Страницы

18.05.2015

Paltar sabunu min dərdə çarə imiş

Bir vaxtlar bütün evdar qadınlarının əlinin altında paltar sabunu olardı. Onlar bu sabundan təkcə paltar yumaq üçün istifadə etməzdilər. Əgər bu möcüzəvi vasitə sizdə yoxdursa, o zaman qəpik-quruşa olan bu sabunu  tezliklə əldə etməyinizi sizə də məsləhət görürük. Xural.com saytı bu sabunun faydaları haqqında yazı dərc edib. Aşağıda verəcəyimiz məsləhətləri ağlınızın bir köşəsinə yazın. Çünki bir nəslin insanları məhz bu vasitədən mütəmadi olaraq istifadə ediblər.

1. Əgər uzun və sıx saçlara sahib olmaq və yaxud kəpəkdən xilas olmaq istəyirsənsə, o zaman paltar sabunundan təsirli vasitə tapmaq qeyri-mümkündür. Əvvəlcə şampundan istifadə et, daha sonra isə saçlarına sabun vur. Sabunu saçlarınızdan yuyun və son olaraq, suya 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalayın. Bu üsul həm də yağlı saçları olan insanlar üçün faydalıdır. 
2. Depilyasiyadan sonra dərinizdə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə paltar sabunu sürtün.
3. Heç olmasa həftədə 2 dəfə bu sabunla yuyunun. Bu, dərinizin cavan qalmasına yardım edəcək. Yuyunduqdan sonra üzünüzə uşaq kremi vurun. Belə yuyunmaların effekti əvəzolunmazdır.
4. Duş qəbul etməyi sevənlər üçün məsləhət. Buxarda yumşalmış cildinizi bu sabundan hazırlanmış suya kisəni batıraraq sürtsəniz, cildinizdəki məsamələrə dolmuş çirklər tamamilə təmizlənər.
5. Soyuqdəymənin ilk əlamətlərini hiss edərkən,  bu sabunu çox az həddə əridib, suya qatın. Pambıqdan düzəldilmiş tampona batırıb, burun dəliklərinə yerləşdirin.
6. Bu vasitə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə alır. Zədələnmiş yeri sabuna batırılmış diş fırçası ilə yaxşı-yaxşı təmizləyin, daha sonra həmin yeri yodlayın.
7. Diş fırçanızı bu sabunla yuyun və bir qat sabun üzərində qalmaq şərtilə gecədən səhərədək saxlayın. O, bütün mikrobları məhv edəcək.
8. Şişın yatması üçün, eləcə də göyərmiş yerlərinizi bu sabundan hazırlanmış məhlul vasitəsilə sürtün. Bu prosesi gündə 2 dəfə etmək məsləhətdir.
9. İrinlənmiş yerə yatmazdan əvvəl 1:1 nisbətində rəndələnmiş soğan, paltar sabunu və şəkər tozunu qarışdırıb maz şəklinə salırsınız və sürtüb, bintləyirsiniz.
10.Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtülmüş paltar sabununu qarışdırıb “vanna” edirsiniz.
11. Günəşdən yanan cildinizə paltar sabunu sürtün və qurumağını gözləyin. Bu dərinin yandığı yeri bərpa edəcək və uçuqlamasına imkan verməyəcək.

Göründüyü kimi, paltaq sabunu kimi tanıdığınız bu vasitə min dərdə çarə ola bilir.

Комментариев нет:

Отправить комментарий