Страницы

14.06.2015

Bizim altımızdasınız!


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -22

Aleksandr Duqin: Hal-hazırda Bakıda olduqca çox lazımsız İsrailli var. Onların hamısını deportasiya elәmәk lazımdır. Bakıda İsrail agentlәrinin çoxluğu danışıqların uğurlu keçmәsinә tәhlükә yarada bilәr.
Səidullah Zarei: İsrail İrana hətta yüz raket atsa belə, İranda bir ailə də köçkün olmayacaq. İranın dörd raketi isə 1 milyon israillini qaçqına çevirəcək.
Qadır Zadə: Osmanlı nə zaman türk oldu ki? Səfəvi-Osmanlı zamanında türk bizə deyilirdi- səfəvilərə. Osmanlı türk deyil!
Anar Məmmədov: Qul kimiyik, amma zəncirmiz yoxdu. İsrail, Amerika, Avropa Azərbaycanı mental düşüncələrindən, milli ideyalardan və qeyrətindən məhrum edib, əvəzinə fahişəlik, homoseksuallıq və satqınlıq gətirdi. Çox adam buna aldandi. Sovet hökumətinin yaxşı tərəfi var idi ki, uşaq baxçaya gedəndən onda vətənpərvərlik ruhu beyninə və qəlbinə yeridilirdi. İndi isə həmin o vətənpərvərlik ruhunu heç universitet tələbələrinə də düzgün öyrədə bilmirlər.
Leyla Əliyeva: Mənim vahhabilərə yazıqlığım gəlir. Türkiyə tərəfindən aldadılıb Suriyaya atılan gənclərimiz artıq oyanır və ola bilər geri qayıtmaq yolu axtarırlar. Bu da sonu.
Sabir Şindani: İslamçı terrorizmin iki mənbəyi var- 1)İsrail sionistləri; 2)ABŞ hökümət dairələri. Başqa mənbə yoxdur.
Samir Belil: Deyirler Azerbaycanda usaqlara vurulan sonuncu peyvəndi 27 ölkə qadağan edib. Ya həmin 27 ölkənin hökuməti xiyardı, ya da bizim.
Ağa Mustafazadə: Bizə Türkiyənin rəğbəti lazım deyil, ən azından Türkiyə kimsə rəğbət edəcək qədər müstəqil bir ölkə deyil. Yeni Türkiyə Amerika və sionistlər tərəfindən idarə olunan ölkədir. Türkiyənin əsl simasını biz Qarabağ müharibəsi illərindən gördük və Türkiyədən alverdən başqa nəsə ummaq ən azı sadəlöhvlük olardı.
İsmail Safioğlu: Bilirsinizmi ABŞ hökumətinin borcu haradandır? ABŞ-da pul kəsən orqan (rusca Monetnıy Dvor) banka məxsusdur. Və təbii ki bankın da bir neçə sahibləri (aksionerləri) vardır. ABŞ hökuməti dövriyyəyə pul buraxmaq üçün əskinasları Pul Evinə sifariş verir. Amma onlar bu pulu ABŞ hökumətinə MAYA DƏYƏRİ+GƏLİR prinspi ilə satmırlar, onlar həmin əskinasları PUL kimi ABŞ hökumətinə sələm verirlər. Deməli, hökumət o sələmi qaytarmaq üçün SƏLƏM+FAİZ qaytarmalıdır. Lakin hökumət bu sələmi qaytara bilməz, axı onun əlavə əskinasları sadəcə yoxdur! Və deməli, ABŞ hökuməti bu sələmin faizini qaytarmaq və köhnəlikdən dövriyyədən çıxarılmaqda olan əskinasların əvəzinə yenisini dövriyyəyə buraxmaq üçün yeni sələm ğötürməlidir. Və s... Buna görə də ABŞ hökumətinin bank qarşısındakı borcu ilbəil artır. Bunun ucbatından da ABŞ hökuməti bankların oyuncağıdır.
Nizami Məmmədov: Məntiqinizə quzu kəsim, Stalinizm bir ideologiya kimi ölübsə, onda bu gün sizin kimilər nəyə görə “ölü” ilə mübarizə aparırsınız ki? Ax, bu Don Kixot, ax bu don Kixot!
Taleh Məmmədov: İti döyərək öldürüb, videoya çəkənlər əslən... bəli, bəli, qərbi Azərbaycanın Füzuli rayonundandırlar. Arasdırsaq eşşəyi döyənlər də qərbli çıxacaq, çünki aristokrat və kübar olan şərqi azərbaycanlıya nisbətdə qərbi azərbaycanlı varvar görünür. Heç təsadüfi deyil ki, məşhur müğənni Will Smit özünün ən məşhur soundtrekini və ona çəkilən filmi məhz belə adlandırmışdı: Wild, wild west.
Hüseyn Arif: “Zəlimxan Yaqub şair deyil, tamadadır”.
Anar Musayev: Azəri qızı Günel və Briliant Dadaşovadan başqa Türkiyədən xeyir görən olmayıb.
Rusiya Dağılacaq: Əgər 10-15 ilə Rusiya Azərbaycanın dadına yetməsə, azərbaycanlılar müstəqil millət kimi yox olacaqlar. Azərbaycanlıların müstəqil millət kimi mövcud olması ancaq və ancaq Rusiya ilə sıx iqtisadi-siyasi-mədəni inteqrasiyadan keçir. Uzaq tarixi perspektivdə azərbaycanlılar ayrı dövlət qismində müstəqil millət qalmağa qadir deyillər. Ya Türkiyənin, ya da İranın içində əriyib gedəcəklər. Əgər Rusiya Imperiyası və SSRİ olmasaydı, bu prosess 100-150 il bundan qabaq baş vermişdi. Azərbaycan xalqının ən böyük düşməni Azərbaycan dövlətidir.
Piri Baba: Azərbaycan istəyir ki, həm İranda İsrailin agenturasini yerləşdirsin, separatizm işi aparsin, İrana qarşı namərdliyini davam eləsin, amma hərdən İranı dilə tutsun ki, Naxçıvan yolunu bağlamasın. Təsəvvür edin, bu yol İran ərazisindən keçir. Hər gün minlərlə naxçıvanli avtobusla o yan bu yana keçir, yüklər daşınır. Yol bağlansa, Azərbaycandan Naxçıvana ya təkcə təyyarə (bahalıdır) işləməlidir, ya da Gürcüstan və Türkiyədən keçməklə uzun bir dövrə vurmaq lazımdır. Bura gömrüklərdən də keçmək əziyyəti aiddir.
A kişi bizə rus lazımdı: Facebookda Ağalar Məmmədovun statuslarını oxuyub dini, peyğəmbəri təhqir edən ateistlərin sayı artıb. Bu məhərrəm ayında Rəsulullah (s) onlara cəmi iki cümlə deyir: “Hər kimin qəlbində Əhli-beyt (ə.s) sevgisi yoxdusa, gedin həmin kəsin anasını araşdırın. Problem o məlunun anasındadı”. Məhəmməd Peyğəmbər (s).
Cəmil Həsənli: İnsanlar zəhmət çəkirlər, iş qururlar, müəssisəni dirildirlər. Elə ki istehsal etmək vaxtı gəldi, gəlib başının üstünü alırlar ki, sənin haqqın yoxdur, istehsalla məşğul ola bilməzsən. Baxın Zülfüqarlıların, onlarla başqa adamların mülkiyyətini quldur dəstələri necə əllərindən aldılar. 
Elxan Zaman: “İmza etmə” mərasimi göstərdi ki, bu hökumət seçim qarşısında qalsa, son anda qərbi seçəcək. Niyə? Çünki “Böyük Kürdistan” qərb proyektidir, çünki bunların var-yoxları, olan-qalanları əsasən qərbdə, qərb ölkələrində, qərb banklarındadır. Çünki son anda qaçacaqları və şellənəcəkləri yer də qərbdir. Görmürsüz birinin oğlu avropalıya ərə gedir, o birisinin qızı isə ABŞ-dan qız alır?!
Həsən Ruhani: Suriyalıların qırılması ancaq İsrailə sərfəlidir.
Heydər Camal: “Azərbaycan müxalifətinin liderləri hakimiyyətin klounlarıdır”.
Qurban Ağayev: Bu gün mitinqdə çox maraqlı bir hadisə yaşadım. Deməli, Elşən adında biri var, əsli Ağdamdandır. BDU-nun fizika fakultəsini bitirib. İşi-peşəsi aksiyaları kamera ilə çəkib polisə çuğulluq etməkdir. Mən də onu hələ tələbə olandan tanıyıram (tanışımla bir qrupda oxuyub). Mitinqdə bir də gördüm düz qabağımda durub Əli bəyin çıxışını çəkir. Yaxınlaşdım dedim: “Elşən, necəsən? Bir şey çəkə bilmisən? O gün olsun Cəmil bəylə Qarabağı azad edək, sən də gedib dədə-baba yurdunu çəkəsən”. Adamı elə bil cərəyan vurdu, daban 56 çıxdı aradan))).
Məmməd Süleymanov: Ölməz Ostap Bender “Qərb bizə kömək edəcək” kəlməsini ironiya ilə demişdi. Azərbaycanda yaxşı kitabları az oxuyurlar. Yoxsa bilərdilər ki, bu ironiya da onun müəllifi kimi ölməzdir.
Rüfət Babayev: Baxın, biz azərbaycanlılar türkiyəlilərə qardaş deyirik. Genetik araşdırmalar göztərir ki, Türkiyə vətəndaşlarının 10 faizindən daha azı türk geni daşıyır. Əhalinin 90 faizindən çoxu yunanlar və Anadolunun digər yerli xalqları və yeniçəri kimi Avropadan köçürülmüş insanların nəslidir. Biz azərbaycanlılar ermənilərə düşmən deyirik. Türkün Ermənistanda apardığı genetik araşdırmanın nəticəsi göstərir ki, ermənilərin 49 faizi türkdür.
İlqar Atabəyli: “Alov qüllələri”nin təkcə biri 1 milyard dollara başa gəlib... Day sözüm yoxdu e! 1 milyarda xaraba yolları düzəltmək olardı, benzinin qiymətin stabil saxlamaq olardı. Çox şey olardı. Amma olmadı. Üstü bəzək, altı təzək siyasətinə davam.
Kəramət Böyükçöl: Mən Əsəd Cahangiri çayxanalarda tanıdım. O, dəfələrlə “Natəvan klubu”nda təriflədiyi adamları çayxanlarda pisləyir və ya əksinə. Ədəbiyyat Əsədə necə sərf eləyirsə, gəlir gətirirsə, o tərəfə əsir. Bu hərəkətlərinə görə onunla dəfələrlə mübahisələrimiz də olub.
Fariz Babayev: Vahhabilər- Səudiyyə yəhudiləridirlər.
Hüseyn-Zadə: 1988-ci ilə kimi erməniylə can bir qəlbdə olub, dostluq edib, onu özünə kirvə tutub, ermənidən qız alıb, erməniyə qız verən kim idi? Erməniylə 20-ci əsrin əvvəllərində qanlı konflikt olmamışdı məgər? Şübhəsiz ki bu olaylar yenə təkrar olacaq. Ən maraqlısı da odur ki ilk olaraq erməniylə barışanlar bu gün erməniylə hər hansı bir münasibətin qurulmasını mümkün hesab etməyənlər olacaq.
Tural Adışirin: Mənim bir qrup yoldaşım vardı tələbəçilikdə. Bu kişi qatı ruspərəst idi, daima rus dilində danışırdı, kinolar filan. Söz düşəndə deyirdi görəcəksiniz rusların əhəmiyətini… İndi-indi başa düşürəm, həqiqətən düz deyirmiş. Nənəm, babam o dövrdən danışanda dayanmaq bilmirdilər.
Samir Rimas: Rusun vaxtında məmura deyəndə ki, səndən Moskvaya yazacam, məmur qabağında diz çökürdü vətəndaşın. Amma indi Amerikanın McDonald's kafesinin ofisianti (?) vətəndaşa deyir ki, get kimə istəyrsən şikayət elə, bizə heç kim heç nə edə bilməz. Sizə beləmi ölkə lazımdır? Sual edirəm, belə ölkə lazımdır sizə?!
Mətləb Dadaşov: Türkiyə kömək edən olsaydı, Şeyx Şamilə kömək edərdi. O nə az nə çox, düz 25 il 11 ay Türklərin kömək yolunu gözlədi. Bazarbaycan da 20 ildir ki, “Bir Millət-İki dövlət” deməklə... Bir şey qalmayıb, köçənlər köçüb-köçür, qalanlar da pensiya həddinə çatmamış bu dünyadan köçür, az-maz qalanlar da Yəhudi-BANK-Kreditlərinin məngənəsində boğulur.
Qəhrəman Mövlanov: Qardaşımla işləyən Türk Azərbaycanlılara demişdir: “Sovet dağılandan sonra bizim ALTIMIZDASINIZ”.
Rəşid Hacıyev: Bəzi azərbaycanlılar İranı düşmən bilir, amma əsl düşmən Türkiyə, İsrail və Amerikadır.
Elvin Məhəmmədli: Nurçular həmin kurslar və ümumilikdə bu təhsil sistemləri vasitəsilə kütləvi gənclər arasına yol tapır, öz etiqadlarına tərəf istiqamətləndirirlər, onların gələcəyi üçün “gözəl” planlar cızırlar və məlum məsələdir ki, bu planlar kimlərə nə üçün xidmət edir- özlərinə illuminatlar deyən və əqidələrini İlluminati (mənası: aydınlanmaq) adlandıran, lakin tam əksinə, satanist bir təşkilat olan masonlara və onların İslamın adını saxlayıb özünü aradan aparmaq siyasətinə!
Kamal Yaşar: Əziz və çox hörmətli çağdaş Azərbaycan ədəbiyyatının ənkə böyüyü Şərif Ağayar cənabları. Deyirsiz ki, “Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs İslam dini, onun ayinləri və tanınmış simaları haqqında öz fikrini açıq söyləyə bilər. Bununla bağlı qanun heç nəyi qadağan etmir. Əgər kimsə bunu qəbul etmirsə, zəhmət çəkib gedib İranda yaşasın...” O zaman dinləyin mən də sizə deyim. Bəli, biz hüquqi dövlətdə yaşayırıq və bu hüquqi dövlətdə də siz dediyiniz kimi İslam dini, onun ayinləri və tanınmış simaları haqqında öz fikrini açıq söyləyənə hər hansı bir cəza növü müəyyənləşdirilməyib, qadağa yoxdur. Cavab olaraq mən də deyirəm ki, bizim hüquqi dövlətdə arvadını “klient”ə çıxardana, oğraşlıq, mənəviyyatsızlıq edənə, haram yeyənə, tində durub gələnin qabağına gedənin dalına baxıb kimə nə gəldi deyənə, yaltaqlıq edənə, səhər-səhər sarımsaqlı xaş yeyib metroda, avtobusda “mübarək” qoxusuyla insanları “feyziyab” edənə, öz doğma qızını “sevən”ə, anasını təhqir edib göz yaşları tökməsinə səbəb olana, başqasının arvadıyla gəzənə, vicdanını satana, eşşək kimi siqnal verənə, öz arvadının yatağına dostuyla girənə də hər hansı bir qadağa yoxdur. Ancaq bu o demək deyil ki, qadağa nəzərdə tutulmayıbsa kimlərsə bunu etməlidi.

Комментариев нет:

Отправить комментарий