Страницы

21.06.2015

ƏBDÜLLAH MƏHƏMMƏD: VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

MÜƏLLİFDƏN. Mənə Allah Evinə müşərrəf olub Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in və məsum imamların (Allahın salamı onlara olsun) məzarlarını ziyarət etmək səadəti nəsib oldu. Bu səfərdə çoxlu hadisə və çətinliklərlə qarşılaşdım, qəribə hadisələri müşahidə etdim. Bu hadisələrin yazılıb nəşr olunması zəruri bir məsələ idi, çünki bunlar mənim və digər hacıların qəlbini yaralamışdı.
Həccdən qayıdanda görüşümə gələn dost-tanışdan bir neçəsi bu səfərdə gördüyüm hadisə barəsində soruşdular. Mən də gördüklərimin bir qismini onlara danışdım. Sonra təklif etdilər ki, bu müşahidələri yazılı şəkildə həm İslam, həm də qeyri-İslam dünyasına təqdim edəm. Bu təklifi bəyəndim və qərara aldım ki, səfərdəki müşahidə və xatirələrimin bir qismini Allah rizası üçün çap etdirəm.
Bu kitab həcc səfərində müşahidə edib qarşılaşdığım hadisələrin xülasəsidir. Ola bilsin ki, mənim Hicaz (Ərəbistan) hakimlərindən gördüklərimdən daha pisini görənlər də olsun.
Bu kitabı təqdim edirəm:
–Hər yerdə olan müsəlmanlara;
–Zülm altında inləyən insaniyyətə;
–Azad vicdanlara;
–Bütün dünyaya.
Qoy bilsinlər ki, Allah Evi ziyarətçiləri necə təhqirlər, əziyyətlər, xarlıqlar, hörmətsizliklər, bədrəftarlıqlar və kobudluqlar görürlər; qoy bilsinlər ki, Ali-Səud (Ərəbistan şahı Fəhəd) hacılara ən pis əzabları necə rəva görür və onlara əsla hörmət və ehtiram qoymur. Bəli, yalnız tətil günlərini xoş keçirmək, əylənmək üçün Məkkə, Mina və Ərəfata gələn Ali-Səud qonaqları şallaq və işgəncədən amandadırlar.
Bu müqəddimənin sonunda hörmətli qələm sahiblərindən, müəlliflərdən xahiş edirik ki, Ali-Səudun gizlində olan qərəzli siyasətlərini, onların saraylarında baş alıb gedən fəsadı, eybəcərlikləri və yaramazlıqları, həmçinin, onların müsəlmanlar arasında təfriqə və ikitirəlilik salmaq üçün səylərini, mənfur sionizmin müsəlman ölkələri və müsəlmanların müqəddəslərinə hakim kəsilməsi üçün zəmin yaratmalarını qələmə alsınlar, bəlkə bundan sonra bütün müsəlmanlar bu sülalənin iç üzünü başa düşüb Məkkə və Mədinəni azad etmək fikrinə düşsünlər. Çünki, Ali-Səudun işğalçı hakim dairələri Amerika və İngiltərə kimi mənfur istismarçıların, müsəlmanlar və onların müqəddəslərinin əleyhinə olan əlaltılarından başqa bir şey deyildir. Vəhhabiyyət də “Ağ ev”də İslam düşmənlərinin əli ilə İslam və onun dahilərini çirkin qələmə vermək üçün müstəmləkə siyasətindən başqa bir şey deyildir. Buna görə də şəri vəzifə bizə hökm edir ki, belə şəxsləri ifşa edib, yalanlarını örtən pərdələri (bu pərdələri öz şeytani məqsədlərinin icrası üçün çəkiblər) qaldıraq və onların istədikləri kimi rəftar edib müsəlmanları bundan artıq öz müstəmləkəçi məqsədlərinə qurban etmələrinə yol verməyək. Bu barədə istifadə edə biləcəyimiz ən kiçik silah-qələmdir. Bu silahı təhlükəli düşmən olan Ali-Səuda qarşı mübarizə aparmaq üçün qınından çıxarmaq lazımdır. (Çünki əgər Ali-Səudu öz ixtiyarına qoysaq, qısa müddətdə İslamı və müsəlmanları məhv edəcək.)
Əziz oxucu! Ali-Səudun çirkin və yaramaz əməlləri barəsində daha artıq məlumat əldə etmək üçün dahi alim Seyyid Möhsün Əmininin “Kəşfül-irtiyab fi ətbai Məhəmməd ibni Əbdül Vəhab” kitabına baxa bilərsiniz. Müəllif bu kitabda Ali-Səudun murdar sifətini aşkara çıxarmış və onların rəhbəri Məhəmməd ibni Əbdül Vəhhabın mahiyyəti üzərindən pərdəni götürmüşdür.
Bu həcc səfərindəki müşahidələrimi nəql etməyə başlamazdan əvvəl, müqəddimə kimi, vəhhabiyyət və onların etiqadlarını xülasə şəkildə yazmağı məsləhət görürəm ki, əziz oxucunun İslam və müsəlmanların başına saysız-hesabsız müsibətlər gətirmiş bu batil firqə barəsində az da olsa, məlumatı olsun.

VƏHHABİYYƏTİN TARİXÇƏSİ. Vəhhabiyyət firqəsi 1143-cü hicri ilində (1723) Ərəbistan yarımadasında meydana gəlmişdir. Etiqadiyyat prinsiplərində və şəriət hökmlərində başqa məzhəblərlə fərqlənir. Bu firqənin ardıcıllarına “vəhhabi” deyirlər. Onlar özlərini həqiqi müsəlman, sair müsəlmanları isə azğın və müşrik hesab edərək onlara həqarət gözü ilə baxırlar.
Bu firqə öz məntiqsiz fikirlərini müsəlmanlara qəbul etdirmək yolunda zorakılıq, daşürəklilik və qəsavət üslubundan istifadə edirlər. Bu firqənin baisi Məhəmməd ibni Əbdül Vəhhab Təmimi (ilk dəfə bu firqənin əndişə və fikirlərini yaradıb yayan şəxs) olduğuna görə vəhhabiyyət adlandırılıb. Bu firqə, özünün batil əqidə və inhiraflarında fəsad və azğınlıqda məşhur olan Əhməd ibni Təymiyənin əqidəsi ilə uyğundur.
VƏHHABİYYƏT FİRQƏSİNİN RƏİSİ. Məhəmməd ibni Əbdül Vəhhab Təmimi bu firqənin başçısıdır. O, 1111-ci hicri qəməri ilində dünyaya gəlib. Cavanlıq dövründən dinə yabançı olan əqidəyə malik olub. O, elm öyrənmək üçün Məkkə və Mədinə alimlərinin yanına gedib-gəlirdi. Müəllimləri onun sözlərini, əməllərini, əqidə və meyllərini gördükdə, azğınlığa və inhirafa düşdüyünü dərk etmiş və onu bu işdən çəkindirmişlər.
Hənbəli alimlərindən biri olan atası Əbdül Vəhhab, oğlunun dindən çıxmasını, öz məzhəbini buraxıb həddi aşmasını gördükdə ona nəsihət edib, yol göstərməyə başladı. Amma bu nəsihət onda heç bir təsir qoymadı, əksinə, o daha çox inadkar olub azğınlaşdı. Atası oğlunun hidayət və tövbə əhli olmadığını gördükdə öz yanından qovdu. Həmişə onu danlayıb camaatı ondan uzaqlaşdırardı. Nəhayət o, camaatın gözündən elə düşdü ki, hətta onu görənlər ondan tez uzaqlaşardı. Hənbəli alimləri onun əleyhinə qalxıb onu öz məclislərindən qovdular. Hətta qardaşı Şeyx Süleyman onun batil əqidə və bidətlərini rədd etmək üçün bir kitab yazdı. Məhəməd ibni Əbdül Vəhhab elə cavanlıq dövrüdən Səccah, Müsəyləmeyi-kəzzab və s. kimi yalandan peyğəmbərlik iddiası edənlər barəsində olan dastan və rəvayətləri mütaliə etməyə çox həris idi. Arzu edərdi ki, onlar kimi olub onların getdiyi yolla getsin. Böyüklərin və ustadlarının təzyiqləri nəticəsində qərara aldı ki, öz əleyhinə olan qalmaqalları yatırtmaq üçün müvəqqəti olaraq vətənini tərk etsin. Bəsrə şəhərində bir neçə dostu olduğuna görə ora səfər etdi. Amma bu qəzəbli təzyiqlər Bəsrədə də onu rahat qoymadı. Çünki şeyxlərdən biri Bəsrə əhalisinə məktub yazıb onları Məhəmməd ibni Əbdül Vəhhabın azğın fikirlərindən xəbərdar etdi. Bu xəbər şəhərdə yayıldı və camaat onu görən kimi ondan uzaqlaşardı. Həmin günlərdə İslama zərbə vurmaq və müsəlmanların arasında təfriqə salmaq üçün mənfur niyyətlə Bəsrə şəhərinə gəlmiş İngiltərənin İslam ölkələrindəki casusu Mister Hemfer Məhəmməd ibni Əbdül Vəhhabın dinə və hənbəli məzhəbinə yad olan nəzəriyyə, əqidə və əndişədə olduğunu eşidəndə, öz məqsədlərini həyata keçirmək üçün onun mühüm adam olduğunu anladı. Buna görə də onunla dost olmaq üçün tədbir tökdü. Birlikdə Bəsrənin kənarındakı mənzərəli yerlərə gedib, uzun müddət öz vaxtlarını əyləncələrdə və pis əməllərdə keçirirdilər.
Əksər vaxtlarda Hemfer öz dediyi kimi, vaxtının çoxunu İbni Əbdül Vəhhaba sərf edir, onu məişət pozğunluqlarına və iffətsiz əməllərə sövq edirdi. Bu səfər və gəzintilərdə Hemfer onu öz əqidəsində sabit və möhkəm qalmağa daha çox təşviq edir, onu öz yanlarından qovub onun əleyhinə qalxan alimlərin, hətta öz atasının müqabilində müqavimət etməyə tövsiyə edərdi.
Bir müddətdən sonra onların dostluğu zirvə həddənə çatdı: bir yerdə yemək yeyir, birlikdə kirayə olunmuş otaqda, özü də Hemferin hesabına yaşayırdılar. İbni Əbdül Vəhhab nə işləyirdi, nə də bir yerdən gəliri var idi. Buna görə də Hemfer onun bütün xərclərini–yemək, geymək və digər lazım olan şeyləri təmin etməyi öz öhdəsinə aldı. Nəticədə ibni Əbdül Vəhhab ingilis casusunun qolubağlı quluna çevrildi. Hər bir şeydə onunla tam razılaşır, heç vaxt Hemferin istəklərinin əleyhinə çıxmırdı. Hemfer əvvəllər ərəb dilini öyrəndiyindən, ibni Əbdül Vəhhabla müxtəlif məsələlər barəsində gözəl şəkildə söhbət edə bilirdi. O, özünün xatirə kitabında (32-ci səhifədə) yazır:
(İbni Əbdül Vəhhab) həris bir cavan idi, Quran və sünnətə öz düşüncəsi əsasında əməl edirdi. Qurandan çıxartdığı hökmlər təkcə öz dövrünün alimlərinin, şeyxlərinin və dörd məzhəbin deyil, hətta Ömər və Əbu-Bəkrin də nəzəriyyələrinin əksinə idi və onların nəzəriyyələrini əhəmiyyətsiz hesab edirdi.
34-cü səhifədə yazır:
Mən ibni Əbdül Vəhhabda öz məqsədimi və “itirdiyimi” tapdım. Çünki onun dinə qarşı laqeydliyi, özünü dövrün böyüklərindən ayrı salması və 4 xəlifəyə etina etmədən öz nəzəri ilə Quran və sünnətdən hökm çıxartma əqidəsi ona nüfuz etmək üçün ən zəif nöqtə idi.
Başqa bir yerdə yazır:
Bizim rabitəmiz möhkəm idi. Mənim həm şəhərdə olduğum, həm də onunla səfərə çıxdığım vaxtda vəzifəm onda (dini hökmlər müqabilində) istiqlal və azadlıq ruhu tərbiyə edərək, qəlbində şəkk yaratmaq idi.
35-ci səhifədə yazır:
Qərara aldım ki, Quran təfsiri barəsində alimlərin, məzhəblərin və səhabələrin rə”yləri əsasında deyil, ibni Əbdül Vəhhabın məxsus fikirlərinə uyğun şəkildə mübahisəyə başlayam.
39-cu səhifədə yazır:
Beləliklə, yavaş-yavaş iman paltarını onun əynindən çıxartdım.
İngilis casusu ibni Əbdül Vəhhabdan tam arxayın olduqdan sonra onun əli ilə mənfur imperiya hiyləgərliklərinə başladı. Qeyd etmək lazımdır ki, Hemfer məhz bu məqsədlə görə Bəsrəyə gəlmişdi və bu hiylələr aşağıdakılardan ibarət idi:
1) İslamın həqiqi simasını dəyişib onu namaz və orucdan başqa bir şeyi olmayan cansız (ruhsuz) bir din kimi tanıtdırmaq;
2) Camaatın gözündə İslam Peyğəmbərinin əzəmət, ehtiram və izzətini əhəmiyyətsiz cilvələndirmək, “Peyğəmbər ölübdür və ölünün də heç bir qiyməti, əzəməti və əhəmiyyəti yoxdur” deməklə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in şəxsiyyətini zəiflətmək;
3) Müsəlmanların Peyğəmbərə təvəssül etmək, ondan kömək istəmək, mübarək qəbrini ziyarət etmək və s. kimi mühüm işlərdə əqidələrini zəiflədib diqqətlərini yayındırmaq;
4) Müsəlmanlar arasında düşmənçilik və kin yaratmaq; (Məsələn, deyirlər ki, hər kəs ibni Əbdül Vəhhabın ideya və fikirləri ilə müxalifət etsə kafir və münhərifdir; onu öldürmək, malını qarət etmək caizdir.)
5) Bu azğın fikirləri və əqidələri yaymaq, müxalifləri məs”uliyyətə cəlb edib cəzalandırmaq məqsədi ilə təxribatçı, terrorçu qruplar təşkil etmək, mxaliflərə qarşı zorakılıq tətbiq etmək və ...
Digər tərəfdən, İngiltərə dövləti bu planın həyata keçirilməsi və Əbdül Vəhhaba qiymətli hədiyyələr verməsi üçün öz casusunu lazımi şəkildə maliyyələşdirirdi. Məhəmməd ibni Əbdül Vəhhab artıq bu planları yerinə yetirmək üçün mister Hemferə söz vermişdi. Hemfer isə, öz vəzifələrinə düzgün əməl edəcəyi surətdə Nəcd, Hicaz və əş-Şərqiyyə məntəqələrinin hökumətini ona verməyi vəd etmişdi.
O zaman ibni Əbdül Vəhhab bu sözlərdən təəccüblənərək demişdi:–Mən sizin belə qüdrətinizin olmasını bilmirdim! Bu işi necə edə bilərsiniz?!
Hemfer gülümsəyərək demişdi:–Böyük Britaniya sənin əqidələrinin yayılmasına kömək edəcək... Bizim dövlət, xalqları bu batil xurafatlardan qurtarmaq, müsəlmanları bu xəyallardan mədəni dünyaya tərəf sövq etdirmək istəyir. İstəmirsən ki, sənin müşavirin olub pul verməklə kömək edim?
O, cavabında deyir:–Sizin əqidə, düşüncə və fikirləriniz mənimki ilə eyni olduğu halda, nə üçün qəbul etməyim?! Məgər qəbul etməmək axmaqlıq deyilmi?
Bundan sonra onların arasında olan əlaqə özünə başqa bir şəkil aldı və bu münasibətlərdə yeni-yeni səhifələr açıldı. Başqa tərəfdən Hemfer o zaman Riyaz şəhərinin ətrafında olan Məhəmməd ibni Səud ilə görüşüb təklif etdi ki, ibni Əbdül Vəhhab ilə həmkarlıq etsin. O, ibni Əbdül Vəhhaba bu məzhəbi yaymaqda kömək etmək təklifini qəbul etdi, əvəzində isə onun hökumətinin gücləndirilməsini xahiş etdi. Bu hadisədən sonra Dür”iyyə əhalisi öz hakimləri tərəfindən vəhhabi məzhəbini qəbul etmək məcburiyyətində qaldı. Həmin vaxtlar ətraf qəbilələrə bu təzə məzhəbə tabe olmaq tələbləri göndərilir və itaət etməyəcəkləri halda, kütləvi şəkildə qırılacaqları söylənilirdi. Onlar da canlarının qorxusundan bu məzhəbə tabe olur və bununla da vəhhabi məzhəbi müxtəlif məntəqələrə yayılır, hədə-qorxu və qılınc gücünə məşhurlaşırdı. Məzhəbin rəisi də öz əqidə və fikirlərini aşkar, heç bir qorxu olmadan təbliğ edir, müxaliflərə amansızcasına divan tuturdu.
Məhəmməd ibni Əbdül Vəhhab öz şəhərindəki ardıcıllarına “ənsar”, sair şəhərdə olanlara isə “mühacirin” ləqəbi vermişdi. Hər kəs ona iman gətirməmişdən əvvəl həccə getmiş olsaydı, həcci yenidən yerinə yetirməyə əmr olunurdu. O deyirdi: “Əvvəlki həccin qəbul olunmayıb, çünki sən müşrik halında həcc əməllərini yerinə yetirmisən!!” Onun məzhəbini qəbul etmək istəyən hər kəsə deyirdi: “Özün şəhadət ver ki, indiyə qədər kafir idin; yenə də şəhadət ver ki, atan, anan və filankəslər (keçmiş alimlərdən bir qrupunun adını sadalayırdı) hamısı dünyadan kafir gediblər.” O kəs də əgər şəhadət versəydi, ondan razı olardı, əks halda onun qətl hökmünü verirdi.
O deyirdi: “Müsəlmanlar son 600 ilə kimi kafir olublar. Hər kəs mənə itaət etməsə, hətta oruc-namazı yerinə yetirib Allahdan qorxsa da kafir olur.” O, öz məmurlarına onunla müxalifət edən hər bir müsəlmanı qətlə yetirib əmlakını müsadirə etməyi icazə vermişdi. Yalnız ona itaət edənləri həqiqi müsəlman hesab edirdi. Hansı ki, onlar özləri fasiq, facir və günahkar idilər, həmişə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-i pis sözlərlə, pis adla istehza və məsxərə edirdilər.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salavat göndərməyi çirkin bir iş hesab edir, camaatı minbərlərdə, mağazalarda, hətta cümə gecələrində o Həzrətə salavat göndərməyə qoymurdu. Hər kəs də bu işi görsəydi, onu şiddətlə cəzalandırırdı. Hətta kor bir azançını azandan sonra Peyğəmbərə salavat göndərdiyinə görə qətlə yetirmişdi.
O deyirdi: Zinakar qadının günahı minbərdə Peyğəmbərə salavat göndərənin günahından azdır. Həmçinin öz müridlərinə deyirdi: “Mənim etdiyim hər iş tovhidin hifzi üçündür.” Əmr etmişdi ki, onun rə”y və əqidələri ilə müxalif olan hər bir kitabı, hətta çoxlu fiqh, hədis, təfsir və dua kitablarını yandırsınlar. O deyirdi: “Allah bir cisimdir ki, aşağı düşür, yuxarı çıxır; onun əli, üzü, ə”zası və bədəni vardır.”
Övliya və ənbiyalara təvəssül etmək, qəbirlərini ziyarət etmək, qəbirlərinin üzərində məqbərə tikmək, müctehidə təqlid etmək və s. kimi işləri haram və bu işləri görən hər kəsi kafir hesab edirdi. Ümumxalq fikrini azdırmaq, sadə adamları aldatmaq üçün Quranı özbaşına təfsir edir və ayələri özü bildiyi kimi yozurdu. Öz nəzəriyyələrini doğrultmaq üçün ayələrə istinad edirdi. Məsələn, peyğəmbərlərə təvəssül etməyin “haram” olduğunu bu ayədən çıxarırdı:
 “Biz o bütlərə yalnız ona görə ibadət edirdik ki, bizi Allahın dərgahına yaxınlaşdırsınlar.” Hansı ki, bu ayə şüursuz və Allahın yerinə pərəstiş olunan cansız daş bütlər haqqındadır. Bu ayə ilə Peyğəmbər və övliyalara təvəssül etmək arasında heç bir rabitə yoxdur. Çünki, Allah vəliləri (övliyalar) daş deyillər ki, Allahın əvəzinə pərəstiş olunalar; əksinə, onlar Allahın xas və seçilmiş bəndələridir. Allah Özü də əmr edib ki, Onun övliyalarına təvəssül etsinlər:
“Allah dərgahında vəsilə seçin.”
İbni Əbdül Vəhhab xalqı azdırıb sərgərdan etmək üçün təfsirçilərin dediklərini və səhabə tərəfindən Quran ayələri barədə çatan hədisləri “rədd olunmuş” hesab edirdi. Bir kişi ondan “gətirdiyin bu dinin İslam ilə rabitəsi varmı və bu din hansı yolla şəriət sahibinə yetişir?” deyə soruşanda, “böyüklər və ustadlarımın ustadları 600 il bundan qabağa kimi hamılıqla müşrik olublar”, deyə cavab verdi.
O kişi dedi:–Onda sənin dinin tamamilə ayrı dindir və keçmiş dinlə heç bir əlaqəsi yoxdur.
İbni Əbdül Vəhhab dedi:–Mənim dinim Peyğəmbərə gələn vəhy və ilham kimidir.
O kişi dedi:–Deməli bu məsələ yalnız sənə aiddir. Hər kəs sən etdiyin iddianı edə bilər.
Beləliklə əziz oxucu başa düşür ki, ibni Əbdül Vəhhab iddia edir ki, rə”y və fikirləri büsbütün vəhy və ilhamdır. Və elə buradan əvvəldə deyildiyi kimi, nə üçün yalançı peyğəmbərlər və nübüvvət iddiaçılarının dastanlarını oxuduğunu başa düşmək olar.
Onun xurafatlarından biri də bu idi ki, o, camaatı Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrini ziyarət etməyə qoymur və deyirdi: “Peyğəmbər artıq ölüb, daha onun heç bir dəyəri yoxdur.”
Bir gün Əhsa məntəqəsindən Peyğəmbərin qəbrini ziyarət edib qayıdan karvanın yolu Dür”iyyə şəhərindən düşdü. İbni Əbdül Vəhhab bu xəbəri eşidəndə əmr etdi ki, onların saqqallarını qırxsınlar və təhqir etməklə bərabər, atın üstünə tərsinə mindirib Əhsaya göndərsinlər.
Habelə başqa bir gün dostları ilə birlikdə gəzməyə çıxmışdı. Birdən arxadan zəif bir səs eşitdilər: Peyğəmbərin rizası xatirinə mənə kömək edin!” İbni Əbdül Vəhhab qəzəbli halda baxıb yoxsul bir kişinin səkinin kənarında oturub dilənmək üçün əl açdığını gördü. Ona elə bir təpik vurdu ki, kişi yıxıldı və başı daşa dəyib yarıldı. Sonra dedi: “Vay olsun sənə, ey kafir! Peyğəmbər ölüb və heç bir dəyəri yoxdur!” Sonra cəlladlarından birinə əmr etdi ki, o kişini camaatın gözü önündə qətlə yetirsin ki, başqalarına da ibrət dərsi olsun.
Həmçinin bir qadın ibni Əbdül Vəhhabın yanına gəlib ondan xahiş etdi ki, uzun müddət görmədiyi var-yox bir oğlunu zindandan azad etsin. İbni Əbdül Vəhhab o qadına dedi ki, bu sözdən əl çək, oğlun vaxtı çatanda zindandan çıxar. Arvad ağlayıb öz dediyini israr elədi və axır sözü bu oldu ki: “Ümidvaram Peyğəmbərin ehtiramına onu azad edəsən.” İbni Əbdül Vəhhab arvadın Peyğəmbəri şəfaətçi gətirdiyini görəndə dedi: “Elə indi oğlunu azad edərəm!” Və cəlladlarına əmr etdi ki, oğlunu gətirib anasının gözü önündə qətlə yetirsinlər. Cəlladlar arvadın oğlunu darta-darta ibni Əbdül Vəhhabın yanına gətirdilər. Əmr elədi ki, öldürsünlər. Ana şivən edərək ağlamağa başladı. Cəlladlardan biri anaya mane olur, yaxına buraxmırdı.
Oğlunun öldürdüldüyünü görən ana özündən gedib yerə yıxılır və oradaca ölür.
Sonra ibni Əbdül Vəhhab əmr edir ki, ana və oğlun hər ikisini qeyri-müsəlman qəbiristanlığında dəfn etsinlər.
İbni Əbdül Vəhhabın cinayətləri qeyd olunanlarla qurtarmır. Bunlar yalnız tarixçilərin qələmə aldıqlarıdır.
ALİMLƏRİN VƏHHABİYYƏT QARŞISINDAKI MÖVQELƏRİ. Qeyd olunduğu kimi, ruhani və alimlər ibni Əbdül Vəhhabın əleyhinə çıxaraq onu öz yanlarından qovdular. Bununla iş bitmədi; onun batil iddialarına qarşı çoxlu kitablar yazdılar. Qeyd etmək lazımdır ki, onu öz yanlarından qovan alimlərin əksəriyyəti hənbəli məzhəbindən idilər və elə ibni Əbdül Vəhhabın özü də o məzhəbdə üzdəniraq islahatçılıq fikirlərini irəli sürmüşdü.
Aşağıda onun nəzəriyyələrini rədd edən bəzi alimlərin və onların kitablarının adlarını qeyd edirik:
1. Məhəmməd ibni Süleyman əl-Kürdi Əş-Şafi (onun ustadı);
2. Əbdüllah ibni Lətif əş-Şafi (onun ustadı, “Təcridü-seyfil-cəhad li müddəil-ictihad” kitabında);
3. Şeyx Əbdüllah əl-Hənbəli (“Əs-səvaiqü vər-rə”vəd” kitabında. Bu kitab iyirmi hissədə nəşr olunmuşdur);
4. Şeyx Məhəmməd ibni Əfaliqi əl-Hənbəli (“Təhəkkümül-müqəllidin bi-məniddəa təcdidəd-din” kitabında);
5. Məkkənin müftisi Seyyid Əhməd Zeyni Dehlan (“Fitnətül-vəhhabiyyə və “Əd-dürus-sünniyyə fi rəddil-vəhhabiyyə kitablarında);
6. Şeyx Cəmil Sidqi əz-Zəhavi (İraq alimi, “Əl-Fəcrüs-sadiqü Fir-rəddi əla münkərit-təvəssülü vəl-kəraməti vəl-xəvariqi” kitabında);
7. Şeyx Süleyman ibnü Əbdül Vəhhab, (Məhəmməd ibni Əbdül Vəhhabın öz qardaşı, “Əs-səvaiqül-ilahiyyə kitabında);
8. Şeyxül-Müşərrfil-Malikil-Cəzairi (“İzharül-üquqi mimmən mənə”t-təvəssülə bin-Nəbiyyi vəl-vəliyyis-səduqi” kitabında);
9. Şeyx Həsəniş-şəttiyyil-Hənbəliyyil-Dəməşqi (“Ən-nüqulüş-şəriətü fir-rəddi ələl-vəhhabiyyə kitabında);
10. Seyyid Ələviyyil-Həddad (“Misbahül-Ənami və cəlaüz-zəlami fi rəddi şibhil-bədiyyil-nəcdil-ləzi əzəlləl-əvamə kitabında);
Bunlar 4 məzhəb alimləri tərəfindən vəhhabiyyəti rədd etmək üçün yazılan kitablardan bir neçə nümunə idi. Amma “Ət-təvəssülü bin-Nəbiyyi və cəhlətül-vəhhabiyyin” kitabının müəllifinin yazdığına əsasən, bu kitabların sayı 40-dan artıqdır. Qeyd etmək lazımdır ki, bu kitablar şiə alimlərinin bu münhərif cərəyan əleyhinə yazdıqları kitablardan ayrıdır. Şiə alimlərindən Seyyid Möhsün Əmin Amilinin “Kəşfül-irtiyab fi ətbai Məhəmməd ibni Əbdül Vəhhab” kitabını qeyd etmək olar.
VƏHHABİLƏRİN CİNAYƏTLƏRİNDƏN NÜMUNƏLƏR. Vəhhabilər İslam və müsəlmanlara qarşı çoxlu cinayət, müsibət və faciələr törətmişlər. Tarix onları rüsvay etmiş, azad qələm sahibləri o müsibətlərdən bəzi nümunələri gələcək nəsillər üçün yazıb saxlamışlar.
Vəhhabilərin hökuməti möhkəmdiriləndən sonra, İslam ölkələrinə hücum edib təzə “dini” qəbul etdirmək üçün güclü bir qoşun yaratmağa başladılar. Bu hücumlarda onların iş və rəftarları hikmət və məntiq əsasında deyildi; monqol-tatarlar kimi vəhşiliklərə, qətl və qarətə əl ataraq şəhərlərə yürüş edir, qabaqlarına çıxan hər kəsi öldürür, böyük-kiçiyə rəhm etmirdilər. Biz burada yüzlərlə cinayətdən təkcə iki nümunə gətirməklə kifayətlənirik.
İLK CİNAYƏT. 1217-ci hicri (1795-ci miladi) ilində vəhhabilər İraqa tərəf qoşun yeritdilər. Yolları üstündə çatdıqları bütün şəhər və kəndləri viran edib günahsız insan cəsədlərindən təpə düzəldir və qanı su yerinə axıdırdılar.
Qədir-xum bayramı günündə, (zilhiccənin 17-i) Kərbəla şəhərinin yaxınlıqlarına çatdılar. Əhalinin çoxu Həzrət Əli (əleyhissalam)-ın qəbrini ziyarət etmək üçün Nəcəfə səfər etmişdilər. Şəhərdə qalan əhali təcavüzkar vəhhabi qoşununun yaxınlaşmasından xəbər tutan kimi hücumun qabağını almaq üçün şəhərin qapılarını bağladılar. Amma 1000 nəfər yaraqlı vəhhabi qapılardan birini sındırıb şəhərə yürüş etdilər. Sürətlə İmam Hüseyn (əleyhissalam)-ın qəbrinə tərəf cumub hədiyyə (nəzir) olunmuş qızıl-gümüşü, nəfis xalçaları və zinətli qapıları qarət etməyə başladılar. Sonra hərəmin zinətlərini və güzgülərini sındırıb məhv etdilər. Bununla da kifayətlənməyib həyasızcasına müqəddəs zərihi yandırdılar və bir-birlərinin sağlığına qəhvə içdilər.
Qiymətli əşyaları, cəvahiratı qarət edəndən sonra hərəmin ziyarətçilərinə hücum edib zərihin yanında olan 50 nəfəri rəhmsizcəsinə qətlə yetirdilər, sonra həyətə gəlib oradakı ziyarətçiləri qırmağa başladılar. Orada öldürülənlərin sayı 500 nəfərdən artıq idi.
Hərəmdəki ziyarətçiləri qırandan sonra şəhərə daxil olaraq gördükləri hər şeyi viran edir, qarşılaşdıqları hər kəsi öldürürdülər. Böyük-kiçiyə, qoca-cavana, arvad-uşağa rəhm etmirdilər Camaatın evlərinə soxulub qadınların cəvahiratını, mənzil avadanlıqlarını qarət edirdilər.
Vəhşiləşmiş vəhhabilər monqollar kimi qarət olunmuş əşyalarla birlikdə Kərbəladan çıxanda şəhərdə cəsədlərdən ibarət bir təpə, qandan axan bir arx, qəm-qüssədən ibarət bir dağ, yetimlərin, uşaqların və qadınların göz-yaşı, nalə və şivənindən ibarət bir dərya qoymuşdular.
Cinayətkar vəhhabilərin bu aşkar vəhşiliklərinin qurbanı 50 min nəfər oldu. (Əlavə məlumat əldə etmək üçün Doktor Əbdül Cavad əl-Kidarın “Kərbəla tarixi” və İngilis yazıçısı Mister Setifon Həmislinin “Ərbəətü qürunin min tarixil-İraq” kitabına müraciət edə bilərsiniz.)
İKİNCİ CİNAYƏT. 1217-ci qəməri (1796-cı miladi) ilində vəhhabilərin qarətçi qoşunu Taif şəhərinə hücum etdi. Şəhərə daxil olandan sonra kütləvi qırğına başladılar; hətta ana qucağında olan südəmər uşağa belə rəhm etməyib oradaca qətlə yetirirdilər. Həmçinin məscidlərə hücum edib camaatı rüku və səcdə halında olarkən qılıncdan keçirtdilər; bir Quran öyrənmə sinfinə daxil olub oradakı şagirdlərin hamısını qətlə yetirdilər.
Bu arada əhalidən bir qrupu, xüsusilə qadınlar şəhərin böyük şəxsiyyətlərindən birinin evinə pənah apardılar və qapını bağlayıb içəridə oturdular. Vəhhabilər üç gün səy etsələr də evə daxil ola bilmədilər. Buna görə hiyləyə əl atıb sülh və barışıq elan etdilər. İçəridə olanlar bu sülhə aldanıb qapını açdılar. Hiylələri baş tutan vəhhabilər evə daxil olub əvvəlcə onları tərk-silah etdilər, sonra da hamısını qırdılar. Bundan sonra şəhər əhalisindən bir qrupunu “Vəcc” adlı səhraya aparıb hamısının paltarlarını soyundurdular. Arvad-kişini çılpaq halda bir-birinə qatıb qarda və soyuqda səhraya buraxdılar. Vəhhabilər növbəti cinayətlərdə camaatın var-yoxunu qarət etməklə bərabər, Quran və sair kitabları parça-parça edib yollara tökdülər, ayaqlar altına salıb tapdaladılar. Camaatın evlərini dağıdıb torpaq komasına çevirdilər. Özlərindən sonra yüzlərlə insan cəsədi və parçalanmış Quran qoyub Taif şəhərini tərk etdilər. (Əlavə məlumat almaq üçün Cəmil Sidqi Əz-Zəhavinin “Əl-fəcrüs-sadiqü-fir-rəddi əla münkərit-təvəssüli vəl-kəraməti vəl-xəvariq” kitabına (İstambul çapı) müraciət edə bilərsiniz.)
Allah-Taala buyurur: “...Və əgər müşriklərdən biri sənə pənah gətirsə, ona pənah ver.” Amma vəhhabilər müsəlmanları faciəli surətdə qətlə yetirir, bəzilərini qadınları ilə birlikdə soyundurub səhraya buraxırlar...
Aydındır ki, vəhhabilər İslam adı altında Amerika və İngiltərə dövlətlərinin müstəmləkəçilik siyasətlərini icra edirdilər. Əgər belə deyilsə, qadınları nə üçün qırırdılar? Quranı cırmaq, ona və başqa dini kitablara ehtiramsızlıq etməyin səbəbi nədir?
Günahsız camaatın var-yoxunu çapıb qarət etmək nə deməkdir?
Müsəlmanlara aman verib, sonra onları aldadaraq qırmağın mənası nədir?
Bu işlərin hamısı göstərir ki, vəhhabilər İslamın müqəddəs qayda-qanunlarına, müsəlmanların namus və qeyrətlərinə ehtiram qoymurlar; həmçinin onlar Allaha, Peyğəmbərə, Qurana və bütün müqəddəs dəyərlərə kafirdirlər.
Allah barəsində deyirlər: “O cismdir, əli, ayağı və başqa bədən əzaları vardır.”
Peyğəmbər barəsində deyirlər: “Adamın əlində olan çəlik ondan yaxşıdır.”
Onların Qurana ehtiramları onu ayaq altına salıb tapdalamaq və hörmətsizlik etməkdən ibarətdir.
Onların pak imamlara (əleyhimussalam) qarşı rəftarları belədir ki, qəbirlərini viran edib, camaatı ziyarətə qoymurlar. Məscidlərə qarşı rəftarları isə: oraya həmlə edib, namaz qılanları qətlə yetirməkdir.
Görəsən iddia etdikləri “İslam” budurmu?!! (Bu ki, vəhşilikdir!)
Qeyd etmək lazımdır ki, vəhhabilər təkcə İraqa yox, həm də digər İslam ölkələrinə həmlə edib, həmin yerlərdə də hər bir kəsin vicdanını narahat və qəmgin edən saysız-hesabsız cinayət və faciələr törətmişlər.
İndi belə bir sual yarana bilər ki, nə üçün bu cinayət və faciələr tarixdə qeyd olunmayıb? Cavabında deməliyik ki, hər şeyin dəyəri maddiyyatla ölçülən hazırki əsrdə azad yazıçılar çox azdır; qələm sahiblərinin əksəriyyətinin boynunda nökərçilik, muzdurçuluq boyunduruğu vardır.
Qəsbkar Səudiyyə dövləti sel kimi gələn sərvətlərlə qələm sahiblərinin əksəriyyətini almışlar. Bu muzdur qrup, vəhhabiyyətin xeyrinə və mənafeyinə işləyir, haqqı, həqiqəti əsla müdafiə etmir.
Neftdən hasil olan sərvət muzdurların nəşriyyat, mətbuat və təbliğatlarına, habelə İslami və qeyri-İslami ölkələrdə olan qələm sahiblərini ələ almağa sərf olunur ki, Səudiyyə krallığının istəklərini dünyaya çatdırsınlar. Əlbəttə, Allah verən təbii sərvətlər bir qrup fasiq tərəfindən muzdur qələm sahiblərinə verilsə, şübhəsiz, heç vaxt onların cinayətlərinə aid olan həqiqətlər aşkar olmaz. Bundan artıq da zillət və xarlıq ola bilərmi? Muzdur hakim və yazıçıların əksəriyyəti satılmış, müsəlmanların sərvətləri müstəmləkəçilərin (Amerika və İngiltərə) mənafeyi istiqamətində sərf olunur. Amma müsəlmanların özlərinin müstəqil mətbuata və nəşriyyata, azad və doğru yazıçı və müəlliflərə ehtiyacı vardır ki, haqq-həqiqəti aşkara çıxarsınlar.
Əlbəttə, şiə yazıçı və müəlliflərinin arasında olan azadlıq və sədaqət başqalarından daha çox gözə çarpır. Çünki, onlar elə imamların ardınca gedirlər ki, o imamlar xain sultanlara boyun əyməyi rədd etmiş, azad insan vicdanını satmaqdan vaz keçmişlər. Bunlar özü elə bir fəzilətdir ki, bunlarla tarix boyu iftixar etmişlər.
ALİ-SƏUDUN (SƏUDİYYƏ SÜLALƏSİNİN) TARİXÇƏSİ. Ali-Səud kimlərdir və onların əsil-nəsəbi, nəsli kimə çatır?
Bilmək lazımdır ki, Ali-Səudun bir zahiri, bir də batini (həqiqi) nəsəbi vardır. Zahiri nəsəbi hal-hazırda təbliğ olunan nəsəbdir. Guya onlar uzun müddət yarımadada sakin olan Ənzət ibni Vailin nəslindəndir. Amma onların əsil və həqiqi nəsəbləri tamamilə başqadır. Yarımadanın yaşlılarının etiqadlarına görə Ali-Səudun zahiri nəsəbi yalan və qondarmadır. Onlar rüsvayçılığın qarşısını almaq üçün bu məsələni məxfi saxlamışlar. Şübhəsiz, bu yaşlı ağsaqqalların dedikləri həqiqətə daha yaxındır. Çünki onlar şəxsən müşahidə etdikləri mətləbləri deyir və yaxud öz ata-babalarından nəql edirlər. Yarımadanın yaşlıları deyirlər ki, Ali-Səud ərəb olmayan və öz nəsəblərini ərəblərə aid edən bir ailədəndir. Onların dediyinə görə, Ali-Səud sülaləsinin əsli yəhudi olub babalarının adı Mordxay İbrahim (Avraam) Muşadır. Məsələ belə olmuşdur: Bu şəxs ticarət məqsədləri üçün ərəb ölkələrinə səfər etmişdi. Amma adının yəhudi adı olduğu üçün çoxlu çətinliklərlə üzləşmişdi. Bu çətinlikləri aradan qaldırmaq üçün öz adını dəyişib Süleyman Əslayim, oğlunun Makron adını isə dəyişib Muqrin qoydu. Sonra öz oğlunu ərəb qəbilələrindən birinin qızı ilə evləndirmək istədi ki, ticarət işləri rövnəqlənsin və daha çox müvəffəqiyyətlər əldə etsin. Amma ərəblər işin əvvəlində əsil-nəsəblərini tanımadıqlarına görə onlara qız verməkdən çəkindilər. Buna görə onun özü və oğlu qərara aldılar ki, külli miqdar ehsan və bəxşiş yolu ilə özlərini ərəb qəbilələrindən birinə mənsub etsinlər. Ərəblərin tanınmış qəbilələri yad və qərib bir adamı qəbul etməkdən çəkindiklərinə görə yəhudi Mordxay adı-sanı olmayan və Ənzət qəbiləsinin bir şaxəsi sayılan Məsalix qəbiləsinə üz gətirdi. Başqa qəbilələr bu qəbiləyə həqarət gözü ilə baxırdı. Onların özü də qəbilə təəssübü olmayan bir qəbilə kimi tanınmışdı. Beləliklə, Mordxay özünü bu qəbiləyə mənsub edə bildi. Həmin qəbilədən oğluna bir qız aldı. Bu ailə qurmanın nəticəsi bir oğlan uşağı oldu. Onun adını əvvəlcə Məhəmməd, sonra isə dəyişib Səud qoydular. O həmin kəsdir ki, Ali-Səud özünü onun övladlarından hesab edir.
Səud da sonralar evləndi və bir neçə övladı oldu. Onlardan Məşari, Sənyan və Məhəmmədi qeyd etmək olar. Məhəmməd Əddaiyə məntəqəsinin böyüklərindən idi. Əvvəldə deyildiyi kimi, ingilis casusu Hemfer Əddaiyənin rəisi Məhəmməd ibni Səud və vəhhabiyyətin rəisi Məhəmməd ibni Əbdül Vəhhabı bir-biri ilə tanış etmiş və onlar da öz növbəsində aşağıdakı ardıcıllıqla razılığa gəlmişdilər:
1-Məhəmməd ibni Səud Əddaiyədə rəislikdə qalsın, hökmranlıq və qüdrət isə irsi olaraq onun ailəsində nəsildən-nəslə keçsin; (Məhəmməd ibni Əbdül Vəhhabın ailəsi indi Ali-Şeyx adı ilə məşhurdur. Ondan məqsəd həmin Məhəmməd ibni Əbdül Vəhhabdır. Bəzi vaxtlar vəhhabiyyəti “əd-dəvətüs-sələfiyyə, onun ardıcıllarını isə “sələfilər” adlandırırlar.)
2-Müsəlmanların dini rəhbərliyi Məhəmməd ibni Əbdül Vəhhabın əlində olsun və bundan sonra irsi olaraq onun nəslinə çatsın.
Beləliklə hakimiyyət, qeyd olunan qayda əsasında o iki nəfərin arasında bölüşdürülür. Bu hadisə vəhhabiyyətin qara tarixinin ilk nöqtəsi idi. Hər kəs bu rüsvayçı razılaşmanın tarixini araşdırsa, görəcəkdir ki, onun bu günə kimi davam edib qalması müxaliflərin cəsədləri hesabına, qanı bahasına olmuşdur. Bu barədə Hafiz Vəhəb özünün “Cəzirətül-ərəb fil-qərnil-işrin” kitabında yazır:
Əbdül Əziz ibni Əbdür-Rəhman Ali-Səud deyir: “Vəhhabiyyətin təbliğ olunub yayılmasının ilk vaxtlarında bütün ərəb qəbilələri bizimlə müxalifət etməyə başladılar. Mənim babam Birinci Səud Müteyr qəbiləsinin başçılarından bir qrupunu həbs etdi. Tutulanların qohum-əqrəbası vasitəçilik üçün onun yanına gəldikdə, əmr etdi ki, məhbusların boyunlarını vursunlar və nahar yeyəndə başlarını süfrəyə qoysunlar. Sonra qonaqlardan (öldürülənlərin qohum-əqrəbasından) istədi ki, süfrədə qoyulanlardan meyl etsinlər.
Birinci Səudun bu istəyi rədd olunduqda, qonaqların da qətl hökmünü verdi.”
Bu deyilənlər Məhəmməd ibni Səud və Məhəmməd ibni Əbdül Vəhhabın, vəhhabiyyətin münhərif, azdırıcı ideyalarının yayılması istiqamətində olan saysız-hesabsız qanlı siyasətlərindən bir nümunə idi.
Beləliklə, bu cərəyan Ərəbistan yarımadasında inkişaf edib genişləndi. Ali-Səud hökumət və qüdrəti öz ailələrində irsiyyətə keçirtdirlər və öz babalarının adını (Səudu) bu yarımadaya yaydılar. Halbuki, Səudun özü bir yəhudi nəvəsi idi! Bu yəhudi ailəsi öz hakimiyyətləri dövründə İslam və müsəlmanların əleyhinə törətdikləri cinayətlər saymaqla qurtarmaz. Bu cinayətlər elə indiyə kimi də ardıcıl surətdə davam edir. İndi məlum oldu ki, Ali-Səudun əsil-nəsəbi yəhudi olmuşdur və hamı bilir ki, bu tayfa (yəhudilər) etdiyi cinayətlər hesabına Allahın yer üzündəki ən pis məxluqu hesab olunurlar. Hətta Quranda onların barəsində belə gəlibdir: “Sən, ey Peyğəmbər, yəhudiləri möminlərə qarşı (digərlərdən) ən qatı düşmən taparsan.”
Bu yəhudizadələrin hakimiyyətlərinin nəticəsi bu olmuşdur ki, onlar öz din, vətən və millətlərinə xəyanət edərək müsəlmanların Allah verən bol təbii sərvət və ehtiyatlarını iki əlli öz ərbablarına (Amerika və İngilisə) tam “səxavətlə” təqdim edirlər.
YOLUN ƏVVƏLİNDƏKİ MÜŞKÜLLƏR. Allah Evinə səfər etmək niyyətində olan hər bir kəs Ali-Səud dövləti vasitəsi ilə icad olunan üzücü çətinlik və müşküllərlə qarşılaşır. Halbuki, kommunist və kafir ölkələrinə səfər etməyin bu qədər çətinliyi yoxdur. Amma Səud hakimləri öz yanlış siyasətləri ilə belə çətinliklər yaradır və adını da “hacılara ilk yardım və kömək” qoyur. Hacılar da vacib müqəddimati işləri yerinə yetirmək üçün bütün müşkül və çətinliklərə dözməyə məcbur olurlar.
Burada onların vasitəsi ilə icad olunan müşküllərin bəzisini qeyd edirik:
1-TƏYYARƏ BİLETİNİN QİYMƏTİNİN BAHALAŞDIRILMASI. İlk növbədə insanın nəzər-diqqətini özünə cəlb edən şey budur ki, səfər (təyyarə) biletinin qiyməti adi günlərə nisbətən həcc günlərində daha çox artırılır. Məsələn, adi günlərdə biletin qiyməti 45 dinardır, amma həcc günlərində 90 dinara çatır. Görəsən bu cür ayrı-seçkilik bir növ cinayət deyilmi? Görəsən, belə günlərdə (həcc günlərində) hacılara yardım haqqında fikirləşmək lazım deyilmi? Yaxşı yadımdadır, Ali-Səud dövləti camaatı Qatar dövlətində keçirilən dördüncü tur idman yarışlarına (tamaşaçı kimi) kütləvi şəkildə təşviq edirdi. Hətta yol pulunu (gedib-qayıtmaq) ucuzlaşdırıb 5 dinar etmişdi. øHansı ki, adi günlərdə həmin qiymət 56 dinar idi.π Və hökumət öhdəsinə almışdı ki, (idman yarışlarında) təyyarə şirkətlərinə dəyən ziyanı ödəsin.
Bu, Ali-Səud dövlətinin dini əqidə, Allah və Peyğəmbərlə heç bir əlaqəsi olmayan idman oyunları qarşısındakı, yuxarıda deyilənlər isə dinə zidd olan bu dövlətin hacılar və həcc mərasimi qarşısında göstərdiyi üzdəniraq “əliaçıqlığıdır”.
Görəsən bütün rahatlıq vasitələrini və mümkün olan yardımı hacıların ixtiyarında qoymaq lazım deyildirmi? Belə bir dəlil gətirilə bilər ki: “Həccin xərcləri ağırdır, dövlət də o xərcləri təmin etmək üçün biletin qiymətini qaldırmağa məcburdur.” Cavab bu olar ki: Bəs nə üçün Səud dövləti neftdən gələn gəlirin bir qismini həcc xərcləri üçün sərf etmir?
Soruşmaq lazım deyildirmi ki, neftdən gələn milyardlarla dollar harada məsrəf olunur? Və ehtiyatlar necə, hansı yolda və nəyə məsrəf olunur? Bütün bu sərvətlər əslində qeyri-İslami hərəkatların yaradılmasına, azğın, yoldan azmış partiyaların qüvvətləndirilməsinə, muzdur hökumətlərin möhkəmləndirilməsinə, kütləvi qırğın silahlarının alınmasına və nəticədə ərbablarının ciblərini doldurmağa, fəsad və fahişə mərkəzlərində və s. yerlərdə əyyaşlıq və eyş-işrətə sərf olunur. Təəccüblü burasıdır ki, qəsbkar Səudiyyə dövləti bütün bu deyilən səhələrdə lazımi xərci təmin edə bildiyi halda, həcc mövsümündə hacıların xərclərini təmin etmək məqsədi ilə səfər biletlərinin qiymətini qaldırır.
2) VİZANIN DÜZƏLDİLMƏSİ ÜÇÜN 12 DİNAR
Səudilər viza düzəltmədə Fars körfəzi məntəqəsində yaşayan hər bir adamdan 12 dinar məbləğində pul alırlar. Görəsən bu qəsbkar dövlətin pula olan ehtiyacı bir belə çoxdur ki, binəva hacılardan bu qədər pulu zorla alır?! Görəsən, Şəriət qanunları bir möhür vurmaqdan ötrü 12 dinar alınmasına icazə verirmi? Görəsən belə bir malın yeyilməsi Allahın nəhy etdiyi qeyri-şəri gəlir və batil mallar sırasında deyildirmi? Həqiqətdə, Səudi qəsbkarlarının Allah evinin hacılarından aldıqları “cərimə hesab olunmurmu?
Qeyd olunmalıdır ki, adi günlərdə viza üçün 2 dinar pul alınır, amma həcc mövsümündə bu məbləğ 12 dinara çatır.
3) HACILARIN SƏRGƏRDAN OLUNMASI. Kaş ki, müşküllər elə bu deyilənlərlə qurtaraydı! Amma iş bununla qurtarmır. Səudilər öz rəftar və əməlləri ilə hacıları get-gələ salıb sərgərdan edirlər. Mən bir hacı kimi, dəfələrlə əlimdə pasport ola-ola təyyarə meydanından səfirliyə və əksinə olan yollarda get-gələ düşmüşəm. Onlar hacıları yalan vədələrlə ələ salıb gülür, nalayiq sözlərlə təhqir edirdilər. Onların səfirliyinə daxil olan vaxt səfirlik işçilərini kreslo üzərində oturmuş və otaqların fəzasını dolduran haram musiqiyə qulaq asan halda görürdük. Özü də İslamın nümayəndəliyini, Quranın müdafiəçisi, dinin himayəçisi iddiasını edən bir dövlətin səfirliyi!
Bundan daha acınacaqlı bir hadisəni qeyd etmək istəyirəm. Bir müddət bundan əvvəl Ali-Səud dövlət radiosuna qulaq asanda bir veriliş diqqətimi cəlb etdi: Hökumət axundlarından biri İslamda ğinanın (haram musiqinin) haram olması barədə söhbət edirdi. Onun çıxışı qurtarandan sonra, heç bir şey olmamış kimi, radio estrada musiqisinə başladı.
Aydın olur ki, Səud qəsbkarları üzlərinə İslam pərdəsi çəkmiş, qanunları və radioları isə əsil İslamın möhtəvasından xəbərsizdirlər.
4) HƏCCİN AĞIR VERGİSİ. Hacılar, viza düzəltmək üçün etdikləri çoxlu səy, çəkdikləri əziyyətdən sonra yeni bir böyük mane ilə rastlaşırlar. O da 1219 riyal Səudi pulu (=100 Küveyt dinarı və ya 130 İraq dinarı) ödəməkdir. Bu məbləğ təyyarə limanına buraxılış vərəqəsi almaq üçün alınır.
Təbiidir ki, bu məbləğdə pulun ödənilməsi hacılarda nifrət hissi oyadır, onları etiraz səslərini ucaltmağa məcbur edir. Şair deyir:
Əgər nalə edən mən, qulaq asan sən olsan,
Bir yerə çatmayan şey yalnız fəryaddır.
Mən məs”uliyyətli işçilərin birindən soruşdum:–Bu qədər pulun alınmasının səbəbi nədir?
Dedi:–Buna görədir ki, dövlət hacıların məskən, çadır, yemək və s. kimi xərclərini öhdəsinə almışdır!
Dedim:–Axı mənim həcc səfərimin xərclərinin hamısını həcc karvanlarından biri öhdəsinə almışdır!
Dedi:–Bizim vəzifəmiz yalnız bu məbləği almaqdır və bu bizə verilən göstərişdir.
Dedim:–Məgər sən özün demədinmi ki, bu məbləğ həcc xərcləri üçün alınır?
Dedi:–Bəli!
Dedim:–Bəs bizim karvanımız başqa karvanlar kimi mənzil, yemək və bu kimi səfər xərclərini necə almışdır?
Məni qane edə biləcək bir cavab tapmadıqda üz-gözünü turşudub qışqırdı:–Sus! İstəmirsiniz həccə gəlməyin!
Bəli... Səudiyyə dövləti qulluqçularının Allah Evinin hacıları ilə etdikləri rəftar bax bu cürdür!
Aydındır ki, onlar dəlil və məntiq qarşısında məhkum olunduqda, zorakılığa, kobudluğa əl atırlar. İndi daha artıq məlumat üün hörmətli oxucuların diqqətini məndən alınan məbləğlərə cəlb edirəm:
Biletin bahalaşdığı üçün- 46 dinar
Viza üçün- 12 dinar;
Həcc vergisi üçün- 100 dinar;
Cəmisi- 158 dinar.
Bu məbləğin hesabı təyyarə limanında, Məkkə-Mədinə yolundakı yoxlanış məntəqələrində bizdən alınan məbləğdən ayrıdır.
(Bu kitabda qeyd olunan rəqəmlər, keçmişə adiddir, indi daha da artmışdır.)
Allah-Taala buyurur: “Öz mallarınızı batil və boş yerə sərf etməyin.” Bu ayədən aydın şəkildə məlum olur ki, Allah-Taala bizə nahaq mal götürməyi qadağan etmişdir. Amma vəhhabilər bu və yüzlərlə başqa ayənin xilafına olaraq əməl edir. Bununla da istismarçılara satıldıqlarını isbat edirlər.
UÇUŞLARDA TƏXİR VƏ NƏZMSİZLİK. Riyazdan uçuş namünasib bir vaxta–gecə saat 3-ə təyin edilmişdi. Hacılar dəstə-dəstə təyyarə meydanına gəlib təyyarəni gözləyirdilər ki, onları təyin olunmuş vaxtda Mədinəyə, yaxud Cəddəyə aparsın. Amma təyyarə meydana sübh saat 5-də oturdu və biz üç saat yarım təxirlə yola düşdük. Əlbəttə, başqa hacılardan da eşidirdik ki, onların da uçuşu təxirə salınıb və həccin bütün uçuşları təyin olunmuş vaxtdan bir neçə saat sonra olmuşdur. Bu da Səud hakimlərinin nəzmsizlik və inzibatsızlığı qəsdən törətdiklərinə bir sübutdur. Bəlkə də buna inana bilməyəsiniz ki, doslarımdan bəziləri iki gecə-gündüz təyyarənin gəlişini gözləyirdilər!
Şübhəsiz ki, belə nizamsızlıq müstəmləkəçi əllərin (camaat arasında nifrət və soyuq münasibət yaratmaq üçün) mövcud olduğunu göstərir.
Bu barədə indoneziyalı dostlarımdan biri nəql edirdi ki, İndoneziya dövləti bu ölkənini hacıları ilə çox sərt rəftar edir. Hacılar min bir zəhmətə qatlaşdıqdan sonra buraxılış vərəqəsi düzəldib müəyyən olunmuş vaxtda, məsələn, axşam saat 7-də ailəsi və qohum-əqrəbası ilə birlikdə aeroporta gəlirlər, amma saatlarla təyyarənin aeroporta gəlməsi üçün intizarda qalırlar. Bu intizar o biri günün sübhünə qədər davam edir, nəticədə yorğunluq onların canlarını üzür. Elə bu vaxt onlar mikrofondan bir nəfərin səsini eşidirlər: “Uçuş günortadan sonra saat 4-ə keçirilmişdir.”
Hacılar vədə verilmiş vaxtda aeroporta qayıtdıqa, yenə də saatlarla təyyarəni gözləməli olurlar. Birdən eşidirlər ki, təyyarədə texniki nasazlıq var və mühəndislər təyyarəni təmir etməyə məşğuldurlar. Buna görə də uçuşun vaxtı gecə saat 11-ə keçirilmişdir!!
Belə-belə oyunlar yalnız həcc mövsümündə ardıcıl surətdə təkrar olunur. Amma Amerikaya və ya Avropaya uçmaq istəyənlər üçün uçuş vaxtının hətta bir dəqiqəsi belə dəqiq bir plan üzrə izlənilir.
TƏYYARƏDƏ GÜNAH. Təyyarəyə mindikdə hər tərəfdən haram musiqi səsi eşidilirdi. Biz ibadət səfərində olduğumuzdan və Allah Evinə tərəf hərəkət etdiyimizdən, fasid müğənni qadınların ehtiras yaradan səslərinin təyyarədə yayılmasından çox təəccüblənirdik.
Buna görə xidmətçilərdən birinə dedim:–Lütfən, bu səsləri kəsin; bu səslər Allahın qəzəbləndiyi və şeytanın sevdiyi səslərdir.
Mənə dedi:–Səudiyyə dövləti göstəriş verib ki, bütün uçuşlarda musiqi qoyulsun.
Dedim:–Həcc səfərində də?
Dedi: Bəli!
Bir neçə dəqiqə keçməmiş xarici qonaqlara xidmət göstərən bir neçə qadın sinələri və başları açıq halda zahir oldu və ehtiraslı təbəssümlərlə qonaqlara xörək və su verməyə başladılar. Ürəkdən qəmli bir ah çəkib öz əlləri ilə zillət və xarlıq yolunu seçən müsəlmanların vəziyyətinə təəssüflənərək Quranın bu ayəsini fikrimdə canlandırırdım:
“Özünüzdə süstlüyə və qəm-qüssəyə yol verməyin. Halbuki, siz üstünsünüz–əgər möminsinizsə.”
CƏDDƏ AEROPORTUNDAKI ZƏLİLLİK VƏ XARLIQ. Cəddə aeroportunda müşahidə etdiyim hadisələr hacıların zillət və xarlığa salınmasından, onlara qarşı edilən diqqətsizlik və səhlənkarlıqdan söz açırdı.
Təyyarəmiz Cəddə aeroportunda endiyi vaxt, sərnişinlər eləcə oturub pilləkən qoyulmasını və buraxılış salonuna getməyi gözləyirdilər.
Təyyarə ilə etdiyim səfərlərdə həmişə görmüşdüm ki, təyyarə yerə enən kimi dərhal pilləkən qoyulur. Amma həcc səfərində aeroport işçiləri bizi uzun müddət təyyarədə saxladıqdan sonra pilləkən qoydular. Hacılar belə təsəvvür edirdilər ki, rəsmi şəxslər onları qarşılayacaqlar. Çünki, onlar əvvəla, Allah Evinin qonaqları idilər. İkincisi, onlardan 158 dinar məbləğində pul almışdılar. Amma mən səudilər və onların yaramaz, sərt münasibətləri haqqında bəzi şeylər eşitdiyim üçün, onların tərəfindən hörmət gözləmirdim. Əlbəttə, mənim bu intizarım yersiz deyildi, elə belə də oldu. Təyyarədən endikdən sonra hacıları (aralarında qadın, uşaq, xəstə və yaşlı adamlar var idi) əsirlər kimi qızmar günün altında uzun bir sıraya düzüb saxladılar. Bir müddət sonra nəhayət, bizi kiçik bir salona apardılar. Orada bir neçə əyri, sınıq-salxaq stul və salonun bir küncündə tualetin üfunətli və ürəkbulandıran iyi xoşagəlməz bir mənzərə yaratmışdı.
45 dəqiqə orada qaldıq. İstinin şiddətindən bədənimizdən tər axırdı. Uşaqlar susuzluqdan ora-bura qaçırdılar, amma su tapmaq qeyri-mümkün idi. Salonun küncündəki su krantında da su yox idi. Hacılar salon işçilərindən gecikmənin səbəbləri barədə soruşduqda, qışqırıq və təhqirlə üzbəüz olurdular. Təqribən bir saatdan sonra bir kameradan başqa kameraya aparılan dustaqlar kimi bizi başqa bir salona apardılar. Orada cəllad kimi dayanmış vəhhabi məmurlarından bir neçəsi hacıların çamadanlarını vəhşicəsinə yoxlamağa, ələk-vələk etməyə başladılar.
Şübhəsiz, bəzi qeyri-müsəlman ölkələrində xarici qonaqlara ehtiram əlaməti olaraq, qonaqların zillət və xarlıq hissi keçirməmələri üçün onların çamadanlarını yoxlamırlar ki, həmin ölkədən gözəl təəssürat və xoş xatirələrlə qayıtsınlar. Amma görəsən, vəhhabilər Allah Evi qonaqlarının çamadanlarını nəyə görə yoxlayırdılar?! Görəsən, spirtli içkilər, seks şəkilləri, yaxud qumar və musiqi alətləri axtarırdılarmı? Əgər deyilən əşyaları axtarırdılarsa, bu əşyalar elə onların öz ölkələrində, hətta hakimlərin (dövlət işçilərinin) saraylarında istədiyin qədər vardır. Bəs nə axtarırlar? Doğrusu budur ki, onlar dinə aid olan şeyləri, o cümlədən Quran, dua, ziyarət və həccin qayda-qanunları yazılan kitabları axtarırdılar. Əgər tapılmış Quran Ərəbistanda çap olunmamışdırsa, dərhal yandırırlar.
Həmçinin zəvvarlardan həccin əməlləri barədə olan bir kitab tapsalar zorla alıb cırırlar. Çamadan yoxlama və təftiş salonundan çıxan vaxt qapının astanasında bir vəhhabi gördüm: Cəllad kimi dayanıb buraxılış vərəqələrini yoxlayırdı. Fars körfəzi ölkələrinin pasportu olan şəxslərin çıxmasına icazə verir, yerdə qalanların isə pasportunu alıb xüsusi bir kabinetə təhvil verir və 4 saatdan sona şəxsin özünə qaytarırdılar. Biz elə fikirləşirdik ki, pasportlarımız deyilən kabinetdə hazırdır. Buna görə də 4 saatdan sonra ora müraciət etdik. Deyildi ki, pasportlar hələ kabinetə çatmayıb! Görəsən, bu səhlənkarlıq doğrudan da o kabinetlə aeroportun arasında olan yolun uzaq olmasına görə idi? Halbuki, bu məsafə bir neçə metrdən artıq deyildi. Nəhayət 24 saatlıq çarpışma və get-gəldən sonra öz pasportlarımızı Səudiyyə məmurlarının caynaqlarından ala bildik. Amma görəsən müşküllər burada sona çatırdımı? Əsla yox!
Cəddədən Mədineyi-Münəvvərəyə tərəf hərəkət etdik. Bu iki şəhərin arasındakı məsafə 7 saatlıq bir yoldur. Yol boyu çoxlu yoxlama məntəqələri vardı. Postların hər birində yarım saat avara qalırdıq. Yolun uzaqlığı, uzunmüddətli yubanmalar və havanın qızmar istisini də nəzərə alsaq, Allah Evi ziyarətçiləri bu acınacaqlı vəziyyətə necə dözə bilərdilər? Cəddə, Mədinə və Məkkə arasında yolların darısqal və basırıq olması ilə əlaqədar yol hadisələrini hələ demirik.
Hacılar öz-özlərindən soruşurdular ki, nə üçün bu şəhərlər arasında ikitərəfli və bir-birindən ayrı olan yol salmırlar? Nə üçün Allah verən nemət və sərvətləri Allah qonaqları və Onun bəndələrinin rifahına sərf etmirlər? Amma özləri üçün göydələn binalar tikirlər!
Axşam Mədineyi-münəvvərəyə çatdıq. Sevinc və şadlıqdan özümüzə sığmırdıq. Sevinirdik ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in şəhərinə sağ-salamat gəlib çatdıq. Sonrakı gün sübh tezdən dəstəmaz alıb Peyğəmbərin qəbrini ziyarət etmək üçün yola düşdük.
HƏCC ƏMƏLLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏKİ ÇƏTİNLİKLƏR. 1) Musiqi səsi (qina). Peyğəmbər məscidinə gedən küçədə gəzirdik. Birdən musiqi lentləri satılan bir mağaza diqqətimi özünə cəlb etdi. Həmin mağazanın qapısından asılmış fonda cürbəcür qina səslənirdi. Bu mağaza Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə ən yaxın olan Əbuzər küçəsində idi. Mən bu mənzərəni gördükdə narahatlıq və qəzəbdən özümü saxlaya bilmədim. Dükançının yanına getdim, salam verib mülayim səslə dedim:–Ay qardaş, bütün müsəlmanların və məzhəblərin nəzərində qinaya qulaq asmaq haramdır. Üstəlik, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə yaxın olduğunuza görə sizin günahınız daha çoxdur. Buna görə xahiş edirəm Peyğəmbərin qəbrinə ehtiram olaraq musiqi səsini kəsin və onun yerinə Quran kasseti, yaxud hacıların “Allahummə ləbbeyk” səsini qoyun.
Bir vəhhabi olan dükançı qəzəblə cavab verdi:–Rədd ol! Sənə dəxli yoxdur!
Dedim:–Mən öz vəzifəm olan əmr-be-məruf və nəhy-əz münkərə əməl edib, Allah hökmünü sənə aydınlaşdırıram. İndi isə özün bilərsən!
Onu boşladım. Amma Peyğəmbər qəbrinin yanında və açıq-aşkar surətdə günaha yol verilməsindən narahat olub təəssüfləndim. Əgər belə günahlar qərb ölkələrində baş versəydi, heç də təəccüblü bir şey olmazdı. Çünki küfr ölkəsində, fitnə-fəsadın baş alıb getdiyi bir yerdə bu təbii bir işdir. Amma müsəlman ölkəsində, Mədineyi-münəvvərədə nəyə görə belə olmalıdır?
Bu günahların əksəriyyəti kafir və kinli müstəmləkəçiləri xoşhal etmək üçün vətənə, dinə və millətə xəyanət edən nadan hakimlərin boynundadır...
Dodaqaltı “Əssəlamu əleykə ya Rəsuləllah, əssəlamu əleykə ya Həbibəllah” deyə zümzümə edərək Peyğəmbər məscidinə daxil oldum. Ziyarət kitablarında olan qaydada ziyarət əməlini yerinə yetirdim. Vəhhabilərin nəzəriyyələrinin əksinə olaraq Peyğəmbərin mənim sözlərimi eşitməsinə, məni dərk etməsinə və salamımın cavabını verməsinə imanım var idi. Təkcə Allah bilir ki, Həzrətin qəbrinin kənarında durduğum o nurani anlar necə səfalı idi! Qələmin uşaqlıqdan arzusunda olduğum o anların vəsfini yazmaq qüdrəti yoxdur. O hal mənim ən xoşbəxt anlarımdan idi. O an mənim Əhli-Beyt (əleyhimussalam)-a olan iman və məhəbbətimin coşduğu anlar idi.
ZƏRİHİ (qəbrin dörd tərəfinə çəkilən dəmir şəbəkə) ÖPMƏYİN QİMƏTİ. Ziyarətnaməni oxuyub qurtardıqdan sonra qəbrin zərihinə üz tutdum. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə olan eşq-məhəbbətim xatirinə qərara aldım ki, zərihi öpəm. Amma qəfildən zərihin yanında dayanmış bir qrup vəhhabi ilə qarşılaşdım. Bu cəlladlar üzləri ziyarətçilərə və arxası Peyğəmbərin qəbrinə tərəf (!) dayanmışdılar və hər birini əlində uzun bir şallaq var idi. O şallaqla qəbri öpmək istəyən hər bir kəsi vurur vəsöyürdülər.
Onlar Peyğəmbərin qəbrini öpmək istəyən hər bir ziyarətçini “it”, “zındıq” və “müşrik” kimi sözərlə təhqir edərək zərihdən uzaqlaşdırırdılar. Bu söyüş kəlmələri onlar üçün adi hal olmuşdu və hacılar bunları tez-tez eşidirdilər. Onlardan birinə dedim:–Nə üçün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qəbrinin ziyarətçilərini belə çirkin sözlərlə çağırırsınız? Məgər müsəlman deyillərmi?
Qəzəblə “Xeyr, onlar müsəlman deyil!”-deyə cavab verdi.
Belə bir acınacaqlı mənzərəni görəndə dayanıb öz-özümə dedim: “Görəsən, canımı dişimə tutub Peyğəmbərin qəbrinin zərihini öpüm, yoxsa canım salamat qalsın deyə, bu işdən əl çəkim?” Gördüm ki, eşq-məhəbbət məni məcbur edir ki, zərihi öpəm, hətta baha başa gəlsə belə. Öz-özümə dedim ki, biz öz övladlarımızı məhəbbətdən öprürük. Quranı da bundan ötrü öpürük ki, onun vərəqləri üzərində Allahın mübarək kəlamları yazılıbdır. Alimlərin əlini elm və bilik məqamlarının əzəmətinə görə öpürük. Ata-anamızın əlini onlara hörmət göstərmək üçün öpürük. Amma məxluqatın əşrəfi və kainatın ağası olan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in zərihini nə üçün öpməyək!?
Zərihə tərəf yollandım. Vəhhabilərdən biri şallağı qaldırıb mənim zərihə çatmağımı gözləyirdi. Ona əhəmiyyət vermədən özümü zərihin üstünə atıb öpməyə başladım. Həmin halda şallaqla mənim baş-gözümə vururdular, amma mən özümü zərihə yapışdırıb eşq-məhəbbətin şiddətindən onu öpür, iyləyir və göz yaşı axıdırdım. Peyğəmbərə xitabən dedim: “Ey Allahın Peyğəmbəri, sən şahid ol ki, sənin hərəmində mənə necə kötək vurur, mənə qarşı necə hörmətsizlik edirlər. Sən şahidsən ki, sənin hüzurunda mənə rəva görülən bu münasibətlər və təhqirlər səni sevdiyimə görə və zərihi öpdüyümə görədir.”
Məni rəhmsizcəsinə vuran vəhhabilərdən biri qışqırdı:–Ey it, ey zındıq (dinsiz) .... öpmə, haramdır!
Üzümü ona tutub uca fəryadla dedim:–Mənim Peyğəmbərin zərihini öpməyim haramdır, amma sənin məni vəhşicəsinə döyməyin haram deyil?...
Bundan sonra Peyğəmbərlə dərdləşib, zərihi öpüb ləms etdim və ayrıldım. Yalnız bundan sonra hiss etdim ki, başımdan və çiynimdən qan axır!
Dedim: “Allaha şükür ki, Peyğəmbər qəbrinin zərihini öpməyin qiyməti bu oldu. Mən bununla iftixar edirəm. İnşallah, məzlumun qüvvəli və əziz, zalımın isə zəif və zəlil olacağı bir gündə onlardan intiqam alacağam!”
Burada belə bir sual qarşıya çıxır ki, ziyarətçiləri və hacıları nə üçün vururlar?! Əgər qəbir öpmək vəhhabilərin nəzərində haramdırsa, bəs nəyə görə bu qeyri-adi fətvanı başqa məzhəb ardıcıllarına qarşı tətbiq edirlər!? Bu məsələni əsaslandırmaq üçün gətiriləcək bir dəlil vardırmı? Məgər Allah-Taala: “Camaatı hikmət, dəlil və gözəl nəsihətlərlə Allah tərəfinə dəvət et” buyurmayıb? Vəhhabilərin bu hərəkətləri gözəl nəsihətdirmi? Camaat çox asanlıqla Dəməşqdə həzrət Zeynəbin, Nəcəfdə həzrət Əmirəl-möminin Əli (əleyhissalam)-ın, Kərbəlada İmam Hüseyn (əleyhissalam)-ın, Dəməşqdə Həzrət Yəhya ibni Zəkəriyyanın, Məğribdə isə Həzrəti İdrisin qəbrini ziyarət edirlər. Nə üçün vəhhabilər Allah tərəfindən bəşəriyyəti yola düz yola hidayət etmək üçün göndərdiyi və bəşər üçün rəhmət mənbəyi olan əzəmətli Peyğəmbərə ehtiram etmirlər? Nə üçün onun müqəddəsliyini sındırırlar?
Məhəmməd ibni Əbdül Vəhhabın dediklərini vəhhabilər təkrar edirlər. Çünki vəhhabilərin Məhəmməd ibni Əbdül Vəhhaba olan etiqadları Allaha və Onun Peyğəmbərinə olan etiqadlarından qat-qat çoxdur.
Məsələn, Məhəmməd ibni Əbdül Vəhhab deyir: “Mənim əsam (çəliyim) Peyğəmbərin cəsədindən üstündür. Çünki mənim əsamdan fayda hasil olur, amma Peyğəmbərin cəsədinin heç bir faydası yoxdur.”
Əlbəttə, aydındır ki, ibni Əbdül Vəhhab bunu deməmişdən öncə müsəlman idisə də, bu sözü ilə mürtəd olmuş, Quran və Peyğəmbərə qarşı çıxmışdır. Hər halda, başımdan qanın axıb yerə tökülməsi ilə məscidin murdar olacağından qorxub dərhal oradan xaric oldum, (başımı bağlamaq üçün) dövlətlərdən birinin tibb nümayəndəliyinə getdim. Başımı yuyub bağlatdırdıqdan sonra qayıdıb iki rəkət ziyarət namazı qılmaq və savabını Peyğəmbərə hədiyyə etmək üçün bir küncdə durdum. Elə bu halda qiyafəsindən vəhhabi alimlərinə oxşayan uzun saqqallı və gödək şalvarlı bir kişi mənə tərəf gəldi. Guya mənim döyülməyimə və yaralanmağıma narahat olurmuş kimi dedi:–Ay qardaş, Peyğəmbərin qəbrinin zərihini niyə öpürsən? Bu ki, şüursuz bir dəmir parçasıdır! Niyə onu öpürsən?
Ona dedim:–Əyləşin, bu mövzu barəsində söhbət edək. Əgər haqq səninlə olsa, sən deyəni qəbul edərəm və sənin əqidənə əsasən əməl edərəm. Yox əgər haqq mənimlə olsa, haqqın qarşısında boyun əy və mənim əqidəmi qəbul edib gözümün önündə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in zərihindən öp!
Dedi:–Eybi yoxdur... (və oturdu)
Mən dedim:–Bil ki, Allah bizim bu məsciddəki söhbətlərimizə şahiddir, boş-boşuna mübahisələri və inadkarlığı kənara qoy. Çünki, bəhsdə məntiqi münasibət və qarşılıqlı anlaşma hakim olmalıdır.
Razılaşdı. Ona dedim:–”Həcərül-Əsvəd”i öpmək barəsində fikrin nədir?
Dedi:–Eybi yoxdur, hətta onu öpmək müstəhəbdir.
Dedim:–Niyə?
Dedi:–Çünki, o, Allah Evinin bir küncündə yerləşən daşdır. Allah Evinə mənsub olduğuna görə əzəmət və müqəddəslik kəsb etmişdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) onu öpmüşdür, ona görə də onu öpmək caizdir.
Dedim:–Deməli onu öpmək buna görə caizdir ki, Allah ona şərafət bəxş etmişdir. Hansı ki, daşdan başqa bir şey deyildir.
Dedi:–Bəli.
Dedim:–Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbri üstündə olan bu zərih də dəmirdir və bir tikə dəmir olduğunu nəzərə alsaq dəyəri yoxdur. Amma bu dəmir parçaları Allah Rəsulunun qəbri üstündə olduğuna görə özünə xas bir şərafət, dəyər və müqəddəslik tapmışdır. Kə”bənin pərdəsi də eynilə bu zərih kimidir. Allah Evində asıldığına görə dəyər və müqəddəslik tapmışdır. Elə buna görə də bu pərdə hər il Allah Evi ziyarətçiləri və böyük şəxsiyyətlərin arasında təbərrük kimi bölünür. Habelə Kə”bə Evini süpürmək üçün istifadə olunan süpürgə də hər il təbərrük kimi ziyarətçilərin arasında paylanır.
İndiyə kimi eşitməmişəm ki, vəhhabilərdən hər hansı biri bu işə etiraz edə, yaxud onun haram olduğunu iddia edə və yaxud deyə ki, bu dağılmış süpürgələrin qonaqlar arasında paylanmasının heç bir qiyməti və dəyəri yoxdur. İndiyə kimi eşitməmişəm ki, Allah Evi qonaqlarından hər hansı biri bu süpürgələri qiymətsiz bir şey hesab etsin. Əksinə, Allah Evinin bütün qonaqları o süpürgələri çox böyük rəğbət və eşqlə öz ölkələrinə aparıb qiymətli bir hədiyyə kimi yadigar saxlayır və təbərrük kimi istifadə edirlər. Özləri də bilirlər ki, bu süpürgələrin qiyməti elə bazarda satılan süpürgələr qədərdir. Amma bu süpürgələrin qiymətli və müqəddəs olmasının səbəbi, Kə”bə süpürgəsi olmalarıdır.
Bildiyimiz (və çatan rəvayətlərin də bu məsələni qüvvətləndirdiyi) kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Kə”bədən çox-çox üstündür, hətta onun mübarək vücudunu heç bir şeylə müqayisə etmək olmaz. Buna görə də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə qoyulan dəmirlər özünə mənəvi bir dəyər, xas bir müqəddəslik tapmışdır. Onu öpmək də elə həmin qəbrin üstündə olmasına görədir.
Ona dedim:–Başqa bir sualım da vardır: Quranı və ya onun vərəqlərini öpmək caizdirmi?
Dedi:–Bəli.
Dedim:–Nəyə görə? Məgər onun cildi kağız və ya dəridən düzəlməyibmi?
Dedi:–Bəli, amma Quranın cildi onun möhtəvasındakılara görə özünə müqəddəslik tapmışdır.
Dedim:–Doğrudur, Quranın cildi və vərəqləri Allah kəlamı və ayələri olduğu üçün müqəddəsdir. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbri üstünə qoyulan bu zərih dimirdən düzəldilib, o əzimüş-şə”n həzrətin vücudu hesabına mənəvi dəyər tapmış və ehtirama, müqəddəsliyə layiq olmuşdur.
Başqa bir sualım da vardır: de görüm sən öz uşaqlarını öpürsənmi? Çox üzr istəyirəm, həyat yoldaşını öpürsənmi?
Gülümsəyib dedi:–Bəli.
Dedim:–Amma vəhhabilərin məntiqinə görə sən müşriksən və gərək arvad-uşağını öpməyəsən!
Dedi:–Yox! Mən müşrik deyiləm. Mən məhəbbətin şiddətindən onları öpürəm. Bu da sevgi və məhəbbətin təbii in”ikasından başqa bir şey deyildir.
Dedim:–Afərin! Biz də elə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə qarşı olan iman və məhəbbətin şiddətindən onun zərihini öpürük.
Əgər Peyğəmbər bizim aramızda olsaydı, mübarək üzünü, ələrini, hətta ayaqlarını da öpərdik. Amma indi bizim içimizdə yoxdur, buna görə də ona olan eşq-məhəbbətdən onun zərihini öpür, bu işlə öz mənəvi ehtiyaclarımızı təmin edirik.
O, mənim sözlərimin məntiqi və ağlabatan olduğunu və möhkəm dəlillərlə rədd edə bilməyəcəyini gördükdə, daha mənim sözlərimi eşitmək istəmədi və ətrafdakılardan özündə bir qorxu hiss elədi. (Qeyd edim ki, bu mübahisənin davam etdiyi müddətdə məscid namaz qılanlar və ziyarətçilərlə dolu idi. Bizim söhbətlərimiz onlardan bəzilərinin diqqətini özünə cəlb etmişdi. Ona görə də oturub söhbətə qulaq asırdılar. Yavaş-yavaş onların sayı artmağa başladı. Elə bu da vəhhabi aliminin narahat olmasına səbəb olmuşdu.)
O vəhhabi söhbəti kəsib məclisi yarımçıq qoymaq istəyirdi, mənsə çalışırdım ki, ona höccətimi tamam edəm, bəhanə yollarını bağlayam. Əlbəttə, arzu edirdim ki, Allah onu düz yola hidayət etsin, amma nəhayət mənə aydın oldu ki, bütün səylərim mənasızdır.
Dedim:–Tarix kitablarında oxumuş olarsan ki, Peyğəmbərin qızı Fatimeyi Zəhra atasının qəbri üstünə gələndə qəbrin torpağından bir ovuc götürüb iyləyər və buyurardı: “Hər kəs Əhməd (səlləllahu əleyhi və alihi və səlləm)-in türbətini iyləsə, heç vaxt başqa ətirləri iyləməz. Mənim başıma gələn bəla və müsibətlər gündüzün başına gəlsəydi, gecə olardı.”
Dedi:–Bəli, bu mətləbi İbni Covzinin “Əl-vəfa” kitabında və başqa kitablarda oxumuşam.
Dedim:–Dünya qadınlarının xanımı, elm, iman və nübüvvət evində böyümüş olan Fatimeyi Zəhra (əleyha salam) bu işi ilə günaha mürtəkib olmuşdu və ya səhv etmişdi? Nə sən, nə də başqa müsəlman deyə bilməz ki, o səhv edibdir. Çünki, Allah və Onun Peyğəmbəri Fatimənin səhv, xəta qarşısında ismətini (günahsızlığını) aşkar şəkildə bəyan etmişlər.
Vəhhabi kişi sözümü kəsib təəccüblə dedi:–Allah və Onun Rəsulu Fatimənin ismətini bəyan edib?
Dedim:–Bəli, Allah-Taala buyurub ki:
 “Allahın iradəsi bu olmuşdur ki, hər növ napaklığı, çirkinliyi və aludəliyi yalnız siz Əhli-Beytdən uzaq edib sizi pak-pakizə qərar versin.”
Bütün təfsirçilər yekdilliklə qəbul edirlər ki, bu ayə Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussəlam) barəsində nazil olmuş və onların günah, xəta və səhv qarşısında ismətli olmalarını kamil surətdə bəyan etmişdir. Çünki “rics”dən məqsəd günah və səhvdir. (Bu barədə Məsum imamlardan (əleyhimussalam) çoxlu rəvayət gəlib çatmışdır). Bundan əlavə, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Fatimeyi Zəhranın ismətini aşkar şəkildə qüvvətləndirmiş və buyurmuşdur:–Allah-Taala Fatimənin sevinməsi ilə sevinər və qəzəblənməsi ilə qəzəblənər”.
Bu hədis təfsirçilərin və tarixçilərin arasında çox məşhurdur, belə deyilmi?
O vəhhabi kişi bizim söhbətimizə qulaq asanların üzlərinə baxan bir halda susdu. Ona dedim:–Səni and verirəm Allaha, bu hədis hədisçilərin arasında məşhur deyilmi?
Dedi:–Bəli.
Dedim:-Söhbətlərimizin məcmusundan belə bir nəticə çıxır ki, Peyğəmbərin, imamların və digər övliyaullahların zərihini öpmək caizdir.
Bundan əlavə, deyilən dəlillərə əsasən, səhabə dövründən indiyə kimi müsəlmanların əməlləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in zərihini öpməyin caiz olmasına dəlalət edir. Çünki onlar özlərini o böyük şəxsiyyətin qəbrinə atıb qucaqlayar, öz əllərini və üzlərini onun qəbrinə sürtər və qəbrin toz-torpağı ilə özlərinə təbərrük edərdilər.
Mötəbər sünnü kitabı olan “Müstədrəküs-səhiheyn” kitabında qeyd olunub ki: “Günlərin birində Mərvan ibni Həkəm Peyğəmbər məscidinə gəldi (Mərvanın atası əvəllər Peyğəmbərin dalınca düşüb meymunluq edərək camaatı güldürür, həzrəti məsxərəyə qoyurdu. Peyğəmbər ona “qurbağa oğlu qurbağa”- ərəbcə “vəzəğ ibni vəzəğ” ləqəbi qoymuşdu. Peyğəmbər də o məl”unu sürgün etmişdi). Gördü ki, bir kişi üzünü Peyğəmbərin qəbrinə qoyub. Mərvan əsəbiləşdi və onun boynundan tutub dedi:–Bilirsən nə edirsən?
Kişi (Peyğəmbər əshabından olan Əbu Əyyub Ənsari idi) başını qaldırıb Mərvana dedi:–Bəli, bilirəm! Mən daş ziyarət eləməyə yox, Allah Rəsulunu ziyarət etməyə gəlmişəm.” (Müstədərəküs-səhiheyn” 4-cü cild, s.515).
Bu rəvayətdən aşağıdakılar isbat olunur:
1. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrini təbərrük etmək səhabə üçün təbii bir iş idi.
2. Pak insanların qəbirlərinə təvəssül və təbərrük etməyi qadağan etmək Bəni-Üməyyənin qoyduğu bidətlərdəndir (qondarama bir şeydir).
Ona görə də Peyğəmbərin ona və onun kafir övladlarına lə”nət etdiyi bir şəxs (Həkəm) Əbu-Əyyub Ənsari kimi böyük bir səhabəyə Peyğəmbər qəbrinə təvəssül və təbərrük etməyi qadağan etmişdi.
Bu məsələ çox da təəccüblü bir şey deyildir, çünki ümumiyyətlə Bəni-Üməyyə, xüsusilə də Mərvan ibni Həkəm Peyğəmbər və Əhli-Beyt (əleyhimussalam)-a qarşı kin-küdurət bəsləyirdilər. Elə buna görə də bu tayfanın müsəlmanlara Peyğəmbər qəbrini təbərrük etməyi qadağan etmələri təbii bir işdir. Əbu-Əyyub Ənsari Mərvanın sözünü rədd edib deyir: “Mən daş ziyarət eləməyə yox, Peyğəmbəri ziyarət eləməyə gəlmişəm” yəni təvəssül və təbərrükdən məqsəd, Peyğəmbərin özüdür. İstər onun diriliyində, istərsə də ruhu bu dünyada olmayan vaxt ona təvəssül etmək olar. Əgər belə olmasaydı, daş və torpağın adi halda heç bir dəyəri olmlzdı. Amma Peyğəmbər qəbrinin düzəldilməsində işlədilən daş-torpaq o həzrətə görə qiymətli, dəyərli olmuşdur. Elə buna gördə də Əbu-Əyyub Ənsari üzünü Peyğəmbərin qəbrinə sürtür.
Ona dedim:–Yadımdadır, “Vəfaül-vəfa” kitabında oxumuşam ki, Əbdüllah ibni Əhməd ibni Hənbəl atasından (Hənbəlilərin imamından) soruşur: “Bir kişi Peyğəmbərin minbərini ləms edir, onu təbərrük edir, həmçinin Peyğəmbərin qəbrini ilahi savaba görə öpür. Bunun bir iradı yoxdurmu?” Əhməd ibni Hənbəl deyir: “Yox, eybi yoxdur.”
Söhbət bu yerə çatanda gördüm ki, o vəhhabi kişi həddindən artıq ağır dəqiqələr keçirir. Bir tərəfdən o qədər ziyarətçinin qarşısında məni qane edə biləcək bir cavab tapa bilmir, digər tərəfdən də istəyirdi ki, bu söhbəti kəsib davam etdirməsin. Amma münasib fürsət tapa bilmirdi. Narahatlığı və nigarançılığı elə bir həddə çatmışdı ki, mübahisə davam etsəydi, dözməzdi və qaçardı. Axırda ona dedim:–Bu qədər mübahisə və danışıqdan sonra inkara yer qalırmı? Peyğəmbərin zərihini öpməkdə bir maneə görürsənmi? Allaha and olsun, əgər həqiqi müsəlman olsan, gərək haqqın qarşısında təslim olasan. İndi gərək günəş kimi parlayan haqq sözü–əgər İslama imanın varsa–qəbul edib batil əqidə üzərində inadkarlıq etməyəsən. Mən bir din qardaşın kimi sənə nəsihət edirəm ki, düz yolun ardınca gedərək vəhhabi-əməvi (Bəni-Üməyyəyə məxsus) fikirləri başından çıxardasan. Bu batil əqidə səni cəhənnəmin dibinə aparıb çıxarar...
Gözlənilmədən o vəhhabi kişi sözümü kəsib söyüş söyə-söyə yola düşdü. Mən də Allah kəlamını öz-özümə zümzümə edirdim: “Kafirlər üçün fərqi yoxdur: onları ilahi əzabdan qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər.”
Aydın oldu ki, onlar haqq sözü qəbul etməkdən boyun qaçırırlar. Onların bu xüsusiyyəti əsas etibarı ilə sözdə və bəhsdədir. Çıxış yolu tapa bilmədikdə və həmçinin dəlil və məntiq yolu ilə varid ola bilmədikdə təhqir etməyə, söyüş söyməyə başlayırlar. Aydındır ki, bu da məntiqsiz və dəlili olmayan azmış, münhərif şəxslərin yollarıdır.
YARIMÇIQ SALAVAT. Kitabın bu hissəsində bəzi müsəlmanların arasında geniş yayılmış bir məsələni oxuculara çatdırmağı məqsədəuyğun gördük. Çox təəssüflər olsun ki, bu məsələ adət şəklinə düşmüşdür. Belə ki, Peyğəmbərin adını dilə gətirdikdə və ya yazdıqda təkcə onun özünə salavat göndərirlər. (Yəni salavatdakı “və alihi” kəlməsini demirlər.) Özü də Peyğəmbərin özünə təklikdə salavat göndərməyi nəhy etməsini bilirlər. Bu barədə mühəddislərin rəvayət etdikləri hədislər həddən artıqdır. O cümlədən, Peyğəmbər buyurmuşdur:
 “Mənə naqis (yarımçıq) salavat göndərməyin”. Soruşdular ki, ya Rəsuləllah, naqis salavat nədir? Buyurdu: “Naqis salavat budur ki, mənə salavat göndərəsiniz, amma övladlarıma göndərməyəsiniz.”
Göründüyü kimi, bu hədis Peyğəmbərə təklikdə salavat göndərməyi nəhy edib, bizə əmr edir ki, Həzrətin özünə və övladlarına–hər ikisinə bir yerdə salavat göndərək.
O cümlədən, bu barədə olan hədislərdən biri Kəb ibni Əczənin nəql etdiyi hədisdir. O, Peyğəmbərdən soruşdu: “Ya Rəsuləllah, sənə salam verməyi öyrəndik, bəs salavatı necə göndərək?” Peyğəmbər buyurdu: “Salavat göndərən vaxt belə deyin: 
“Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin kəma səlləytə əla İbrahimə və Ali-İbrahimə, innəkə Həmidun Məcid.”
Bu hədis necə salavat göndərməyi bizə öyrədir. Həmçinin onun məfhumundan başa düşülür ki, salavat göndərərkən Peyğəmbərə və onun övladlarına birlikdə salavat göndərmək lazımdır.
Amma bu kimi mötəbər rəvayətlərin mövcud olması ilə bərabər, elm və mərifət iddiası edənlərin çoxu salavat göndərəndə hələ də Əhli-Beyt (əleyhimussalam)-ın adını zikr etməməkdə israr edirlər! Görəsən, bu bir düşmənçilik və inadkarlıq, yaxud cəhalət və nadanlıqdan irəli gəlmirmi? Yaxud da (bu iş) Peyğəmbərin Əhli-Beyti ilə düşmənçilik və kindən irəli gəlmirmi? Yaxud şiələrin Peyğəmbərə və onun övladlarına salavat göndərməyi zəruri bildikləri üçün deyilmi? (Hansı ki, salavat şiələrin şüarları hesab olunur.)
Buna görə də onlar bir belə rəvayətlərin mövcud olmasına baxmayaraq şiələrlə müxalifətlərinə görə Peyğəmbər Əhli-Beytinə salavat göndərməkdən imtina edirlər. Görəsən, bu bidət deyilmi? Görəsən, Ali-Peyğəmbərə salavat göndərməmək nəss (aydın dəlillər) qarşısında ictihad (özündən fikir söyləmək) deyilmi?
“BƏQİ” QƏBİRİSTANLIĞI. Günortadan sonra dəstəmaz alıb ətir vurduqdan sonra, “Bəqi” qəbiristanlığına yola düşdüm. “Bəqi” Mədinə şəhərində yerləşən müqəddəs bir qəbiristanlıqdır. Orada dörd imamın: İmam Həsən, İmam Zeynül-Abidin, İmam Mühəmməd Baqir və İmam Cə”fər Sadiq (əleyhimussalam)-ın, həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in oğlu İbrahimin, İmam Sadiq (əleyhissalam)-ın oğlu İsmail və Peyğəmbərin qızlarının, xanımlarının və bibilərinin; habelə, həzrət Əli (əleyhissalam)-ın ailəsindən Ümmül-Bəninin, Peyğəmbərin dayəsi Həlimənin və səhabələrdən və şəhidlərdən çoxunun qəbri, o cümlədən Osman-ibni Məzunun qəbri oradadır. “Bəqi” qəbiristanlığı təkcə müqəddəs bir məkan yox, həm də Behiştin bir parçası və cənnət bağlarından biridir. Çünki, orada Allah dostlarının pak cəsədləri, Rəsuli Əkrəmin övladlarının müqəddəs bədənləri dəfn olunmuşdur.
Əvvəllər bu qəbirlərin günbəzləri, hərəmi və böyük həyəti var idi və müsəlmanların həm gözündə, həm də qəlbində əzəmətə malik idi. Camaat bir İslam sünnəti kimi bu qəbirləri ziyarət etməyə gəlirdilər. Amma Allah övliyalarına və İslamın böyük şəxsiyyətlərinə qarşı kin və ədavət bəsləyən vəhhabilər bu qəbirlərin ziyarətini qadağan etmişlər.
Onlar qəbirləri ziyarət etməyin əcr və savabının fəziləti, həmçinin bu işin müstəhəb olması haqda Quran ayələri və Peyğəmbərdən gəlib çatan onlarla səhih hədisin əksinə olaraq, müsəlmanlara qəbir əhlinin ziyarətini qadağan edirlər.
Peyğəmbər “Bəqi” qəbiristanlığını, “Ühüd” döyüşü şəhidlərini ziyarət edib səhabələrə buyurmuşdu:
“Əhli-qüburu (qəbir əhlini) ziyarət edin, çünki bu iş, axirət gününü sizin yadınıza salır.” (İbni-Macə, “Səhih” kitabı, səh.245).
Hər iki dünya qadınlarının seyyidəsi Fatimeyi Zəhra da hər cümə günü, bəzən də üç gündən bir həzrət Həmzənin və “Ühüd” şəhidlərinin qəbirlərini ziyarət edərdi.
Ümumiyyətlə qəbirləri ziyarət etmək Şəriətdə müstəhəbdir və bu barədə şəkk yoxdur. Amma vəhhabilər özlərinin qeyri-adi nəzəriyyələri əsasında Allahın halallarını haram, haramlarını da halal etmişlər və buna əməl etməkdə israr edirlər. Hətta yeri gəldikdə bu yolda təzyiq və zorakılıqdan da istifadə edirlər.
Elə bu səbəbə görə də vəhhabilər Ərəbistan yarımadasında hökuməti ələ keçirdikdən sonra bütün səylərini Məhəmməd ibni Əbdül Vəhhabın etiqad və fikirlərini dirçəltmək yolunda sərf etmiş və bu yolda heç nəyi əsirgəməmişlər.
1342-ci hicri qəməri (=1922) ilində xain vəhhabilərin qanlı əlləri “Bəqi” qəbiristanlığına tərəf uzandı. Onlar bu qəbiristanlıqdakı şərif qəbirləri müstəmləkəçilərin köməyi ilə dağıdıb, məqbərələri yerlə yeksan etdilər. Qiymətli mərmər döşənmiş qəbiristanlığı torpaq komasına döndərdilər. Bununla sakitləşməyib zərihlərin qiymətli cəvahirlərinin hamısını qarət edib Səud ailəsinin mülkünə qatdılar. Daha böyük müsibət budur ki, vəhhabilər özlərinin bu cinayətlərinə məzhəb maskası taxıb deyirlər: “Qəbrin üstündə bina (məqbərə) düzəltmək haramdır.” (Gələcəkdə qəbir üzərində məqbərə düzəltməyin caiz və müstəhəb olmasını şərh edəcəyik.)
Vəhhabilər özlərinin bu bidətlərini əsaslandırmaq, doğrultmaq üçün heç bir dəlilləri yoxdur. Yalnız batil yolda olan Ali-Səud sarayına üz gətirmiş bəzi üzdəniraq alimlər bəndələri xoşhal etmək üçün ilahi qəzəbi qəbul edərək bu bidətləri təsdiq etmişlər. Səud dövləti də bu saray alimlərinə külli miqdarda pul xərcləyir ki, lazım olanda öz əməllərinə haqq donu geyindirmək üçün onların fətvalarından istifadə etsin.
Hər vaxt Səud dövləti bir hökm çıxartsa və bir qrup adam o hökmə qarşı etiraz etsə, saray alimləri onların kafir və mürtəd olmasına dair fətva verir. Hər vaxt hökumət Amerikanın hər hansı bir planını icra etmək istəsə, yenə də bu alimlər o işi himayə etmək barəsində fətva verib, ona şəriət donu geyindirirlər.
Çox təəssüflər olsun ki, bu vəziyyət təkcə Ərəbistan alimlərinə həsr olunur. Misrin alimləri üçün də bu vəziyyət təkrar olunur: Şeyxül-Əzhər fətva verib Ənvər Sadatın İsrail ilə bağladığı sülh müqaviləsini təsdiq edir və o sülhə din maskası geyindirir. (Halbuki, İsrail müsəlmanlara və İslama dərin kin bəsləyir, fələstinli arvad-uşaqları kütləvi şəkildə qətlə yetirir.)
Aydındır ki, “Əl-əzhər” cəmiyyəti istiqlal və əsilliyini əldən vermiş, kafirlərin və müstəmləkəçilərin planlarını icra edən alətə dönmüşdür. Özünü yalandan “Böyük rəhbər” adlandıran Şeyxül-Əzhər Misir prezidentinin hökmü ilə vəzifəyə seçilir və ya vəzifədən kənar edilir. Bu Misir alimlərinin, əvvəldə dediklərimiz isə Hicaz alimlərinin vəziyyətidir!
Amma Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurub:
“Əgər görsəniz ki, alimlər padşah saraylarına gedirlər, həm o alimlər, həm də o padşahlar pis (əməl sahibi)dirlər. Amma əgər görsəniz ki, padşahlar alimlərin hüzuruna gəlirlər, onda həm padşahlar, həm də o alimlər yaxşı əməl sahibləridir.”
Əlbəttə, aydındır ki, Misrin və Hicazın bütün alimləri münhərif və yoldan azmış deyildirlər. Əksinə, onların arasında elələrini tapmaq olar ki, fasid hökumətləri tənqid edir, onlarla müxalifət edir və hətta o hakimlərlə mübarizəyə də qalxırlar.
Qeyd etdik ki, vəhhabilərin qeyri-məntiqi və qeyri-adi nəzəriyyələri təkcə özlərinə məxsusdur və müsəlmanlar bu bidətlərdən uzaqdır. Həmçinin onlar öz əməl və əqidələri ilə müsəlmanların arasına təfriqə və ixtilaf salmış, onların arasında kin və ədavət toxumu səpmişlər. Bu qeydlərdən sonra əsil mətləbə qayıdırıq:
“Bəqi” qəbiristanlığına daxil olanda qeyri-münasib, vicdan əzabı doğruran və acınacaqlı bir mənzərə ilə qarşılaşdım: Əvvəla, qəbiristanlığın qapılarının hamısı sınıq-salxaq, çürümüş dəmirlərdən ibarət idi. Əlbəttə, qeyd etmək lazımdır ki, bu qəbiristanlıq vəhhabilər tərəfindən dağıdılmamışdan əvvəl onun qapıları qiymətli cəvahiratla zinətləndirilmişdi. Amma vəhhabilər bu cəvahiratı talan edib qənimət kimi aparmış, onların yerinə dəmir qapılar qoyumuşdular.
İkincisi, “Bəqi”nin yerinə və keçidlərinə əvvəllər qiymətli mərmər və xalça döşənmişdi. Amma vəhhabilər bunları da talan etmiş, bu tarixi və müqəddəs qəbiristanlığı başdan-başa toz-torpaq basmış və yararsız torpaq sahəsinə çevrmişlər. Ona görə də ziyarətçilər “Bəqi”ni ziyarət edəndən sonra paltarlarını və üst-başlarını toz basır. Hətta toz o qədər çoxdur ki, ciyərlərinə də dolur. Amma Mədinə hakiminin qəsri ən qiymətli daşlarla, ən gözəl və ən nəfis xalçalarla döşənmişdir.
İslam düşmənlərinin qəbirləri mərmər daşlarla döşənmiş, soyuq havada qızdırıcı, isti havada soyuducu ilə təchiz olunmuşdur. Amma görəsən nə üçün vəhhabilər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Əhli-Beyti və səhabələrinə qarşı bu qədər hörmətsizlik edirlər.?
Üçüncüsü, “Bəqi” qəbiristanlığında kölgələnəcək də yoxdur, buna görə də ziyarətçilər günəşin yandırıcı şüaları altında və bədənlərindən tər axan bir halda dayanmağa məcbur olurlar. Belə bir isti havada toz-torpaq vəziyyəti daha da ağırlaşdırır.
Ziyarətçilər hey soruşurlar ki, nəyə görə kölgəlik üçün bir şey düzəltmirlər? Və nəyə görə müqəddəs qəbiristanlığın ziyarətçilərinə bu qədər hörmətsizlik edirlər?
İndiyə kimi müsəlmanların çoxu öz şəxsi malından bu qəbiristanlığı təmir etmək üçün pul köçürmüşlər. Amma vəhhabilər bu işdən boyun qaçırmış və övliyaullahın hörmətsizliyinə dair öz israrlarını davam etdirirlər.
Dördüncüsü, bu qəbiristanda hər qəbrin yanında bir polis dayanmış, özlərini də “əmr be-məruf və nəhy əz münkər” qrupu adlandırırlar. Onların ziyarətçiləri təhqir etmək, döymək və söyməkdən başqa bir işləri yoxdur. Hər vaxt ziyarətçilər ziyarət vaxtı “Əssəlamu əleykə Yəbnə Rəsulillah” desələr və bu cümləni vəhhabilərdən biri eşitsə, bədəvi ərəb ləhcəsiylə deyər: “Peğəmbərin övladı öldü”!
Amma Allah-Taala Quranda buyurur ki:
“Allah yolunda öldürülənlərə (şəhidlərə) ölü deməyin; əksinə, onlar diridir, lakin siz (onların həyatının həqiqətini) dərk etmirsiniz.”
Amma vəhhabilərin Quranla nə işi?!
Beşincisi, “Bəqi” qəbiristanlığının bir neçə qapısı var, amma vəhhabilər birindən başqa onların hamısını bağlayırlar. Bu da camaatın çoxluğundan ziyarətçilərin oraya girib-çıxanda əziyyətə düşmələrinə səbəb olur. Çünki bir qapı minlərlə ziyarətçi və hacının girib-çıxmasına kifayət etmir.
Altıncısı, “Bəqi” qəbiristanlığını iki saat sübh vaxtı və 1-2 saat da axşam üstü açırlar. Belə ki, hətta əgər sübhdən axşama kimi açıq qoysalar belə, müxtəlif ölkələrdən gələn ziyarətçilərlə dolu olacaqdır. Amma həmişə açıq omadığı və vaxtın da az olduğu üçün hacıların çoxu bu ziyarətə nail ola bilmirlər. Aydındır ki, bir gündə üç-dörd saat vaxt bir milyondan çox olan ziyarətçiyə kifayət etmir.
Vəhhabilər həmin cinayətləri azacıq təfavütlə Peyğəmbər məscidində də icra edir və məscidin qapısını işa namazından sonra bağlayırlar. Bu da əksər hacıları əzab-əziyyətə və zəhmətə salır, onların həmin məsciddə olmaq kimi bir fəzilətdən və savabdan məhrum olmalarına səbəb olur. Hacılar və ziyarətçilərdən çoxları istəyir ki, gecələr o məsciddə qalıb ibadətlə, Quran tilavəti ilə məşğul olsunlar. Vəhhabilərdən biri bu barədə deyirdi: “Məscidin qapısının işa namazından sonra bağlanmasının səbəbi budur ki, məscidi silib-süpürürlər.” Halbuki, elə bu kimi təmizlik işlərini hacılar orada ola-ola da görmək olar. Çünki, məscidi bir neçə yerə bölüb, silmək istədikləri yerdə olan camaatı məscidin başqa yerinə köçürüb və orada təmizlik işlərini yerinə yetirə bilərlər. Həmin qayda ilə məscidin başqa yerlərini də silib-süpürə bilərlər.
Hər halda bu iş vəhhabilərin camaatı övliyaların qəbrindən uzaqlaşdırmaq, onları həmin müqəddəs məkanlarda ibadət və namazdan məhrum etmək üçün icra etdikləri bir plandır. Qeyd etmək lazımdır ki, əksər İslam dövlətlərində müqəddəs məkanların ziyarət vaxtlarının məhdudlaşdırılması məsələsi kimi bir şey mövcud deyildir. İranda İmam Riza (əleyhissalam)-ın hərəminin qapıları bəzi istisna hallardan başqa həmişə açıqdır.
Yeddincisi, “Bəqi” qəbiristanlığında ziyarətçilər üçün təyin olunmuş vaxt qurtarmazdan əvvəl özlərini “əmr-be-məruf və nəhy-əz-münkər” qrupu adlandıran şəxslər ziyarətçiləri pis sözlərlə təhqir edib döyürlər. Niyə? Onları “Bəqi”dən çıxartmaq üçün! Özləri də ziyarət vaxtının qurtarmasını hacılara əvvəlcədən elan etmədən onları incidib əziyyətə salırlar. Elə buna görə də vəhhabilər tərəfindən söyülüb-döyülən ziyarətçilərin çoxu heyrətə düşür və onlara rəva görülən bu cür rəftarın səbəbini bilmirlər. Ərəb dilini bilməyən əksər ziyarətçilərin müşkülləri daha da artıqdır. Vəhhabilərin ziyarətçilərlə rəftarlarının təsviri mənim üçün dəfələrlə təkrar oldu və mən bu cinayətkarların ziyarətçiləri bu qəbirdən o birisinə tam vəhşilik, kobudluq və daşürəkliliklə qovmalarını dəfələrlə müşahidə etdim. Həmçinin ziyarətçilərə icazə vermirdilər ki, bu işlərin səbəblərini soruşsunlar. Əgər onlardan bəziləri bu qeyri-insani rəftarların səbəblərini soruşsaydı, çomaqla qarşılaşırdı.
Səkkizinci, “Bəqi”nin sahəsi çox böyükdür. Lakin orada bir dənə də olsun çıraq qoymayıblar. Buna görə də günün batması ilə qaranlıq “Bəqi”nin başdan-başına elə çökür ki, insan öz ayağının altını belə görə bilmir. Amma bazar və s. kimi yerlərdə lazım olan miqdardan qat-qat çox lampa vurmuşlar. Niyə? Görəsən, bazar və digər yerlər “Bəqi”dən fəzilətlidirmi? Yaxşı olardı ki, vəhhabilər məsihi kilsələrinə və ya yəhudi məbədlərinə də baş vurub heç olmasa, müqəddəs yerlərə hörmət göstərməyi onlardan öyrənəydilər...
Müqəddəs şeylərə ehtiram qoymaq təkcə müsəlmanlara məxsus deyil. Bütün dinlərin tabeçiləri öz müqəddəslərinə ehtiram və əzəmət gözü ilə baxırlar. Bu məsələ yalnız Allahpərəstlərə məxsus deyil, əksinə, bütün millətlər, hətta Allaha etiqadı olmayanlar belə, öz müqəddəslərinə hörmət edirlər.
Vəhhabilərin öz əməlləri üçün heç bir dəlilləri (nə camaat arasında, nə də şəriətdə) yoxdur və qəbir üzərində məqbərə tikməyin düzgün olmaması haqda öz etiqad və fikirlərinin əksinə olaraq Qurani-Kərim və mötəbər hədislər bu işi–qəbir üzərində məqbərə tikməyi caiz bilir.
Qurani-Kərim “Əshabi-Kəhf” dastanını bəyan edərkən buyrur: “Və Biz yenə də camaatı “Kəhf” səhabələrinin halından agah etdik ki, Allahın vədəsinin haqq olduğunu bilələr. Əlbəttə Qiyamət saatı şəksiz gələcəkdir. Aralarında (onların işində) ixtilaf olan camaat bütün bunlardan sonra dedilər: “Gərək onların qəbirlərinin üstündə bina və hasar tikək. Allah onların əhvalına daha agahdır.” Və onların hallarından düzgün xəbər tutanlar dedilər: “Əlbəttə, gərək onlar üçün bir məscid tikək.”
Təfsirçilər bu ayə barəsində deyirlər: “İman əhlindən bir qrupu Əshabi-Kəhfin hərəkətsiz bədənləri ilə rastlaşdıqda və onların Allah yanında böyük şə”n və mənzilətə (məqama) malik olduqlarını bildikdə qərara aldılar ki, onların qəbri üstündə ibadət və namaz üçün bir məscid tiksinlər. Aydındır ki, o məsciddə ibadət eləmək, o cəsədlərə pərəstiş etmək deyil. Əksinə ibadət, İlahi övliyaların qəbri üstündə olmasına baxmayaraq, yalnız Allaha məxsusdur.
Bu ayə qəbirlərin üstündə bina tikməyin caiz olmasını və o məkanlardan məscid, ibadət və namaz yeri kimi istifadə edilə bilməsini aşkar şəkildə bəyan edir.
Bundan əlavə, Allah-Taala buyurur:
“Hər kəs ilahi şəairi (nişanələri, mərasimləri) böyük, əzəmətli saysa, (xoş halına,) bu sifət təqvalı qəlblərin sifətindəndir.”
Şəkk yoxdur ki, ilahi övliyaların qəbri üstündə bina tikmək və onu böyük, əzəmətli saymaq ilahi şəairə təzim etməyin ən bariz və aşkar nümunələrindən biridir. Çünki, İlahi şəair insanın diqqətini Allaha cəlb edən və onun vasitəsi ilə Allahın yadını ürəklərdə dirildən hər bir şeyə şamildir. Həmin dəlilə görə Allahla (hər hansı yolla) rabitə yaradan hər şey ilahi şəairdir. Deməli Allah övliyalarının qəbirlərinə təzim edib hörmət göstərmək əslində Allah qarşısında təzim və ikram etmək; bunun müqabilində də Allah övliyalarının qəbirlərini dağıtmaq onlara qarşı hörmətsizlik sayılır (və bu da şəriətdə qadağan olunmuşdur).
Hədisi-qüdsidə Allah-Taala buyurur:
 “Hər kəs Mənim dostuma hörmətsizlik etsə, Məni mübarizəyə çağırıb.”
Əlbəttə, bunu da unutmayaq ki, vəhhabilər öz məsləkləri ilə düz gəlməyən hər bir ayəni rədd edir və öz batil fikirləri ilə müvafiq olan hər zəif hədisə istinad edirlər. Buna görə də görürük ki, onlar qəbir üzərində bina (məqbərə) tikilməsini qadağan edən zəif və rəvayət edənləri naməlum olan hədisləri dəlil gətirirlər. Əgər bu hədislərin sənədlərinə diqqət yetirilsə aydın olar ki, onlar təkcə münafiqlərin yox, həm də yalançı və saxtakar rəvayətçilərin hədisləridir.
Bu rəvayətçilərdən Əbu Hüreyrəni, Səmrət ibni Cündəbi, Əbu Übeyd Cərrahı və s.-ni göstərmək olar ki, onlar hədis quraşdırmaqda və yalançılıqda şöhrət qazanmışlar.
Yuxarıda səkkiz bənddə qeyd olunanlar yalnız vəhhabilərin “Bəqi” qəbiristanlığında, onun ziyarətçilərinə qarşı etdikləri hörmətsizlik və cinayətlərinin kiçik bir nümunəsi idi. Allahdan istəyirik ki, qəsbkar vəhhabi hökumətini məhv etsin və Ərəbistan yarımadasında hakimiyyət münhərif partiyalara və ya şübhəli təşkilatlara bağlı olmayan və İslamın xilaskar təlimləri əsasında hökumət edən ləyaqətli möminlərin əlinə düşsün. Hicaz sakinləri, həmçinin digər müsəlmanlar bu sitəmkarların məhv olması ilə rahat nəfəs alsın, heç bir təhqir və hörmətsizlik olmadan ibadi-siyasi “Həcci-İbrahim” mərasimini yerinə yetirib öz dini vəzifələrinə əməl etsinlər.
VƏHHABİLƏRLƏ MÜBAHİSƏ. Bu fəsildə Mədineyi-Münəvvərədə vəhhabilərlə apardığım mübahisə və münaqişələrə qısa şəkildə toxunulacaq ki, əziz oxucular onların dini mövqeləri ilə daha artıq tanış olsunlar. Çünki camaatın əksəriyyəti, xüsusilə də cavanlar vəhhabilərin əsassız etiqadları, alçaq fikirləri, zəif nöqtələri və batil nəzəriyyələri ilə tanış deyildirlər.
Hər şeydən əvvəl əziz oxucu bilməlidir ki, vəhhabilər imkan daxilində mübahisə və münaqişədən çəkinir, onlarla mübahisə etmək qərarına gələn hər bir kəsdən uzaqlaşırlar. Səbəbi də gün kimi ayındır: onların əsassız və puç xəyallar üzərində qurulmuş nəzəriyyələri hörümçək yuvası kimidir.
Buna görə də onlar, əvvəla mübahisədən qaçırlar. Çünki, öz əsassız fikirlərinin ifşa olunmasından qorxurlar. İkincisi, öz rə”y və əqidə üsullarını zorakılıqla icra edirlər. Bu da qeyri-məntiqi və səhv fikirləri olan hər hansı bir məktəbin təbiətidir. Sovet dövlətinə, kafir bəs partiyasına və işğalçı sionist hökumətinə baxın; bütün kommunist və diktator rejimlərinə baxın; onların hamısı zor gücünə irəli gedirlər. Əgər camaat onların fikir və əqidələrini qəbul etməsə və onların göstərişlərindən boyun qaçırsa, əzab-əziyyət, işgəncə və hətta edamla qarşılaşacaqdır. Buna görə də belə ölkələrdə zindanların sayı başqa ölkələrlə müqayisədə həddindən artıqdır, məhbusların sayı da başqa ölkələrin məhbuslarına nisbətən çoxdur və günbəgün artmaqdadır.
Həmin məsələni Səudiyyə Ərəbistanında nəzərdən keçirək. Vəhhabilər şallaq və zor gücünə hakimiyyət edirlər və onların ideologiyaları batil və puç əqidə üzərində qurulduğuna görə, mübahisədən boyun qaçırırlar. (Amma məcburiyyət qarşısında qaldıqları hal istisna olunur. Necə ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidində o vəhhabi kişi mənimlə mübahisə etməyə məcbur olmuşdu.)
İslam dini azad mübahisələrin, həqiqətin tapılması naminə olan mübahisələrin tərəfdarıdır. Bu barədə Quran buyurur:
 “Müxtəlif sözləri dinləyib onlardan ən yaxşısının ardınca gedən bəndələrimə müjdə ver.”
Buna görə biz burada bir neçə bəhsə qısa şəkildə işarə edəcəyik. Bunlar elə bəhslərdir ki, vəhhabilər məcburiyyət qarşısında qalıb təslim olmuşlar və yükün altından qaça bilməmişlər. Bunları yazmaqda məqsədimiz budur ki, əziz oxucu vəhhabilərin qəbul etmədiyi və tənqid atəşinə tutduğu İslami məsələlərə nisbətən daha artıq agahlıq əldə etsin. Əlavə məlumat almaq istəyənlər Məhəmməd Əmin Amilinin “Kəşfül-irtiyab fi ətbai-Məhəmməd ibni Əbdül Vəhhab” kitabına müraciət edə bilərlər. Müəllif bu kitabın axırında vəhhabilərin fasid, çirkin və münhərif əməllərinin üstündən pərdəni götürmüş, kitabın axırında Ali-Səud qəsrlərinin içərisini göstərən fotoları çap etmişdir. Bu təsvirlər Ali-Səud sülaləsində fəsad, fəhşa və münkəratın necə geniş yayıldığını aşkar şəkildə bəyan edir.
QƏBRƏ NAMAZ QILMAQ. “Bəqi”yə, ziyarət məqsədi ilə getdiyim günlərin birində acınacaqlı bir mənzərəni müşahidə etdim. Bir mənzərə ki, heç vaxt unutmaram! Bir mənzərə ki, qəlbimi həmişəlik yaralamışdı. Nə gördüm? Bir nəfər ziyarətçi bir guşədə namaz qılmağa məşğul idi ki, nagəhan özünü üzdəniraq “əmr-be məruf və nəhy-əz münkər” adlandıran qrpun adamlarından biri ona tərəf yaxınlaşdı və rüku halında ikən, onu arxadan itələdi. Namaz qılan şəxsin yıxıldığını görüb qayıtdı. Ziyarətçi dönüb baxdıqda gördü ki, namazın batil olmasına bais olan həmin şəxs “əmr-be məruf və nəhy-əz münkər” qrupunun adamlarındandır. Ona nə desin?! Axı o, bir daşürəkli və diktator hökumətin məmurudur! O, əsəbiliyə və kin-küdurətə giriftardır!
Namaz qılan kişi bir söz demədi, çünki daha artıq təhqir olunmaqdan qorxurdu.
Amma mənim qeyrətim cuşa gəldi və qərara aldım ki, bu vəhhabi kişini belə cinayət və ədəbsiz, kobud işinə görə danlayam. Ona tərəf gedib salam verdim. Salamın cavabını ikrah hissi ilə, gözləri qəzəb və kindən hədəqəsindən çıxmış bir halda verdi. Ona dedim:–Eşitməmisən ki, Allah-Taala Quranda buyurur:
“(Ey Peyğəmbər,) o kəsi gördünmü ki, namaza məşğul olan Allah bəndəsini məsxərə edib ona mane olurdu?” Niyə bu kişinin namazını batil edirsən? Halbuki, o, vəhyin nazil olma məhəllində öz Allahı ilə münacat edib Ona ibadət edir.
Dedi:–Haramdır, haram! Qəbrə namaz qılmaq haramdır! Başa düşmürsənmi?!
Dedim:–Kim deyir ki, haramdır?
Dedi:–Sus! Həcdə mübahisə və cədələ icazə verilmir.
Dedim:–İndi ki biz həcdə yox, Mədinədəyik. Bu ayə (mübahisəni qadağan edən ayə-müt.) həccə məxsusdur. Üstəlik Quran bizi təfəkkürə çağırır. Sənsə deyirsən ki, susum və sual etməyim?!
İnadkarlıq və kinin son həddində mənə dedi:–Sakit olmasan, zindana göndərərəm!
...İslama yabançı olan bu ruhiyyə və rəftardan çox narahat oldum. Bu ruhiyyə əksər hallarda yəhudilərin fələstinli və sair şəxslər əleyhinə gördükləri tədbirlərə oxşayır. Bunlara baxmayaraq əsəblərimi ələ alıb Allah kəlamını yadıma saldım:
 “Allah bəndələrinə (ibadür-rəhmana) cahil və nadanlar xitab etdikdə (Allah bəndələri) salam deyərlər.”
Gülümsəyib ona dedim:–Ay qardaş, əgər müsəlmanların məzarlarında namaz qılmaq haramdırsa, bəs nəyə görə səhabə dövründən indiyə kimi milyonlarla müsəlman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrində namaz qılıb onun dövrəsinə yığılırlar? Bəs niyə müsəlmanlar həzrət İsmailin məqamında və Məscidül-həramda İslamın əvvəlindən indiyə kimi namaz qılırlar və bilirlər ki, həzrət İsmail, anası Hacər və peyğəmbərlərdən 70 nəfəri orada dəfn olunublar. Nəyə görə müsəlmanlar Dəməşqdəki Came məscidində həzrət Yəhya ibni Zəkəriyyanın qəbri kənarında namaz qılırlar? Müsəlmanlar Nəcəfdə İmam Əli, Kərbəlada İmam Hüseyn, Kazimeyn və Samirra şəhərlərində olan digər imamların (əleyhimussalam) qəbirlərinə niyə namaz qılırlar?
Əgər qəbrə namaz qılmaq haramdırsa, bəs nəyə görə bunu səhabə və tabeinin heç birindən eşitməmişik ki, həzrət Peyğəmbərin və həzrət İsmailin qəbrinə namaz qılmağı nəhy etsinlər? Əksinə, səhabə və tabeinin özləri bu işi görmüşlər. Görəsən, bunların hamısı qəbrin yanında namaz qılmağın caiz olmasına dəlil deyildirmi?
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və adları çəkilən sair şəxslərin qəbirlərinin yanında namaz qılmaq caiz olduğu kimi, eləcə müqəddəs “Bəqi” qəbiristanlığında da namaz qılmaq caizdir, çünki bu məkanların bir-birləri ilə təfavütləri yoxdur...
Söhbət bu yerə çatanda, o vəhhabi məmuru heç bir cavab vermədən, söhbəti yarımçıq kəsib uzaqlaşdı.
Məni gülmək tutdu... Sifəti qəzəbli və pərt olmuşdu. Hələ bir az uzaqlaşmışdı ki, ona dedim:–Heç olmasa xudahafizləşib mübahisəni bitir. Adam da söhbəti kəsib, xudahafizləşmədən və hətta bir kəlmə söz demədən gedərmi?
Cavab vermədi və öz yoluna davam etdi.
ƏHLİ-BEYT MƏZHƏBİNİN HƏQQANİYYƏTİ. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-i və onun əziz qızı Fatimə (əleyha salam)-ı ziyarət etdikdən sonra, Peyğəmbərin şərif hərəmindən çıxıb hərəmin ətrafındkı xiyabanlarda gəzib-dolaşmağa başladım. Öz-özümə fikirləşirdim ki, bu yerlərdə Allah Peyğəmbəri gəzmişdir. Bu Bəni Haşim məhəlləsidir... Bura isə Əhli-Beytin, Allah-Taalanın hər cür napaklıq və pisliklərdən uzaq saxladığı şəxslərin evləridir.
Həmin anda İmam Hüseyn (əleyhissalam)-ın Kərbəla yolunda kufəli bir kişiyə xitabən buyurduğu bu gözəl sözü yadıma düşdü:
“Qardaş, Allaha and olsun, əgər sən bizimlə Mədinədə görüşsəydin, mənzilimizdə Cəbrəilin izlərini və cəddimə vəhyin nazil olması əlamətlərini sənə göstərərdim.”
Həmin halda, İslamın ilk çağları haqqında dərindən fikirləşdiyim vaxt gözüm bir kitabxanaya sataşdı ki, vəhhabi alimlərindən bir qrupu oraya yığışmışdı... Uzun saqqalları, gödək şalvarları vardı. Bunlar Səudiyyə hökuməti tərəfindən camaatı aldadıb, azdırmaq məqsədi ilə göstəriş almışdılar. Əgər satışda olarsa, özümə lazım ola biləcək kitabları almaq üçün kitabxanaya daxil oldum. Oradakılardan biri məndən öz adımı, ölkəmi və məzhəbimi soruşdu.
Dedim:–Mən Əhli-Beyt yolunu gedənlərdənəm, sənin məzhəbin nədir?
Bir söz deməyib susdu, elə bil mənimlə danışığa başlamasına peşman olmuşdu. Yenidən ona dedim:–Sənin məzhəbin nədir?
Dedi:–Hənbəli. Mən Əhməd ibni Hənbəlin yolunu gedirəm. Biz sizin məzhəbi qəbul etmirik.
Dedim:–Amma mənim etiqadıma görə mənim məzhəbim düzdür. Bu məzhəbin ardınca getmək cənnətə getməyə və cəhənnəm odundan xilas ollmağa aparıb çıxarır.
Dedi:–Sözü hansı dəlilə əsasən deyirsən?
Dedim:–Səbr elə, qoy bu məsələni sənə izah edim.
Bil ki, Allah və Onun Rəsulu zəmanət veriblər ki, hər kəs Əhli-Beytin tabeçiliyində olsa, nicat tapacaq. Allah-Taala Əhli-Beyt haqqında buyurub:
 “Həqiqətən Allahın istəyi bu olmuşdur ki, hər cür napaklıq və əyriliyi yalnız siz Əhli beytdən uzaqlaşdırsın və sizi pak və mütəhhər etsin.” Bu ayə aşkar şəkildə Əhli-Beytin günah və xətadan pak (məsum) olub hər hansı azğınlıqdan amanda olmalarına dəlalət edir. Elə buna görə də onların məzhəb və yollarının ardınca getmək düzgün və məntiqi bir işdir və o yolda batilə yol yoxdur.
Bu ayə Əhli-Beytin ismətinə (paklığına) və yollarının haqq olmasına dəlalət edən digər çoxlu ayələrdən biridir. Amma Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən bu barədə nəql olunan hədislər də çoxdur. O cümlədən:
“Mənim Əhli-Beytim Nuhun gəmisi kimidir: Hər kəs o gəmiyə minsə nicat tapar; və hər kəs ona minməkdən boyun qaçırtsa, qərq olacaq və yolunu azacaq.”
Bu hədis dəlalət edir ki, hər kəs Əhli-Beytin ardınca getsə və din əhkamlarını onlardan öyrənsə, cəhənnəm odundan nicat tapıb canını qurtarar; və hər kəs Əhli-Beytdən ayrılsa və din əhkamlarını onlardan öyrənməsə, nicat tapmayacaqdır.
Bu hədis müsəlmanlar arasında ən məşhur hədislərdəndir. Çoxlu hədisçilər məzhəbi ixtilafda olmalarına baxmayaraq, bu hədisi rəvayət etmişlər. Aşağıda bu hədisin qeyd olunduğu sənədləri zikr edirik:
1-Hakim: “Müstədrəküs-Səhiheyn”, 2-ci cild, səh.243 və 5-ci cild, səh.150.
2-Müttəqi Hindi: “Kənzül-Ümmal”, 6-cı cild, səh.216.
3-Əbu-Nəim: “Hilyətul-övliya”, 4-cü cild, səh.306.
4-Xətib Bağdadi: “Tarixül-Bağdad”, 12-ci cild, səh.19.
5-İbni-Həcər: “Əs-Səvaiqül-Muhriqə”, səh.75 və onlarla başqa kitablar.
Başqa hədislər də məzmunca bu hədisə oxşardır. Onlardan biri Xarəzminin “Əl-mənaqib” kitabında Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql etdiyi aşağıdakı hədisdir:
 “Hər kəs həyatının mənim həyatım və ölümünün mənim ölümüm kimi olmasını və Rəbbimin mənə vəd etdiyi cənnətə daxil olmaq istəsə, gərək Əliyyibni Əbi Talibin, onun övladlarının, pak Əhli-Beytinin vilayətini qəbul etsin. Onlar məndən sonra qaranlıqlarda hidayət rəhbərləri və nurlu çıraqlardır, heç vaxt sizi hidayət yolundan çıxarıb zəlalət yoluna salmazlar.”
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yenə də buyurur:
“Həqiqətən Allah Əli barəsində mənə çoxlu sifariş və tövsiyə edib sonra buyurdu: “Əli hidayət bayrağı, imanın nur saçan yeri, Mənim dostlarımın imamı və Mənə itaət edən hər bir kəsin nurudur.”
Söz bura çatanda o vəhhabi aliminə dedim:–Dediyim bu məsələlər Əhli-Beyt məzhəbinin haqq olmasına kifayət deyilmi?
O sükuta daldı və bir şey demədi.
Biz söhbət etdiyimiz müddətdə yanımızda bir kişi oturmuşdu və maraqla söhbətlərimizə qulaq asırdı. Sonra bildim ki, yəmənlidir. O, vəhhabi aliminin sükut etdiyini gördükdə, söhbətə girişib mənə dedi:–Lütfən söhbəti davam etdirin. İndiyə kimi belə sözləri heç kimdən eşitməmişdim...
Vəhhabi kişi yəmənlinin bizim söhbətlərimizə qulaq asmasını bildikdə çox narahat oldu və o tərəf bu tərəfə vurnuxmağa başladı. Elə bil ki, söhbəti kəsməyə bir bəhanə axtarırdı. Mən isə dayanmadan dedim:–Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
“Əli haqq ilədir və haqq Əli ilə.”
Və yenə buyurmuşdur:
“And olsun o Kəsə ki, canım Onun əlindədir, Əli və onun şiələri (davamçıları) Qiyamət günü nicat tapanlardır.”
Bu iki rəvayət tam aşkar şəkildə dəlalət edir ki, İmam Əli (əleyhissalam)-ın şiələri və ardıcılları nicat əhlidirlər və Əli (əleyhissalam)-ı boşlayıb İslam əhkamını Əhli-Beytdən öyrənməyənlər nicat tapmayacaqlar. Buna görə də Əhli-Beyt (əleyhimussalam)-ın ardınca gedib onların Allah və Peyğəmbər məzhəbi olan məzhəblərini seçmişəm və bu yolun haqq olmasına yəqinim vardır.
Bu yolun aqibəti də nicat, səadət və behişt olacaqdır. Peyğəmbəri Əkrəm də bu yolu nicat axtaranlara zəmanət veribdir. Aydındır ki,
“Peyğəmbər “həvayi-nəfs üzündən söz demir.” Böyük olan Allah Nuhu və onun yoldaşlarını həlakət və qərq olmaqdan nicat verdiyi kimi, Əhli-Beyt və onun ardınca gedənlərə də cəhənnəm odundan və əzabdan nicat verəcəkdir.
İndi soruşacağım sual budur ki, Peyğəmbər, Əhli-Beytin ardınca getməyənlərin nicat tapacağına zəmanət veribmi?
Cavab verdi ki, yox.
Soruşdum ki, sizin məzhəbin düzgün olmasının dəlili nədir? Kim zəmanət verib ki, axirətdə siz nicat tapacaqsınız? Siz, Allah və Onun Rəsulu tərəfindən itaət olunması haqda göstəriş verilməyən bir şəxsə təqlid edib, onun ardınca gedirsiniz. Hətta qeyri-rəsmi şəkildə (Allah və Peyğəmbər) bizi onlara (sizin təqlid etdiklərinizə) itaət etməkdən çəkindirir. Çünki onlar Əhli-Beytdən və onların ardınca gedənlərdən deyildirlər.
Vəhhabi kişi bir az susdu, mən də fikrə dalmış yəmənli kişini sərbəst buraxdım. Görünürdü ki, o, vicdanına müraciət edərək bizim mübahisəmizdə eşitdiyi məsələlər barəsində daha dərindən düşünməyə başlamışdı. Bir neçə dəqiqəliyə kitabxananın bir guşəsində oturub, oradakı kitabları nəzərimdən keçirir, fikirləşirdim ki, sükut o cür şəraitdə yəmənli kişinin ayılması üçün ən yaxşı bir işdir. Vəhhabi kişi bu fürsətdən istifadə edib narahat halda oradakıların heç biri ilə xudahafizləşmədən çölə çıxdı.
Bir anlıq sükutdan sonra yəmənli kişi fikirdən ayrılıb başını qaldırdı. Ona dedim:–İstəyirsənmi bu barədə söhbət edək?
Dedi:–Allaha and olsun istəyirəm. Mən sizinlə görüşməzdən qabaq Peyğəmbər məscidində idim. Allaha and verdim ki, Öz Peyğəmbərinə xatir mənim xeyrimə və məsləhətimə olan şeyləri mənə nəsib eləsin. İndi ki, fürsət ələ düşüb və sizinlə görüşmüşəm, elə bilirəm ki, duam qəbul olub, bəlkə sizin vasitənizlə mən düz yola hidayət olunam. Bu elə bir yoldur ki, əvvəllər ondan qafil olmuşam.
Dedim:–Buyurun, kitabxanadan çölə çıxaq və azad bir guşədə söhbət edək.
Razılaşdı, kitabxanadan çölə çıxıb Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə getdik və xəlvət bir yerdə əyləşdik. Ona dedim:–Zənnimcə, məntiqi bir adamsınız və qarşılıqlı anlaşma ruhiyyəniz var. Həqiqətən Allah-Taala sənə belə bir nemət vermişdir. Vəhhabilərin ümumiyyətlə məntiq və qarşılıqlı anlaşma ruhları yoxdur, əksər hallarda insanla zorakılıqla rəftar edirlər...
İslam məhəbbət və anlaşma dinidir. İcazə verin sizdən soruşum ki, haralısınız?
Dedi:–Mən yəmənliyəm.
Dedim:–İşiniz-gücünüz nədir? Nə işlə məşğul olursunuz?
Dedi:–Məscidin imam-camaatıyam və bir neçə tələbəyə “Səhihi-Müslüm” və “Səhihi-Buxari”dən dərs deyirəm.
Soruşdum:–”Səhihi-Müslüm”də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən bir neçə rəvayət nəql ediblər.
Dedi:–Hansı rəvayət?
Dedim:–Həzrət buyurub:
“Mən sizin aranızda iki böyük şeyi əmanət qoyuram: Allahın kitabı və itrətim, Əhli-Beytim. Məndən sonra nə qədər ki, bu iki şeydən yapışıb onları boşlamayıbsınız, heç vaxt zəlalətə, azğınlığa düşməyəcəksiniz. Bu iki şey Qiyamətdə “Kövsər” hovuzunun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmayacaqlar.”
Cavab verdi ki bəli, bu hədis “Səhihi-Müslüm”də mövcuddur. Əlbəttə, başqa kitablarda da vardır.
Dedim:–İndiyə kimi bu hədis haqqında fikirləşmisənmi?
Bir az fikirləşib dedi:–Qəribədir, bu vaxta qədər mən bu hədis haqda fikirləşməmişəm.
Dedim:–Bu hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) aşkar şəkildə bəyan edib ki, iki şeyi sizin aranızda qoyuram: Qurani Kərimi və özünün pak və məsum itrətini, Əhli-Beytini.
Peyğəmbər bu iki qiymətli əmanəti İslam dininin əhkamının mənşəyi və mənbəyi qərar vermiş və izah etmişdir ki, bu iki şey bir-biri ilə sıx bağlıdır; onlardan təkcə birinə kifayət etmək olmaz. Quran bizi Əhli-Beytdən və Əhli-Beyt bizi Qurandan ehtiyacsız etmir. Quran icmal (yığcam) şəkildə bəyan olunmuşdur. Əhli-Beyt isə həqiqətdə Quran təfsirçiləridir ki, onu geniş şəkildə bəyan edirlər.
Quran Allahın samit (danışmayan), imamlar isə natiq (danışan) kitabıdır.
İndi soruşacağım sual budur ki, sizin (məzhəb) rəhbərləriniz Əhli-Beytdəndirmi?
Cavab verdi:–Doğrusu, yox. Onlar Peyğəmbər Əhli-Beytindən deyildirlər.
Dedim:–Peyğəmbər “Mən sizin aranızda iki şeyi əmanət qoyuram: Quran və sizin məzhəb rəhbərləriniz” deyibdirmi?
Dedi:–Xeyr.
Dedim:–Belə olan halda din əhkamlarını onlardan öyrənməyimiz caizdirmi?
Dedi:–Onlar alim və ziyalı şəxslərdir!
Dedim:–Alimlər və ziyalılar çoxdur. O qədər alimlər var ki! Özü də sizin məzhəb rəhbərlərinizdən çox-çox bilikli və kamallıdırlar. Niyə məzhəblərin sayını siz deyən qədər edək? Niyə dörd məzhəb yerinə yüz, yaxud min məzhəbimiz olmasın?
Dedi:–Məzhəblərimizin bu qədər olmasının xas bir dəlili yoxdur. Bəs çıxış yolu nədir?
Dedim:–Çarəsi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in İslam maarifini (təlimlərini) Əhli-Beytdən əxz etməyin vacib olması haqda buyurduğu sözlərdir.
Dedi:–Dediyin hədisi mən başqa kitablarda da görmüşəm, amma ordakı hədislərdə “itrət” kəlməsi yerinə “sünnət” kəlməsi gətirilmişdir.
Dedim:–Bəli, Əhli-Beyt düşmənləri bu hədisdə şiə məzhəbi, yəni Əhli-Beyt məzhəbinin haqq olmasına dair aydın bir dəlil olduğunu başa düşəndə, bu hədisi dəyişdirib təhrif etməyə əl atdılar. Məqsədləri də bu idi ki, bu hiylə ilə camaatı düzgün İslam xətti olan Əhli-Beyt yolundan uzaqlaşdırsınlar. Elə buna görə də söhbətin əvvəlində dedim ki, “itrət” ifadəsi ilə deyilən hədis “Səhihi-Müslüm”də gəlmişdir.
Dedi:–Bəli.
Dedim:–”Səhihi-Müslüm” qədim sihahdan (yəni, düzgün hesab olunan) və sizin üçün mötəbər sayılan kitabdır.
Dedi:–Bəli, elədir.
Dedim:–Buna əsasən, gərək mötəbər olmayan hədislərə etimad etməyəsən.
Soruşdu:–Siz şiələr din əhkamını kimdən öyrənirsiniz?
Dedim:–Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in pak itrətindən. Allah-Taala onları hər növ günah və aludəliklərdən uzaq saxlamışdır. Bizim məzhəbimizə “Cə”fəri məzhəbi” də deyirlər. Çünki, biz din əhkamlarını imam Cə”fər Sadiq (əleyhissalam) və digər imamlardan (əleyhimussalam) öyrənirik.
Dedi:–Bəs səhabələrin məzhəbi nə olmuşdur?
Dedim:–Əhsən! Çox yaxşı bir sualdır və gərək cavab verilsin. Məgər Əbu Hənifə məzhəbi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından təqribən 150 il sonra vücuda gəlməyibmi?
Dedi:–Bəli, düzdür.
Dedim:–Bəs belə olan surətdə Əbu Hənifədən əvvəl yaşayan müsəlmanların məzhəbləri nə idi? Onların hamısının azmış olduğunu söyləyə bilərikmi? Əgər belədirsə, görəsən onların taleləri necədir? Yerləri behiştdədir, yoxsa cəhənnəmdə əzab içindədirlər? Mən heç də güman eləmirəm ki, onların azğınlıqda olduqlarını deyəsən.
Dedi:–Heç vaxt!
Dedim:–Düzdür, çünki bizim şəkkimiz yoxdur ki, Əbu Hənifədən qabaq müsəlmanlar arasında səhabədən bir qrupu, o cümlədən Əbuzər Qəffari, Salman Farsi, Əmmar ibni Yasir, Xüzeymət ibni Sabit kimi şəxslər var idi ki, şəksiz-şübhəsiz haqq yolda olmuşlar və onların yeri də əbədi behiştdir.
Dedi:–Elədir ki, var.
Dedim:–Səhabənin məzhəbi nə idi?
Dedi:–Onlar Quran və sünnət əsasında əməl edirdilər.
Dedim:–Düzdür, amma bil ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnətini Əhli-Beytdən öyrənmək lazımdır. Bu məsələ tamamilə məntiqidir. Çünki Əhli-Beyt Peyğəmbər sünnətini hamıdan yaxşı bilirdilər. Bundan əlavə Peyğəmbərin özü Əhli-Beytə itaət edib, onların ardınca getməyi əmr etmişdir.
Aydındır ki, hal-hazırda Peyğəmbər sünnətini əlimizə gəlib çatan və etimad oluna bilən rəvayətlərdən öyrənmək olar.
Əhli-Beyt tabeçiləri də öz əhkamlarını onlardan bizə yetişən mötəbər hədislərdən ələ gətirir, onların köməyi ilə Peyğəmbər sünnətinə vaqif olub, əməl edirlər. Buna əsasən, şiə məzhəbi həqiqətdə İslamı öz mənbəyindən ələ gətirməkdir. O,  elə bir sərçeşmədir ki, böyük Peyğəmbərin elm dolu dəryasından başlanğıc götürür.
Dedi:–Mən elə indidən Əhli-Beyti dost tuturam və buna da kifayət etmirəm. İstəyirəm ki, öz din əhkamlarımı onlardan öyrənəm.
İTAƏT, YOXSA BƏNDƏLİK? Cümə axşamı günbatan çağı (bu vaxt qəbirləri ziyarət etmək müstəhəbdir, amma vəhhabilər “Bəqi” qəbiristanlığının qapısını qıfıllamışdılar) Peyğəmbərin əmisi Həzrət Həmzə və “Ühüd” döyüşünün sair şəhidlərinin qəbirlərini ziyarət etməyə getdim. Yolda bir kişi ilə tanış oldum və ondan məşğuliyyəti haqda soruşdum. Dedi:–Məsciddə imam-camaatam.
O da məndən adımı soruşdu. Mən onunla söhbətə başlamaq istəyirdim. Ona görə də dedim:–Mənim adım Əbdül-Hüseyndir. (Bilirdim ki, vəhhabilər bu cür adları haram bilirlər.)
Dedi:–Bu ad haram və şirkdir və...
Sözünü kəsib dedim:–Nə eybi var ki?
Dedi:–Bəndəlik yalnız böyük Allah müqabilində caizdir. Hüseyn özü Allahın bəndələrindən biridir.
Dedim:–Düzdür, ibadət və bəndəlik yalnız Allaha məxsusdur və Allahdan qeyrisinə bəndəlik etmək olmaz. İmam Hüseyn (əleyhissalam) da Allah bəndələrindən biridir. Kim bu məsələni inkar edir ki?!
Dedi:–Əbdül Hüseynin mənası Allah üçün yox, Hüseyn üçün bəndəlikdir.
Dedim:–Yanılırsınız! “Əbd” kəlməsi burada heç də kiməsə pərəstiş, ibadət etmək mənasında deyil. Əksinə burada bu sözdən məqsəd onun müqabilində təvazökarlıq və itaətdir. Necə ki, övlad ata-anasına və ya şagird müəlliminə itaət edir.
Ata-ana və ya müəllim qarşısında təvazökarlıq edib, itaət etmək küfr və şirk deyil!
Buna görə də Əbdür-Rəsul, Əbdüz-Zəhra, Əbdül-Hüseyn və bu qəbildən olan adlar şirk və küfr deyil. Belə adlardan istifadə etməyin şəriət nöqteyi-nəzərindən heç bir maneəsi yoxdur. Çünki “əbd” burada təvazökarlıq və itaət mənasındadır. Əgər siz lüğət kitablarına baxsanız, görərsiniz ki, “əbd”in mənalarından biri müti və itaət edən deməkdir. Buna görə də hər kəs başqa bir kəsə iqtida edərək itaət etsə, onun əbdi olur yəni, onun müqabilində təvazökar olur. Necə ki, hədisdə gəlibdir ki, “Hər kəs başqasının sözünə qulaq assa, onun əbdi olmuşdur.”
Biz Allah, Peyğəmbər və Əhli-Beytin ardıcılları olub onlara itaət edirik və onların qarşısındakı bu mənada bəndə olmaqla da iftixar edirik.
Əslində, onlara itaət etmək elə Allaha itaət etmək deməkdir. Çünki, Allah-Taala buyurur:
 “Ey iman gətirənlər, Allaha, Onun Rəsuluna və (onların tərəfindən olan) hakimlərə itaət edin.” Bu ayədə “ulul-əmr” (hakimlər) sözündən məqsəd Əhli-Beyt (əleyhimussalam)-dır. Çünki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan müxtəlif hədislər bu məsələni sübut edir. Buna görə də belə adlardan istifadə etməyin nə əql, nə də şəriət nöqteyi-nəzərindən eybi yoxdur.
Dedi:–Hansı dəlilə görə?
Dedim:–Quranın dəlilinə görə.
–Quranın dəlilinə görə?-deyə təəccüblə soruşdu.
Dedim:–Bəli, Allah-Taala buyurur:
“Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh qul və kənizlərinizi evləndirin.”
Bu ayədəki “ibadikum” kəlməsi “öz bəndələriniz” mənasında işlənmişdir və dəqiq surətdə “filankəsin bəndəsi” demək kimidir. Bu dəlil, İslama etiqadı olan hər bir kəsə kifayətdir.
İkincisi, əgər belə kəlmələri işlətmək haram olsaydı, şəriət sahibi həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən nəhy olunardı. İfadələrin işlədilməsinin nəyh olunmaması onların caiz olmasına dəlildir.
Buna görə də hər kəs “əbd” kəlməsinin Allahdan başqası üçün işlədilməsini haram bilsə, aşağıdakı ayə onun halına şamil olacaqdır:
“Hər kəs Allahın nazil etdiyi şeylə hökm etməsə, kafirdir.”
Vəhhabi kişi dedi:–Mən bunu qəbul edə bilmərəm!
Dedim:–Sənin qəbul edib-etməməyin çox da mühüm deyil. Əsas məsələ budur ki, biləsən ki, belə ifadələr (adlar) şəriətdə caizdir və sizin belə ifadələrin haram olması barədəki sözünüz şəri əsası olmayan bir hökmdür. Əgər dəlili olsaydı, qeyd edərdiniz. Bu qədər dəlillərdən sonra belə ifadələri qəbul etməməyiniz bu ayənin məzmununu sizə şamil edir: “Kafirlərə fərq eləməz: Qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər.”
Bu ayəni oxuyandan sonra qəzəblənərək özünə bəraət qazandırmaq istədi.
Ona dedim:–Ümidvaram ki, haqqın müqabilində təslim olasan, çünki:
“Haqdan sonra zəlalətdən başqa bir şey varmı?!”
Bu ayələri vəhhabi kişiyə oxuyandan sonra sözümü kəsib uzaqlaşdı. Bu halda dostlarımdan birinin mənə nəql etdiyi bir dastan yadıma düşdü:
Ərəbistanın şərqində sakin olan Əbdüz-Zəhra adlı bir gənc tibb üzrə doktor rütbəsinə qədər öz şəhərində təhsil aldıqdan sonra ixtisaslaşmaq üçün Amerikaya getdi. Bir müddətdən sonra daxili xəstəliklər üzrə mütəxəssis kimi öz ölkəsinə qayıtdı. Xəstələri müayinə və müalicə etmək üçün tibbi müayinə mərkəzi açıb qapının üstünə şüşə lövhədə belə yazdı: “Doktor Əbdüz-Zəhra, daxili xəstəliklər üzrə mütəxəssis”.
Vəhhabilər bu adı görəndə onun əleyhinə hücuma keçib şüşə lövhəni sındırdılar və içəridə olan bütün tibb avadanlıqlarını qarət etdilər, sonra isə həkimə dedilər: “Adını dəyişdirib Əbdu Rəbbiz-Zəhra qoy!” Həkim bu rəftardan çox narahat oldu və ölkədən mühacirət etməyi qərara aldı...
ŞƏFAƏT. Şəfaət dini termində bir hacətin (istəyin) və ya duanın qəbul olunması, xəstənin şəfa tapması və ümumiyyətlə, dünya və ya axirətə aid olan hər hansı bir hacətin qəbul olunması üçün adamın özü ilə Allah arasında bir kəsin vasitəçi olması deməkdir.
Başqa sözlə, şəfaət peyğəmbərlər, imamlar və övliyaların vasitəsi ilə Allahla əlaqə yaramaqdır. Bu şəfaət ənbiya və övliya üçün (həm dünya, həm də axirətdə) isbat olunmuş bir məsələdir. Bunun dəlili də Quran ayələri və bu barədə çatan yüzlərlə rəvayətdir. Səhabə dövründən indiyə qədər müsəlmanların siyrəsi (yolu) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-i və məsum imamları (əleyhimussalam) öz hacətlərinin rəva olması üçün şəfaətçi gətirmələri olubdur. Rəvayətdə var ki, Bəni Abbas xəlifələrindən biri olan Mənsur Dəvaniqi malikilərin imamı Malik ibni Ənəsi Peyğəmbər məscidində görüb soruşur: “Üzümü qibləyə tutub dua edim, yoxsa Peyğəmbərə tərəf?” Malik ibni Ənəs cavab verir: “Üzünü niyə Peyğəmbərdən döndərəsən? Halbuki, o sənin, hətta həzrət Adəmin Allahla əlaqə yaratma vasitəsidir. Elə isə üzünü ona tərəf döndər və duan qəbul olsun deyə, onu vasitəçi və şəfaətçi qərar ver.”
Allah-Taala buyurur:
“Əgər münafiqlər özlərinə sitəm (zülm) etdikləri vaxt sənin yanına gəlib və (öz əməllərindən) Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv diləsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”
Bu, müsəlmanların siyrəsi və ən”ənəsi idi. Amma vəhhabilərin bu barədə müsəlmanlarla ixtilafları vardır. Allahın halal buyurduqlarını haram, haram buyurduqlarını isə halal bilirlər. Quranın xilafına olaraq şəfaəti qəbul etmirlər, üstəlik hər kəs Peyğəmbəri, yaxud imamları şəfaətçi tutsa, onu müşrik, kafir və zındıq adlandırırlar. Onlar şəfaətin guya haram olması haqda dəlil kətirib deyirlər ki, şəfaət bir insanın başqası qarşısında bir növ bəndəçiliyidir. Onlar bilmirlər ki, (və ya özlərini bilməməzliyə vururlar) şəfaət heç də Peyğəmbər (s)-ə və imamlara (əleyhimussalam) sitayiş etmək mənasına deyil. Müsəlmanlar tək və misilsiz olan Allaha inanırlar. Onların etiqadları budur ki, Peyğəmbər, Əhli-Beyt və övliyaların Allah yanında böyük, uca məqamları,  dərəcələri var. Ona görə də onları Allah ilə özləri arasında şəfaətçi, vasitəçi qərar verirlər. Görəsən, bu iş Peyğəmbərə və ya məsum imamlara sitayiş mənasınadırmı?! Bunun harası bu şəfaətçiləri Allah fərz etməkdir? Əgər bir nəfər “nə üçün insan vasitəçi olmadan Allah dərgahına üz gətirməsin?”-deyə soruşsa, cavabda deyilməlidir ki, vasitəçi olmadan əlaqə yaratmağın heç bir maneəsi yoxdur. Amma əgər şərafətli bir adamı şəfaətçi etsək, bu iş duanın qəbul olunmasına bir zəmanət olar. Çünki, insanın etdiyi günah və xətalar bais olubdur ki, Allah yanında olan məqam və dərəcəsi aradan getsin, ilahi əzaba, qəzəbə layiq olsun. Bu günahlar insanı Allahdan uzaqlaşdırır, bir pərdə kimi insanla Allah arasındakı rabitəni kəsir və duanın qəbul olunmamasına səbəb olur. Amma Peyğəmbər və məsum imamlar (əleyhimussalam) ismətli olduqlarınadan, günaha mürtəkib olmurlar. Buna əsasən, Allah yanında böyük məqama malikdirlər və əgər vasitə olsalar, onların şəfaətləri hökmən qəbul olunacaqdır.
İnsan onları özü ilə Allah arasında şəfaətçi qərar verdikdə, həqiqətdə Allahdan istəyir ki, onların Allah yanında olan hörmətlərinə xatir ona rəhm edib, ondan razı olsun. Elə buna görə də Allah-Taala insanları Peyğəmbəri şəfaətçi gətirməyə, ona təvəssül etməyə çağırır. Bu mətləb həm Peyğəmbərin həyatı dövründə, həm də o mübarək vücudun vəfatından sonrakı dövrlərdə doğrudur. Yuxarıda qeyd olunan ayədə (“Nisa” surəsi, 64) əgər Peyğəmbərin şəfaəti olmadan Allaha üz gətirmək kafi olsaydı, onda nə üçün Allah-Taala:
“Peyğəmbər onlar üçün bağışlanmaq istəsin”-deyə buyurur?
Bu qeyd göstərir ki, Allaha üz gətirmək və Onunla əlaqə yaratmaq Allah yanında şərafətli, yüksək məqam sahibi olan bir şəxsin vasitəçiliyi ilə olarsa, daha layiqlidir. İstər bu vasitəçilər məsum imamlar olsun, istərsə də Peyğəmbər və ya Allahın sair saleh bəndələrindən biri.
Qeyd etmək istəyirəm ki, bir müddət bundan əvvəl bir kitabda gördüm ki, vəhhabi muzdurlarından biri öz batil etiqadalarını müdafiə edərək belə yazıb: “təvəssül, şəfaət və qəbir üzərində məqbərə, bina düzəltmək nəhayətdə bəndəçiliyə və şirkə aparıb çıxarır və bu, zatən Allahdan qeyrisinə ibadət etmək sayılır.”
Həqiqətdə bu muzdur yazıçı özü də bilmədən vəhhabilərin etiqadlarının düzgün olmadığını etiraf etmiş və onu islah etməyə çalışmışdır. Ona görə də deyir ki, təvəssül, şəfaət və qəbir üzərində məqbərə tikmək əslində başqa insanlara ibadət etmək deyil; amma axırda ibadət və pərəstişə gətirib çıxarır.
Maraqlıdır ki, o, vəhhabilərin “bu iş öz-özlüyündə başqa insanlara ibadət etmək sayılır və şirkdir” deməklə buraxdıqları səhvi düzəltmək istəmiş, lakin başqa bir səhvə yol vermişdir. Başqa sözlə desək, bir batil işi ört-basdır etmək üçün başqa bir batil işə əl atmışdır.
Bildiyimiz kimi, müsəlmanlar əziz Peyğəmbərə, Əhli-Beytə və ilahi, saleh övliyalara təvəssül etmiş, onları şəfaətçi və vasitəçi gətirmişlər. Və bu əməl də heç vaxt şirkə, Allahdan qeyrisinə sitayiş olunmasına gətirib çıxarmamışdır.
Qurani Kərim insanları Peyğəmbəri həm onun həyatı dövründə, həm də vəfatından sonrakı dövrdə şəfaətçi gətirməyə dəvət edir. Bunun dəlili olan ayəni yuxarıda qeyd etdik. Üstəlik, tarixçilər yazırlar ki, səhabələr Peyğəmbəri həm həyatında, həm də vəfatından sonra şəfaətçi gətirərdilər. Quran hətta bir möminin başqa bir möminə şəfaət etməsini aşkar şəkildə bəyan etmişdir. Allah-Taala buyurur:
“Hər kəs yaxşı bir işə vasitə olsa (şəfaət etsə), özü də ondan bəhrələnəcəkdir.”
Bu ayədən aydın olur ki, nəinki peyğəmbərlərin və məsum imamların, hətta bir möminin öz din qardaşına şəfaət etməsi caizdir.
Bu qədər dəlildən sonra, görəsən niyə vəhhabilər şəfaəti haram hesab edirlər?
Cavabda deyilməlidir ki, vəhhabilər tərəfindən şəfaətin haram hesab edilməsinin dəlilləri, kitabın əvvəlində qeyd etdiyimiz kimi, Məhəmməd ibni Əbdül Vəhhabın nəzəriyyəsidir. O, ingilis casusu Mister Hemferlə olan görüşlərində bir sıra razılaşmalar əldə etmişdir. O cümlədən Peyğəmbərin əzəmətli şəxsiyyətini zəiflətmək, onun simasını çirkin cilvələndirmək, camaatı o həzrətdən uzaqlaşdırmaq və s. məqsədlərlə bu işə əl atmışlar. Bu çirkin planlar ingilis casusunun köməyi və Məhəmməd ibni Əbdül Vəhhabın vasitəsi ilə yerinə yetirilməli idi.
Bəli, vəhhabilər tərəfindən şəfaətin haram olmasının dəlili, yalnız Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hörmətini sındırmaqdır!
Bu deyilənlər Peyğəmbər məscidində müşahidə etdiyim macəralar üçün bir müqəddimə idi. O məsciddə başçıları bir alim olan Misir hacıları və ziyarətçilərindən bir qrupu zərihin ətrafında dövrə vurmuş və ağlar halda deyirdilər: “Ya Rəsuləllah, şəfaət! Ya Rəsuləllah şəfaət!”
Bu halda vəhhabi alimlərindən biri onları gördü. Rəsulullahı şəfaətçi gətirdiklərinə görə, qəzəbli halda onları dağıtdı və dedi:–Peyğəmbərlər və övliya şəfaət edə bilməzlər! Onları şəfaətçi gətirmək şirk və küfrdür!
Misirli alim cavab verdi:–Quranda oxumamısan ki: “Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də (Allah yanında şəfaətçi olub) onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”
Vəhhabi kişi dedi:–Peyğəmbərlərin şəfaət etməyə haqları yoxdur!
Misirli alim cavabında dedi:–Quranda həzrət Yəqubun övladlarının dastanını oxumamısan? Onlar atalarına dedilər:
“Ey ata, bizim günahlarımız üçün bağışlanmaq (əfv) dilə; biz xəta etmişik.” (Həzrət Yəqub cavablarında) dedi: “Rəbbimdən tezliklə sizin üçün bağışlanmaq diləyəcəyəm. Həqiqətən O, bağışlayan və mehribandır.”
Bu ayə, peyğəmbərlər tərəfindən şəfaətin bu dünyada caiz olmasına dəlalət etmirmi?
Vəhhabi kişi qəzəblə qışqırdı:–Dedim ki, peyğəmbərlərin şəfaət haqqı yoxdur, bəsdir!
Misirli kişi dedi:–Sənin hökm etdiyin şey Allahın nazil etdiyi hökm deyildir. Allah heç vaxt belə bir şey buyurmayıb...
Nəhayət, bu məsələ misirli hacılarla o vəhhabi kişinin tutaqlaşmasına gətirib çıxartdı. Nəticdə hər iki tərəfdən çoxlu adam yaralandı.
FATMEYİ-ZƏHRA ŞƏHİD OLUBDURMU? “Bəqi” qəbiristanlığına daxil oludum, Fatimeyi Zəhra (əleyha salam)-ın qəbri olmasına ehtimal verdiyim bir qəbrin yanında durub, səmimi qəlb və ürək yanğısı ilə məsum imamlardan gəlib çatan ziyarətnamələrdən birini oxumağa başladım. Deyilməlidir ki, Fatimə (əleyha salam)-ın qəbri bu günə kimi naməlum qalıb və onun barəsində bir neçə ehtimal vardır:
1-Ola bilsin ki, “Bəqi”dədir;
2-Ola bilsin ki, Peyğəmbərin qəbri ilə minbəri arasındadır;
3-Ola bilsin ki, “Beytül-Əhzan”dadır.
4-Mümkündür ki, başqa yerdə olsun.
Bilmək lazımdır ki, həzrət Zəhra (əleyha salam)-ın qəbrinin yerinin dəqiq surətdə məlum olmamasının səbəbləri barəsində çoxlu sual meydana çıxır. O cümlədən, görəsən bu məsələ təsadüfi bir məsələdir, yoxsa bir hədəfi və hikməti vardır?
Şübhəsiz, o xanımın qəbrinin yerinin naməlum qalması heç cür təsadüfi ola bilməz; əksinə, müəyyən bir hədəf üçün gizli qalmışdır. Səbəbi də budur: Həzrət Fatimə (əleyha salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra (hakimiyyət məsələsində) yaranmış vəziyyətdən narahat olmuşdu. O, Peyğəmbərdən nəql olunan onlarla rəvayət əsasında xilafətin Əli (əleyhissalam)-a məxsus olduğunu bilirdi. Buna görə də atasının vəfatından sonra onun başına çox müsibətlər gətirdilər. Buna görə də o xanım vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və dəfn mərasimində iştirak etmək üçün müxaliflərə xəbər verməsinlər, qəbrin yerini də məxfi saxlasınlar.
Həqiqətdə həzrət Fatimə istəmirdi ki, müxaliflər dəfn mərasimindən sui-istifadə edib, öz hakimiyyətlərinə bir bəhanə gətirsinlər. Başqa sözlə, Fatimeyi Zəhra (əleyha salam) həyatı boyu mübarizə və qiyam mənşəyi olduğu kimi, istəyirdi ki, ölümü də hakimlərə qarşı bir növ etiraz əlaməti kimi cilvələnsin. Elə həmin səbəbə görə Əli (əleyhissalam)-a vəsiyyət etmişdi ki, onu gecə dəfn etsin və başqalarını dəfn mərasiminə dəvət etməsin. İmam da onun vəsiyyətinə əməl edib, qəbrini gizli saxladı. Buna görə də bu qəbrin yeri indiyə kimi naməlum qalmışdır. Əlbəttə, vəhhabilər iddia edirlər ki, o həzrətin qəbri “Bəqi”dədir. Bu barədə əlavə məlumat almaq üçün Fatimə (əleyhissalam)-ın həyatı ilə əlaqədar kitablara, o cümlədən İbahim Əmininin “Fatmeyi-Zəhra” kitabına müraciət edə bilərsiniz.
Nə isə, Fatimə (əleyhissalam)-ın qəbrini ziyarət etməklə məşğul idim ki, üzündə əzəmət və vüqar əlaməti olan yaşlı bir kişi (sonradan məlum oldu ki, Sudan alimlərindəndir və vəhhabilərin zəhərli təbliğatları ona təsir etmişdir) mənə yaxınlaşıb kobud səslə dedi:–Fatimeyi Zəhra haradadır? Daha bu xurafat nəyə lazımdır?! O, min ildən çoxdur ki, ölmüşdür, sən isə indi onu çağırırsan?! Dəli olmusanmı?!
Belə bir kobud rəftardan çox narahat oldum, amma bilirdim ki, o şeyxin günahı yoxdur, həqiqətdə vəhhabilərin zəhərli təbliğatları onu da aldatmışdır.
Cavabında ona salam verib, Allahın buyurduğu
“Yaxşı sözlərə üz gətirin” kəlamını zikr elədim. O kişi sakitləşdi, xəcalətli halda salamın cavabını alıb dedi:–Bağışlayın, mənim bəyan tərzim səhv oldu. Mən gördüm ki, elə bir şey deyirsiniz ki, caiz deyil, buna görə də kobud cavab verdim.
Dedim:–Mühüm deyil... İndiyə kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in həyat tarixini oxumusanmı?
Dedi:–Bəli, belə bir iftixara nail olmuşam.
Dedim:–Afərin! Bilirsənmi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) “Bədr” döyüşündə öldürülən kafirlərin cəsədlərini bir quyuya tökməyi əmr etmişdi?
Dedi:–Bəli, məlum olur ki, siz təhsilli və fazil bir şəxssiniz.
Dedim:–Bilirsənmi ki, həzrət o quyunun kənarında durub ölülərə xitabən nə demişdi?
Şeyx əlini ağarmış saqqalına çəkib fikrə daldı. Elə bil ki, zehnində olanları yadına salmaq istəyirdi. Bir qədər sükutdan sonra dedi:–Bəli, həzrət bu barədə bir şey deyib, amma nə dediyi dəqiq yadımda deyil.
Dedim:-Mən bilirəm... Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) kafirlərin cəsədləri quyuya atıldıqdan sonra onlara xitabən dedi:
 “Rəsulullah üçün necə də pis qonşular idiniz! Onu öz ev-eşiyindən didərgin salıb, əleyhinə qalxdınız, onunla döyüşə çıxdınız, həqiqətən Rəbbimin mənə verdiyi vədənin haqq olduğuna yəqin etdim.” Ömər dedi: “Bir söz eşitməyən cəsədlərlə necə danışırsan?” Peyğəmbər buyurdu: “Ey Xəttabın oğlu, Allaha and olsun, sən heç də onlardan yaxşı eştmirsən!” Ey şeyx, diqqət elədinmi?
Dedi:–Bəli. Sizin gözəl hafizəniz var. Çünki Peyğəmbərin sözlərini eynilə, olduğu kimi nəql edirsiniz.
Dedim:–Bu, ölülərin bizim sözlərimizi eşitmələrinə bir dəlil deyilmi?
Dedi:–Bəli.
Dedim:–Kafir ölüləri belə olanda, onda Peyğəmbərin gözünün işığı olan Fatimeyi-Zəhra barəsində nə deyirsən? Mümkün deyilmi ki, ona salam verən, yaxud ziyarət edən bir şəxsin səsini eşitsin?
Dedi:–İnan ki, indiyə qədər belə sözlər eşitməmişdim.
Sonra məni bağrına basıb üzümdən öpdü və dedi:–Qardaşım, bilmədiyim bir məsələni çox asanlıqla mənə başa saldın.
Dedim:–Həzrət Fatimə (əleyha salam)-ın qəbrini ziyarət etməyin düzgün bir məsələ olmasına başqa bir dəlil də vardır.
Həyəcanla soruşdu:–Hansı dəlil?
Dedim:–Allah-Taala buyurur:
“Allah yolunda öldürülənlərə “ölü” deməyin. Onlar diridirlər, lakin siz dərk etmirsiniz.”
(“Ali-İmran” surəsinin 169-cu ayəsi də həmin mənanı təkidləndirir. Bundan əlavə, onda həqiqi həyatın xüsusiyyətləri bəyan olunmuşdur.)
Heyrətlə dedi:–Bu ayənin Fatimeyi-Zəhraya nə dəxli var? Ayə şəhidlər barəsindədir!
Dedim:–Bəli, Fatimeyi-Zəhra (əleyha salam) vilayət və imamət yolunun ilk şəhididir.
Əlimdən tutub son dərəcə təəccüblə dedi:–Məgər Fatimeyi-Zəhra şəhid olubdurmu? Mən bunu ömrüm boyu eşitməmişəm!
Dedim:–Bəli... indiyə kimi eşitmədiklərin eşitdiklərindən qat-qat çoxdur. Çünki qəsbkar dövlətlər və onların hiyləgərlik siyasətləri bu həqiqətin yayılmasına mane olmuşdur. Sizin əlinizdə olan tarix naqis və təhrif olunmuş bir tarixdir. İslamın bir çox hadisə və məsələləri sizin üçün tanınmaz və naməlum qalmışdır.
Dedi:–Nə danışırsan?!
Dedim:–Əgər bu həqiqətlərdən agah olmaq istəyirsənsə, tələsmə, sənin üçün aydınlaşdıraram.
Dedi:–Allaha and olsun, mən həqiqəti axtarıram!
Dedim:–Onda bil ki, Fatimeyi-Zəhra (əleyha salam) şəhid olmuşdur.
Dedi:–Kim cür”ət edib onu öldürmüşdür? Məgər o, Peyğəmbərin qızı deyildirmi?!
Dedim:–Bəli, o, Allah Rəsulunun qızı idi və Peyğəmbərin yanında böyük və ali məqam sahibi idi. Buna baxmayaraq, onu öldürdülər.
Söz bura çatanda gözləri yaşla doldu, ağlaya-ağlaya dedi:–Onu nə üçün öldürdülər? Sən Allah, mənə de, axı niyə?
Dedim:–Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra Həzrət Əli (əleyhissalam)-ın canişin və xilafətinə təkid edir və onun vilayətini müdafiə edirdi. O, bu barədə camaatı ayıltmağı özünə bir vəzifə hesab edirdi. O, Həzrət Əli (əleyhissalam) ilə birlikdə ənsarın evlərinə gedib “Qədir-Xum” hadisəsini və Əli (əleyhissalam)-ın Peyğəmbərin canişini kimi təqdim olunduğu digər əhvalatları onlara xatırladırdı. Bu səbəbə görə onun qarşısında çoxlu çətinliklər və təzyiqlər yaratdılar, “Fədək”-i ondan aldılar. Həzrət Zəhra (əleyha salam)-ın  (Peyğəmbərin vəfatından sonra) gördüyü ən böyük müsibət, İslam ümmətində icad olunan bu böyük əyinti (əyrilik) idi.
O, Peyğəmbərin sadə yaşayış tərzinin necə yaddan çıxarıldığını yaxşıca görürdü. Elə bil görmüşdü ki, əgər bu işlər belə davam edərsə, gələcəkdə İslamı müdafiə etmək bir günah sayılacaq, əbuzərlər sürgün olunacaq, dünya malına hərislik, ayrı-seçkilik, cahiliyyət adət-ən”ənələri yenidən canlanacaq, əbu süfyanlar yenidən diriləcək, müaviyələr hakim olacaq. Əli (əleyhissalam), Əbuzər, Əmmar, Salman, Bilal və s. hakimiyyətdən uzaqlaşdırılıb yezidlər və müaviyələr hakim olacaq.
Onun məqsədi bu əyriliklərin kökünü kəsmək idi. Elə onun Əli (əleyhissalam)-ı müdafiə etməsi də bu niyyətlə idi. Buna görə də İslamı müdafiə etmək üçün yorulmaz mübarizələrini başlamışdı.
Mübarizə əzab-əziyyətsiz mümkün deyil, buna görə də bu yolda o həzrət üçün çoxlu müsibətlər və giriftarçılıqlar icad etdilər. Bu müsibətlər də axırda onun şəhid olmasına gətirib çıxartdı...
Beləliklə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra Fatimə (əleyha salam)-ın başına gətirilən müsibətlərin bir qismini o şeyx üçün aydınlaşdırdım. O, bu sözlərdən çox kədərləndi və yanaqlarından göz yaşı axmağa başladı. Sonra dedi:–And olsun Allaha, səndən eşitdiklərim mənim üçün çox gözlənilməz idi.
Dedim:–Bəli, sən və bu həqiqəti eşidən hər kəs üçün gözlənilməzdir.
Dedi:–And olsun Allaha, inan ki, söhbətimiz əsnasında sənin tarixi hadisələrə agah olduğuna yəqin etməsəydim, şəksiz sözlərini rədd edəcəkdim.
Gülümsəyib dedim:–Aram ol, həqiqəti bilmək istəyirsən?
Dedi:–Bəli, istəyirəm!
Dedim:–Onda kor-koranə, yersiz təəssübdən əl çək və həvayi-nəfsə tabe olma!
Dedi:–Söylədiklərinin düz olmasını haradan bilim?
Dedim:–Dediklərimin hamısı müxtəlif mənbələrdə və kitablarda mövcuddur.
Dedi:–Bunları hansı kitabdan nəql edirsən?
Dedim:–Kitab çoxdur... Amma indi onlara əlim çatmaz.
Dedi:–Mədineyi-münəvvərədə çoxlu kitabxana və kitab dükanları var. Lazım olan kitabları tapa bilərik.
Dedim:–Əlbəttə, bir şərtlə!
Dedi:–Hansı şərt?
Dedim:–Həqiqət sənin üçün aydınlaşandan sonra onu qəbul edib müxalifət də etməyəsən.
Dedi:–Eybi yoxdur, söz verirəm ki, bu şərtə əməl edəm.
Dedim:–Allahı bu dediklərinə şahid tutursanmı?
Dedi:–Bəli.
Bu vaxt “Bəqi”dən xaric olduq. Allahdan istəyirdim ki, lazım olan kitabı tapmaqda mənə kömək etsin. Gəzə-gəzə gəlib bir kitab dükanına yetişdik.
Tez o dükana girdim və üçüncü hicri əsrinin alimlərindən və böyük sünnü tarixçilərindən olan İbni Qüteybə Dinəvərinin “Əl-imamətü vəs-siyasət” kitabını soruşdum. Xoşbəxtlikdən orada həmin kitab var idi. Sevincək halda onu aldım və birinci cildinin 19-cu səhifəsindəki yazıları şeyxə göstərdim: “Əbu-Bəkr bey”ətdən boyun qaçırıb Əlinin (kərrəməllah vəchəh) evində toplaşanlardan bey”ət almaq üçün Öməri göndərdi. Ömər Əlinin evinə gəldi və oradakıları bey”ətə dəvət etdi, amma onlar evdən çıxmadılar...”
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in rehlətindən sonra baş verən hadisələri o kitabdan şeyx üçün oxudum, sonra kitabı ona verdim ki, qalanını da özü oxusun. Ona dedim:–Gərək biləsən ki, bu kitabın müəllifi bu faciənin yalnız kiçik bir qismini bəyan etmiş, öz qərəzli fikrinə görə bu acı həqiqətin incəliklərinin hamısını yazmamışdır.
Dedi:–Hansı incəlikləri?
Dedim:–Onları burada (küçədə) açıb şərh etməyə fürsət yoxdur. Amma bil ki, Həzrət Zəhra (əleyha salam) bu müsibət və hadisələrin təsiri nəticəsində yatağa düşüb 18 yaşında ikən dünya ilə vidalaşdı! Beləliklə də Fatimeyi Zəhra (əleyha salam) imamət yolunun ilk şəhidi sayılır.
Şeyx o həzrətin başına gətirilən müsibətləri eşidəndə qüssələnib narahat oldu. Hiss olunurdu ki, onda qəlbən bir dəyişiklik yaranmış və öz nadürüst fikirlərində şəkkə düşmüşdür.
Ona dedim:–Ey şeyx, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra baş vermiş acı hadisələr doğrudan da qəmli hadisələrdir və hər bir müsəlmanın qəlbini ağrıdır.
İslama yenicə üz gətirən müsəlmanların bəziləri İslam təlimlərini lazımınca öyrənə bilmədilər. Çünki fürsət axtaranların əllərinə yaxşı şərait düşmüşdü. Belə ki, “Ühüd”, “Bədr”, “Xəndək” və s. müharibələrində İslama qarşı çıxan və ağır məğlubiyyətlərdən sonra çarəsizlikdən İslama təslim olan ə”yan-əşraflar yarım əsrdən sonra yenidən böyük İslam imperatorluğuna hakim oldular.
Onlar hətta Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in övladlarını Kərbəlada nahaq yerə öldürdülər, arvad-uşaqlarını əsir etdilər... Hər bir şəhərdə və ya kənddə Əli (əleyhissalam)-ın dostlarını tutub qaranlıq zindanlarda şəhadətə yetirirdilər. Özü də bu işlərin hamısını “İslam” adı ilə görürdülər!
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra qarşıya çıxan məsələlər Əhli-Beyt (əleyhimussalam)-ın öz qanuni haqlarından məhrum olmalarına səbəb oldu. Bu cəhətdən müsəlmanlara ağır xəsarətlər dəydi.
Ey şeyx, indi ki, haqq sənin üçün aydınlaşdı, məbada onu atıb batili tutasan! Həvayi-nəfsin ardınca getmə! Və əvvəldəki şərtimizi unutma!
Bu barədə Allah-Taala buyurur:
“Möminlər o kəslərdir ki, öz əmanətlərinə və əhd-peymanlarına riayət edərlər.”
Beləliklə, onu öz müqəddəratını təyin etməkdə azad buraxdım. Nəhayət, Allah-Taala onu hidayət etdi, gözü haqq nuru ilə işıqlandı və həqiqətin, Allah-Taalanın paklığa çıxartdığı imamların ardınca getdi. Bu, dəlil-sübut ilə mübahisəyə girişən, məntiqi sözü qəbul edən və onun əsasında əməl edən hər bir düşüncəli insanın xüsusiyyətidir.
Bu üslub İslamın istifadə etdiyi və onunla haqqa dəvət etdiyi bir üslubdur.
İslam dəlil, sübut və məntiqi dindir... İnsanları onunla Haqqa dəvət etmiş, təfəkkür etməyə çağırmış və onları hər cür təəssübdən çəkindirmişdir. Qurani-Kərimdə bu insaniyyət üslubu aşkar şəkildə görünür:
“Asimanların və yerin yaradılışında, gecə-gündüzün dolanmasında əql sahibləri üçün (ilahi) nişanələr vardır.”
Bu ayədə qeyd olunan “əql sahibləri” o kəslərdir ki, dəlil və sübut (yəni asimanların və yerin yaradılışında və gecə-gündüzün gəlib-getməsində təfəkkür etmək) yolu ilə Allaha iman gətirirlər.
Müşrik və inadkarların barəsində isə buyurur:
“Axirəti inkar etdilər, hansı ki, özlərinin ona yəqinləri var idi”.
Bu ayə göstərir ki, təəssübkeşlər və inadkarlar həvayi-nəfsin (nəfsani istəklərin) ardınca gedərək dəlil, əql və vicdan ilə müxalifət edirlər.
Buna görə də, ey qardaş, gərək İslamın dəvət etdiyi üsluba tabe olub çəkindirdiyi şeylərdən uzaq olasan.
VƏHHABİLƏRİN ƏLİ İLƏ İSLAMİ ƏSƏRLƏRİN DAĞIDILMASI. Hal-hazırda dünyanın hər yerində keçmiş nəsillərdən irs qalmış tarixi abidə və əsərlərlə fəxr edilir, onları qoruyub-saxlamağa həddindən artıq səy göstərilir və onları təmir edib düzəltmək üçün külli miqdarda pul sərf edilir.
Dünya ölkələri arasında belə bir qanun var ki, xaricdən gələn müxtəlif hey”ətlərə və qonaqlara öz tarixi abidələrini göstərsinlər. Amma qəsbkar vəhhabi dövləti İslamın tarixi əsər və abidələrini bir-birinin ardınca və tamamilə məhv edir ki, gələcəkdə onlardan heç bir əsər-əlamət qalmasın. Bu, vəhhabilərin İslama və bütün müsəlmanlara qarşı törətdikləri böyük bir cinayətdir. Çünki bu tarixi abidələr heç kimin şəxsi əmlakı deyil və bütün müsəlmanlara məxsusdur; tarix boyu müsəlmanların iftixarı sayılmış, indi də sayılmaqdadır. “İslam dövləti” iddiasını irəli sürən ölkələr də vəhhabilərin bu kinli hərəkətləri qarşısında tam sükut edərək məs”uliyyətsiz bir mövqe seçmiş və onlara qarşı heç bir reaksiya göstərməmişlər.
Əlbəttə, onların belə bir mövqe seçmələri heç də təəccüblü deyil. Çünki bu hökumətlərin vəhhabilərlə müştərək bir xüsusiyyətləri vardır: onlar Amerika, İngiltərə və ya bu kimi istismarçı dövlətlərin əlaltılarıdır.
İndi görək, İslam iddiaçısı olan dövlətlərin bu üç dövlətdən asılı olmalarında şəkk yeri vardırmı?
Şübhəsiz, hamı bilir ki, bu dövlətlərin başçıları əcnəbilərin əlaltılarıdır və onların (əcnəbilərin) səfirlikləri tərəfindən verilən göstərişlərə uyğun olaraq əməl edirlər.
Bunları nəzərə alaraq bu dövlətlərin vəhhabilərin cinayətlərinə qarşı bir reaksiya göstərəcəklərini gözləmək olarmı?
Vəhhabilərin məhv etdikləri bu tarixi əsərlər iki dəstəyə bölünür: birinci dəstədən vəhhabilərin səylərinin əksinə olaraq müəyyən əsər-əlamət qalmışdır. İkinci dəstədən isə heç bir əsər-əlamət qalmamışdır.
Birinci dəstəyə aşağıdakılar daxildir:
Mədineyi-münəvvərədəki “Bəqi” qəbiristanlığı; o, 1342-ci hicri qəməri ilində vəhhabilərin təcavüzünə məruz qalmış, oradakı tarixi abidələr, o cümlədən İmamların və digər ilahi övliyaların qəbirlərinin zərihləri, minarə və günbəzləri məhv edilmişdir.
Məkkeyi-Mükərrəmədə olan “Qüreyş” qəbiristanlığı (“Cənnətül-müəlla”); bu qəbiristanlıqda İslami şəxsiyyətlərdən bir qrupu dəfn edilmişdir ki, İslamın inkişaf edib yayılmasında əllərindən gələni əsirgəməmişlər. Onların bəzilərinin adlarını qeyd edirik:
1. Peyğəmbərin babası Əbdül-Müttəlib ibni Haşim. Bu böyük şəxsiyyətin Peyğəmbərə etdiyi xidmətlər hamıya bəllidir.
2. İslam qəhrəmanı Əli (əleyhissalam)-ın atası Əbu-Talib. O, İslam Peyğəmbərinin zəhmətkeşi və hamisi idi, bütün qüvvəsini İslamı və İslam Peyğəmbərini müdafiə etməyə və müşriklərlə mübarizəyə sərf etdi. Hətta Peyğəmbər onun barəsində buyurmuşdu: “Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün oldu.”
Amma vəhhabilər bu böyük şəxsiyyəti azğınlıq və küfrlə müttəhim edirlər, özü də bu iddiaya heç bir dəlilləri yoxdur. Belə bir ittiham yalnız Əbu Talibə və onun oğlu Əli (əleyhissalam)-a qarşı olan kin və düşmənçilikdən irəli gəlir. Hansı ki, Əbu Talib özünün Allaha və Peyğəmbərə olan imanını müxtəlif münasibətlərlə təşkil olunan məclislərdə aşkar etmişdir. O cümlədən bir şerdə deyir:
 “Mən yəqin etdim ki, həqiqətən Mühəmmədin dini aləmdəki dinlərin ən yaxşısıdır.”
İndi görək Əbu Talibə qarşı küfr nisbəti vermək olarmı?
Bu böyük şəxsiyyəti küfr və inhiraf ilə müttəhim edənlər bilməlidirlər ki, Qiyamət günü Allah qarşısında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in, Əli (əleyhissalam)-ın və Əbu Talibin düşmənlərindən sayılacaq, xar və zəlil olacaqlar.
(Əlavə məlumat almaq üçün Əbdüllah Xüneyzinin yazdığı “Qüreyş mömini Əbu Talib” kitabına müraciət edə bilərsiniz.)
3. Peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüvəylid. O, bütün sərvətini İslamın inkişafı və təbliği yolunda bəxş etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun barəsində buyurur: “Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün olmuşdur.”
4. Peyğəmbərin oğlu Əbdüllah.
5. Peyğəmbərin oğlu Qasim.
Keçmiş dövrlərdə bu qəbirlərin hamısının məqbərəsi, günbəzi var idi və müsəlmanlar onları ziyarət edərdilər. Amma vəhhabilər Hicaza hakim olduqdan sonra, bu məqbərələrin bütün qiymətli çilçıraqlarını, cəvahiratını qarət edib, sonra onu torpaq komasına döndərmişlər.
Bu deyilənlər birinci dəstəyə aid olan məhv edilmiş tarixi abidələr idi. Amma tamamilə məhv edilən və heç bir əsər-əlaməti qalmayan tarixi abidələr aşağıdakılardır:
1. Peyğəmbərin əziz atası Əbdüllah ibni Əbdül Müttəlibin qəbri (Mədineyi-Münəvvərədə).
Vəhhabilər o qəbri məhv edib sonra oradan piyada və maşın yolları salmışlar.
Bu əməllə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in atasına qarşı böyük bir hörmətsizlik və əhanət (təhqir) rəva görmüşlər. Görəsən, bu qəbri olduğu kimi saxlasaydılar, onlara nə ziyanı olacaqdı?
Şübhəsiz, bu işlərin hamısı Məhəmməd ibni Əbdül-Vəhhab ilə ingilis casusu Hemferin razılaşmaları əsasında baş vermişdir.
Onlar qərara almışdılar ki, Peyğəmbərin heysiyyətinə və etibarına ləkə yaxmaq üçün heç nəyi əsirgəməsinlər. Vəhhabilər bununla da kifayətlənməyib həyasızcasına Peyğəmbərin əziz atasını küfr və yoldan azmaqla müttəhim edirlər. Amma Əhli-Beyt (əleyhimussalam)-dan gəlib çatan hədislərdə Əbdül Müttəlibin, Əbu Talibin və Əbdüllahın imanlı olması təkid olunmuşdur.
2. Xeybər qapısı. Xeybər, Mədinə şəhərinin 95 kilometrliyində yerləşən bir məntəqənin adıdır. Qədimdə bu məntəqədə çoxlu möhkəm qalalar var idi. O qalalarda yəhudilər yaşayırdılar.
Yəhudilər müsəlmanların qorxusundan Xeybər qapısını böyük böyük qala qapısı etmişdilər. Bu qapı çox böyük və ağır bir daş parçasından ibarət idi ki, açıb-bağlamağa qırx dörd nəfər lazım olurdu. Amma İslam qoşununun qəhrəman sərkərdəsi həzrət Əli (əleyhissalam) Xeybər müharibəsində o qapını təklikdə yerindən çıxardıb qırağa atdı. Hətta mötəzilə (sünnü firqələrindən biridir) alimi İbni Əbil Hədid, Əli (əleyhissalam)-ın bu fəzilətinə işarə edərək deyir:
“Ey qırx dörd nəfərin hərəkət etdirməkdən aciz qaldığı qapını yerindən çıxaran!”
Bu qapı Xeybər qalasında yaşayan yəhudilərin həyatı üçün şah damar hesab edilirdi. İmam Əli (əleyhissalam)-ın qala qapısını çıxardıb ora hücum etdiyi və yəhudilərin sərkərdəsi olan Mərhəbi öldürdüyü vaxt yəhudilərin ən böyük ümidləri qırıldı.
Maraqlıdır ki, İordaniya tərəfindən Hicaza tərəf gələn hacılar Xeybər məntəqəsindən keçəndə bir küncə tullanmış o böyük qapını görür və Əli (əleyhissalam)-ın o qapını çıxartmaqda və yəhudiləri məğlub etməkdə göstərdiyi qəhrəmanlıqlardan, rəşadətlərdən heyrətlənirdilər. Ali-Səud sülaləsi hakimiyyətə gələndən sonra bir neçə səbəbə görə o daşı öz gözlərində bir tikan kimi görürdülər. Bu səbəblər aşağıdakılardır:
a) O qapının müşahidə olunması Əli (əleyhissalam)-ın əzəmətini xatirələrdə canlandırırdı. Ali Səud isə o həzrətə qarşı kin və düşmənçilik bəsləyirdi. Elə buna görə də bu qapının mövcud olmasına dözə bilməzdilər.
v) İngilis casusu Hemfer Məhəmməd ibni Əbdül Vəhhab ilə İslamı zəiflətmək və məhv etmək üçün sövdələşmişdi. Bu qapı isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in rəhbərliyi ilə müsəlmanların böyük qələbələrindən aşkar bir nümunə idi. Buna əsasən, bu məsələnin yanından sakit sovuşa bilməzdilər.
Saydığımız bu və bəzi başqa dəlillərə görə vəhhabilər bu böyük tarixi əsəri gizlətmiş, ondan heç bir əsər-əlamət saxlamamışlar. Bu barədə İordaniya-Mədinə magistralında sürücü işləyən bir nəfər mənə dedi ki, qəsbkar Ali Səud dövləti kran vasitəsi ilə bu daş qapını götürüb naməlum bir yerə aparmışdır.
Beləliklə, aydın olur ki, vəhhabilərin cinayətləri həddindən artıq çoxdur İslama və müsəlmanlara qarşı törətdikləri cinayətlərin isə sayı-hesabı yoxdur. Gizli törətdikləri cinayətlər aşkarda törətdiklərindən daha çoxdur.
İnşallah gələcəkdə istismarçıların əlaltısı olan bu dövlətin devrilməsi və möminlərin hakimiyyətə gəlməsi ilə məxfi qalmış cinayətlərin üstü açılacaqdır.
3. Qədir-Xum (Xum diyarı) İslam tarixində böyük bir hadisədən xəbər verir. Peyğəmbəri Əkrəm “Həccətül-vida”-dan qayıdan zaman Məkə ilə Mədinə arasında yerləşən bu məntəqədə düşərgə salmış, Əli (əleyhissalam)-ın əlini yuxarı qaldıraraq, onu özündən sonra canişinliyə təyin etmişdir. Sonra bu cümləni üç dəfə təkrar etmişdir:
“Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu dost tutan (sevən) hər kəsi dost tut, onunla düşmənçilik edən hər kəsi Sən də düşmən tut; ona kömək edən hər kəsə kömək et və onu xar edən hər kəsi xar et!”
Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) müsəlmanlara əmr etdi ki, Əli (əleyhissalam) ilə beyət etsinlər və ona salam göndərsinlər.
Uzun illər boyu bu diyar müsəlmanlar üçün məşhur və tanınmış bir yer idi; oradan keçən hər bir insan bu böyük İslami hadisə haqqında xoş xatirələri yada salırdı.
Amma vəhhabilər hakimiyyətə gələndən sonra oradan keçən yolu dəyişdirdilər və o diyarın bütün İslami abidələrini məhv etdilər ki, heç kəs bu hadisənin baş vermə yerindən xəbərdar olmasın.
MƏSCİDÜL-HƏRAMA QARŞI HÖRMƏTSİZLİK. Allah-Taala Məscidül-həramı insanlar üçün əmin-amanlıq yeri seçmişdir. Orada heç kim başqasına–hətta günahkar olsa belə–toxuna bilməz.
Bu barədə Qurani-Kərim buyurur: 
“Hər kəs oraya (Məscidül-hərama) daxil olsa, amanda olar.”
İslam fəqihlərinin hamısı bu fikirdədirlər ki, “hədd” (bir cinayət, yaxud günaha qarşı təyin edilən müəyyən bir cəza tədbir) vurulması vacib olan günahlara (zina, ləvat, şərab və s. kimi) mürtəkib olub Məscidül-hərama sığınan şəxslərə hakim, Məscidül-həramda hədd vurdura bilməz. (Çünki Allah-Taala oranı əmin-amanlıq məkanı qərar vermişdir.) Amma başqa yolla (məsələn, ac saxlamaqla) sıxışdıraraq, təzyiq göstərərək məsciddən çıxmaq məcburiyyətində qoymaq olar. Əlbəttə, qeyd etmək lazımdır ki, bir şəxs Məscidül-həramın daxilində günaha mürtəkib olsa, daha amanda qalmayacaq. Çünki bu, məscidə qarşı ehtiramsızlıq olur və ona hökmən hədd vurmaq lazımdır.
Bəli, Allahın və Quranın hökmü budur. Amma vəhhabilər bu hökmü bilə-bilə onu ayaqları altına salır və hətta Məscidül-həramın daxilində də hacılara qarşı hörmətsizlik edirlər. Hacılara qarşı edilən hörmətsizliklər çoxdur. Məsələn, qəsbkar Ali-Səud dövləti hər il həcc mövsümündə bir qrup vəhhabini Həcərül-Əsvədin yanında (Həcərül-Əsvəd yerdən bir metr ucalıqdadır) qoyur ki, hacıları vurub dağıtsınlar. Bu qrup Kə”bə qapısının astanasında oturub bir əllə onun üzərinə çəkilmiş pərdənin bir küncündən tutur, o biri əllərində isə qalın sim və ya şallaq hacıların baş-gözlərinə (onları Həcərül-Əsvəddən uzaqlaşdırmaq üçün) vururlar. Bu mənzərəni müşahidə edən hər kəs başa düşür ki, onların əlləri hacıları vurmaq və dağıtmaq üçün dayanmadan qalxıb-enir. Onlar böyüyə-kiçiyə, qocaya-cavana heç də rəhm etmirlər. Bu əməlin səbəbini soruşduqda deyirlər ki, məqsədimiz nizam-intizam yaratmaqdır ki, hamı Həcərül-Əsvədi öpə bilsin.
Amma aydındır ki, yalan deyirlər. Çünki: əvvəla, onların iddia etdikləri rəftar və əməl tərzləri nizam-intizam yaratmaq üzündən deyil, başqa müsəlmanlara qarşı olan kinənin şiddətindən xəbər verir. Dəlili də budur ki, onlar zərbələri tam daşürəklilik və şiddətlə hacıların başlarına endirirlər. İkincisi, Həcərül-Əsvədi öpmək belə bir cahilanə və kor-koranə üsullardan istifadə etmədən də mümkündür. Məsələn, mehribanlıqla hacılara deyə bilərlər ki, Həcərül-Əsvədi öpəndən sonra başqalarına da yol açsınlar. Necə ki, biz belə bir insani rəftarı İranın müqəddəs ziyarətgahlarında görmüşük. Məzhəbi bayram və ya vəfatlarda bu ziyarətgahlarda camaatın izdihamının Həcərül-Əsvədin yanında olan izdihamdan heç də az olmamasına baxmayaraq, İrandakı insani rəftar üsulları daha yaxşı və müsbət nəticələr verir.
Amma vəhhabilər müsəlmanlara qarşı bəslədikləri sırf kin və düşmənçlik üzündən belə bir üslubu seçmişlər. Öz gözlərimlə Həcərül-Əsvədin ziyarətindən qayıdan bir kişinin başından qan axdığını (vəhhabilərin zərbələri nəticəsində) gördüm.
Onlar belə bir vəhşi hərəkətləri növbə ilə yerinə yetirirlər. Məsələn, onların bir qrupu çoxlu fəaliyyətdən, dava-dalaşdan və nəticədə yorulduqdan sonra yerini başqa bir qrupa verir.
Məscidül-Həramda əmin-amanlığın olmaması və hörmətsizliyin çox olmasının aşkar nümunələrindən biri də budur ki, Səudiyyə dövləti vəhhabilərdən qeyrisinin Məscidül-Həramda nitq söyləməsini qadağan etmişdir!

Комментариев нет:

Отправить комментарий