəhşətli miqdar əmələ gətirir.
Bu sistemlər elə genişdirlər ki, təsirlər yalnız tədricən görünür. Faktiki olaraq, bu məsələdə İstilik ətaləti var. Bu da onu göstərir ki, hətta biz isitxana qazlarının artmasının qarşısını dərhal alsaq belə, bu prosesin təsirləri tədricən özünü büruzə verəcək və əsrlər boyu davam edəcək.
Ənənəvi qiymətləndirmə diapazonu çərçivəsində, hər halda təsirlərin nəhəng olacağı dəqiqdir. Bioloji dəyişikliyin itməsi kənd təsərrüfatına baha başa gələn dəyişikliyə, 10 faizdən də artıq bitki növünün yox olmasına, sahil ətrafı şəhərlərdə yaşamağın və işləməyin, topdan satış ticarətində tənzimlənməsinə təsir edəcək.
Qolfstrim cərəyanının itməsi ilə Şimali Avropanın donması baş verir. Temperaturun artması nəticəsində yeni zəhərli xəstəliklər çoxalır. Bütün bu təsirlər çox güman növbəti 10 illikdə daha qorxulu şəkildə və sürətlə inkişaf etsin.
Metereoloqlar, okeanşünaslar və bu sahədə işləyən digər mütəxəssislər arasında əsas fikir ayrılığı yoxdur. Mütəxəssislər dağıntıların potensial miqyası barəsində fərqli mülahizələrə malik olduqları halda, iqlim dəyişikliyinin baş verməsində həmfikirdilər.
Bunların hamısının yeganə cinayətkarı sənayenin yaranmasıdır. Üzvi yanacaqların, xüsusilə kömür və neftin fabriklərdə, maşınlarda və elektrik stansiyalarında istifadə edilməsi, bu qənaətə gətirib çıxarır. Bütün dünya 2 əsrdən artıqdır ki, sənayeləşib. Deməli, bütün cəmiyyət bu işdə günahkar hesab edilə bilər. Lakin, bu panteon çirklənmədə ABŞ xüsusi yer tutur.
Amerika dünyanı ən geniş çirkləndirəndir. Başqa heç bir ikinci dövlət onunla müqayisə edilə bilməz. Biz başqa ölkələrin istehsal etmədiyi qədər isitxana qazları istehsal edirik, yəni üzvi yanacaqların yanmasından ayrılan karbon dioksid qlobal istiləşməyə səbəb olacaq qədər isitxana effekti yaradır. Bizim əhalimiz, Yer kürəsindəki əhalinin 4 faizini təşkil etdiyi halda , 25 faiz karbon dioksid emissiyaları istehsal edir. Biz (ABŞ) digər istehsal ölkələrinin (Yaponiya və İngiltərə) birlikdə istehsal etdiyi sənaye sahələrindən daha çox məhsul istehsal edirik. Bu işdə Birləşmiş Ştatlar hələ bir çox illər də öz cari ənənələrinə davam edəcək və növbəti illər ərzində bu problemin ən geniş ianəçisi olacaq.
Öz kreditləri ilə Birləşmiş Millətlər və dünyada mövcud olan bir çox başqa ölkələr fəlakət nəticələri aydın görünməyən bu qəzaya qarşı bir neçə atdım atmışlar. Kioto protokolu da bu canatmadan yaranmışdı. Bu protokol dövlətlərdən xahiş edilirdi ki, 2012-ci ilə qədər isitxana emissiyaları azaldılıb, 1990-cı il səviyyəsinə çatdırılsın. Razılıq 1997-ci ildə başa çatdırılmış və 2005-ci ilədək 157 ölkə tərəfindən (Avropa Birliyi daxil olmaqla, Rusiya, Kanada və Yaponiya) təsdiqlənib.
Maraqlıdır ki, Böyük səkkizlikdə yer alan hər bir dövlət geniş sənaye ölkəsidir, təkcə birindən: Amerika Birləşmiş Ştatlarından başqa. Niyə? Bu problem amerikalıların əksəriyyəti tərəfindən açıq şəkildə dəstəklənir və karbon emissiyalarına daha çox ciddi limitlər qoyulduğu halda prezident Buşun bu məsələdə iştirak etməməsi sual doğurur. Amma güclü iqtisadiyyata malik qüvvələr sıraya düzülərək bu hərəkətə qarşı çıxır. 11 sentyabr hadisəsindən bəri dünya gücləri iqlim dəyişikliyi problemini unudub, daha kiçik mövzularla gündəmi məşğul etməyi bacardı.
Prezident Buş kütlə qarşısında bu strategiyaya münasibət bildirmişdir. 2001-ci ildə, o, öz məktubunda yazırdı: Mən Kioto protokoluna qarşı çıxıram, çünki o, iqtisadiyyata böyük zərər yetirəcək. 2005-ci ildə keçirilən Böyük səkkizlik sammitində o bir daha Kioto sazişin pisləmiş və onun iqtisadiyyatı puç edəcəyini qeyd etmişdir. Həmçinin iqlim dəyişikliyində insanların da məsuliyyət daşıdığnı (günahkar olduqlarını) əlavə etmişdir.
Buş Amerikadan isitxana qazlarına gələn töhfələrin artımını 18 faizə qədər azaltmağı təklif etdi. Əslində həmin töhfələr, 1990 və 2012-ci illər ərzində 1/3 nisbətində yüksələcəkdi. Çin və Hindistan da daxil olmaqla, bu iki ölkənin xalqları və tez sənayeləşən ölkələr emissiyalara görə günahı öz üzərilərinə gotürməyincə, ABŞ tərpənməyəcək. Bunlar son nəticədə problemə çevriləcəklər, lakin Amerika yaxın dövr üçün yenə də ən çox karbo-hidrat tutumlu ölkə olaraq qalır. Çin və Hindistanda isitxana emissiyalarını azaltmaq üçün o vaxt sərmayə qoyuluşu baş verə bilər ki, rəhbərlik Amerikanın əlinə keçsin.
Buş deyir ki, yeni texnologiyanın inkişafı problemin həllində açar rolunu oynayır. Köhnəlmiş texnologiyalar isə, nüvə enerji sənayesi kimi bir müddətdən sonra şübhə altına alınaraq, sıradan çıxacaq. Digər dövlətlər emissiya azaldılmasında öz effektivliklərini inkişaf etdirib, məhsuldarlıqda və iqtisadiyyatda irəli atılaraq işin keyfiyyət meyarlarının diapazonunu artıranadək, Birləşmiş Ştatlar yenə də neft məhsullarına əsaslanan yanacağa olan bağlılığını davam etdirəcək və bununla da ən çox çirklənmə təhlükəsi yaradan bir ölkə olaraq qalacaq. Biz konqressin və uğurlu siyasi liderlərin avtomobil yanacağı effekti məsələsində yanacaq ilə işləyən texniki avadanlıqlara olan ciddi münasibətlərin görürük. Bu bir gecədə 3 dəfə artırıla bilərdi, amma Cənab Buş başda olmaqla, avtomobil və neft istehsalatçıları tərəfindən bloklaşdırılıb. Bu haqda biz bir gecəyə daha çox məlumat əldə edə bilərdik, lakin bu məsələ Cənab Buş başda olmaqla avtomobil və neft istehsalçıları tərəfindən gizli saxlanılır.
Hələ ki Cənab Buş, Reyqan kimi "Ağaclar avtomobillərdən artıq çirklənməyə səbəb olur" deməyib. Bizi ən çox maraqlandıran məsələ təbiəti qoruyanların bu məsələ ilə bağlı dəqiq bir razılığa gəlməməsidir. Mühafizakarların ehtimal nəzəriyyəsi (qarşılarına qoyduğu birinci məqsəd), cəmiyyəti və onun sahələrini radikal dəyişikliklərə qarşı çıxarmaq, bizə verilən mirasın (təbiətin) insan fəaliyyəti sayəsində məyus etməməyin qeydinə qalmaqdır.
İnsanlara çatdırmaq lazımdır ki, cəmiyyətə, onun institutlarına və insan sivilizatsiyasına verilmiş təbii mirasa iqlim dəyişikliyindən daha ciddi bir şey təsir edə bilməz.
Eyni zamanda biz tədbirsiz də qalmamalıyıq. Öz hərəkətlərimizə görə məsuliyyət daşımaqla, bu məsələnin həllinə xeyir verə bilərik. Əfsus ki, müasir Amerikanın əsas gəlir fəlsəfəsi yuxarıda qeyd olunanlardan yüksəkdə durur. Bu fəlsəfə bugünkü Ameikanın sağ qanadını təşkil edərək, onu 18-19-cu əsrdəki mühafizəkar yanaşmasından çox fərqləndirir.
Biz hələ 20 il əvvəl qlobal istiləşmə haqda bildikdə, fəaliyyətə başlamalı idik. O vaxt biz ən çox isitxana emissiyaları istehsal edirdik. Bu işdə sözsüz ki, dünyanın ən nəhəng sənayeçisi, insan haqlarının mühafizəçisi, elmin və texnologiyanın təcəssümçüsü Amerika dururdu.
Soyuq müharibənin bitməsi, özümüzü və digərlərini bütün dünyada dayanıqlı və bərabər hüquqlu iqtisadiyyata səsləmək yeni Amerika qloballaşmasına əla səbəb oldu.
Qeyd edim ki, durum heç də ürəkaçan deyil. Belə ki, biz planetdəki məsuliyyətsiz təsirlərimizlə hələ də geridə qalaraq təpə ilə üzüaşağı getməyə davam edirik. Bunun qiyməti, təhlükələr və əziyyətləri bizim hər hansı bugünkü problemimizdən üstün olacaq.
Biz isə hələ də qəflət yuxusunda yaşamağa davam edirik. Növbəti gün oyandıqda məsuliyyətsizliyimizdən doğan problemlərin qarşısını almaq çox çətin olacaq.

Hazırladı: Abuzər Azəroğlu                  islaminsesi.org

Комментариев нет:

Отправить комментарий