Страницы

10.04.2015

Hacı Fərman Azançı - Yatmısansa oyan!

Sən əsərsən böyük, insan, yatmısansa oyan!
Xəlq edib xaliqi-sübhan, yatmısansa oyan!

Şeytana olma nökər, ta ki bəlalar çəkəsən,
Səcdə qıl rəbbinə hər an yatmısansa oyan

Xilqətin əşrəfisən, həm cahanın sahibisən,
Şükr edır Allaha hər can, yatmısansa oyan!

Ömrü bihudə verən dəhrdə, üqbadə yanıb,
Olacaq halı pərişan, yatmısansa oyan!

Səcdə qıl Rəbbinə, dünyadə, təkəbbürdən keç,
Qıl namaz, aç oxu Qur`an,yatmısansa oyan!

Nəfsinin hakimi ol, uymaginən şeytanə,
İblisin ordusu hər yan, yatmısansa oyan!


Bu ömür bır gülə bənzər ki, solar, müddəti var,
Fanidir çünki bu dövran, yatmısansa oyan!

İmtəhandır bu ömür, şükr elə həqdən yetənə,
Oılma Rəzzaqına üsyan, yatmisansa oyan!

Yaxşı bax sən, ey Azançı, yetişir karvanın,
Qapını döymədə sarvan, yatmısansa oyan!

Комментариев нет:

Отправить комментарий