Страницы

20.05.2015

Anar Əlizadə - Çağırın

Dünya da tərsinə fırlanır, Allah,
Nə qədər məzlum var, nə qədər günah,
Sonudur dunyanın, sonudur vallah,
Çağırın dünyanın yiyəsi gəlsin!

Hər yerdə dil açır bütün günahlar,
Hərənin boynunda min günahi var,
Gör neçə ananın fəryad, ahı var,
Çagırın dünyanın yiyəsi gəlsin!

Burda sevgilər də günaha batır,
Torpağın altında körpə qız yatır,
Günahkar günahın boynundan atır,
Çagırın dünyanın yiyəsi gəlsin!

Dünya da itirib özünü, çaşıb,
Qarışıb halalla haram, qarışıb,
Burda günahlar da həddini aşıb!
Çağırın dünyanın yiyəsi gəlsin!..

Комментариев нет:

Отправить комментарий