Страницы

09.05.2015

MƏHƏMMƏD ƏMİN ŞİRVANİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Azərbaycanın görkəmli islam alimlərindən biri fəqih və dəyərli din xadimi Məhəmməd Əmin Sədrəddin oğlu Şirvani 17-ci əsrin axırlarında Azərbaycanın Şirvan mahalında yaşamış və o şəhərin alimləri arasında görkəmli din xadimi kimi tanınmışdır. Alimin harada təhsil alması barədə dəqiq məlumat yoxdur. Yalnız bu qeyd olunmuşdur ki, 1625-ci ildə dünyasını dəyişmiş və Şirvanda “Əskidar” qəbiristanlığında torpağa tapşırılmışdır. Bu böyük alimdən bir neçə elmi əsər yadigar qalmışdır. Onlardan aşağıdakıları qeyd etmək olar:

1.Əl-fəvaidul Xaqaniyyə li-əhəmdil Xaniyyə.
2.Şərh Qvaidul əsaid Ğəzzali.
3.Təliq bər şərh Şəmsiyyə Razi.
4.Təliq bər təfsir bazaviyyə.
5.Təfsir sureyi fəth. 6-Risale dər Təxsis məbdə və məad.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий