Страницы

09.05.2015

PƏNAH HÜSEYNİN “9 MAY” SƏHVİ

Elçibəy iqtidarının baş naziri Pənah Hüseyn “Yeni musavat” qəzetinin saytında (8 may 2015-ci il) SSRİ-nin faşist Almaniyası üzərindəki Qələbə Günü - 9 May  ilə bağlı həqiqətə uyğun olmayan fikirlər söyləmişdir. Onun dediyinə görə guya hələ Stalinin dövründən başlayaraq, 1948-ci ildən SSRİ-də 9 may Qələbə günü iş günü hesab olunmağa başlamışdı və həmin gün rəsmi təntənəli mərasimlər, tədbirlər, hərbi parad və s. 1965-ci ilə kimi təşkil edilmirdi... İndi müşahidə etdiyimiz bayram forması 1965-ci ildən başlayaraq Brejnev tərəfindən tətbiq olunmuşdu. 
Əlbəttə, sabiq baş nazirin söylədikləri tam əsassızdır. Sovet dövrünün tarixi faktları onun dediklərini tam inkar edir. Əvvəla, SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 may 1945-ci il tarixli  Fərmanı (“İzvestiya” qəzeti  №107 (8717),  09.05.1945-ci il)  ilə sovet xalqının Böyük Vətən müharibəsində qalib gəldiyi və faşist Almaniyasının qeyd-şərtsiz təslim olduğu 9 May  ümumxalq bayramı – Qələbə Günü elan edilmiş və həmin gün qeyri-iş günü sayılmışdır.
Pənah Hüseynin dediklərinin tam əksinə olaraq 1948-1965-ci illərdə 9 May – Qələbə Günü qeyd edilmişdir. Bunu rəsmi sənədlər də təsdiq edir. Stalin komandasının etibarlı üzvü, SSRİ Silahlı Qüvvələri  naziri, Sovet İttifaqı Marşalı N.Bulqaninin 9 May 1948-ci il 22 saylı əmri ilə (“Trud” qəzeti, №109 (8289), 09.05.1948-ci il) Qələbənin şərəfinə  paytaxt Moskvada salyut keçirilmiş, müttəfiq respublikaların paytaxtında, Kalininqradda, Lvovda, qəhrəman şəhərlər: Leninqrad, Stalinqrad, Sevastopol və Oddessada ənənəvi yaylım atəşi açılmışdır. “Trud” qəzetinin   11.05.1948-ci il tarixli №110 (8290) sayında SSRİ-nin hər yerində, o cümlədən Moskvada, Leninqradda, Sevastopolda  9 May – Qələbə gününün təntənəli şəkildə qeyd olunması barədə ətraflı məlimat dərc olunmuşdur.
Stalinin razılığı ilə SSRİ Hərbi naziri, Sovet  İttifaqı Marşalı A.Vasilevskiy 9 may 1950-ci il tarixli 57 saylı əmr ilə (“Sovetskoe iskusstvo” qəzeti, №25 (1217),  09.05.1950-ci il) və SSRİ Hərbi-Dəniz naziri  admiral İ.Yumaşevin 9 may 1950-ci il tarixli 28 saylı əmri ilə (“Sovetskoe iskusstvo” qəzeti, №25 (1217),  09.05.1950-ci il) alman faşizmi üzərində qələbənin beşinci ildönümü Moskvada və ölkənin digər şəhərlərində təntənəli qeyd edilmişdir. 
Pənah Hüseynin əsassız iddiasını rədd edən daha bir neçə rəsmi faktı onun nəzərinə çatdırmaq istəyirəm.  Məhz Stalinin göstərişi və SSRİ Hərbi naziri, Sovet  İttifaqı Marşalı A.Vasilevskinin 9 may 1951-ci il 64 saylı əmri ilə (“Uçitelckaya qazeta”  №37 (3539), 09.05.1951-ci il) və SSRİ Hərbi-Dəniz naziri,  admiral İ.Yumaşevin 9 may 1951-ci il tarixli 36 saylı əmri ilə (“Uçitelckaya qazeta” №37 (3539) от 09.05.1951) Qələbə gününə həsr olunmuş  rəsmi təntənəli mərasimlər, tədbirlər, hərbi parad keçirilmişdir.
Böyük Qələbənin yeddinci ildönümünün Moskvada və digər şəhərlərdə keçirilməsi ilə bağlı Stalinin göstərişinə əsasən  SSRİ Hərbi naziri, Sovet İttifaqı Marşalı A.Vasilevskinin 9 may 1952-ci il tarixli 47 saylı əmri (“Trud” qəzeti,  №109 (9522), 09.05.1952-ci il), bundan başqa  SSRİ Hərbi-Dəniz naziri, vitse admiral  N. Kuznesovun 90 saylı əmri (“Trud” qəzeti, №109 (9522),  09.05.1952-ci il) vardır. 9 May 1952-ci ildə SSRİ-də keçirilmiş Qələbə bayramı ilə əlaqədər “Sovetskoe iskusstvo” qəzetində (№38 (1426) 10.05.1952-ci il) geniş material dərc olunmuşdur.
Pənah Hüseyn bilməlidir ki, onun yanlış dediklərindən fərqli olaraq ümumxalq bayramı – 9 May 1953-cü ildə də  Moskvada, müttəfiq respublikaların paytaxtında, həmçinin qəhrəman şəhərlərdə: Leninqrad, Stalinqrad, Sevastopol və Odessada qeyd edilmişdir.  Bununla əlaqədar SSRİ Müdafiə Naziri,Sovet İttifaqı Marşalı H.A.Bulqaninin 53 saylı əmri (“Trud” qəzeti №109 (9830),  09.05.1953-cü il) vardır.
9 Mayın 1954-1964-cü illərdə təntənəli şəkildə keçirmək barədə SSRİ Müdafiə Nazirliyinin müvafiq əmrləri mövcuddur və bu rəsmi sənədlər həmin illərdə sovet xalqının Qələbə bayramını xoş ovqatla qeyd etdiyini təsdiq edir. 
“Trud” qəzeti (№109(10448), 10 мая 1955-ci il) yazır: Myın 8-də ümumxalq bayramı ərəfəsində SSRİ-nin böyük teatrında sovet, partiya və ictimai təşkilatlar Sovet Odusu, Hərbi-Dəniz Donanması nümayəndələri ilə birlikdə Qələbə Gününə həsr olunmuş təntənəli yığıncaq keçirmişlər. 
“Sovet xalqı Qələbə gününü bayram edir” məqaləsindəki zəngin faktlar (“Trud” qəzeti, №110 (11974), 10 may 1960-cı il) 1960-cı ildə SSRİ-də  9 May baramının yüksək səviyyədə keçirilməsini təsdiq edir. Sonrakı illərdə də 9 Mayın ümumxalq bayramı kimi qeyd edilməsi barədə kifayət qədər rəsmi materiallar mövcuddur.
Bütün bunlar, bir vaxt birlikdə yaşadığımız sovet tarixinin silinməz izlədir.

ƏDALƏT ABDİNOV, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi

Комментариев нет:

Отправить комментарий