Страницы

20.06.2015

Hafiz Mirzə - Masonluq

İCTİMAİ ŞÜURA MASON EKSPANSİYASI. KİV ölkədə ictimai-siyasi şüura çox güclü təsir edə bilmək gücünə malikdir. Şablon məqalələr və yalan məlumatlar toplusu sayılan Sovet mətbuatına qarşı da maraq və diqqət az deyildi. İnsanlar “Kommunist” almaqdan ötrü səhər tezdən qəzet köşklərinin qarşısında növbəyə düzür, axşamlar “Günün ekranı” və “Vremya” proqramına maraqla  baxırdılar. Müstəqil mətbuatın çiçəkləndiyi mövcud zamanda  məlumat bolluğu və informasiyanın sensasion qaydada çatdırılmasında rəqabət insanları KİV-dən asılı duruma salmışdır. İnsanların müstəqil düşünmək və qərar çıxartmaq hissi korşalaşdırılır. Ona görə də müasir dövrdə xüsusi biznes və siyasət dairələri KİV-ə çox böyük önəm verir, onun inhisara alınmasına çalışırlar. KİV-lə daha çox işləyən isə qara qüvvələrdir. Elə qüvvələrdən ən qüdrətlisi mason təşkilatı sayılır. Mason barədə materiallar bütün KİV-lərdə çox böyük maraq kəsb edir. Qəzetdə publisist təxəyyülünə istinad edərək çox uzağa getməyə nə var ki! Burada canlı süjetə ehtiyac duyulmur. Publisistlər hissiyata qapılıb bəzən masonun elə bir obrazını yaradırlar ki, masonların özü də heyrət edər. Onun gücünün-qüdrətinin həddən artıq şişirdilməsi  masonun işinə çox yarayır. Ona bağlılığı hiss edilən hər hansı bir məsələ qarşısında çoxlarının dizi əsir.
Dünyanın ən qüdrətli bir beynəlxalq iqtisadi-siyasi təşkilatının həm də ən gizlin və tam məxvilik pərdəsi altında  qorunması ilə onun barəsində bunca genişliklə materialların dərc edilməsi  bəzən sanki heç də təkcə mətbuat orqanının öz maraqlarından irəli gəlmir. Məlum olur ki, hər ölkədə masonun lojaları, bu lojaların  dərəcələri və onların nəzarəti altında bir sıra mətbuat orqanları fəaliyyətdədir. Yəhudilərə bağlı qüvvələr tərəfindən  maliyələşdirilən mətbuat səhifələrində əsil Vətənpərvər qüvvələrin biabır edilməsi, sınmayanlara qarşı qara piarın işə salınması, milli-mənəvi dəyərlərin, adət və ayinlərin təftiş olunması, gerilik adlandırılıb ələ salınması, tovhid dinlərinin, daha çox da ən canlı din sayılan İslamın, onun müqəddəslərinin və ehkamlarının əleyhinə məqalələr dərc edilməsi əslində heç təsadüfi deyil və hansısa bir ayrı dinə yox, birbaşa masona xidmət göstərir. Xatırlayaq İslam peyğəmbərinin karrikaturalarının çəkilməsini, İslam dəyərləri barədə təhqiramiz yazıların dərc edilməsini və dini ehkamların qərəzli təftiş olunmasını. Şiəlik məzhəbinə qarşı hücumlar bu sırada daha kəskindir. Mason qüvvələri ona qarşı mübarizədə nurçuları və xüsusən də vəhabiliyi önə verir, bununla həm hədəfi özündən yayındırır, həm də İslamçı qüvvələri bir-birinə qarşı yönəltməklə zəiflətməyə çalışır. Xatırlayaq mərhumun xatirəsinə Quran tilavat edilməsinə, ailə quranların kəbin kəsilməsinə, uşaqların sünnət olunmasına, hətta “Yasin” oxunmasına qarşı qəzetlərdə baş alıb gedən kəskin müzakirələri. Masonun İslamı daha əsas hədəf seçməsi  heç də təsadüfi deyil. Masonun ali məqsədi dünya ağalığıdır. O, dünyanın hər yerinə əli çatmadan bunu edə bilməyəcəyini düşünür. İnsanlarda ona qarşı qorxu və nifrətlə yanaşı rəğbət doğuracaq bir sıra səbəblər də var. Bu birinci növbədə masonun iqtisadi və siyasi qüdrətindən irəli gəlir. Böyük qüdrətə inamı isə  masonun ictimai şüurda öz mifini yarada bilməsi oyadır. Bəzən KİV-də ona aid olmayan və keçmişdə sahibsiz qalmış böyük hadisələrin, inqilabların, qiyamların, çevrilişlərin arxasında da guya ki, masonun durduğu təbliğ edilir. Bu isə ona müqavimət göstərmək iddiasına düşən dövlətləri, masona bağlılığı güman edilən cinayətkarlara münasibətdə  ən obyektiv müstəntiqləri və mason üzvü barədə hökm verməli olan prokuror və hakimləri çəkindirir. İctimai şüurda həmçinin ən böyük yaradıcı uğurlara məhz mason  üzvlərinin və ya onların tapşırıqlarına boyun əyən müğənni, aktyor və ya yazıçıların nail olduğu çatdırılır. Masonu dünyanı qarışdıran, yəhudi xalqının ən üstün durumunu bərqərar etmək istəyən, dünyanın əhali sayını idarə edə bilmək üçün onu dərəcələrə bölən, 2-ci, 3-cü dərəcəli hesab etdiyi xalqların, millətlərin məhvinə çalışan, son iki yüz ilin bütün inqilab, çevriliş və müharibələrinin səbəbkarı olan, dünyanın əksər ölkələrini rəsmən və ya qeyri-rəsmi olaraq idarə edən, prezidentlərin seçiminə razılıq  verən, istədiyi adamları ucaldan, istəmədiklərini vəzifəsindən asılı olmadan məhv edən və ya dünyada insanların qardaşlığını, barış və sülh içərisində yaşamasını nizamlamağa iddialı olan və bunu demokratiya adı altında düzənləyən bir təşkilat kimi tanıyırlar. Amma o əslində budurmu? Bəlkə bundan daha betər və çox fərqli bir təşkilatdır. Əldə etdiyimiz kitab, qəzet və  elektron vasitələr arasında suallar və cavablar çoxdur. Bunun hansı mif, hansı həqiqətdir? 
Adları elektron KİV-də dərc edilmiş ən məşhur masonlar bunlardır:
*C.Vaşinqton, H. Trumen, T.Rüzvelt, F.Ruzvelt- ABŞ prezidentləri; * I Pyotr  və   I Pavel- rus imperatorları; *V.A. Motsart- Avstriya bəstəkarı; *İ.S.Bax - alman bəstəkarı; *İ.V.Höte - Alman şair-filosofu; *Fridrix Şiller- alman dramaturqu; *Mark Tven- ABŞ yazıçısı; *Oskar Uayld- İrland şairi; *Qustav Eyfel- Eyfel qülləsinin müəllifi; *Volter -Fransız yazıçı-filosofu; *Karl Marks -Alman filosofu; *Trotski, Kerenski, Buxarin, Zinovyev - rus inqilabçıları; *V.Lenin - rus bolşevizm lideri; *A.S.Puşkin - rus şairi; N.M.Karamzin -rus tarixçisi, şair; *Artur Konan Doyl- ingilis dedektiv yazıçısı; *Uiston Çörçil- ingilis siyasi xadimi (sonradan çıxdığı iddia olunur); *Frans List- macar bəstəkarı; *Simon Bolivar- Latın Amerikasında azadlıq hərəkatının rəhbəri; *Ənvər Sədat -Misirin keçmiş prezidenti; *Kral Hüseyn Ben Telal- İordaniya kralı; *Süleyman Dəmirəl - sabiq Türkiyə prezidenti və Ədalət Partiyasının sədri (sonradan çıxdığı və ya bunun böhtan olduğu iddia edilir); *Orxan Pamuk- türk yazıçısı;  Eləcə də  Didro, Bayron, Qriboyedov, Harribaldi və çoxlu digər məşhur şəxsiyyətləri adı masonçuluqda hallanır.
MASON TARİXİNƏ QISA EKSKURSİYA. Masonçuluq öz tarixini çox qədimlərdən başlayır. Bu, yəhudi kralı və peyğəmbəri Süleymanın (Salomonun) dövrünə aid edilir. Hər şey Süleymanın müqəddəs sarayının tikintisindən başlanır. Bu saray eramızdan əvvəlki I minilliyin sonlarında inşaa edilmişdir. Sarayı inşa edən usta Hiram Abif tikinti işçiləri arasında 3 pilləli təbəqələşmə (usta, köməkçi, şagird) yaratmış, bununla müəyyən sirr və mistika formalaşdırmışdı. Tikintidə istifadə olunan pərgar, şaqul, üçbucaq, mala  mistik anlayışlar əxz edibmiş kimi təqdim olunur və yaradıcılıq, quruculuq xassəli qüvvəyə malik olması bildirilirdi. Əslində bu hal sarayın tikintisini çox yüksək dəyərləndirmək və mistik mənalar qazandırmaq üçün idi. Eyni zamanda təbəqələşmə də insanlar arasında ilk sirli ayrıseçlik toxumları səpirdi. Tikintinin sirli mahiyyətinə maraq o qədər yüksək oldu ki, usta köməkçilərini və şağirdləri də heyran qoydu. Onlar Hiramı öldürsələr də bu sirrin nədən ibarət olduğunu öyrənə bilmədilər. Ancaq sadə əməkçilər arasında bu sirli təbəqələşmə yaddan çıxmır,  insanların müsbət enerjisinin cazibəsi altında saraya şəfaverici və möcüzəvi  keyfiyyətlər qazandırır və onu daha artıq müqəddəsləşdirirdi. Yəhudilərin Tövratdan əvvəlki müqəddəs kitabı sayılan Kabaladan gələn bu hekayət zaman keçdikcə öz təsir və  məna gücünü dəyişir və başqa mənalar üçün istifadə olunurdu. Onu da bildirməliyik ki, eramızdan əvvəl 587-ci ildə Babil kralı Nabukodonosor Yəhuda krallığını zəbt etdi və Süleyman sarayının darmadağın edilməsi barədə əmr verdi. Salamat qalan yeganə divar indi dünyanın xristian və yəhudiləri tərəfindən ziyarət  olunur və “Ağlayan divar” kimi tanınır. Təbii ki, bu divar milyonlarca insanın böyük inamı  qarşısında özünün müəyyən mösüzəvi keyfiyyətlərini saxlamaqda və qüvvətləndirməkdədir. Lakin bu tikilinin mistik keyfiyətləri  böyük bir zaman sonra daha çox masonluq üçün əziz tutulur və onlar bunu müvafiq qədər qabarda bilirlər. Belə ki,  dul qadının oğlu olan usta Hiramın bu tikilidə qurduğu 3 pilləli sirli təbəqələşmə metodu, istifadə etdiyi önlük, pərgar, üçbucaq, şaqul və digər elementlər müqəddəsləşdirilir, mistik çalarda təqdim olunur. Buna isə bir sıra tarixi məqamlar rəvac vermişdir. Bu sırada Avropadan katolik kilsəsinin I Səlib (Xaç) yürüşünü xüsusi qeyd etmək lazımdır. 1095-ci ildə Roma Papası II Urban Qüdsdə toplanmış çox əsirlik sərvətə və müqəddəs məkanlara yiyələnmək məqsədilə bir sıra Qərbi Avropa krallarını yoldan çıxartdı  və guya ki, İsa Məsih (ə) zühur edərkən buradakı müsəlmanların əsarətinə düşə bilər deyə onun məzarını azad etmək və bu zühuru izləmək niyyətilə onları Səlib yürüşünə qaldırdı. Səlibçilər Qüds şəhərinə yerli erməni Perosun xəyanəti nəticəsində soxula bildilər. Amma buradakı 40 mindən çox dinc əhalini də qılıncdan keçirtdilər. Lakin qeyd olunan zaman gəlib çatsa da İsa Məsih zühur etmədi və səlibçi ordu burada qalıb gözləyəsi, əslində isə Qüdsü işğal altında saxlayası oldu. Yürüşün ilkindən burada olan köhnə cəngavərlər özlərini yeni gələnlərdən  daha üstün tutmağa, öz aralarında birləşməyə, vaxtı ilə usta Hiramın  qoyduğu ənənəyə uyğun təbəqələşmə yaratmağa başladılar. Onlar cəmi 9 nəfər idi. Öz həyatlarını maraqlı etmək üçün onu müxtəlif ehkam və simvollarla zənginləşdirməyə çalışırdılar. Beləcə, Qüdsün işğalından 20 il ötəndən sonra bu cəngavərlər özlərini İsanın və Süleyman peyğəmbər məbədinin kasıb cəngavərləri sanaraq gizli, sirli “Məbəd cəngavərləri” xristian ordenini yaratdılar. Orden üzvlərinin toplandığı yer vaxtı ilə Süleyman peyğəmbərin sirli məbədinin yerləşdiyi məbəd təbəsi-Sina dağı idi. Onlar hətta sinəsi qırmızı xaclı ağ paltar geyimləri ilə də digərlərindən fərqlənməyə çalışdılar. Tədricən bu ordenə  bir xristian təriqəti olaraq artan maraq onun böyəlməsinə  və qüdrətlənməsinə səbəb oldu. Təriqətin sirlərini vermək ölümə bərabər idi. Onun rəhbərləri təriqətə cazibənin artması üçün məxvilik  zəncirini artırmaqda idilər. Bu zaman həm Kabaladan, həm qədim Misir kahinlərinin sehrbazlıq və magik ayinlərindən irəli gələn müxtəlif elementlərdən də istifadə olundu. Bu isə onları tədricən xristianlıqdan uzaqlaşdırmağa, daha çox yəhudi mistikasına yuvarlamağa başladı. Onlardan sonra bu ordeni  onların övladları və pillələr üzrə irəliləyənlər tutdu. Lakin bu ordenin Qüdsdə ömrü çox uzun sürmədi, Qüdsün işğalından 88 il sonra  Səlahəddin Əyyubi  səlibçi ordunu darmadağın etdi. Qaçıb Qüds qalasının divarları arasında gizlənən ordu Sultan Səlahəddinə ciddi müqavimət  iqtidarını itirmişdi. Səlahəddin Əyyubi Qüdsi dağıtmaq istəmirdi. Buna görə də qaladakılara çıxıb getmək şərtilə azadlıq verəcəyini və onları əff edəcəyini elan etdi. Buna sevinən xristian qoşunu  Qüdsü tərk etməyə məcbur oldu. Beləcə onlar böyük sərvətlə Avropaya qayıtdılar. Hər şey Avropada başladı. Elə mason adı da sonralar burada qəbul edildi.
TEMPLİERLƏRƏ KATOLİK ZƏRBƏSİ. Avropaya gələn “Məbəd cəngavərləri” ordeni öz fəaliyyətini burada da davam etdirməyə başladı. Özləri ilə gətirdikləri böyük sərvət onlara burada yəhudilərin çox istifadə etdiyi sələmciliklə (müəyyən faiz gəlir hesabına borc pul verilməsi) məşğul olmağa imkan verirdi. Bu isə bank sektorunun formalaşması və inkişaf etməsi demək idi. Kasıblamış Avropada onlara böyük ehtiyac vardı. “Məbəd cəngavərləri” təriqətinə mənsub bangirlər tədricən gəlir faizlərini artırdılar və hətta bir çox kralları  da borclu duruma sala bildilər. Onların nüfuzu yerli katolik yepiskoplarından daha üstün olmağa başladıqda Roma Papası V Kliment narahat oldu. Fransız kralı IV Filip də bu narahatçılığı artıran təhrikləri ilə Papaya təsir etdi və “Məbəd cəngavərləri” təriqətinə qarşı hərəkətə keçmək üçün xeyir-dua aldı. Əslində bu təriqət Avropada Tempilier təriqəti adını almışdı.  Kilsənin hökmü Fransa kralına 1312-ci ildə templier təriqətini bağlaması üçün yaxşı bəhanə oldu. Hətta guya bu məsələdə tamah prinsipi olmadığını əsaslandırmaq üçün onun  mallarını Qüdsdəki Saint Jean cəngavərlərinə verdilər. Qısa vaxt ərzində minlərlə təriqət üzvü həbs olundu. Onların dindirilməsi və tədqiqat işləri ilə yeriskoplar məşğul oldular. İşgəncələr təriqətin başçısı   Jak de Moleyi də danışdırdı. Yepiskoplar isə eşitdiklərinə heyrət edirdilər. Təriqət xristianlıqdan tamam uzaqlaşmışdı! Onun ayinlərinə əsasən yeni qəbul olan şəxs İsanı söyməli, xaça tüpürməli, özündən yuxarıda duran təriqət üzvünün qasığını və arxasını öpməli idi. Onlar magiya və sehrbazlığa, həm də qomoseksualizmə  üstünlük verir, Bafomet adlı keçi başlı, insan bədəni və qanadları olan təsvirə- İblisə ibadət edirdilər. Bütün bu etiraflara görə Məbəd cəngavərləri təriqəti bütün Avropada qadağan olundu, onun başçısı tonqalda yandırıldı və bir çox liderləri başı kəsilməklə qətlə yetirildi. Amma təbii ki, gizlilik prinsipi ucbatından onların hamısını həbs etmək mümkün olmamışdı. “Məbəd Cəngavərləri” təriqətinin üzvləri Avropanın bir sıra ucqar və provoslav ölkələrinə  dağıldılar. İsveçrədə məskunlaşmaları indi bu ölkədə dünya şöhrətli bankların qurulması ilə nəticələnmişdir. Daha böyük bir hissəsi isə xəlvətcə Şotlandiyaya getdi. Şotland kralı Roma Papasına etiqad bəsləmirdi. Onun acığına olaraq təriqət üzvlərini həvəslə qəbul etdi və onlara müxtəlif peşə təşkilatları yaratmalarına da şərait yaradıldı. Bu zaman yaradılan təşkilatlardan biri də şotland bənnalarının “freemason” - “azad bənna” adlı həmkarlar təşkilatı oldu.
SPEKULYATİV MASONUN VƏTƏNİ ŞOTLANDİYADIR. Bəzi mənbələr burada onlara qədər mövcud olan “freemason” təşkilatlarına  Templier (Məbəd Cəngavərləri) təriqətinin birləşdiyini və onu tamamilə özünküləşdirə bildiyini qeyd edir. Bu məsələdə  yəhudilərin gizli əlinin mövcudluğu da danılmazdır. Onlar xristianlığın Şərqdən gedib bütün Avropada hakim mövqeyə çatması ilə hesablaşmaq istəmirdilər. Mason təşkilatının yeni mərhələdə spekulyativ masonluq kimi formalaşmasında onlar da maraqlı idilər. Çünki bu yolla Avropada insanları təkallahlıqdan ayıra bilərdilər. Bir sıra mənbələr masonçuluqda İblisin təsirini və hökmranlığını açıq sübut edə bilirlər. Bu isə bir sıra ölkələrdə onun fərqli ideoloji əsaslara malik olduğunu isbata yetirir. Məhz Şotlandiyada yaradılan bu təşkilat sonrakı dövrlərin qüdrətli mason təşkilatının ikinci və daha mütəşəkkil təməli sayıla bilər. Heç nahaq yerə İsraili deyil ki, məhz Şotlandiyanı masonun Vətəni hesab edirlər. Onun adı da ingiliscədən idi. Masonun özü bu dövrü “operativ masonçuluq”dan “spekulyativ masonçuluğa” keçid dövrü adlandırır. Çünki onun bünövrəsi Fələstin torpaqlarında, Qüdsün xristian təməlçiliyi üzərində yaranmışdısa və bir əsas məqsədi səlibçilərin istilasını möhkəmlətmək, ona ideoloji don geyindirmək və onu qorumaq məqsədini güdürdüsə, Qərbi Avropada keçirtdiyi formalaşma dövrü onun Şotlandiyada yeni bir imiclə ortaya çıxmasını və yeni ampuluada fəaliyyət göstərməsini tələb edirdi. Bu isə xristianlıqdan tamam uzaq, yəhudi və Misir mistik ehkamlarına əsaslanan, İslamın sufi dini strukturundan qaynaqlanan, bütün millətlərin böyük istedad sahiblərini cəm edən, tam məxvi və qüdrətli bir beynəlxalq təşkilat demək idi. Onun ən böyük iddiası dünya ağalığı və dünya düzənini müəyyənləşdirməsinə bağlanırdı. Hətta məşhur fransız öncəgörəni Mişel Nastradamusun da əslində bir mason uydurması olmasını iddia edən tədqiqatçılar var. Onlar Nastradamus adlı bir tarixi şəxsin adına özlərinin görmək istədikləri dünyanın gələcəyi barədə mətnlər daxil və bunu zaman-zaman geniş təbliğ etmişlər. Nəticədə Nastradamus mifi dünyanı müəyyən qədər yönləndirə bilmişdir. Bu lap bizim Molla Nəsrəddin adlı tarixi şəxsiyyətin lətifə yaradıcılığına oxşayır. Belə ki, hazırda Şərqdə onun barəsində olan bütün lətifələr toplanarsa, bunları yaşamaqdan ötrü bir neçə əsr ömür lazım gələr. Göründüyü kimi, miflər həmişə öz böyük təsirini daha güclü və uzun müddətə göstərə bilir. Şotlandiyada yeni dirçəliş dövrü keçirərkən masonun inkişafında anqlo-saksların iti zəkası heç də genetik yəhudi zəkasından az təsir göstərmədi, bəlkə də daha güclü oldu. Xeyrini bütün Britaniya yaxın yüzilliklər ərzində gördü və görməkdədir. Belə ki, bütün əvvəlki tarix boyu anqlo-sakslar dünyanı yalnız hərb yolu ilə istila etmək istəyirdilər. Nəticədə tez-tez məğlub olur, qazandıqları qələbələr onlara itaət və məhəbbət qazandırmırdı. Amma mason XVII əsrin sonlarında Şotlandiyada, 1717-ci ildə isə İngiltərədə geniş pərvəriş tapmaqla onların istilaçılıq və dünya ağalığı iddialarına əlvan siyasi və məxvi rənglər qatdı. Nəticədə ingilis xalqı dünyanın qeyri-rəsmi aparıcı millətinə, onun dili isə  tam ön mövqeyə qalxdı. Hazırda bütün dünya ingiliscə danışır. Masonun konkret hansı millətə və dinə mənsubluğunu dartışmaq nə ingilis, nə də yəhudi toplumuna konkret üstünlük  qazandırmaz. Hər ikisi bunun faydasını görməkdə, bir növ bütün dünyanı sümürməkdədir. Ancaq masonun milli və dini siması geniş ictimaiyyət üçün tam dəqiq deyil.Bu lap “Brodyaqa” filmindən bir səhnəni xatırladır. Rac öz məşhur   mahnısında özünü rus panamasıda, ingilis kostyumunda və daha kiminsə başmağında, amma hindli ürəyində vəsf edir. Masonu da ingilis, fransız, alman biçimində təqdim etsək, onun qəlbi yəhudi xarakterlidir. Amma zəkası təkcə yəhudi xarakterli hesab edilə bilməz. Burada ingilis təfəkkürü önə çıxmasa da geridə də qalmır. Kim  inanar ki, Amerika Birləşmiş Ştatlarının qurucusu və ilk prezidenti Corc Vaşinqton və yeni Rusiyanın banisi I Pyotr da mason üzvü olmuşdur. Siyasi məqsədlərinə və üzvlərinin beynəlmiləlçiliyinə görə də Şotlandiyadan başlayan 2-ci dövrü spekulyativ masonçuluq adlandırmışlar. Çünki bu dövrdən sonra siyasi işbazlıq, hakimiyyət və dövlət quruculuğu, hərbi və iqtisadi amillərdən  geniş istifadə, məqsədə doğru bütün vasitələrin məqbul hesab olunması, utanc və əxlaq meyarlarının bir kənara qoyulması masonun fəaliyyətində əsas meyara çevrildi.
 AVROPA NECƏ FƏTH OLUNDU? “Məbəd Cəngavərləri”nin Avropaya ilk gəlişi  Templier təriqəti ordeni formasında oldusa da, onun  repressiya zamanı və Şotlandiyadan qayıdışı zamanı adı və forması   artıq mason idi. Xüsusən Fransada o ucqarlara çəkilmiş və buradakı yerli mason təşkilatlarına qoşulmuşdu. XIV əsrdə İngiltərə və Fransada baş verən bir sıra kəndli qiyamları öz mütəşəkkilliyinə görə mason ideoloqlarının təsirindən kənar ola bilməzdi. Bir usta (bənna və sair) olaraq əhali arasında onların əlaqələri daha geniş idi. Onlar evlərdə şəxslər üçün iş görərək astaca təbliğat və təşviqat imkanlarına malik idilər. Bu da öz təsirini göstərirdi. Onlar həm də öz davranışları ilə gözəl nümunə ola bilirdilər. “Məbəd cəngavərləri” ilk gəlişdən Avropadakı xristian hegamonluğu ilə barışmaq istəmirdilər. Çünki burada oturuşmuş qüvvələrin arasında onların liderliyə nail olması mümkün deyildi. Sonrakı dövrlərdə katolik kilsəsi və xüsusən də Roma Papası əleyhinə olan bütün qiyamlarda, yaradılan anti-katolik təriqətlərdə, xüsusən də intibah dövru incəsənətində onların barmağı heç şəksiz vardı. Mason Avropa mədəniyyətinin  xristianlıq əsasında formalaşmasına mane olmaq naminə  dinsiz, Allahsız, kafir və əslində İblisə istinad edən bir mədəniyyət təqdim etməyə  məcbur olmuşdu. Bu mədəniyyət ilk baxışdan çox cazibədar idi. Amma mahiyyəti inkarçılığa köklənmişdi. Burada yenilik köhnəliyin çiynində, ona da istinad edərək və ondan bəhrələnərək ucalmır, sadəcə, hər şeyi inkar edərək  yaranırdı. Allahın iradəsi altında yaranandan kənar hər şey yalnız şeytani xarakter daşıya bilərdi. Mason da İlahi iradənin dəsti-xəttinə zidd istiqamət götürməklə iblisə  tapındı.  Bafomet adlı keçi başlı, insan bədəni və qanadları olan təsvir  İblisin xüsusiyyətlərini ehtiva edirdi. İblis onları qüvvətləndirməkdə idi. Mason nümayəndələri onlara mane ola biləcək, xüsusən də öz əməlləri ilə cəmiyyətdə böyük nüfuzu olan şəxsləri öz tərəflərinə çəkməyə çalışır, əks təqdirdə sirli şəkildə aradan götürürdü. İlk gəlişində Avropanı öz pulu ilə ram etməyə nail olan bir qüvvə indi onu siyasətlə fəth edirdi. Xristianlığın qadağaları altında ikən tam sərbəst və harın yaşaya bilməyən zadəganlar üçün mason çox maraqlı və cazibədar idi. Onun üzvü ikən onlar heç bir günah amilindən çəkinmirdilər. Masonun ən güclü silahı onun məxviliyi və öz əməlini məxvi saxlaya bilməsi  idi ki, bütün bu kimi işlərə görə katolik kilsəsi və hökmdarlar heç də ondan şübhələnmədilər. O isə özünün ədəbiyyatını və incəsənətini yaradaraq xalqın ictimai şüuruna astaca və dərinliyinəcən təsir  göstərməkdə idi. Bundan sonra hər cür çevrilişlər, inqilablar, müharibələr dönəmi başlanacaqdı. Ölkələrin parçalanmasının, aparılan bir sıra müharibələrin, baş tutan burjua inqilablarının da əsas ideolqları və aparıcı şəxsləri mason təşkilatı nümayəndələri idi. Bu zaman İngiltərə, Fransız, İtaliya burjua inqilabları da heç şəksiz ki masonun sonrakı dövrlər törətdiyi əməllər hesab olunur. Bu əməllər arasında  hansının bəşəriyyəti irəli apardığının dəqiq analizini aparmaq çox çətindir. Çünki İlahi və ekaloji nəzərlərlə qiymət verəsi olduqda Dünyanın hazırkı dövründə onun heç də inkişaf etmədiyi, əksinə məhvə doğru getmiş olduğunu iddia etmək daha düzgün olardı. Masonluq Avropanın dünya üzərində hegamonluğunu qüvvətləndirdi. Lakin mövcud dünyanı dəqiq analız edən bir kimsə, xüsusən də islam filosofları onun inkişafından danışmırlar. İndi hətta xristian filosoflar da dünyanın sonu barədə daha çox düşünür. Tempilerlərin mason təşkilatları ilə birləşib onu tam özünküləşdirdiyi və mövcud masonun bünövrəsini qoyduğu tarixdən ötən 400 ilə yaxın vaxt ərzində  bəlkə də masonsuz tamam başqa bir istiqamət götürər və daha çox inkişaf edərdi və bu inkişaf bəşəriyətə heç bir zərər doğurmazdı.
ATEİZMDƏN İBARƏT OLAN MASON FƏLSƏFƏSİ. Masonu bütünlüklə tanımaqdan ötrü onun həqiqi fəlsəfəsini, mövcudluq və yaşam prinsiplərini dəqiq müəyyənləşdirmək və bu zaman heç bir emosiyaya qapılmadan və tam bitərəf durumunda qalaraq onun əməllərini, inanclarını, dünyabaxışını dürüst tədqiq  etmək lazımdır. Masonun ideoloji bünövrəsi İudaizm dininə məxsus Tövrat kitabından yaranmış Talmutdan götürülmüşdür. Tanayalar(şəriət müəllimləri)  və amoraylar (Fələstindən kənarda yaşayan icmalarda  dini qanunları izah edənlər)  tərəfindən Tövrata şərhlər verilirdi ki bunun əsasında Talmut yaranmışdı. İudaizmdə vahid allahın adı Yəhvadır. Qədim yəhudi dilində bu “Yəhu” kimi qeyd olunur. İuydeyalıların yəhudi adı onların daha çox dini mənsubiyyətini bildirir. Xristianlığa tam etibar göstərməyən və inanmayan şəxslər İslama dərk etmədikləri üçün ona üz tutmağı özlərinə sığışdırmır  və ondan əvvəlki dinə müraciət edir və bu zaman iudaizmə varıb, yəhudi ideologiyasını qəbul etməli olurdular. Bu ideologiya isə Talmutdan qaynaqlanırdı. Talmuta istinad edən şəxslər yəhudi kahinlər tərəfindən istiqamətlənmədikləri üçün çox asanlıqla orada  adı qeyd olunan “Giram” iblisi barədə fikirlərin təsirinə düşürlər. Bu isə əslində yəhudilikdən kənara - Yəhvaya deyil, İblisə etiqada aparır. Masonları kənar inanclara da meyllənməyə məcbur edən səbəblər heç də onların dindarlığından irəli gəlmirdi. Amma onlar özlərini ateist də hesab etmirlər, hətta Allaha inanmayan şəxsləri guya ki, özləri  masona qəbul etmədiklərini bildirirlər. Lakin bu sözdə belədir. Əgər onlar dindardırsa, deməli, ya xristian, ya müsəlman, ya da yəhudi olmalı idilər. Amma bunların hər hansı biri əsas götürülərdisə, digər dinlərin mənsublarını cəlb etmək  çox çətin olar və ya mümkün olmaz və masonun tərkibində dini ayrıseçkilik salardı. Həm də bu onu fərqləndirməz, cazibədar etməzdi. Ona görə də mason qismən iudaizmə və təşkilati baxımdan İslamdakı sufizmə  istinad etsə də əslində tovhid (təkallahlı) dinlərin heç birinə istinad etməmişdir. Üzdə və dildə guya ki, din azadlığı və möminlik əsas götürülsə də, əslində  mason mahiyyət etibarı ilə allahsızlığa istinad edir. Onun üzdə Allah kimi təqdim etdiyi varlıq, əslində “Kainatın Ulu Memarı” adlansa da, “azad usta”, Süleyman peyğəmbərin məbədini tikmiş usta Hiram nəzərdə tutulur və burada Yaradan deyil “Tikən” (memar) fikri anlaşılır. Bu isə  Allah demək deyil. Masonluqda Allah anlayışı dinlərdə nəzərdə tutulan Böyük və Mütləq Yaradan yox,  ən uca prinsip, təkamülün son mərhələsi, üçbucağın yuxarıya doğru ucundakı son nöqtəsidir. Buna baxmayaraq o təbiəti və insanları idarə edən ən böyük qüvvə də sayılmamalıdır. Onların inancına əsasən hər şey zahirən bir maddi varlıq və enerjidir. Ulu Memar məhz təbiətdəki qarşılıqlı əlaqənin- harmoniyanın memarıdır. O həm də kainatdakı bütün varlıqların cəmi sayılır. O total güc və enerjidir. Masonun fikrincə kainatın Ulu Memarı sonsuza doğru bir meyl deməkdir. Onların fikrincə təbiət xaricində insanlığı idarə edən, xülyasına və davranışlarına məsul bir güc ola bilməz. Göründüyü kimi, bu artıq Allahın varlığını inkar edən düşüncədir. Masonluğun guya ki, ateizmə qarşı olması və üzvlükdə Allaha inamın vacibliyini qabartması yalan və qondarma bir iddiadır. Əslində isə mason Allaha deyil, öz fəlsəfəsi əsasında ilahiləşdirdiyi “təbiət”,“təkamül” və “insanlıq” kimi materialist düşüncəyə etiqad göstərir. Bafomet adlı keçi başlı, insan bədəni və qanadları olan təsvirə- İblisi xatırlayaq. Mütəxəssislər masonu bir yeni din kimi də tanıyırlar. Çünki bundan ötrü masonun müvafiq hər cür xüsusiyyətləri vardır. Bəlkə də onu tam məxvi qalmağa vadar edən bir amil də bütün dinləri öz  üstünə qaldırmamaqdan, bundan çəkinməsindən irəli gəlmişdir. Masonluq Tövratla bağla olduğu üçün yəhudiliyin gizli təşkilatı kimi də başa düşülür. Burada onun gizlin qalması həm də digər millətlərin istedadlı şəxslərini özündən uzaqlaşdırmamaq məqsədini güdür. Axı  dünyanı idarə etmək üçün yəhudilərin sayı və əqli potensialı çata bilməz. Bir ehtimala görə masonda hakimiyyət anqlo-sakslara məxsusdur və onlar düşünülmüş şəkildə yəhudilərin hakimiyyətini hallandırmaqdadırlar. Dünyanı sümürən, xüsusilə də müsəlman məmləkətlərində təriqət və məzhəb üstdə rəxnə salan, müharibələr törədən, dünyanın sərvətini sümürən bir qüvvəyə qarşı antipadiyanın formalaşacağı təbiidir. Bu halda dünya xalqlarının nifrinləri ingilislərə deyil, yəhudilərə sarı yönəlmiş olacaq. Dünyanın daha çox ərazilərinə zaman-zaman ağalıq etmiş ingilis müstəmləkəçilərinin bu hakimiyyəti kiçik bir yəhudi qövminə güzəştə getməsi heç inandırıcı görünmür.  Lakin bunun əks arqumentləri də kifayət qədərdir. Tövratın siyasiləşdirilmiş forması sayılan sionizm yəhudi qövmünə bütün insanlardan üstün qiymət verdiyinə və bunun mason ideologiyasında özünü göstərməsinə əsasən masonu yəhudilikdən kənar təqdim etmək olmur. Buna görə də həm yəhudi mənsublarının  mason lojalarında üstün olması, həm də Ali Patriarx pilləsinə sahibliyi təbiidir. Bu halda isə yəhudilərin ingilisləri israf etdiyi ideyası önə çıxır.Massonların əsas məqsədi üçdür:
1) Bütün ölkələrdə şovinistik idarəçiliyin gizli saxlanılması;
2) Aşağı təbəqəli idarəçiliyə, başqa insanlardan olan kişilələri, cəlb etmək;
3) Vahid idarəçiliyin gizliliyini və digər görünməməzliyini təmin etmək.
“Mason” sözünün açmasını bəzən onun hərflərinə görə izah edirlər. “M”- (Mystik) “mistika”, “a”(ancient) - “qədim”, “s”(shrine)- “müqəddəs yer”, “o”(order)- “sifariş” və “n”(nobles)-”zadəganlıq” kimi açılır.
MASON SİMVOLLARININ DƏRİN MƏNALARI. Masonun özünəməxsus ideologiyası konkret predmetə əsaslanır və bu zaman  müxtəlif işarə və simvolları formalaşdırır. Məhz  bu zaman yəhudi mistikası və qədim Misir  akultizmindən geniş  istifadə olunmuşdur. Bu simvollar gizlilik və sirr saxlanılması ehtiyaclarından yaranmışdır. Hər hansı bir  abidə, şəkil və kollajda olan işarələrin masonik xarakter daşıdığını onların özü daha dəqiq anlayır və konkret məsələ (mövzu) üzrə öz tapşırıqlarını anlayırlar. Mason işarələrinin üzərindəki toz-torpağın, hörümçək toru, quş zılı və materialının da öz şərtləri və açmaları vardır. Bunları isə heç də bütün  mason nümayəndələri anlamır. Bundan ötrü onun daha yüksək dərəcələrinə malik olmaq lazımdır. Adətən qaliblər 3-dən 1-ə doğru sayılır və birinci yer yüksək dəyərləndirilir. Masonda isə əksinədir, ən aşağı dərəcə, yəni ən aşağı pillə 1-ci dərəcə  sayılır. Ən yüksək isə 33-cü dərəcədir. Son əsrlərdə yaranmış bir sıra texniki ( çilingər, qaynaqçı, suvaqçı və sair) peşələr 1-ci yox 6-cı, 7-ci və sair  yuxarı  dərəcələr hesab olunur. Mason simvolları da fərqli mənalar ifadə edir. Onların bəzilərinə nəzər salaq: 
GÖZ: Bir çox rəssamlar, memar və dizaynerlər öz yaradıcılıqlarında göz təsvirinə geniş yer verirlər. Bu, Ulu Memarın hər şeyi görməsinə işarədir. Eyni təsvirə ABŞ-in 1 dollarlıq əskinasında da rast gəlmək mümkündür. ÜÇKÜNC SÜTUN VƏ GÖZ: Mason sirli göz təsvirini adətən üçbucaqlı tikilinin üst bucağında əks etdirir. Üçkünc sütun (üçbucaqlı) masonun dünya imperatorluğuna işarədir. 
BEŞGUŞƏLİ ULDUZ: planetin beş qitəsində bənna qardaşların yaşamasına və onların həmrəyliyinə işarədir. Bu, Davud peyğəmbərin möhürü kimi xarakterizə edilməklə yanaşı Giram adlı iblisin əsas ayinlərinin beş guşə ətrafında keçirildiyi kimi də xatırlana bilər və  daha çox məntiqə uyğun sayılar. Əski Sovetlər Birliyinin beşguşəli qırmızı ulduzunu xatırladıqda bunun heç nahaqdan olmadığına əmin olaq. Çünki həm kommunizm ideoloqları, həm də  bolşevik inqilabının rəhbərlərinin əksəriyyəti mənşəcə yəhudi və mason üzvləri idilər. Bütün sovet insanlarının sinəsində beşguşəli oktyabryat nişanı gəzdirməsi, sonra boyunlarına qırmızı pioner qalstuku bağlaması iblisə xidmətin ifadəsi idi. Qırmızı qalstuk usta Hiramın boynuna bağladığı yaylığa, məktəbli qızların ağ fartuk taxması isə ustanın taxdığı önlüyə işarə sayılmalıdır. ABŞ prezidenti Harri Trumenin mason qiyafəsindəki məşhur şəklini xatırlayaq. Bu şəkildə o da fartuk taxmışdı.
ALTIGUŞƏLİ ULDUZ: Bu işarə İsrail dövlətinin gerbinə işarədir və onların müqəddəs simvollarından hesab olunur. Onu İsrailin bayrağında və bütün yəhudi məzar daşlarında görmək olar. 
YEDDİQOLLU ŞAMDAN: Masonun əsas simvollarından biridir və bu da yalnız yəhudi xarakterlidir. Hətta ABŞ-in Nyu-York şəhərinin Ellis-Ayland adasında ucaldılmış 56 mərtəbəli ev hündürlüyündə olan “Azadlıq abidəsi”ndə qadın heykəlin əlindəki məşəlin ucu da yeddiguşəlidir. Onu ABŞ-in 100 illiyi münasibətilə Fransa masonu hədiyyə etmişdi. İngilis masonu isə onu İsrail parlamentinə hədiyyə etmiş və bu onun əsas dövlət simvoluna çevrilmişdir.
AY VƏ GÜNƏŞ: Günəş adətən Ulu Memarın gözü olaraq nəzərdə tutulur. Əvvəldə qeyd etdiyimiz kimi, bu isə onun hər yerdən Günəş şüalarının düşməsi qədərincə xəbərdar olması deməkdir. Ay onların inancına əsasən həm də bolluq və təbabətlə bağlıdır.
Masonun “TOXMAQ VƏ ÇƏKİC”, “TAC”, “SÜMÜK VƏ KƏLLƏ”, “GÖYƏRÇİN”, “İLAN”, “ZINQIROV” və “ÜÇ SÜTUN” kimi simvolları da çox geniş yayılmışdır və hər birinin  masonluğa xidmət edən öz mənaları və geniş açmaları vardır. Sovet insanın əlində oraq və çəkic tutmasını xatırlayaq. O heç də zəhmətkeş qüvvələrin - fəhlə və kəndlinin birliyinə işarə deyildi. Ən məşhur simvollardan biri də bənnaya lazım olan PƏRGAR və üçbucaqlı XƏTKEŞdir ki, onları iç-içə təsvir etdikdə və alınan üçbucağın ortasında isə “G” hərfi əks olunduqda daha sirli bir görüntü yaranır. “G” hərfi birbaşa şeytanın simvoludur ki, bu da masonun dini orientasiyasını dəqiq analiz edir. Masonlar öz sirlərini gizli şifrələr altında saxlamağa üstünlük verirlər. Onların saxlanc yerləri də sirlidir. Gizli mətnlərin saxlanıldığı xüsusi qutu kripteks adlanır. Bu kripteslərin içərisindəki mətn isə kriptogramdır. KriptoGram sözündəki “Gram” ifadəsi Talmuta əsasən çox güclü bir şeytanın adıdır. “G” hərfi həmin şeytanın adını ifadə etdiyi üçün  əksər və populyar mason simvollarında, xüsusən də yuxarıda  açılmış pərgarla aşağıdan ağzı yuxarıya tutulmuş xətkeşin yaratdığı üçbucaqlıda   istifadə olunur. Dünyanın ən məşhur mason lojalarından biri də “Gladio” adlanır ki, burada da “G” hərfi heç təsadüfi deyil. Lakin bütün bunlar heç də o demək deyil ki, “g” hərfi ilə başlayan bütün sözlər, xüsuslə də bizim “əziz-girami” ifadəsindəki “girami” sözü də mason xarakterlidir. Masonun bütün simvolları barəsində ayrıca və çox genişliklə danışmaq olar. Yeri düşmüşkən, Salamon (Süleyman) peyğəmbərin adının içərisində də “mason” sözünün hərfləri çox asanlıqla diqqəti çəkir. Bu təsadüfidirmi? Mason üçün təsadüfi olan heç nə yoxdur. Onun müasir dünyada törətdiyi əksər qlobal hadisələr də heç təsadüfi deyil. hər şey ölçülüb-biçilmiş - “bənna tərəfindən tikilmişdir”.
MASONUN TƏŞKİLATİ STRUKTURU. Hər bir təşkilatın möhkəmliyi təkcə onun ideoloji əsaslarının  cəlbediciliyi və aktuallığı  ilə deyil, həm də onun təşkilatı strukturunun mükəmməliyi ilə  bağlıdır. Dünyanın bütün leqal və qeyri-leqal təşkilatları arasında özünün daha qüdrətli və deməli, daha möhkəm olması ilə öndə mason təşkilatı gedir. Bu isə onun təşkilati baxımdan mükəmməl quruluşa malik olmasına dəlalət edir. Dünyanın heç bir siyasi partiyası, ictimai birliyi onun qədər böyük  yaşa, geniş əlaqələrə və qüdrətə malik deyil. Partiyaların ən ümdə məqsədi  konkret bir ölkədə hakimiyyət başına gəlməkdən ibarət olur. Mason isə dünyanın bütün  ölkələrində hakimiyyət başına gəlməyə çalışır. Ən böyük dövlətlərin ən qüdrətli siyasi partiyaları da 2-3 seçimdən artıq müddətə iqtidarda qərar tuta bilmir. Mason isə az qala 300 ilə yaxındır ki, Avropa və Amerikanın ən aparıcı və qüdrətli dövlətlərində iqtidar başındadır. Masonun əli hər yerə və hər şeyə çatır. Onun gerçəkləşdirə bilmədiyi çox az planlar var. Onun strateji planları Beynəlxalq masona, onun Ali Patriarxının səltənətinə aiddir. Orada qəbul edilmiş hər hansı bir qərar daha çox  qlobal və nəzəri xarakter daşıyır. Sonra aşağıda duran 33 dərəcənin - 33 pillənin nümayəndələri 33-dən üzü aşağı rəqəmli dərəcəyə doğru bu qlobal planın tərkib hissələrini konkret  olaraq icra edirlər. Burada dəqiqləşmə aparsaq konkret icra mexanizmi daha  çox aşağı pillələrə aid edilir. Bu pillələrdə isə heç də azsaylı üzvlər və adi şəxslər durmur. Mason özünün sirli və qeyri-adi proqram və planları ilə yanaşı həm də konkret üzvlərinə görə məxvilik örtüyünə bürünmüşdür. Onun daha böyük cazibədarlığı da üzvlərinin gizlinliyinə bağlıdır. Əhatə dairəsi dəqiq olmadığı üçün onun ölçüsü də dəqiq görünmür. Bəzi tədqiqatçılar onun həddən artıq möhtəşəm obrazını, bəziləri mifik  görkəmini, daha digər tədqiqatçılar isə onun 80% uydurmalardan ibarət olmasını ifadə  edirlər. Ona görə də onu bəzən beynəlxalq birlik, təşkilat, cəmiyyət, mafiya da heçab edirlər. Amma toplanan məlumatlar onun hətta yeni bir din və ya ictimai formasiya olduğunu da ifadə edir. Bütün bunlar isə həm də onun təşkilati cəhətdən çox dəqiq və güclü qurulmasına işarədir.  O büsbütün sirlər və qapalılıq altında olduğu üçün onun üzvlərinin rəsmi adı da tam məxvi saxlanılır. Yüksək dərəcənin nümayəndəsindən tutmuş ən aşağı dərəcəli masona qədər hamının məxvi kod adı var. Bəzən bu şəxslərin mason üzvü olması ehtimal olunsa da, o hətta belə tanınsa da, bunu onun ölümündən sonra da rəsmən təsdiq edən hansısa bir sənədi tapmaq və üzə çıxartmaq mümkün olmur. Amma ölümündən sonra  masonu tanıdan hansısa işarə və simvollar onun məzarüstü abidəsində və ya əşyalarında özünü göstərir. Masonun təşkilati sirləri yazıldığı halda belə onları oxuyub nəsə anlamaq heç asan deyil. Mason liderlərinin milliyətindən asılı olmayaraq onların hamısının başa düşdüyü mason dili var. Bu dil şərqli musiqiçilər arasında “manıs dili” kimi tanınan dilin konkret xarakterini daşıyır, ancaq adı qismən oxşar olsa da özü eyni deyil. Ən məxvi mason sənədləri bu “dildə” yazılır və xüsusi kriptekslərin içərisində qorunur. Mason lideri olmayan şəxs bu kripteksi aça bilməz. Açmağa çalışarkən yığılmış səhv bir kod onun içərisindəki  kimyəvi maddənin açılması ilə  buradakı materialı tamam sıradan çıxarda bilər. Özünü masona oxşadan bir sıra gizli və qüdrətli qüvvələrin olması  da  ehtimal olunur. Ancaq onlar nə qədər qüdrətli  olsalar da mütəxəssislər mason olmadıqlarını asanca ayırd edə bilir və elələrini xüsusi xidmət orqanlarının əli ilə də olsa, məhz elə mason özü məhv etdirir. Çünki masonun əli dünyanın əksər xüsusi xidmət orqanlarının içərisinə qədər çatır. Heç də hamı əslində  masona xidmət etdiyini anlamır. Masonun bir gücü də elə burasındadır. Onun tərkibinə saysız hesabsız qədər mafiya və klanlar daxildir. Çox qüdrətli bir klanın başçısı  heç də  mason dərəcələrinin daha yüksək pillələrinə üzv olmaya bilər və ya ən aşağı dərəcələrdə təmsil olunması, bəzən kimə xidmət etdiyini dəqiq bilmədiyi də mümkündür. Hər mafiya və ya klan başçısı heç də hökmən mason üzvü deyil. Dünyanın çox böyük ölkələrində masonun ayrıca və birbaşa Beynəlxalq Masona tabe olan lojaları yaradılmışdır. Bu lojaların özünün 33 dərəcəli piramidası mövcuddur. İngiltərə, Fransa, İtaliya, ABŞ, Rusiya, Türkiyə və digər ölkələrdə masonun çox qüdrətli lojaları və bu lojaları birləşdirən mərkəzlər fəaliyyət göstərir. Bu isə həm də həmin ölkələrdə dövlətin büsbütün masonun nəzarəti altında olmasına işarədir. Türk lojası barədə  bəzi nüanslar özünü məşhur “Kurtlar vadisi” dizisində göstərmişdir. Hazırda Türkiyənin türkçülük ideologiyası əleyhinə atdığı addımlar burada hökumət başçılarının heç də öz şəxsi iradəsinə tabe olmadığını ifadə edir. Belə hallar Rusiyada da az olmamışdır. Ali masonluq "Şotland" və "Böyük Şərq" lojalarının ən yüksək dərəcəli masonlarının fəaliyyətini birləşdirir. Yer kürəsi mason tərəfindən 77 əyalətə bölünmüş və baş mərkəzi idarələrə tabe edilmişdir. Ali patriarxın 3 Baş mərkəzi idarəsi mövcuddur: Vaşinqtonda (ABŞ), Neapolda (İtaliya) və Kəlkuttədə (Hindistan). Lakin bir ehtimal düşünməyə əsas verir ki, bu heç də belə deyil. Çünki özünün baş idarələrinin yerləşdiyi məkan məlum olduğu halda mason onu çox asanlıqla dəyişərdi. Bir halda ki, bu şəhərlərin adı internet səhifələrində qeyd olunur, deməli,  bu onun özünə belə sərf edir və ya əslində əsil məkanlar tamam başqa şəhərlərdədir, bu isə iz azdırmaq,özünü hansısa əməli  ilə tanıtmaq istəyən sarsaq qüvvələrdən yayınmaq, üçündür.
QARANLIQDA YÜKSƏLƏN PİLLƏLƏR. Mason üzvlüyünə qəbul da heç asan deyil və hər bir kəs öz istəyi ilə oraya daxil ola bilməz. Şəxs bu üzvlüyə layiq bilinməli, sonra onun üzərində tədqiqat və digər işlər aparılmalıdır. Həmin şəxslər isə mühüm dövlət vəzifələrini tutan, buna perspektivi olan, çox istedadlı, çox məşhur və ciddi şəxslərin arasından seçilir. Bu sırada dövlət məmurları ilə yanaşı yüksək hərbi rütbəli zabitlər və məşhur incəsənət xadimləri də olur. Şəxs 33 dərəcəli yol keçərək, mason rəhbərliyinin ən yuxarı 33-cü dərəcəsinə çata bilər. Hərçənd  ki, onun çalışmaları və şəxsi cəhtləri heç də həmişə uğur qazandırmır. Çünki masonun özünün yanaşma və seçim qaydaları mövcuddur. Bu bəzən akultik xarakter daşıyır. O özü istədiyi bir şəxsi dərəcələr üzrə sürətlə yüksəldə, vəzifələr üzrə tez ucalda və ya bütün böyük xidmətlərinə rəğmən aşağı dərəcələrdə saxlaya bilər. Çünki masonun ümumi mənafeyi üçün faydalılıq şəxsin mason pillələri üzrə yüksəlməsindən daha əhəmiyyətli sayılır. Bu halda şəxsə zəmanət verilməsi də mühüm amil hesab olunur. Bütün bunlar və dərəcələr arasındakı məxvilik tam qorunur. Daha üst dərəcədə olan  mason üzvü özündən aşağıdakıların bir qismini ehtiyac yarandıqda tanıya bilər. Aşağı dərəcəli qrupların (mafiya birlikləri və sair) içərisində isə yalnız bir nəfərin özündən yuxarıdakı bir üzvü tanıması mümkündür. Onun üçün daha yuxarılar zil qaranlıq və ya çox parlaq işıq arxasında durubmuş kimi görünməz, tanınmaz, bilinməzdir. Masonun 33-cü dərəcəsindən sonra Ali Beynəlxalq mason, onun başında isə Ali Patriarx durur. Ali Patriarxın tabeliyində ali icra orqanı, təbliğat, maliyə və inzibati işlər üzrə köməkçiləri   və  ərazilər üzrə idarələri mövcuddur. Aşağı dərəcə nümayəndəsinin yuxarılar barəsində sual vermək hüququ  tanınmır. Məşhur və yüksək dərəcəli masonların övladları birbaşa hansısa bir dərəcəyə layiq edilir.Mason üçün bağışlama, günahdan keçmə və çəkinmə prinsipləri yoxdur. Mason sirlərini vermiş bir üzv həmin andaca öz ölümünə fərman vermiş sayılır. Ələ keçmiş masonun son anda  ən ağıllı addımı özünəqəsd hesab olunur. Bundan ötrü ani təsir göstərə biləcək zəhərdən (kalsi-sioniddən) istifadə edilir. Bəzən masonun bütün sərvəti və ailəsi də onun günahı üçün cavab verə bilər. Masonun yalnız  arxadan açılan giriş qapısı var. Oradan öz xahişi ilə çıxış mümkün deyil. Bu yalnız fiziki qüsurlar və hədsiz qocalıq zamanı nəzərə alınır. Bu zaman həmin mason “yatmış mason” sayılır.
MASON ÜÇBUCAĞININ DƏRƏCƏLƏRİ. Yaşı 18-i keçmiş və mason dərəcələrinin təqdimatına layiq bilinmiş şəxs mason üzvlüyünə qəbul edilir. Bir ehtimala görə yalnız çinlilər və induslar mason üzvlüyünə  qəbul edilə bilməz. Bunu onların buddizm inanclarına, əqli çatışmazlıqlarına və ya əhali sayının çoxluğuna görə qadağan etmişlər. Birlikdə sayı dünya əhalisinin yarısına bərabər olan bu xalqların az müddət sonra büsbütün masonu tuta biləcəyi ehtimal olunur. Eləcə də qara dərili afrikalılar və qırmızı dərili hindular mason üzvlüyünə  qəbul edilmir. Ümumi bir fikir ondan ibarətdir ki, mason Qərbi Avropa, ABŞ və Kanadadan başqa dünyanın digər ərazilərində yaşayan xalqları 2-ci dərəcəli qövmlər hesab edir. Masonluğa kasıb, savadsız, ali mövqe sahibi olmayan  kəslər, xüsusən qadınlar  qəbul edilməz.  Hərçənd ki, Fransa masonunun qadın lojasının olduğu və tarixdə bir sıra yəhudi mənşəli qadınların mason üzvü olması halları mövcuddur. Fiziki qüsurlu, şikəst və ya aşağı vəzifəli şəxslər də mason üzvü ola bilməz. Beynəlxalq masonun “300-lər proqramı” 2100-cü ilə kimi dünyanı qlobal aclıq bürüyəcəyini və bu zaman yalnız cəmi 1 miyard əhalinin və 300 seçilmiş mason ailəsinin  firavan yaşaya biləcəyini nəzərdə tutur və dünyanı buna kökləməyə çalışır. Bu isə bir neçə milyard Yer əhalisinin tezliklə muharibələr, aclıq və yeni xəstəliklər hesabına məhv ediləcəyi  fikrini doğurur. Bu ayrıca bir söhbət olduğu üçün “300-lər proqramını” daha sonrakı söhbətlərimizə saxlayırıq. Dedik ki,  masonun hər bir lojası  33 dərəcəyə malikdir. Əgər hər dərəcəni aşağıdan yuxarıya doğru bir pillə kimi qəbul etsək və hər pillədə ən azı 9-11 nəfər məşhur və qüdrətli şəxsin olduğunu güman eləsək bu halda  onun ölkəni və hakimiyyəti xərçəng kimi necə bürüdüyünü  dəqiq təsəvvür edə bilərik. Buradakı 1-3-cü (göy masonluq) dərəcələri təməl prinsiplərin öyrədildiyi, üzvün formalaşdırıldığı və yoxlanıldığı səviyyə hesab olunur. Sonrakı 4-14 -cü dərəcələr Süleyman peyğəmbərin sarayını tikən usta Hiramla bağlı qədim əfsanədə qeyd olunduğu mərhələlər üzrə qurulmuşdur (usta- usta köməkçisi-şagird) və bu qırmızı masonluq adlanır.15-18 dərəcələr keçid mərhələ hesab olunur. Sonrakı mərhələ qara masonluqdur. 18-30-cu dərəcələr isə üst mərtəbə hesab edilir və burada masonun üst fəlsəfəsi hazırlanır. 31-33-cü dərəcələrə dünyanı yönəldə biləcək  böyük dövlətlərin ən ali rəhbərləri yüksələ bilir. Sonra isə Beynəlxalq mason və Ali Patriarx durur. Göy masonluq kütlədən bir elə gizlədilməsə də, onlar üzdə hansısa ictimai və ya humanitar birliklər kimi tanınsalar da, digərləri tam məxvi fəaliyyət göstərir. Ali Patriarxı isə heç kimsə tanımır. Onun özündən aşağıdakı mərhələyə tapşırıqları  da konsperativdir. Ümumiyyətlə, masonun ən ali mərtəbəsində 10 şəxsin, onlardan aşağıda isə cəmi 300 kişinin mövcudluğundan bəhs olunur. Bu bir həqiqət də ola bilər, masonun özü tərəfindən buraxılmış dezinformasiya da. Mason üzvləri bir-birlərinə qardaş hesab olunur. Amma günahına görə qardaşın cəzasını amansızlıqla verməyi də bacarırlar. Masonun gücü həm də  öz nizamnaməsinə tam ciddi və sədaqətlə əməl etməsindədir. Ancaq nə qədər qüdrətli görünsə də  Allah masondan daha böyük və daha qüdrətlidir!
AMERİKANI KOLUMBDAN SONRA MASON KƏŞF ETDİ. Masonla bağlı ciddi araşdırma müəllifləri onun dünya ağalığı məramının əslində sionizmdən irəli gəldiyini bəzən nəzərdən qaçırdırlar. Məhz buna diqqət yönəltdikdə onun  bir yeni ictimai formasiya olması ilə yanaşı həm də bir yəhudi sionist xarakterli beynəlxalq təşkilat olması fikri yaranır. Çünki məhz Tövratda yəhudilərin Allah tərəfindən seçilmiş xalq olması, dünyaya ağalıq etmək borcu və bütün yəhudilərin qardaşlığı geniş ifadə edilir. Dünya ağalığı iddiasında olan mason üçün bu iddia daha geniş və bir qədər də xam məkanda reallaşa bilərdi. Bundan ötrü Amerika  daha münasib məkan sayıldı. Orada hələ heç dövlət də qurulmamışdı. Lakin İngiltərənin hökmranlığı Fransa və Hollandiyadan daha öndə idi. Buna görə də masonu İngiltərədən oraya keçirtmək çox da çətin olmayacaqdı. Əvvəlcə Şimali Amerikadakı ingilis müstəmləkələrində İngiltərə əleyhinə və müstəqilliyə can atan siyasi təşkilatlar yaradıldı. Nəhayət 1775-83-cü illərdə Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə başladı. Bu müharibə nəticəsində İngiltərənin hökmranlığına son qoyuldu və 1776-cı ildə Amerika Birləşmiş Ştatları (ABŞ) yarandı. 1783-cü ildə Versal sülh müqaviləsinə əsasən İngiltərə ABŞ-ı rəsmən tanıdı. Bu müharibə nəticəsində həmçinin torpaq mülkiyyətindəki feodalizm ünsürləri ləğv edildi, hakimiyyət burjuaziyanın və torpaq sahiblərinin əlinə keçdi. 1787-ci ildə yeni konstitusiya qəbul olundu. Bu konstitusiya ABŞ-ı federal dövlət kimi rəsmiləşdirdi. 1789-cu ildə ABŞ-da ilk prezident seçkiləri keçirildi və   mason lideri Corc Vaşinqton prezident seçildi. Bu artıq masonun çox böyük səbrinin, gizli, incə və uzunmüddətli fəaliyyətinin təntənəsi idi. Amerikada mümkün idisə, deməli, dünyanın hər yerində mümkün ola bilərdi. Masonun ABŞ dövlətini yaratması ilə Amerika daha əsaslı şəkildə  kəşf olunurdu. Və bunu kəşf edənlər yəhudi əqidəli ingilislər idi. Sonrakı yüzilliklərdə  yəhudilər ABŞ masonunda rəhbərliyi ələ keçirtdilər.  ABŞ-in ilk masonu olaraq Benjamin Franklinin adı qeyd olunur. O, ABŞ İstiqlal Bəyənnaməsinin  və konstitusiyasının müəllifidir. Bu konstitusiyanın ötən yüzilliklər ərzində dəyişikliklərdən ciddi cəhtlə qorunması onun mason xarakterinin tədricən dəyişikliklərə məruz qalmamasının qarşısının alınması məqsədini güdmüşdür. 1823-cü ildə digər Amerika masonları olan prezident D.Monro və dövlət katibi C.Adamsın tərtib etdiyi “Monro doktirinası” və yaxud “Amerika amerikalılar üçün” adlanan sənəd də heç bir  dəyişikliyə məruz qalmadan qorunmaqdadır. Bu doktrinada Talmut və sionizm ünsirləri açıq-aşkar duyulmaqdadır. Dünyaya demokratiya və insan haqlarından dərs keçən bir dövlətin  özünün bu kimi  qeyri-demokratik nizam və məram üzərində mövcudluğu heç bir məntiqə sığmır. Bu isə ABŞ-in bütünlüklə  masonun nəzarti altında olmasını ifadə edir. Böyük biznes, korrupsiya, inhisar və dünya bazarlarının istila olunması üzərində milyardlar qazanan ABŞ masonu indi çox sanlıqla dövlətə təsir etmək gücünə malikdir. ABŞ masonu ölkədə və hətta dünyada istədiyi zaman böhran, qıtlıq və iğtişaş yaratmaq, müharibələr, inqilablar, çevrilişlər törətmək gücünə malikdir. Beynəlxalq narkotika bazarını öz əlinə keçirtmək üçün Əfqanıstanı istila etmək istəyən ABŞ masonu Nyu-Yorkda iki göydələn binanın guya ki, müsəlmanların “Əl-Qaida” terror təşkilatı tərəfindən partladılmasını təşkil etdi. Dünya Ticarət Mərkəzinin yerəşdiyi bu binalar partladılmazdan əvvəl oradakı bütün qızıl ehtiyatları çıxarıldı, həlak olanların arasında isə bircə yəhudi də tapılmadı.“Terrorçuların”  bu ölkədə gizlədilməsi bəhanəsi ilə mason müsəlman Əfqanıstanı işğal etdirdi. Eləcə də İraq öz tarixinin ən acınacaqlı dövrünü  yaşamağa məhkum olundu. Mason üçün müsəlman ölkələrini hərbi, Avropa ölkələrini isə iqtisadi əsarət altına almaq lazım gəlirdi.  XX əsrin əvvəllərində Almaniyada da belə idi. Nəticədə alman millətçiliyi Hitlerin rəhbərliyi ilə yəhudi genosidini həyat keçirdildi. Hazırda ABŞ-in dünya ağalığı iddiası ilə bütün dünyanın maddi və mənəvi sərvətlərini sümürməsi də sionizm siyasətinə görədir. Ötən dövrlər ərzində ABŞ-in prezidentlərinin bir çoxu mason olmuşdur. Onların arasında Harri Trumen öz masonluğu ilə açıq fəxr edirdi. Onun əynində mason örtüyü və digər simvolları ilə, arxasındakı günəş təsvirinin ortasında isə “G” hərfinin əks olunduğu foto bir çox internet saytlarında nümayiş olunur. Xatırladaq ki, II Dünya Müharibəsinin sonuna yaxın bir dövrdə, yəhudi  fiziklərin icad etdiyi atom bombasının lüzumsuz yerə Yaponiyanın Xorasimo və Naqosaki şəhərlərinə atılmasına əmri də məhz ABŞ-in mason prezidenti Trümen vermişdi. Mason prezidentlər sırasında Franklin Delano Ruzveltin  və Teodor Ruzveltin adı çəkilir. C.Vaşinqtona qoyulmuş abidə sırf mason simvolları ilə bəzədilmişdir və üçbucaqlı formaya müvafiqdir. ABŞ masonu bu ölkənin şəriksiz sahibidir və dövlətin bütün xarici siyasətini müəyyən edir. Dünya ağalığı iddiasında olan bir dövlət olaraq ABŞ dünyanın bir çox yerlərində ( Filippində, Koreyada,Vyetnamda, Panamada, Laosda, Livanda, Liviyada, İraqda, Əfqanıstanda) müharibələr aparmışdır. İslamın dini inanc qüdrəti ona qarşı mason nifrətini artırmaqdadır.
RUSİYANI QURANLARIN  VƏ SÖKƏNLƏRİN TƏŞKİLATI. Dünyanın hansı yerində köklü dəyişikliklərə səbəb olan inqilablar baş vermişsə, orada hökmən masonun barmağı olmuşdur. Bü xususda Rusiyanın adı da masonla bağlı məlumatlarda geniş qeyd olunur. İlk rus masonu I Ryotr hesab olunur. Onu mason sıralarına 1699-cu ildə Londondakı Böyük Lojada qəbul etmişlər, Onda Şotland  masonu İngiltərəyə  ayaq açmış, lakin hələ İngiltərə Böyük Lojası yaranmamışdı. Rusiya Böyük Lojası Pyotrun ölümündən sonra, 1731-ci ildə yaradıldı. Onun rəhbərliyinə ingilis zabiti Con Filips seçildi. Rusiya Böyük Lojasının ilk rus ustadı 1732-ci ildə seçilmiş İvan Perfilyeviç Elaqin oldu. Bir çox rus qrafları masonun üzvü idilər. Böyük ustad Novikovun rəhbərliyi dövründə mason Rusiyada çox inkişaf və diqqəti cəlb elədi. Buna görə də II Yekaterina bir sıra məşhur masonları həbs etdirdi. Mason üzvü olan digər rus çarı I Pavel idi. Lakin digər rus hökmdarlarının dövründə də masona qarşı sərt təpkilər göstərilmişdir. I Nikolay masonu ölkə içərisində xərçəng hesab edərək onun fəaliyyətini qadağan etdi. Masona bağlılığı sübut olunan şəxslər zadəganlığı nəzərə alınmadan birbaşa həbsə atılırdı. Böyük Rus Lojası bunun cavabını çox gözlətmədi; 1825-ci ilin 14 dekabr tarixində senat meydanında zadəgan ailəsindən çıxmış gənc zabitlərin qiyamı  baş verdi. Sonralar bolşevik tarixçilər bu qiyamı bəzəyib “Dekabristlərin üsyanı” adlandıracaqdı. Məşhur rus şair, yazıçı və alimləri sırasında  masonların sayı kifayət qədər çox idi. Bu onların daha çox və geniş təbliğinə və  məşhurluğuna  xidmət edirdi. Halbuki zamanında onlardan daha zəkalı olanlar heç də az olmamış, sadəcə, sıradan çıxarılmış və unutdurulmuşdu. Rus masonunun sırasında Karamzinin, Puşkinin və Qriboyedovun da adları çəkilir. Rusiyanın sonrakı dövr bütün qiyam və inqilablarında  masonun rolu şəksiz idi. Onlar Rusiyanın bir sıra böyük şəhərlərində lojalar yaradırdılar. Məşhur, xüsusən də yəhudi mənşəli inqilabçıların əksəriyyəti bu mason təşkilatlarının üzvü idilər. Oktyabr inqilabı onların ən gözəl “əsəri” sayıla bilərdi. Kerenski, Trotski, Zinovyev, Kamenev, Martınov, Boqdanov, Sverdlov, Ryazanov və digərləri özünün yəhudi soyadlarını dəyişmiş, ruslaşdırmış mason üzvləri idilər.Bu sırada Leninin olması da şübhəsizdir. Onun özünə ideal hesab etdiyi və ideyalarını həyata keçirtməyə çalışdığı Karl Marks (Morduxay Levi) də alman yəhudisi və mason liderlərindən idi. Mason barədə materiallar dərc etmiş bütün mənbələrdə yəhudilərin öz əsas ad və soyadını dəyişib yerli xalqa  uyğunlaşdırma ənənəsinin məhz Karl Marksdan (Morduxay Levidən) qalma olduğu bildirilir. Sovet hökumətinin liderlərinin bir çoxu, Kalinin, Molotov və Xruşovun isə  arvadı mason təşkilatının üzvü idi. Hətta məşhur komik  artist Arkadi Raykin də masona bağlı idi. SSRİ liderlərindən təkcə İosif Stalin masona qarşı barışmaz mübarizə aparır, onları ifşa etdirib həbsə atdırırdı. II Dünya Müharibəsinin  sonunda Sovet qoşunları tərəfindən Sileziya şəhərində onlarca vaqonun dolusu qədər sənədlər ələ keçirtmişdi. Bunlar Avropa ölkələrindəki mason təşkilatları barəsində ən səhih sənədlər idi. Bu sənədlər dərhal Moskvaya çatdırıldı. Stalin bunlardan bir sıra ölkə liderlərini şantaj məqsədilə istifadə edirdi. SSRİ dağıldıqdan sonra bu məxvi sənədlər mason nümayəndələri sayılan A. Yakovlevin və E. Şevardnadzenin vasitəsilə Beynəlxalq masona xidmət nümunəsi olaraq qərb masonlarına çatdırıldı. SSRİ-nin beşguşəli qırmızı ulduzu da tam mənasında mason simvolu idi. Beşguşəli ulduzdan şeytanın çağrılması ilə bağlı ayinlərdə istifadə edilir. Rusiyanın bazasında SSRİ quran masonlar bu modeldə Dünya dövləti yarada bilməyəcəklərinə əmin olduqda onu çox asanlıqla - topsuz-tüfəngsiz darmadağın etdilər. Yeni yaradılan müstəqil respublikaları isə öz aralarında bölüşdürdülər. Qorbaçovu SSRİ, Yeltsini isə Rusiyanın hakimiyyət başına gətirə bilən mason üçün digər bəzi  respublikalarda da hakimiyyət başına özünə daha münasib bildiyi və mason bağlı şəxsləri gətirmələri  bir elə çətin olmadı. Onlar “demokratiya”, “söz azadlığı”, “müstəqillik”, “xalqların öz müqəddəratını sərbəst həll etməsi” və sair bu kimi qondarma ideyalarla SSRİ-ni dağıtdılar, buradakı xalqları bir-birinə düşmən etdilər. Rusiya masonlarının nəvə-nəticələri (Berezovski, Abramoviç, Çubays, Yavlinski və digərləri) bu ölkənin milyardlarına sahiblik etməkdə, digər xalqlar ilə ruslar arasına nifaq toxumları səpdirlər. Hətta Rusiyanın şou-biznesi də rus masonunun ( İ.Kobzonun) əlindədir. Rusiyanı millətçilik çağırışları ilə daim qarışdıran və əslində rusların düşmən obrazını  formalaşdıran siyasətçi Jirinovski də yəhudidir. Onun liberal-demokratlar partiyasının lideri olması heç təsadüfi deyil. Çünki dünyanın əksər yerlərində liberal dəyərlər məhz masondan qaynaqlanır. Amma mason özü dünya xalqlarına və ölkələrinə münasibətdə heç də liberal düşüncələrə söykənmir. Əks təqdirdə o qüdrətli və dünya şöhrətli gizli təşkilat ola bilməzdi.
YƏHUDİLƏR ÜÇÜN ƏN ARZUOLUNAN ÖLKƏ VƏ XALQ. Yəhudilər Azərbaycanda həmişə çox azad və sərbəst yaşamış, rahat fəaliyyət göstərmişlər. Digər millətlər arasında ən yaxın dostları da məhz azərbaycanlılar olmuşdur. Heç təsadüfi deyil ki, bizim müğənnilər xarici toylara Moskvadan sonra daha çox İsrailə dəvət alırlar. Bizim havaları onlar daha çox sevir, oxuyur, bu hava altında elə bizim kimi rəqs edirlər. Azərbaycan türkcəsində də daha   təmiz danışan elə Azərbaycan yəhudiləridir. Burada onlar  Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrdən fərqli olaraq hər cür adət-ənənələrini, ad və soyadlarını qoruya biliblər. Sovetlər dövründə Bakının mərkəzi küçələrində yaşayan sakinlərin böyük əksəriyyəti yəhudilər və ermənilər idi. Ermənilərin bizdən çox yəhudilərdən zəhləsi gedirdi. Çünki onları heç də asanlıqla aldada bilmirdilər.“Harada yəhudi varsa, oraya ermənin gəlməsinə dəyməz” aforizmi heç nahaq yaranmamışdı. İndi də Bakıda 3, Quba və Oğuzda 1 sinaqoq fəaliyyət göstərir. Hətta ucqar Lənkəran şəhərində də çarizm dövründə sinaqoq var idi və onun binası “qızıl əsgərlərin” kazarmasına, sonra isə idman salonuna çevrilmişdi və bu bina hələ də yəhudi sinaqoqu kimi tanınmaqdadır. Qubada yəhudilər daha geniş məskunlaşmışlar. Dağ yəhudiləri kimi tanınan həmin şəxslərin “Qırmızı qəsəbəsi” hələ də mövcuddur və ortada heç bir şey dəyişməmişdir. Sovet dövründə peşəkar musiqiçi sarıdan heç korluq çəkməyən Lənkəranda 2 saylı musiqi məktəbinin direktoru İqor Xanatayev adlı bir bəstəboy yəhudi idi. Bu adam yerli türk və talış folklorunu həvəslə toplayır, xor üçün nota alır, bizim xalq çalğı alətləri ansamblına və xor kollektivinə məharətlə rəhbərlik edirdi. İqor müəllim sonra elə bizim azərbaycanlıların milli xəstəliyi kimi tanınan infarktla dünyasını dəyişdi. Bütün bunlar azərbaycanlılarla yəhudilərin çox isti münasibətindən xəbər verir. İndi bizim yaşlı və gənc yəhudilərimizin çoxu dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, İngiltərə, Fransa və İsraildə böyük biznes və nüfuz sahibidirlər. Yəhudi olmaq heç də mason üzvü demək olmasa da, masonun əsasını və elitasını təşkil etdiyi üçün ona ən yaxın və ən etibarlı kontingent olaraq  və masona xidməti özünün milli mənafeyi həddində doğma qəbul etməsi səbəbindən yəhudilər heç də  masondan kənar bir qövm kimi qəbul edilmir. Təbii ki, onların çoxu masonun hansısa lojasının üzvləridir. Və bu da təbiidir ki, onlar azərbaycanlı dostları ilə işbirliyinə daha böyük önəm verirlər. Bu isə bizimkilərdən də  kimlərinsə mason üzvü olması ehtimalını artırır. Bunsuz da masonun hələ ötən əsrin əvvəllərindən Bakıya ayaq açdığı bildirilir. Burada neft maqnatları sayılan Rokfeller və Rotşild də mason üzvü olmuşdur.
AZƏRBAYCAN MASONU BARƏDƏ PIÇILTI İLƏ. Araşdırmalar, ehtimallar, yazılı və qeyri-rəsmi məlumatlar, iç söhbətlər və saysız-hesabsız faktlar indi Azərbaycanda bir çox tanınmış şəxslərin mason olması faktını ortaya qoyur. Təbii ki o adların hamısını indi burada qeyd etməyimiz heç nəyi həll etməyəcək və Azərbaycan mentaliteti həmin şəxslərin susmasına da imkan verməyəcək. Ümumi nəticə  isə guya ki, bunun onlara atılan böhtan olmasını  ifadə edəcək. Çünki  bunu  rəsmən sübut edəcək hər hansı  bir sənədi təqdim etmək mümkün deyil. Ümumiyyətlə, tarixdə sağ ikən mason olduğunu rəsmən etiraf edən bir kimsə olmamışdır. Bu onun özü barəsində verdiyi sərt və qəti hökm olardı. Lakin əvvəlki söhbətlərimizdə qeyd etdiyimiz kimi, şəxsin mason olması yalnız ölümündən sonra əsərlərində, yaşadığı binanın eksteryerində və ya qəbirüstü  abidəsində buraxdığı müəyyən simvollarda ifadə olunur. Əsas odur ki, Azərbaycanda masonun mövcudluğu, hətta bir neçə lojanın fəaliyyət göstərdiyi inkaredilməzdir. Amma bu heç də Rusiya, Türkiyə və ya İrandakı qədər deyil və hakimiyyətə ciddi təsir gücü barədə danışmağa dəyməz. Təxminən on il əvvəl Azərbaycanda göz təsviri çox dəbə minmişdi. Mərhum yazıçı Y. Səmədoğlunun “Qətl günü” kitabının üzqabığındakı göz təsvirini xatırlayaq. Məncə bu göz təsvirinin bu kitabdakı romana birbaşa heç bir aidiyyatı yox idi. Bunun təsadüfi bir şey və ya rəssamın fantaziyası olaraq da qəbul etmək olardı. Amma masonun simvolikası hesab etmək də səhv sayılmazdı. Belə göz təsvirləri olan şəkillər daha çox maşınların arxa şüşələrinin qarşısında  qoyulur, arxada gələnlərin gözü önündən çəkilmirdi. “Göz” simvolu  masonun əsas ali inanc obyekti olan Ulu Memarın  hər şeyi görməsinə işarədir. Bafomet adlı keçi başlı, insan bədəni və qanadları olan  mason “Allahı” barədə fikirləri xatırlayaq. Masonun dini-ideoloji xarakteristikasında şeytanın rolu   düşünməyə imkan verir ki, bu həm Bafomet adlı mason Allahına, həm də Giram adlı   İblisin həmin yerdə mövcudluğuna, təsirinə və təntənəsinə bir işarədir. Lap müsəlman təkyələrində İslam müqəddəslərinin təsvir və simvollarının qoyulması kimi. Hərdən Bakının küçələrində sinəsində iri “G” hərfi yazılmış maykalara da rast gəlirik. Təbii ki, bu, həmin maykalardan geyinmiş qız və oğlanların mason üzvü olmasına  işarə  deyil. Bunu həmin maykaları istehsal edənlərin vicdanına və bunları alıb gətirən öz biznesmenlərimizin avamlığına  yazaq. Bəzi binaların giriş nahiyyəsində masonu xatırladan simvollar diqqəti cəlb edir. Lakin bu heç də o demək deyil ki, biz harada bir üçbucaqlı görəriksə  onu  masonla əlaqələndirməkdə haqlı olarıq. Yoxsa Ki bu minvalla müsavatçılar da özlərinin partiya svostikasında «M» yaradan üçbucaqlara səhvən xor baxmış sayılardılar. Amma elə məqamlar da var Ki, orada özünü korluğa vura bilməzsən. Azərbaycanın 20 manatındakı mason işarələri barədə vaxtı ilə bir məqalədə geniş söhbət açmışıq. Avstryada, İsveçrə pulunun kağızı ilə yəhudi dizayner Robert Kolina tərəfindən hazırlanan pul vahidinin üzərində ikiyə bölünmüş qalxan, onun kənarı boyunca isə şahə qalxmış gürzə təsvirləri verilmişdir. Bu yalnız mason xarakterli dairəvi ilanlar düzümüdür. Bu puldakı  qılınc da milli deyil və mason qartalının əlindəki qılıncla eynidir. Üçbucaqlı dəbilqə isə mason üçbucağına işarədir. Mason üçbucağı təkcə milli valyutamızda deyil, son vaxtlar şəhərimizin tən ortasında  da peyda olmuşdur. Buna inanmayanlar metronun köhnə “Bakı Soveti”, indi isə “İçərişəhər” adlanan stansiyasının yeni, üçbucaqlı şüşəpiramida formasına nəzər sala bilər. Belə formanın tarixi İçərişəhərin atributlarına heç bir aidiyyatı olmasa da mason üçbucağına birbaşa aidiyyatı var. Mason misionerlərindən biri kimi tanınan violençelçalan Mstislav Rastropoviçin Bakıya tez-tez gəlişi isə heç də köhnə bakılının nastolji hisslərinə və ya Azərbaycana olan böyük məhəbbətinə görə deyildi. Bizimkilərin yüksək əqli keyfiyyətləri mason üzvülüyü üçün tam  müvafiq sayılır. Heç təsadüfi deyil ki, dünya azərbaycanlıları arasında Bağır Heyət adlı əslən Təbrizdən olan bir həmvətənimiz hətta Vaşinqtondakı bütün lojaların mərkəzi lojasına baş ustad olaraq rəhbər seçilmişdir.
Mason barəsində bizim də dərindən düşünməyimizin vaxtı çoxdan çatmışdır. Sabiq millət vəkili Sultan Məmmədovun  bu yaxınlarda nəşr olunmuş, “Masonluq- dünyanı idarə edən qüvvə” kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Onu da vurğulayaq ki, adətən masonun qüvvətlənməkdə olduğu yerlərdə onun barəsində kitablar yazılmağa başlanır. Hazırda Azərbaycanda fəaliyyət göstərən mason lojalarından biri “Azad və Qəbul Olunmuş Mason Lojası” adlanır. Bu lojaya Vidadi Nəcəfov adlı bir sabiq həkim, uğurlu biznes adamı Böyük Ustad seçilmişdir.

Комментариев нет:

Отправить комментарий