Страницы

19.06.2015

Babəkdən yazanlar oğluna niqodnı knijkası düzəltdirir


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -23

Sabir Şindani: Nurçu liseyləri başqa ölkələri pis günə salmaq üçündür, təhsil vermək üçün deyil. Bu liseylərdə oxuyan uşaqlarımız zombilərə çevrilirlər, özü də valideynlərin hesabına. Rusiya öz ərazisində bütün türk liseylərini ləğv etdi və müəllimlərini deportasiya etdi.
Qəhrəman Mövlanov: Misirdə olan kişilik bizdə olsaydı, Türkiyəni 94-95-də paslat eləmişdik. Vətəndaş müharibəsini məhz bu “qardaşlarımız” təşkil etmişdi.
Sayman Aruz: Ən böyük arzum adam olmaqdı…
Aslan Əliyev: Türkiyə həmişə İslam dininə nifrət edib və edəcək də.
Rəşid Şıxzadəyev: Qubadakı türk liseyində də nurçuluq təbliğ olunmaqdadır.
Leyla Əliyeva: Rusiyada nurculuqla, vahhabizmlə, bu təşkilatları təbliğ edənlərlə mubarizə aparılır və birinci növbədə mən buna çox sevinirəm. Amma çatarmı Rusiyanın gücü günden-güne artan bu göbələklərin gabağını alsın? Çox təhlukəlidir bu təşkilatlar ətraf mühit üçün, onları əhatə edən gənclər üçün.
Rizvan Şıxızadə: 20 il əvvəl camaat deyirdi Sovet hökumətindən bəlkə yaxşı yaşayarıq, ona görə Mirzə Xəzər kimi ağzıgöyçəklərə inanırdılar, amma bu illərdə Qlobalizm bizə elə zərbə vurdu ki hamı vətənindən didərgin oldu, aclıq, səfalət, əxlaqsızlıq, simasızlıq baş alıb getdi. İndi bu demokratiya nağılını danışanları ölkədən qovmaq lazımdı, bunlar bəşərin, o cümlədən bizim düşmənimizdi.
Samir Belil: ANS ağız dolusu Müstəqillik tarixindən danışır. O danışa bilər. Mənim də Vahid kimi dəniz kənarında villam olsaydı, mən də ağzımdan şor tökülə-tökülə danışardim.
Xomeyni: “Demokratiya şeytanın son oyunudur”.
AnarXist Anar-Xist: Bəli, mən İranın güclü dövlət olmasını istəyrəm, çünki orada 40 milyon Azərbaycan balası yaşayır. Kimsə Amerikadan aldığı İT YALI naminə buna razı ola bilər, amma insanlığını itirməmiş heç kim İrana bəla arzulamaz.
Alim Həmidli: Vahhabilik ərəbləri parçalamaq, nurçuluq türkləri parçalamaq üçün yaradılmış qondarma bir plandir.
Cəmil Şirvanov: Təkcə Nyu-Yorkda 2 000 000 insan küçədə yatırdı bir neçə il bundan əvvəl. Böhran başlayandan bəri xəbərim yoxdu.
Fərhad Həsənzadə: Türk adlı kürdlərin ən yuxarısında kürd yəhudiləri dayanıb, bu vəziyyətə “matroşka” deyirlər. Yəni türkə qarşı qalxan görəcək ki, kürddür, amma daha anlamaz ki, kürdü də cuhudlar oynadır. Elə Türrkiyədə də belədir- dönmə türklər və dönmə kürdlər oyun çıxardırlar. Başda isə Gülən- CİA-nın agenti dayanıb.
Qoşqar Əhmədov: Qoy bu türk liseylerini bəsləsin bu hakimiyyət. Vaxt gələcək elə buların, BP-nin yaratdığı canlı ölülər (vahhabiler) bizim özümüzü qıracaq. Hələ ki neft, qaz, pul gözlərini tutub buların. Bu “demokratiya” bizim də qapımızı döyəcək.
İkram Cabbarov: Azərbaycana çatdığı iddia olunan Neft Fondunun pulları axırıncı sentinə, qəpiyinə kimi yenə də xarici bankların sərəncamındadır və adı bizim dadı xaricilərin olan bu vəsaitlər də tamamilə xarici maliyyə korparasiyalarının istifadəsindədir.
Kamal Yaşar: Sabir bir tərəfdən “Harda musəlman görürəm qorxuram”ı yazırdı, bir tərəfdən də Əli Əkbərə (İmam Hüseynin Kərbəlada şəhid olan 17 yaşlı oğluna) roizə- şeir yazırdı. Bilirsən bu nədi? Bu o deməkdi ki, Sabir dinə yox, dindəki xurafata qarşı idi. Səni kimi ancaq görmək istədiyini görənlər isə hələ də elə düşünürlər ki, Sabir din əleyhdarı olub. Axundov o boyda nəhəng Füzuliyə “qarşı çıxırdı”. Ancaq bu tənqidinin səbəbi varıydı. Çünki Füzuli 400 il müddətində sözün əsl mənasında demək olar ki, ədəbiyyatı “zəbt” etmişdi, ədəbiyyata gələnlərin ondan təsirlənməməsi mümkün deyildi. Axundov isə bax məhz bu tilsimi qırmaq üçün “qarşı çıxdı”, ancaq əvəzində Azərbaycan dramaturgiyasının banisi oldu, ədəbiyyata 6 komediya, yeni fikir gətirdi.
Nizami Məmmədov: Türkiyə lap çoxdan işğal olunub, o başqa məsələdir ki, T.Ərdoğanın hakimiyyəti dövründə bu faktı gizlətmək mümkün olmadı.
Taleh Məmmədov: Milli Məclisdə Elman Məmmədov adında biri oturur. Milli ət vəkilidir. Bilirsiz haradan seçilib?! Xocalıdan! Şəhər məhv olubsa, ən əsası soyqırım olubsa, ona kim səs verib, ey müsəlmanlar?!
Piri Baba: İranla Azərbaycan birləşsə, bu gün hakimiyyətdə olanlar tez başlarina bir əmmamə qoyacaq və yenə vəzifələrə doluşub yenə bizi incidəcək, amma bu dəfə hey Ulu Öndər Xameneini tərif edə-edə.
İbrahim İmanlı: Millətimi də, xalqımı da çox sevirəm. Bütün yazdıqlarımı da milli mənafe baxımından yazıram. 20 ildə başımşza gələnlər bunu sübut edir. Sovet zamanı əldə etdiklərimizlə 20 ildə itirdiklərimizi müqayisə edək. Amma ədalətlə. O dövrdə kimlər yetişirdi, indi kimlər! Hanı o zamankı kimi alimlərimiz, akademiklərimiz? Hanı o incəsənət xadimlərimiz? Hanı kişilik, mərdlik? Nə qalıbsa elə o zamandan qalıb. Sovetin xalq artistlərinə bax, indikinə bax! Ədalət hanı? Hanı milli filmlərimiz? Hamısı o zaman çəkilib. Hanı Qarabağ?
Rusiya Dağılacaq: 14 ədəd keçmiş sovet respublikalarındakı millətçilərin SSRİ haqda yekdil fikri bundan ibarətdir ki, bu zalim rus imperiyası olmasaydı, bunlar güclü güzaran qurmuşdular. Rus millətçilərinin SSRİ haqda fikri budur ki, 70 il naşhükür müftəxorları yedizdirməsəydik, rus xalqının potensialı ilə onsuz da dünyanın ən güclü dövləti olmuşduq. Əlbəttə ki dərk edənler üçün bunda böyük hikmət vardir.
Elzan Zaman: Məsələn, danışanda deyirik “paltaruvun rəngi”, “maşınuvun markası”. Ancaq yazanda yazırıq “paltarının rəngi”, “maşınının markası”. Belə çıxır ki, danışıq tərzimiz fikrimizi ifadə etməkdə yazı tərzimizdən daha dəqiqdir. Məsələn, “paltarının rəngi nə rəngdir” dedikdə bilinmir ki, söhbət müraciət etdiyin adamın paltarından gedir, yoxsa kiminsə üçüncü şəxsin? Görəsən qrammatikamızı hansı “ağıllılar” bu günə qoyublar?
Musavi Baxşəliyev: Müstəqil ölkə olub bu yaramazların əsarətində yaşamaq heç də müstəqillik deyil. Şəxsən mən referendum kecirilsə, SSRİ-nin bərpasına iki əlli səs verəcəm. Yalnız onda biz gələcəyimizin məhv olmasından sığortalanmış olarıq.
Sərdar Cəlaloğlu: Faktiki olaraq Vaqif Səmədoğlunun özü Rəqsanədir. Dədəsi Rəsulzadəni alçaq adlandırmışdı, özü də gəlib Müsavatın Divanında oturdu. Azərbaycan hakimiyyəti bir balaca mandatın ucunu göstərən kimi Müsavatdan çıxıb getdi hökumətin yanına. Rəqsanə belə olur.
Chivas Regal: Türkiyədə önəmli vəzifələrde kürdlər oturub. Onlar o postları kürd təəssübkeşi kimi yox, nurçu qiyafəsində tutublar. Türkiyənin axırına kürdlər belə çıxacaq.
İmam Musa Sədr: “Əgər təşkilatlanmış bir dünyada təşkilatsız ayrı-ayrılıqda hərəkət etmək istəsək, çox sadəlövlük etmiş olarıq. Əgər bütün səy və bacarıqlarımızı birləşdirməsək, əl-ələ verməsək necə varıqsa, elə də qalacağıq. Çünki yaşadığımız dünyada hər şey olduqca təşkilatlanmış və münəzzəmdir”.
Henri Ford: “Yaxşı ki insanlar bizim bank və maliyyə sistemimizin mahiyyətini dəqiq anlamırlar. Əgər anlasalar, əminəm ki, inqilab elə bu gecə baş verər”.
Elçin Bayramlı: Türklər əvvəl buranı isğal etdilər, sonra sərvətlərini taladılar, sonra ingilislərə öz müstəmləkələri kimi satdılar.
İbrahim İmanlı: Rus dilini bilmək sənə elə mətləbləri bilməyə yol açır ki, ondan sonra səni heç kim qul edə bilməz.
Zahid Mikayılov: Rusiya qardaş dövlətdir.
Elşad Talışi: Sovet dövləti ev tikib əhalini təmin edirdi, əhalinin əxlaqi, mədəni tərbiyəsini, insan saglamlığını təmin edir, millətinden asılı olmayaraq vətəndaşlarına insan kimi yanaşırdı. Sadalamağa yaxşı kefiyyətləri çoxdu.
Tahir Abdullayev: 1992-ci ildə İran Azərbaycana öz əsgərləri ilə köməyə gəlmişdi, Ermənistanla da heç bir əlaqəsi yox idi, o vaxt Türkiyə ac qalan Ermənistana taxıl və un tədarük edirdi (bax: Q. Həsənquliyevin teledebatlardakı çıxışına). Zəngilan işğal olunan gün İran bütün sərhəd məntəqələrində bayraqlarını endirdi, Araz çayının qarşısını kəsdi ki, işğal olunmuş Zəngilandan əhali İrana keçə bilsin, bununla da zəngilanlıların soyqırımının qarşısını aldı. Bizdə neçə çadır şəhərciyinin maliyyəsini İran öz boynuna götürdü. Bu gün İran öz sərhhədlərini üzümüzə bağlasa bizim həkimlər bizi qırıb qurtararlar, hər gün 3-4 min insan İrana müalicəyə gedir. O ki qaldı İranın Ermənistanla ticari əlaqələrinə, bizim nazirlər Sevan gölünün sahilində gizli ticari əlaqələri erməni konyakı ilə “bərkidəndə” İran nə etməli idi? (bax: Əfşar Sülreymaniinin "Xural" qəzetinə müsahibəsi: "Ə. Süleymani, “Ermənistaana İrandan da çox ərzaqı Azərbaycan ötürür”). Sadəcə xəstə, hamını düşmən görən, populist çıxışları ilə başımızı qatan insanların bunları görmək qabiliyyyəti çatmır.
Ağa Mustafazadə: Türkiyəni bizə böyük qardaş kimi soxuşdurmağa çalışsalar da yamaq kimi görsənir.
Süleymanov Cavid: Sizə səmimi bir şeyi etiraf edim ki, artıq 1 ilə yaxın zamandır hər həftə ulu öndərin məzarını ziyarət edirəm, məzarı önündə göz yaşlarımı saxlaya bilmirəm. Bunu haradasa deyəndə çoxu mənə gülür, amma bu içdən gələn bir şeydir.
Anar Məmmədov: Xəbəriniz var ki Azersun holdinqin istehsal etdiyi mallar Ermənistanda burdakından ucuzdu.
Samir Belil: Bir şeyə diqqət verin. Türk dilində istənilen mövzuda gedən söhbətə qulaq asanda söhbət adama ciddi gəlmir. Amma rus dilində bütün mövzularda gedən söhbətlər sanki ciddi kimi gəlir. Hətta adi zarafat da olsa.
Hemid Ormanli: Yafəs Türksəsin bir yaxşı şeri variydı, görünür indi də sağdır. Şairin şeiri təxminən belə idi ki, dişi mırıx şairlər sevgi şeri yazır, Babəkdən yazanlar oğluna niqodnı qinişqası düzəltdirir... bu məmləkətdə-filan. Axırda da təxminən deyirdi ki, Nəsimidən danışanlar yalıncıq qədər də deyillər. İndi deyin görüm Yafəsdən də böyük şair varmı?))
Şahin: Sizcə 4-5 il bundan əvvəl bu qədər populyar olan və bu qədər çox işlədilən “çuşka” ifadəsi niyə indi öz populyarlığını itirib? Əslində biz o qədər düşmüşük ki, kiməsə “çuşka” deməyə ehtiac qalmayıb.
Pərviz Yusif: Bu ölkədəki televizorları nə vaxt açırsan, yekə əndamlı qadınlar oxuyub oynayır.
Bəhruz Şükürov: Azyaşlı uşaqları tez-tez zooparka aparın və onlara heyvanlar aləmi haqqında məlumat verin. Qeyd edim ki, bu ölkədə uşaqların gəzintisi üçün ən önəmli yer zooparkdır. Zooparkda uşaqlarınıza heyvanlarla adam kimi rəftar etmək qaydalarını öyrədin. Axı bizə heyvanlarla elə heyvan kimi davranmağı öyrədirlər.
Eyni zamanda, uşaqlarınıza imkan verməyin ki, meymuna əl çalmaq öyrətsinlər. Onlara başa salın ki, tülkü, çaqqal və şir ətlə qidlanır. Sadəcə, bu heyvanları pisə və yaxşıya insanlar ayırıb. İnsanlar heyvanları da özlərinə oxşatmağa çalışıblar. Guya şir yaxşdır, tülkü pis. Əslində hər ikisi heyvandır və acanda qabaqlarındakının nə əti olmasının fərqinə varmırlar. İstər insan, istər heyvan əti olsun. Şirə on görə mərd deyirlər ki, pəncəsi iri, yumruğu güclüdür. Bir də xahiş edirəm, uşaqlarınıza izah edin ki, poniləri minməsinlər. Gücsüzü minmək insanlıqdan deyil. Əgər imkanınız olsa, onlara pələngləri minməyi öyrədin. Qoyun böyüyəndə əsl İNSAN olsunlar.

Комментариев нет:

Отправить комментарий