Страницы

09.05.2015

İsmixan Kazımov - OLA BİLMƏZ

Eşq elə bir aləmdir ki, alışsa sönə bilməz,
Yandırar naleyi-ürfətdə onu, ram ola bilməz.

Səri divanə edər bihudə xəyal ilə gəzər,
İtirsə vüsal dəmin, vaxtı, zamanın tuta bilməz.

Eyləyər xanəyə məhkum dərdə divanə könlünü,
Gəlsə də loğman, bil ki dərdinə dərman edə bilməz.

Zülm edib aşiqi-dildarə qəlbini qan eyləyər o,
Verdiyi hicdi-cəfadan necə də zövq ala bilməz!

Əridər şam kimi hicranda onu hər gecə-gündüz,
Taleyin hökmü budursa, daha ondan qaça bilməz.

İsmixan, sən zəmanə əhli-halıyla otur anlaş,
Pərvanə yanmasa şamda, o da aşiq ola bilməz.

Комментариев нет:

Отправить комментарий