Страницы

27.05.2015

Etibar Salmanov - DUYĞULAR DİNSİN

DINLƏ MƏNİ

Qoy sevgimi açım sənə,
Sən diqqət et sözlərimə.
Bəlkə məndən daha betər,
Vurularsan sən də mənə.

Baxışların dinsin deyə,
Arayıram gözlərimlə.
Etibara dərman deyə,
İstəyirəm gülsün mənə.

Sən könlümü dinlə deyə
Qoy gözlərin baxsın mənə.
Coşub-daşan hisslərimlə
Pıçıldayım mən də sənə.


Səndən cavab alsın deyə
Var gücüylə dinən qəlbim,
Həyəcandan əsən qəlbim,
Varlığımda hakim mənə.

Qoy söyləyim gözlərimlə,
Sevgi dolu sözlərimlə.
Bəlkə məndən daha betər
Vurularsan sən də mənə.

MƏNİM DÜNYAM

Dünya dönür, başım dönür,
Dünya Günəş sevdasında,
Mən bir qızın sevdasında.
Dünya çatmaz ki, Günəşə,
Çünki yeri, yurdu bəlli.
Mən də çatmaram bu qıza,
Çünki halım, yerim bəlli.
Dünya dönür hey Günəşin çevrəsində,
Günlər, fəsillər öz ahəngində.
Başım dönür, qəlbim dünya misalında,
Gecələri, gündüzləri, fəsilləri ahəngində.
Dünya dönür, ömür gedir ahəngində,
Bədən fəsillərtək şəklin dəyişir.
Amma, qəlbim heç qocalmaz,
Çünki, bir gözəlin sevdasında.
Etibar var olar öz sevdasında.

DUYĞULAR DİNSİN

Gəl, gəl könlümdə duyğular dinsin,
Bu susmuş ürəyim səninlə  gülsün.
Yazım sevgimizə gözəl şeirlər,
Həzin nəğmələrim şerə düzülsün.

Gəl, qoy gözlərim baxsın gözəl üzünə,
Baxsın gözəl gözlərin mənim gözümə.
Yenə incə duyğular axıb üzündən,
Ələnsin odlanan ürəyimin közünə.

Gəl, yaşayaq sevgini, ömür qısadır,
Hər ana sevgidən bir naxış vuraq.
Bu həyat, bu ömür, sevgi bizimdir,
Tutum əllərindən, yollar bizimdir.

Gəl, qoy coşsun hisslərim, tüğyan eləsin.
Başımda eşq havası, könlümdə sevdan
Mənim öz varlığımda bayram eləsin,
Etibar səni ömrünə, qoy tac eləsin.

Комментариев нет:

Отправить комментарий