Страницы

30.05.2015

İranı fahişələr və üzdəniraqlar da istəmir


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -16

Sübhan Padarsoy: Kanada dağılır, Kvebek, Monreal, insanlar budcə kəsintilərinə və bir ildə təhsil xərclərindən kəsiləcək 700 milyon dollara görə qan eləyir. Üstəlik səhiyyə xərclərinin də 17 faiz azaldılması plandadır. Dünyanın heç bir mediasında heç bir xəbər yoxdur bu 1 həftədir davam edən etirazlar haqqında. Aktivist deyir ki, Rusiyanın RT media qurumundan basqa kimsə bu böyük nümayişləri yayımlamır. Təbii, başda dunya mediası olmaqla, yerli medianın işi-gücü Rusiya və Putindir axı. Zibillər.

Əhliman Şəmsizadə: Aslan olub sirkdə artistlik eləməkdənsə, canavar olub tənha gəzmək daha əfzəldir.
Seymur Abbas: Vaxt var idi adı azərbaycanlı kənd müəllimi ilə Moskva müəllimi eyni hüquqlu idi.
Elşən Cəfərov: Sadəcə tarix təkrar olunur. Osmanlı imperiyasında yüz minlərlə Anadolu türkməni məhz ələvi olduğuna görə edam edilmişdi. Məşhur Pir Sultan Abdal məhz “Qıralım qapıları, şahımıza gedəlim” şerinə görə Türkiyə sultanının paşası Xızır tərəfindən edam edilmişdi.
Azər Abdulov: Son 23 ildi ki Azərbaycanlılar Ermənistanlıların əsarətindədi. Faktları olduğu kimi demək lazimdı ki, qəbul olunsun. Biz hər şeyi oz adı ilə açıq və aydın deyirik. Ermənistanlılar isə Azərbaycana gələndən Azərbayçanlıların qara günü başladı. Danışanda, deyəndə belə açıq və konkret danışmaq lazım ki xalq başa düşsün.
Musa Qurbanov: Deyirlər İranı istəmirik. İranı İsrail də, ABŞ da, alkaşlar da, fahişələr də, üzdəniraqlar da istəmir. Amma biz şiələr milyonlarlayıq və hamımız İranı sevirik. İran islamın dayağıdır. Azərbaycanın bütün mədəniyyəti İranla bağlıdır. Bütün şairlər fars dilində yazıblar. Dinimiz və məzhəbimiz İran ilədir.
Elxan Zaman: Ukraynada qanuni seçilmiş Yanukoviçi devirəndə bu olur demokratiyanın qələbəsi, Yəməndə qəsbkar və saxtakarlıqla seçilmiş prezident devrilənde bu olur qanunsuzluq?! Belə riyakarlıqla, ikiüzlülüklə kimə gəlirsiz, kimə gəlmək istəyirsiz, ay demokratiya mübarizləri?! Bəşər Əsəd asqırsın sizin demokratiyanıza, necə ki, asqırıb da...
Ayaz Mütəllibov: İndi saxtakarlıqlar, riya, yalan üzərində bərqərar olmuş və Azərbaycanı yeni minilliyin başlanğıcında əcaib hala salmış mühit əsl vətəndaş mühariəsi üçün tam yaralı vəziyyətdədir. Təsəvvür edin ki, yatmış insan oyanır və bədəninə daraşmış acgöz zəliləri qopartmağa çalışır… Bəli, xalq haqq-hesab istəyəcək. 1993-cü ilin ortalarından verilmiş torpaqlara, maddi, mənəvi sərvətlərə, qurban getmiş cavanlara görə. Talan edilmiş əmlaklara, xaricə daşınmış sərvətlərə və qanuniləşdirilərək alınan rüşvətlərə görə. Xaricə qaçıb getməyə məcur olan zəkalar görə. Ailəsini qoyub bir parça çörəkdən ötrü didərgin düşənlərin taleyinə görə. Bir əşirətin xalqın başına çıxmasına, qalan təbəqənin çıxdaş olunmasına görə. Nahaq yerə həbsxanalarda inildəyənlərin ah-naləsinə görə. Bakı əxlaqsızlıq yuvasına çevrildiyi üçün.
Əfşar Süleymani: Məhkəmə sistemindən tutmuş ütün instansiyalara qədər məmurların, pulluların hüquqları müdafiə olunur. İnsanların hüququ qorunmur. Şər xeyrə qələbə çalır. Bütün bunların hamısı insanların ömrünü qısaldır.
Elçin Bayramlı: Vyetnamlılar sərvətlərini amerikanlara vermək istəmirdilər. Bu azmış kimi hələ ölkələrində yeganə normal insan cəmiyyəti olan sosializm qurmuşdular. Bu qədər böyük rəzilliyə amerikan yəhudiləri dözə bilməzdilər.
Əkrəm Hacızadə: Bəziləri görəsən ən azından Kərbəlanı, Nəcəfi ziyarətə gedəndə o hərəmlərin, axşama kimi söydüyü İranın əməyi sayəsində qalmasını yadlarına salaraq ölüb yerə girəcəklərmi?
İmran Məhəmmədov: Bakılılar bilirsiz neyçün qabağa getmirlər? Çünki Bakı camaatı yaltaqlığı sevmirlər. Bakılılar və talışlar gedib Qarabağda ona görə qırılfı ki qarabağlılar gəlib Bakıda villada yaşasınlar, gəlib Bakıda ciplə hundayda gəzsinlər?
Sabir Şindani: İrana düşmənçilik etməyin əsasını kələkili Əbülfəz qoyub. İndi də onun sələfləri bu təbliğatı davam etdirirlər.
Ceyhun Salahov: Həyatda bu saxta türk millətçiləri kimi ikiüzlü axmaq insanlara rast gəlməmişəm. Birinə real bir kömək lazım olanda yoxa çıxırlar, amma belə dil qəhrəmanlarıdılar.
Rizvan Şıxızadə: Avropadan biz ancaq petuxlarin hüquqlarını, Evroviziya, indidə Avropa oyunlarını öyrənirik. 24 ildi Qərbin yanındayıq. Nə maaşımız 2 min dollar oldu, nə güzəranımız adam kimi oldu, Rusiyadan gələn çörəklə dolandıq. Atalar deyib, insan su içdiyi çeşməyə tüpürməz.
Orxan Mirzəyev: Mən əminəm ki o qıjılar hörmətə və cənnətə layiq oğlanlar deyil. Cayili oglanlar da batır Azərbaycanda. Allah bizi bu qıjılara möhtac edincə, ruslara möhtac etsin. Ruslar mərd oğlanların qədrini bilən millətdi.
Müslim Abdullah: Əhalinin kasıb olmasına baxmayaraq pulu iqtisadi inkişafa deyil, bər-bəzəyə xərcləyirlər. Ayrılan pulların çox hissəsini mənimsəyib yeyirlər.
Elxan Zaman: Bu gün bizim kimi kiçik ölkələr mütləq bir birliyin üzvü olmalıdır, yoxsa məhv ediləcək... Qərb vahhabini və nurçunu seçib, rus isə şiəni... Ona görə bizim yerimiz Avrasiya Birliyindədir.
Afiq Əli Həmzəyeviç: Mən bilmirəm torpağı qoyub qaçanlara niyə milli qəhrəman adı verirlər? Adamda gərək qeyrət ola ki, o adı daşıyasan. Torpaqları, evləri, eşikləri, əzizlərinin qəbirləri düşmən tapdağı altındadır, hələ  də çoxları o ad altında utanmaz-utanmaz gəzirlər.
Nizami İlkin: Başqa çıxış yolu yoxdur, əgər bir xalq kimi məhv olmaq istəmiriksə, Sovet mədəniyyətinə qayıtmalıyıq.
Seyran Rəfiyev: Tarix göstərib ki, Talışların Turklərlə heç vaxt problemləri olmayıb. Hətta Teymurləng böyük Qavqazı zəbt edəndə Talışlarla toxunmayıb. Ona görə ki, biz Talışlar həmişə sülhsevər xalq olmuşuq. Talışlar bütün qonşu xalqlar ilə dostluq münasibətlər saxlayıb. Heç kəsin torpagında gözümüz olmayıb. Çünki insan sivilizasiyası yaranandan indiyə kimi Talışın cografi ərazisi dəyişməz olaraq qalıb. Bizim hamımızın bir düşməni var, o da şovinizmdir. O da ki hər bir millətdə var. Talışda da, Turkdə də və s. 
Elnur Məlikov: Bakının rus dilli simasının zədələnməsi yaxın tariximizdə məhz 1988-ci ildən sonra, yerazların Bakıya gəlişindən sonra başladı.
Fuad Sultanov: Düzdü, mən sovet vaxtlarının axırını gördüm, amma əsl dostluq, insanlıq, qonşuluq, bir sözlə mehribançılıq o vaxt idi.
Əli Əliyev: İsa Qəmbər 20 ildə Azərbaycan müxalifət partiyasının başında duran şəxsdir. Həmçinin, vaxtilə prezident səlahiyyətlərini icra etmiş, sonra parlamentin sədri olmuş bir şəxsdir. Amma o, hakimiyyətdə olandan bir ildən sonra öz isti kreslosunu Heydər Əliyevə nimçədə təqdim etmiş bir şəxsdir. O, indi hansı dolu fəaliyyətdən danışır ki, bu 20 il ərzində cəmiyyətin, müxalifətin bu vəziyyətə düşməsinin məsuliyyətini o daşıyır. Sadəcə olaraq, Azərbaycanda ictimai rəy süni sürətdə hakimiyyətin nəzarətində olan mətbuatın vasitəsilə formalaşdırıldığından İsa Qəmbərin cavabını vermək çox çətin olur. Çünki hökumət onu həmişə mühafizə edib, vaxtı gələndə o da hökumətin işinə yarıyıb. Buna görə də ona adekvat cavab vermək bir qədər çətindir.
Əli Hüseynov: Müstəqillik Azərbaycan xalqının mənəvi varlığına bir təhlükəyə çevrilib.
Bəhruz Əlizadə: Fazil Mustafa, Niyə son vaxtlar ancaq dini zəmində çıxışlar edərək gündəmdə qalmaq istəyirsiniz?! Haradan sifariş almısınız?! Niyə hər zaman şiə və İran mövzusunda çıxış edir və məmləkətdə əlavə narahatçılığa səbəb olursunuz?! Aydın məsələdir ki, bu iki faktorla köklü probleminiz var. Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərinə və qonşu ölkə ilə əlaqələrinin pisləşməsinə dayanan müsahibələrinizlə siz hansı dövlətə qulluq edirsiniz?! Sizə əmri kimlər verir?! Deyəsən, siz də hansısa dövlətə qaçmaq, siyasi sığınacaq almaq fikrində olduğunuzdan bəhanə axtarırsınız, bəzi müğənni və yazarlar kimi! Mən belə bir millət vəkilinin Milli Məclisdə əyləşməsini belə xalqa təhqir kimi qiymətləndirirəm. Rəsmi və səlahiyyətli orqanlardan son zamanlardakı təxribatçı çıxışları ilə dindarlarla dövlət arasında aqressiyanın yaranmasna səbəb olan bu şəxsin mandatının alınmasını istəyirəm!
Afiq Əliyev: Biz Rusiyayla, İranla müttəfiq olmalıyıq. Ayrı çarə yoxdur.
Musarza Kadusi Mirzəyəv: Ruslar, belaruslar, ukraynalılar, şərq slavyanları çox mehriban xalqlardır, bunlar arasında nifaq salanlara Allah lənət eləsin.
Mahir Cavadov: Tamerlan Qarayev Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin professoru idi. 1988-ci ildə onu siyasətə mən dəvət etdim, o məqsədlə ki onu AXC-də yerləşdirib, onun danışıq qabiliyyətindən istifadə edib AXC-ni Əiyevlərin nəzarətindən çıxaraq. Əvvəl Tamerlan razilaşmadi, dedi ki qorxur onu öldürsünlər. Mən də ona dedim ki, əgər sənin təhlükəsizliyini təmin etsək, siyasətlə məşğul olarsan? O bəli dedi. Biz də Tamerlanı ADU-da AXC-nin özəyinə rəhbər təyin etdirdik, sonra da AXC Milli Məclisinin sədri seçdirdik.
İbrahim Quliyev: “Dünya süfrəsindən kənarda qalan” və hədsiz var-dövlət hərisi olan ikinci-üçüncü dərəcəli ölkələrin başçılarının yürütdüyü daxili siyasət onları öz xalqlarından ayırmaqla istər-istəməz vassala çevirir, asılı edir. Amerika və digər nəhəng dövlətlər isə məhz bu ikinci-üçüncü dərəcəli ölkələrin maliyyələri hesabına daxili qarşıdurmalardan, təbəqələrarası konfliktlərdən yan keçə bilir. Bu ölkələri idarə edən şəxslərin hesabına dünya iqtisadiyyatının 60 faizini, maliyyəsinin isə 85 faizini əlində cəmləşdirib.
Maxsun Heydərov: Sovet vaxtı çəkilən kinolara adam baxdıgca baxmaq istəyir, indikiləri isə heç zibilxanalar da götürmür. O vaxtın musiqilərini dinlədikcə dinləyirsən, amma indikilər, adam ömrü boyu musiqisiz qalar ,şəxsən mən ömrü boyu musiqisiz qalaram, bunları dinləmərəm...
Rasim Pənahov: İndiki Avropa dövlətlərindən, Sovetlərdəki respublikaların sosial müstəqilliyi daha yüksək idi. Hər bir vətəndaş işlə, evlə təmin olunurdu, hər bir ailə istədiyi kimi həyatını yaşayırdı.
Əyyub Hüseynov: McDonalds Azərbaycan gənclərini məhv edir. Şirkət hazırladığı qidaların ərzağını xarici ölkələrdən gətirir, qidaların tərkibi haqqında məlumat yoxdur. Üstəlik bu şirkətlər trans yağlardan istifadə edirlər. Bu yağ isə nəinki xərçəng yaradır, hətta ürək-damar sistemini də sıradan çıxarır. Təəssüf ki Azərbaycanda hələ də qida mədəniyyəti problemi var.
Aleksandr Duqin: Bakıdan israilliləri deportasiya elәmәk lazımdır.
Zahir Əliyev: Sorosun pullarına vətəninizi satmayın. ABŞ indiyədək heç bir yerə firavanlıq gətirməyib. Bizim özünü müxalifət hesab edən “kəsim”, -bu, onların sözüdü,- böyük ehtimalla bu faktı dərk edir. Amma nə etsinlər, bu hakimiyyətə gəlməyin sonuncu ehtimalıdı... İnanın mənə, onsuz da Barak Obama-zad Rusiya və İran kimi qonşusu olan bir müxalifətin Amerikanı haraya çağırmasına sarsaqlıq kimi baxır. İflas müxaliflikdi... Bircə dənə olsun yeni ideya yoxdu. İyirmi-neçə illik təcrübələrində “Cənubi Azərbaycan”, “Traktor klubu”, “Turan”, “Türkiyə”, “Amerika”, “Vahid namizəd”, “Elektorat”-dan başqa nə eşitmisiz?

Комментариев нет:

Отправить комментарий