Страницы

12.05.2015

İradə Əlili - SƏNDƏN AYRI DÜŞƏN GÜNDƏN


Canım sənsiz cansız oldu,
Gözüm qan-yaşımla doldu.
Keçən günüm ağu oldu,
Səndən ayrı düşən gündən.

Buludam mən, yağmaz oldum,
Bir çayam ki, axmaz oldum,
Bir atəşdim yanmaz oldum,
Səndən ayrı düşən gündən.

Dəyərini mən anladım,
İçim də alışıb yandı.
Qəlbim səni arzuladı
Səndən ayrı düşən gündən.

Bir qəribəm dərdim çoxdur,
Həsrətin köksümə oxdur.
Gülər üzlü günüm yoxdur,
Səndən ayrı düşən gündən.

Комментариев нет:

Отправить комментарий