Страницы

27.05.2015

28 apreldən sonrakı renessans

Sübhan Padarsoy

28 aprel - Bu gün bizim ingilis dominionu olan "Cümhuriyyətimizin" varlığına Sovet Qırmızı Ordusu tərəfindən son qoyuldu. Ancaq maraqlıdır ki biz isğal yox, 70 il ərzində elmi-mədəni renessans yaşadıq. Yusif Məmmmədəliyev, böyük kristalloqraf alim Xudu Məmmədov, Hindistan ve Braziliyanin neft kralı Eyub Tağıyev, Marsda adına krater olan Nadir İbrahimov, Rus kosmos elmi tarixinə adı qızıl hərflərlə yazılan Kərim Kərimov yetişdi. Mədəniyyət sahəsində Rəşid Behbudov, Müslüm Maqomayev, Fikrət Əmirov, Tofiq Quliyev, Vagif Mustafazadə kimi musiqi əjdahaları yetişdi. Bu insanların hamısı Sovet təhsil sisteminin dinozavrları idi. 1941-ci ildə, muharibənin ən ağır vaxtında Peterburqda Nizami Gəncəvinin 800 illiyi qeyd edildi və məhz orada Nizaminin azərbaycanlı olduğu dünyaya bəyan edildi. Sovetler xalq olaraq bizə ASSR daxilində azərbaycanlı olduğumuzu dərk etdirdi. Əfqanıstandan Misirə qədər Orta Şərq cografiyasına baxın, görün bu xalq bütün müsəlman dünyasından necə fərqli və sivil bir yol ilə inkişaf etdi. Nə radikal dini fanatizm olmadı, nə ksenofobiya olmadı. Nə terror, yaxud terrorizm. Sovetlər orta əsrlərin primitiv xalqını 70 ildə az da olsa sivil bir cəmiyyətə qədər gətirmişdi. Hərçənd indi bu üstünlüklərimizi sürətlə itiririk.
Amma bu tarixi realitəni əsla dəyişdirməz və dəyişdirə bilməyəcək də. Ona görə də yaxın tariximizə şərh bildirərkən bir azca fransız Əlcəzairinə və ingilis Hindistanına baxaq. Ən əsasi rusofob xəstəsi kimi deyil, bir zəhmət, elm və mədəniyyət düşünəri kimi yanaşaq.

Комментариев нет:

Отправить комментарий