Страницы

08.06.2015

Amerikançılıq nədir -8


VIII yazı: Amerikanların həyat kredosu “xoşbəxtlik puldadır” olmuşdur

Zorakılıq artıq Amerikan cəmiyyəti mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir

 Sözün həqiqi mənasında böyük, həqiqi olanlar məhv olunur, gülüş hədəfinə çevrilir, zorla qoparılıb atılır. Ortabablar, çox qabiliyyətsiz aktyorlar, yazıçılar, müğənnilər, modelyerlər cəmiyyətin kumirinə çevrilir- onların əksəriyyəti pozğunlardır.
 “Millət” sözü tədricən irqçi və mənfi bir şey kimi leksikondan sıxışdırılır. Adamları daha çox istehlakçı, elektorat, vergi verən adlandırırlar. Amerikada vətənpərvərlik- vətənə yüksək gəlir əldə etmək mənbəyi kimi baxanlar üçün maskadan başqa bir şey deyildir. Milli dövlət və millətin yalnız mənasız yox, həm də ziyanlı bir şey olduğunu əsaslandıran, onların daimi müharibələr və münaqişələr mənbəyi olduğunu sübut etməyə çalışan yeni-yeni “elmi” işlər işıq üzü görür. “Öz dövlətini və millətini sevmək səfehlikdir”- deyən bu “tədqiqatlar” onların hər vəchlə məhv edilməsini məsləhət görürlər. 
 Hər cür ənənələrdən, milli dəyərlərdən məhrum olan belə bir qurum faydalı ola bilərmi? Heç kim bu məsələni ciddi şəkildə müzakirəyə çıxarmır; doğrudur, hardasa bu məsələ elə-belə, fakultətiv formada müzakirə olunur, ancaq bu müzakirələrdə deyilən fikirləri heç kim eşitmək istəmir. İndi hamını pul narahat edir, hamı pul haqqında fikirləşir, pul hər şeydir. Bu cəmiyyətə əslində nə şəxsiyyət, nə elita, nə də millət lazım deyil; ona kütləvi istehlakçı lazımdır- onu daha heç nə düşündürmür. O.Toffler “Üçüncü dalğa” əsərində yazırdı: “Üçüncü dalğa sivilizasiyası hakimiyyət bölgüsünün yeni sisteminə əsaslanacaqdır- burda millət bir varlıq kimi öz əhəmiyyətini itirəcəkdir, bunun əvəzində digər institutlar- transmilli korporasiyalardan tutmuş yerli hakimiyyət orqanlarına qədər- daha mühüm rol kəsb edəcəkdir”. Məhz buna görə də gələcək haqqında praktiki olaraq bütün filmlərdə milli dövlətlər və millətlərin olmaması tam aydındır. V.A.Nikonov “Rusiya dünyada öz yerinin axtarışındadır” məqaləsində bəşəriyyətin gələcəyi ilə bağlı narahatlığını gizlətmir: “İri beynəlxalq biznesin və nüfuzlu qeyri-hökumət təşkilatlarının -dini, ekoloji, xeyriyyə, hüquq müdafiəçiləri- inkişaf etməsi ilə dövlət faktiki olaraq hakimiyyət və dünyanın taleyini həll etmək funksiyalarını yerinə yetirmək üzərindəki inhisarını itirir. Bu gün dünya proseslərinə “Maykrosoft” kompaniyasını və ya “Qrinpis” kimi ictimati təşkilatın təsiri BMT-yə üzv olan dövlətlərin yarıdan çoxuna nisbətən daha böyükdür. Dövlətin cəmiyyəti idarə etmək və hər hansı daxili problemi nizama salmaq qabiliyyəti zəifləyir, daha çox məsələlər həll olunmaq üçün beynəlxalq səviyyəyə çıxarılır. İqtisadi siyasətdə vəziyyətə daha çox transmilli korporasiyalar nəzarət edir. Tezliklə transmilli korporasiyaların iqtisadi gücü hətta aparıcı dövlətlərin imkanlarından da güclü olacaqdır”. 
 Mövzudan kənara çıxmayaraq Amerika vətənpərvərliyi adlanan məsələ ətrafında xüsusi dayanmaq istərdik. Belə bir əfsanə dolaşır ki, amerikalılar qeyri-adi, həddən artıq böyük vətənpərvərdirlər. Təəssüf ki dünyanın hər yerində olduğu kimi bizdə də bəziləri bu fikri təkrarlamağı, amerikalıları bizə nümunə göstərməyi xoşlayırlar! Əslində isə amerikalılar pulun vətənpərvəridirlər. Amerikada deyildiyi kimi, “amerikalının işi pul qazanmaqdır”. Əgər amerikalıya başqa ölkədə pul versələr, onlar bir nəfər kimi həmin ölkənin “vətənpərvər”inə çevrilərlər. Bu da təbiidir: vaxtilə onların əcdadları var-dövlət dalınca öz vətənlərini tərk edib Amerikanı özlərinə vətən seçmişdilər. Aydın olanda ki vətənpərvərlik yalnız maaş üçün banka yürüş olmayıb həm də müəyyən qurbanlar tələb edir, onda Amerikaya olan böyük məhəbbət tüstü kimi uçub getdi. Amerikalılar filmlərdə və atəş açılmayan yerlərdə, məsələn, Yuqoslaviyada “qəhrəmancasına vuruşdular”- şəhəri lap yüksəklikdən bombardman etdilər. Onlar yalnız bu cür döyüşə bilirlər. Əsl döyüş meydanında isə, məsələn Vyetnamda olduğu kimi, onlar qorxaq vuruşurlar. İctimai rəy dərhal müharibəni dayandırmaq ruhuna köklənir, “qaynar nöqtələrdən” qayıdanlar gülüş hədəfinə və izqoya (əvvəlki vəziyyətini itirdiyinə görə həyat vəsaitindən məhrum olanlara) çevrilirlər, nümayişlərdə Amerika bayrağını cırırlar, tapdalayırlar, yandırırlar. Sonra həyat öz axarına düşür, “bank-maaş-bar” ritmi davam edir, hamı yenidən vətənə olan məhəbbətini nümayiş etdirir. Bu “Amerika vətənpərvərliyi”dir.
 1997-ci ildə Amerikanın “Parents” jurnalı amerikalı ailələrin həyat dəyərləri haqqında ABŞ və Kanadadan olan 7 700 valideyn arasında sorğu keçurmişdir. Amerika ailələri ierarxiyasında ən aşağı yerdə vətənpərvərlik gəlir, ondan sonra yalnız ədəbiyyat və incəsənət əsərlərinin başa düşülməsi gəlir. Amerikalıları nə öz ölkələri, nə orada kimin hakimiyyətdə olması maraqlandırmır- onlar üçün vacib olan odur ki, heç kim onların pul qazanmasına mane olmasın.
 Amerikanın ən varlı adamı Rokfeller ilk qazancını bacılarına konfet satmaqla əldə etmişdir. O, mağazadan konfet alır, onu xırda hissələrə bölüb bacılarına satırdı. Ən maraqlısı odur ki, o bu birinci biznesi haqqında danışarkən heç vaxt utanmamışdır, onun gələcək nəsli isə bu anadangəlmə kommersiya bacarığı ilə qürrələnmişdir. Rokfellerin tərcümeyi-halında yazılır: “Con Rokfeller 1893-cü il iyulun 8-də Nyu-York ştatında anadan olmuşdur. Onun atası Eyrezi Rokfeller əxlaqsız, pozğun, at oğrusu, şarlatan, cüvəllağı, iki arvadlı və yalançı olmuş, bununla belə pulu çox sevmişdir. Ona görə də uşağın tərbiyəsi ilə anası- əqidəli baptist məşğul olmuşdur. Xoşbəxtlikdən gələcək milyarderə atasından yalnız pula olan məhəbbəti irsən qalmışdır”.
 Rokfeller böyüyəndən sonra bazar münasibətlərini öz ailəsinə tətbiq etməyə başladı. Bütün ailə münasibətinə tamahkarlıq, acgözlük və bazar ruhu hopmuşdur. Məsələn, Rokfeller öz oğluna səkkiz yaşına qədər qız paltarı geydirmişdir- ailədə bir-birinin ardınca köhnə paltarları cırılana qədər geyinmək qəbul olunmuşdur. Evdə bazar iqtisadiyyatının maketi qurulmuşdur: qız “baş direktor” idi, bütün uşaqlar isə tam təfsilatı ilə mühasibat işləri aparırdılar. Hər bir uşaq öldürülən bir milçək üçün iki sent, qələmi itiləmək üçün on sent, bir saat musiqi ilə məşğul olmaq üçün beş sent alırdı. Bir gün konfet yeməmək iki sent idi, sonrakı hər bir gün isə on sent qiymətləndirilirdi. Bir sözlə, Rokfellerin həyat kredosu “xoşbəxtlik puldadır” olmuşdur.
 Çox az adam bilir ki, digər varlı amerikalı, “dahi” hesab olunan Billi Qeytsin ali təhsili belə yoxdur. O məktəb təhsili ilə kifayətlənmişdir, onu hətta oxuya bilmədiyinə görə az qala məktəbdən də qovmaq istəmişlər. Bəs o necə varlı adam oldu? Bəlkə o dahi proqramçıdır və məktəb biliyi ona kifayət edir? Öz yüksəlişinə görə Qeyts İVM kompaniyasına borcludur. Möcüzə baş verir: bütün sifarişçilər müflis olur və İVM Harvard universitetindən oxuya bilmədiyinə görə qovulmuş yazıq Qeytsə “Şəxsi kompüterlər üçün əməliyyat sistemi” qurmağı təklif edir? Siz bu nağıllara inanırsınızmı? Məlum olmuşdur ki, Qeytsin anası İVM-də işləmiş, burada vacib post tutmuşdur. Yeri gəlmişkən, Qeytsin atası da süpürgəçi olmamışdır, o Sietlidə ən hörmətli hüuqşünas idi. Anası tərəfdən babasının atası Nasional Siti Bank-ın təsisçisi olmuşdur. Ona görə də oğlunun oxuması üçün pul verə bilməyən valideynlər haqqında göz yaşı ilə danışılan nağıl aşağı pillədən qalxaraq istedadlı proqramist uşağın milyarder olması ilə bağlı ideoloji təbliğatdır: “Amerika arzularının” həyata keçməsi üçün yaraılan şəraitlə bağlı uydurmalardır. Deyilənlərə ABŞ-ın digər varlı adamı olan D.Tramponun sözlərini əlavə etmək olar: “Vəzifə qazanmaq üçün çoxlu üsullar var, ancaq onlardan ən düzgünü- lazım olan ailədə doğulmaqdır”. Ona görə də hər bir iri biznesmenin karyerasını qiymətləndirərkən belə deyə bilərik: “haradasa, kimsə, kiminsə”.
 1970-ci ildə satana (şeytan) kilsəsi ABŞ kilsələrinin milli Şurasına qəbul edildi. Pentaqonda digər konfessiyalarla yanaşı satana kilsəsinin baş kapellası da təmsil olunurdu- onun rəhbərliyində ABŞ hərbi qüvvələrinin ehtiyaclarına xidmət edən yüzlərlə kapelanlar- satanistlər dayanırdı. Amerika prezidentləri də həmişə gizli şəkildə satanizmi müdafiə etmişlər. Lakin Reyqandan başlayaraq bu müdafiə açıq şəkildə həyata keçirilməyə başladı. 1987-ci ildə Reyqan açıq şəkildə “müasir Amerika həyatında satanizmin mühüm rolunu” etiraf etdi və seçicilərin bir hissəsinin maraqlarının nəzərə alınmasının vacibliyini qeyd etdi. Reyqan administrasiyası satanistlərin hüquqlarını genişləndirmək üçün bir sıra qərarlar qəbul etdi: dövlət xidmətinə, o cümlədən hökumətdə vəzifələrə təyin olunanda satanistlərin hüquqlarının pozulmasına yol verməmək; “məşhur amerikalı qabaqgörənləri, bəsirətli adamları, okkulistləri və nekromantları” məsləhətçi kimi prezident və hökumət orqanlarına işə cəlb etmək, satanistlərin heysiyyatına toxuna biləcək hər hansı sözün və ifadənin dövlət sənədlərində və materiallarında getməsinə yol verməmək.
 Satanizm tədqiqatçısı S.Brenanın məlumatlarına görə ABŞ-da 100 minə qədər satanisti, iblisə sitayiş edənləri birləşdirən təqribən səkkiz min satanist “qurumu” var. Amerika satanistlərinin təşkilatlarının Qərbi Avropanın, Latın Amerikasının bir çox ölkələrində, o cümlədən Kanadada, Avstraliyada, Yeni Zelandiyada və Rusiyada filialları var. Satanizm amerikalı gənclərin həyatına möhkəm daxil olmuşdur. ABŞ məhkəmələrində müntəzəm olaraq satanizm və ritual ölüm hadisələri ilə bağlı proseslər gedir- burada ittiham olunanlar gənc satanistlərdir. Cavan adamların əksəriyyəti üçün satanizmə daxil olmaq “Helluin” bayramıdır. Heç təsadüfi deyildir ki, Amerika satana kilsəsi bu günü açıq şəkildə öz bayramları elan etmişlər- bu gün şeytanın varlığını göstərmək üçün istifadə olunmalıdır. Əksər satana sektalarında rok musiqi (xüsusən “ağır rok”) şeytana pərəstiş ritualına giriş kimi istifadə olunur. 
 Ən yeni satanist əlamətlər yalnız Amerika hökumətinə yox, həm də iri korporasiyalara da toxunmuşdur. 1990-cı il martın 1-də amerikalı teleaparıcı Fila Donaxyunun şoularından birində “Prokter end Qembl” korporasiyasının rəhbərləri çıxış etdilər. Onlar televiziya tamaşaçılarına bəyan etdilər ki, satanist kilsəsinin davamçılarıdırlar və bu kilsəni saxlamaq üçün gəlirlərinin bir hissəsini onun hesabına köçürürlər. Donaxyunun onlara “bu etirafla öz biznesinizə ziyan vuracağınızdan qorxmursunuz?” sualına korporasiya rəhbərləri olan satanistlər belə cavab verdilər: “Amerika Birləşmiş Ştatlarında bizə ziyan vuracaq qədər xristian yoxdur”. Bu çıxışdan sonra ABŞ-da etiraz aksiyaları və satanist korporasiyalarının mallarını almamaq, malları boykot etmək üçün imzalar toplanmağa başladı. Lakin Amerika hökuməti dərhal satanistlərin müdafiəsinə qalxdı və imza toplayanlara başa saldılar ki, bu yolla onlar dini azlıqların hüquqlarını pozurlar. Satanistlər haqqında nə isə oxuyanda adama elə gəlir ki, hansısa dəliliyin gələcəyi haqqında -qorxulu filmlərdə olduğu kimi- əsər oxuyursan. Müəllif heç vaxt olması mümkün olmayan hansısa hadisəni təxəyyülünün məhsulu kimi ortaya qoyur. Əslində isə bu gələcək dəlixana ilə bağlı sayıqlamalar olmayıb bu günümüzün reallığıdır.

İbrahim Sel                             (Ardı var)

Комментариев нет:

Отправить комментарий