Страницы

02.05.2015

Atçılığın inkişafı haqqında


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -13

Elxan Zaman: Sən demə, Finlandiyada, Norveçdə, Danimarkada və bir sıra Avropa ölkələrində məktəblərdə riyaziyyat, fizika, kimya kimi fənlər ləğv edilir, əvəzinə Avropa İttifaqı tarixi dərsliyi ve seksologiya fənni tədris ediləcək. Seksologiya dərsinde kiçik uşaqlara porno-filmlər “tədris” olunacaq ki, həyatın çətinliklərinə hazır olsunlar... Bu metod İngiltərə və Fransa təhsil nazirliklərində də böyük maraq yaradıb, yəni bunun gələcəkdə tətbiqi barədə düşünürlər... Demokratiya geniş addımlarla irəliləyir!
Rəhim Qazıyev: Yanvar hadisələrindən iki gün qabaq, 18 yanvar 1990-cı ildə nazirlərdən biri kağız klokda İsa Qəmbərə 76 min pul verdi. İsa Qəmbər bizə desin görək, həmin pulu neylədi, hara xərclədi?
Sübhan Padarsoy: Bu gün ortodoks xristianlıq (provaslavlıq) da, İslam da sionizm qarşısında dirənən iki ən böyük qaladır. Putin isə tradisionalist dünyanın böyük lideridir.
Zabil Muqabiloğlu: Həmişə demişəm və indi bir daha təkrar edirəm ki, bizim hakimiyyətimizin hər bir addımında min hikmət var. Amma təəssüf ki, camaatımiz bunu çox gec başa düşür. İndi də belədir, orda-burda hakimiyyətimizin əleyhinə danışırlar. Guya qiymətləri qaldırmaqla məmurlar qazanclarını artırmaq istəyirler, xalqı çörəklə, qazla, isıqla imtahana çəkirlər. Bu cür dağıdıcı fikirlə qətiyyən razı deyiləm. Qiymət artımının arxasında xalqımızın soyuqa davamlılıq imkanlarını genişləndirmək, onların sağlamlığının qayğısına qalmaq kimi xoş məramlar qayanir. Əgər yadınızdadırsa, bir muddət əvvəl ölkə parlamenti “Atçılığın inkişafı haqqında” qanun qəbul etmişdi. Həmin vaxt mən də daxil bəzi jurnalistlər deputatları boş-boş işlərlə məşğul olmaqda ittiham etdik. Amma indi aydınlaşır ki, parlamentimizin atlarla bağlı qanun qəbul etməsi qiymət artımına hazırlıq məqsədi daşıyırmış. Parlament rəhbərliyi bilirmiş ki, qiymətlər bahalaşdıqdan sonra ölkə vətəndaşları alternativ nəqliyyat vasitələri axtaracaqlar. Bu sırada isə atdan və onun əmisioğlusu sayılan uzunqulaqdan sərfəli nəqliyyat vasitəsi tapmaq çətindir.
Nizami İlkin: İnsanlarımız bir insan kimi məhv olurlar. Hər gün kimsə intihar edir, abır-həya yox olur, məmur özbaşınalığı, harınlamış burjuaziya, xalqın sərvətinin talan edilməsi- indi özünüz nəticə çıxarın ki, bunun axırı nə ola bilər. Bu gün-sabah heç bir biliyi, təcrübəsi və ən başlıcası isə mənəviyyatı olmayan məmur övladları valideyinlərinin yerini tutacaqlar- belə cəmiyyət yalnız fəlakətə gedə bilər!
Vusal Sadıxov: Avropa info saytı o vaxtkı spid info qəzeti kimi bir şeydi.
Şükür Lənkərani: Türkiyə xalql artlq oyanmalldlr! Və özü öz başına bir böyük seçməlidir! Bu qədər də olmaz, Suriyaya saldırdı, terroristlər Türkiyənin bəzi yerlərində təlim və müalicə olunur! İraqda saldırıldı Türkiyə dövlətinin əliylə, indi də Yəmən! Dostluğumda olan Türk qardaşlarım, əlinizi vicdanınıza qoyun!!!
Hüseyn- Задə: Əgər ruslar heç olmasa İran vasitəsilə Husilərə silah versə və siyasi dayaq dursa, onda Səudiyyə Ərəbistanından müsəlmanlar birdəfəlik azad olarlar.
Mahir Əliyəv: Bizim bir tarix müəllimimiz var idi, Allahverdi müəllim. Allah ona rəhmət eləsin! O, arada bizə dərs zamanı deyərdi ki, Türkiyə Amerikanın kəbinli arvadıdır.
AnarXist Anar-Xist: Amerikanın düşmənlərinə düşmən olmaq üçün Türkiyə bizə cürəbəcürə təbliğat işləri aparır. Özü də çıkkılı ölkələr deyil e, hamısı div boyda ölkələrdir: Çin, Rusiya, İran... Belə şeylərə uymayın, bunlar bizim gor qonşularımızdı. Məsələn, Naxçıvana gedən yolumuz İrandan keçir, 3 milyton həmyerlimizi Rusiya dövləti dolandırır, kasıblarımıza da Çin ucuz pal-paltar tikib satır. Bəs Türkiyə?! Bəs Fransa?! Onlar da “Yaxşı cazibə” çəkir... Sərvətlərimizin yarısının pulunu verib, yarısını talan edir.
Azər Abdulov: Deyəsən axı ərəblərlə bir millət iki tovlət.
İqbal Spartak: Bəli, mən də təkrar SSRİ-də yaşamaq istəyərdim və gördüyünüz kimi SSRİ-2 artıq sürətlə bərpa olunmaqdadır.
İbrahim Quliyev: Yaxın Şərqdə gedən demokratikləşmə prosesi bu regionda ən despotik quruluşa malik olan Səudiyyə Ərəbistanından yan keçir. Orta əsrlər prinsipləri ilə idarə olunan bu ölkə heç bir insan hüququ tanımır, xalqının üzərinə səlib yürüşləri həyata keçirir, dini dözümsüzlük son həddədir, ölkənin var-dövləti bir neçə vəhhabi şeyxinin əlində cəmləşib. Bütün nazirlər, rəsmi strukturların başçıları kral və onun ailə üzvlərindən ibarətdir. Onda niyə bu ölkənin demokratikləşməsi heç kimin yadına düşmür? Niyə heç bir rəsmi dövlət statusu olmayan Liviya lideri Qəddafi anti-demokratik “ünsür” kimi küçədə döyülə-döyülə öldürülür, amma Səudiyyə kralına toxunulmazdır? Təbii ki, hər şeyi lənətə gəlmiş “maraqlar” həll edir.
Brandon Taylor: Türkiyədə seçkilərdə ‪‎Translar‬ da namizədliyini irəli sürəcək. Osmanlıva şükür, İlahi!
Mirfayaz Vahabov: Bir gün rəhmətlik xalq yazıçı Sabir Əhmədli Bakıda evinə gələndə görür ki, bir Şuşa qaçqını evinin qapısını sındırıb, içərdədir. Yazıçı xahiş edir öz xoşuyla evimdən çıx. Qaçqın deyir, bir qoşun gəlsə belə burdan çıxan deyiləm. Sabir müəllim gülümsəyərək deyir, elə Şuşaya qoşun gəlmişdi də, niyə halal ev-eşiyini atıb Bakıya qaçdın?
Mikayıl Cəbrayılov: Qiymətləri 70 faiz qaldirib 20 faiz endirən dövlətim mənim.
Səbuhi S-v: Mən dedim ki, Səudilər Amerikadan dəstək alıb Yəməni bombalayandan, dinc əhalini öldürəndən sonra vəhhabi şeyxlərinin burdakı vəkillərinin səsi çıxmaz. Amma sonra gördüm ki, həyasızlığın sonu yoxdur.
Əhməd Rəhmanov: Bilirsiz muxalifətin mitinqlərinə niyə ancaq öz numayəndələri gedir? Nə sadə xalq, nə də işverənler ora ayaq basmır? Çünki (bu mənim fikrimdir) əvvəla müxalifətin şouları iqtidarın (ATV, ANS, Space) şoularına nisbətən bu 22 ildə hələ də dram dərneyi səviyyəsindədir. İkinci də ki bu mitinqlərdə işverənlərə ehtiyac yoxdur. Onsuz da hər 3-dən biri “stuçat” eləyir).
Nicat Əlizadə: Türkiyə tarix boyu oz maraqlarına görə qardaçını satıb, dinin niyə satmasın ki bu hökumət?.. Səudiyyə Ərəbistanı da Yəməndə “terrorist” məhv eləyir. İlanın başı Türkiyə, Səudiyyə və bir neçə ərəb dövlətidi ki, ilan sahibinə xidmət eləyir.
Kamal Yaşar: Sadəcə eşşək otarmaqdan birbaşa postmodernizmə sıçramaq da bir az karib sanki!
İbrahim İmanli: Heç kim Stalinin belə populyarlaşmasını gözləmirdi. Xüsusən liberallar. 20 illik əziyyətləri (yalanları) hədər getdi.
Ramzan Kadırov: Suriyada vuruşan çeçenlərə NATO bazalarında təlim keçilir. Onları silahlandırıb ABŞ və Avropa uğrunda döyüşməyə göndərirlər, adını da qoyurlar cihad!
Mənsur Həqiqətpur: Təəssüf ki, Azərbaycanda ordu da pul silmək üçün bir vasitəyə çevrilmişdir.
Taleh Məmmədov: Niyə Ermənistandan və Qarabağdan qaçqın düşən insanlar bölgələrdə deyil, məhz paytaxtda yerləşdirildi? Bu dünya praktikasında görünməmiş haldır. 
Nizami Məmmədov: Heç kim inciməsin, “xarabasında” iki-üç uşağının öhdəsindən gələ bilməyənlərin bu gün Stalin kimi dahi bir insanı ittiham etməsi çox gülüncdür, çox gülünc və yaxud da əynindəki şalvarı atasının hesabına geyinənlərin...
Piri Baba: Amerika daim diqqəti özünə cəlb etməyə çalişan fahişəyə oxşayir.
Rusiya Dağılacaq: “Milli mustəqillik”, turk-pindos-yəhudi qardaşlığı göstərdi ki, bu xalqa ən mülayim dost elə Rusiya olub...
Lalə Mehralı: Deyir kabab iyinə gəldim, gördüm eşşək dağlayırlar. Müstəqillikdə yel əsib qoz tökülmüşdü, bu da müstəqillik.
Arzu Abdulla: Onu da qeyd edək ki, SOCAR-ın Türkiyədə sahibləndiyi “Star” qəzeti və “Kanal-24” Azərbaycanın sərvəti ilə fəaliyyət göstərsə də indiyə qədər ölkəmizin özəl günlərinə heç bir diqqət göstərməyib.
Cəmil Həsənli: Əgər 10 il bundan əvvəl ölkədə 5700 şəkər xəstəsi var idisə, 2012-ci ildə bunların sayı 170 minə çatıb. Və bunların 80 faizi ikinci tip şəkər xəstəsidir. Nəyin hesabına? Keyfiyyətsiz ərzağın hesabına. Gündə sizin yediyiniz o keyfiyyətsiz yağın hesabına.
Vuqar Məmmədov: Mən hələ də rusun pulsuz növbə ilə verdiyi evdə yaşayıram. Amma ipotka ilə qoyulan kredit şərtləri hər şeyimizi satmaga məcbur edib. Buna deyirsənmi müstəqillik?
Elçin Bayramlı: Əgər yas məclisindəsinizsə Samid Seyid Göktürkün statuslarını oxumayın.
Aqşin Yenisey: Şair ekskavator haqda şeir yaza bilər? Amma Səməd Vurğunun “Sarvan” haqda poeması var, ekskavator orda qazır, bu da onu mədh edir. Səməd Vurğun yazdı ki, Sarvan adında oğlan bütün günü ekskavatorla sevişir. Bu şair haqqında ciddi söz demək olmaz.
Səbinə Məmmədli: Odun kəşfindən sonra ən böyük yanğın bizim bəzi gənc şairlərin yanğısıdır. Bütün günü seksdən, içkidən, tənhalıqdan yazır, Tanrının ədalətsiz olduğunu sübut etməyə çalışırlar. Əyər Tanrı ədalətli olsaydı, bunlar tənha olmazdılar, filan. Siz allah, özünüzə gəlin bir az.. Day gözlərimiz mazol olub sizin bu əttökən, yanıq şerlərinizdən!
Zahid Mikayilov: ABŞ-ın ümidinə qalanın nicatı yalnız qəbiristanlıqdır.
Əkrəm Hacızadə: Vahhabilər Səudiyyədən bir fit gələn kimi kimi tökülüşdülər Suriya xalqının canına. İnanın ki, əgər sayları artsa eyni cinayətləri ölkəmizdə də edəcəkler. Polis də bunların qarşısını ala bilməyəcək. Bunları illərcə nurçular kimi “mehriban” görərdiz. Amma nə oldu? Kim necə bacarırsa, onlarla mübarizə aparın. Bu mübarizəni ən azından övladınızın gələcəyi üçün dayandırmayın.
Vizbor Borman: Əsəd olmasa elə Bakini basan vahhabiler sizi yeyər. Sənin dunyadan xəbərin yoxmu? Yoxsa, ingilis-yəhudi nökərləri vahhabiləri dəstəkləyək?
Ayaz Mütəllibov: Çingiz Mustafayev hər şeydən əvvəl, hiddətini bildirib dedi ki, onun çəkdiyi kadrlardan prezidentin əleyhinə istifadə olunmasını heç ağlına elə gətirməyib. Yalnız sessiyadan sonra anlayıb ki, həmin kadrlar müxaliifətə necə də lazım imiş. Təxminən fevralın 25-də o, Ağdam rayonunda imiş. Ermənilərin tutduğu kəndlərdən köçənlərlə görüşüb çəkiliş aparmışdı. Xocalıya getməmişdən əvvəl o, Umudlu kəndinə gedə bilib. Bu kəndin camaatı ona erməni vəhşiliyindən danışıblar və deyiblər o kənd azad olunsa belə, daş-daşın üstündə qalmadığından, hər şey yandığından orada yaşamaq daha mümkün olmayacaq. Ç. Mustafayev vertolyotla bu kəndin üzərindən uçarkən deyilənlərin həqiqətə uyğun olmadığını görüb. Kənd, evlər sağ-salamat, hətta bizimkilərə məxsus silahla dolu iki yük maşını da müşahidə edib. Pəncərəsindən bircə şüşəsi sınmamış evləri, toxunulmamış tikililəri olan kəndi ermənilər bəs necə qarət etmişdilər?

Комментариев нет:

Отправить комментарий