Страницы

21.06.2015

Müəllimin əməkhaqqı qatır quyruğu kimidir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -24

Afladdin Əliyev: Bəziləri bizim bədbəxtçiliyimizin səbəbini Rusiyada görür. Məncə bəzi qüvvələr bunu bilərəkdən düşünülmüş formada efirə buraxırlar. Qaldı Rusiyanın çökməsinə, Vəfa Quluzadə də çox gözlədi, təəssüf görmədi, bizim içimizdəki bicbalalar hansı quvvələrə işləyirlər özləri bilər, amma çox güman ki, onlarda nə vətən sevgisi, nə də millət sevgisi var, sırf amerikosların çürümüş kapital mafiyasına qulluq edənlərdir. Müstəqil, azad- bu sözlər həqiqətən də uydurma şeylərdir. Bizim işimiz isə qalıb Allaha.
A kişi bizə rus lazımdı: Kişinin çoxarvadlı olması geridəqalmışlıq, qadının bir neçə kişisi olması azadlıq və demokratiya adlanır.
Qəhrəman Mövlanov: Türkiyədən başqa bütün bəşəriyyət bizə düsməndi.
Ruslan Fərzəliyev: Türkiyə Cümhuriyyətindǝ ilk seçki isǝ 1950-ci ildǝ, yǝni Cümhuriyyət qurulandan 27 il sonra keçirildi. O da Stalinin Qars vilayətini bütünlüklə Türkiyə Cümhuriyyətindǝn qoparib Sovet Imperiyasina birləşdirmək təhlükəsindən qorunmaq üçün NATO-ya üzv olmaq zərurəti əmələ gəldikdə. NATO-nun bir neçə əsas tələbinin içində çoxpartiyalı quruluşa keçib hökumətin yalnız seçkilər vasitəsi ilə dəyişməsi olduğundan Türkiyyə Cümhuriyyəti çoxpartiyalı quruluşa keçməyə məcbur oldu.
Və elə ilk seçkidǝcǝ rəhmətlik Adnan Menderes Mustafa Kamalın qurduğu Cümhuriyyət Xalq Partiyasını İsmət İnönü qarışıq qutuda “nakaut” etdi. Bu yerdə haqlı bir sual meydana çıxır: Qurtuluş Savaşından qəhrəman kimi çıxan türklərin atası Mustafa Kamal madam liberal, demokrat idi, niyə “avtoritar şəriətçilər”ə demokratiya dərsi keçmək üçün seçki keçirmirdi? Və o vaxtdan bu günə qədər Cümhuriyyət Xalq Partiyası bir dəfə olsun belə seçkilərdə qalib gəlməyib. Əvəzində, Cümhuriyyət tarixində dörd dəfə hərbi çevriliş edərək hakimyyəti zor gücü ilə zəbt edib, minlərlə insanın qətlinə bais olub, on minlərlə insanı həbsxanalarda çürüdüb. Bu yazdıqlarımı kimsə təkzib edə bilərsə, çıxsın qabağa…
Anar Məmmədov: İran öz strateji müttəfiqi olan Rusiyaya görə Ermənistanla dostdu. Zato İranın dövlət başçısı erməni və kürd deyil!
Zahid Mikayılov: Bir şeyi unutmayaq. ABŞ dünyanın düşmənidir. Qarabağ məsələsində o ikiüzlü siyasət yeridir. Azərbaycanın ərazi bütövlüyü məsələsində bitərəf mövqe tutur. Bu gün keçmiş Sovet xalqlarını bir-birinə düşmən edən ABŞ-dır.
Şıxzadə Rizvan: Dostumun babası nəvələrinə danışıb ki, 20-ci ildə Ruslar Azərbaycana gələndə bizim aramızda ziyalı, hörmətli adamları seçib onları qarşılamağa göndərdilər. Qızıl Ordu təntənəli surətdə Azərbaycana daxil oldu. Ancaq tarix yazır ki, qaniçən Rus əsgərləri amansızlıqla Azərbaycanı işğal etdilər.
Sabir Şindani: Azərbaycan rəsmi və müxalif təbliğatları İranı ən qəddar düşmənimiz kimi təqdim etməkdə davam edirlər. Fikirləşin, bu təbliğatın kökü hardandır?
Firudin Allahverdi: Artıq yüzillərdir səhrada dolaşan, dəvələrinə minib ucsuz-bucaqsız çölün bu başından o başına, o başından bu başına gedən bir xalq təsəvvür edin… Ya da hər il arandan dağa, dağdan arana köç edən, savadsız bir qövm. Günlərin bir günü onların arasında haradansa eynəkli, tüfəngli adamlar peyda olur, onları zorla məktəbə aparır, əlifba öyrədir, sonra universitetə qəbul edir… bir sözlə, sivilləşdirməyə çalışır. Təbii ki bu inkişaf səviyyəsi aşağı olan toplum bunun mahiyyətini anlamayacaq və robot kimi deyiləni, öyrədiləni təkrarlayacaq. Amma onun genetik yaddaşındakı saat yeni quruluşun bərqərar olduğu anda dayanacaq, toplum isə bu quruluşu dağıtmaq, sonra öz doğma və təbii zamanını, qərnəsini dayandığı yerdən davam etmək üçün fürsət axtaracaq. Bizim ölkədə elə bu da baş verdi. Sovet İttifaqı zamanı yaranmış universitetlər, teatrlar, qalereyalar, hətta kitab dükanları belə, quruluş dağılandan sonra lazımsız obyektlərə çevrildilər.
Harold Pinter: “Bilirsiniz, məncə bizim yaşadığımız dünyada demokratiya sözü heç bir məna kəsb etmir. Əksər hallarda bizə yalan danışırlar. İşdir, yalan danışmırlarsa, deməli cəfəng danışırlar. Demokratiyanın təbliği açıq-aydın riyakarlığa əsaslanır. Kimi aldatmağa çalışırlar? Ən dəhşətlisi isə budur ki, onlar çox adamı aldatmağa nail olurlar”.
Yaqub Mahmudov: Avropa dəyərlərini Azərbaycana tətbiq etmək olmaz. Hər bir xalqın, o cümlədən Azərbaycan xalqının öz milli-mənəvi dəyərləri var və bu dəyərlər yad ünsürlərdən qorunmalıdır. Biz necə eynicinslilərin bir-biri ilə evlənməsini normal qarşılayaq? Qey-paradlar keçirirlər və bunu digər ölkələrdə də keçirməyi tövsiyə edirlər. Biz bu cür dəyərləri necə qəbul edə bilərik? Ona görə də belə məsələlərə diqqətlə yanaşmaq lazımdır və milli-mənəvi dəyərlərimizi kimliyindən asılı olmayaraq birgə qorumalıyıq.
A kişi bizə rus lazımdı: O necə düşməndi ki, milyonlarla insana mənzil, səhiyyə, məktəb, savad, elm verdi? Sohbət rus xalqından gedir.
O necə düşhməndi ki, ildə milyonlarla azərbaycanlını su qiymətinə mualicə edib evinə yola salır? Sohbət farsdan gedir. O necə qardaşdı ki, Bakıya ancaq “bayan” axtarmağa gəlir? Kişiləri nökər, qadınları fahişə etmək arzusuyla Azərbaycana ayaq basır? Əlbəttə, söhbət türkdən gedir.
Qasım Mahmudov: Bu “sekssimvol” nə olan şeydir başa düşmürəm. Əvvəllər belələrinə fahişə deyirdilər. İndi adı dəyişib.
Əsəd Qaraqaplan: Bugün Qarabağın qayıtmasını qarabağlılardan başqa hamı istəyir.
Sərdar Cəlaloğlu: Eyvazı Koroğlu oğulluğa deyil, oğlanlığa götürüb. Yaxın Şərqdə də oğlanlıq, qadın kimi saxlamaq mənasındadır. Nigar Eyvazı Koroğluya qısqanır, acıq edib, çıxır gedir. Belə murdar məsələləri xalqa ideal kimi təqdim etmək nə dərəcədə düzgündür?
Məmməd Süleymanov: Bizə təqdim olunan siyasət real siyasətin heç kölgəsi, heç kökaltısı da deyil.
Nizami Məmmədov: Nəzərə alınmalıdır ki, Qərbin mənafeyindən çıxış edən mətbuat vasitələri öz küçüklərini reklam etməyi çox yaxşı bacarırlar.
Səidullah Zarei: Birinci İsrail raketinə İran 15 min raketlə cavab verəcək.
Piri Baba: Az adam bilir ki, bu günkü İsrail dövlətinin qurulmasının və yerli fələstinlilərin zülm altında qalmasının baiskari Osmanli sultanları olub. Müsəlman Üməyyad xilafəti indiki İspaniya ərazisini işğal edəndən sonra oraya yəhudi axını oldu. Müsəlman rəhbərliyin himayəsi altında keyfə baxan yəhudilər bir neçə yüz il yerli xristianları qarət edib hamısını borclu etmişdi. Xristianlar bir gün bezib bu müsəlman və yəhudi parazitləri Kastiliyadan (İspaniya) qovanda Osmanlı sultanı yəhudiləri qəbul etdi. Bu vaxt indiki Fələstin Osmanlı ərazisində idi. Yəhudilər Osmanlı sultanınin icazəsi ilə həmin ərazidə məskunlaşmağa başladı. Sonrası da bu günümüzdə məlumdur. İndi isə Türkiyə müxtəlif kinolar çəkib özünü məzlum fələstinlilərin dostu, İsrailin isə düşməni kimi göstərir. Buna blef deyilir. Kinodan bir şey çıxmaz. Əslində Türkiyə İsrail ilə dostdur.
Vuqar Mamedov: Hələ SSRİ-ni demirəm. Çar Rusiyası dövründə kəndlərdən uşaqları zorla götürüb aparırdılar oxumağa Qori seminariyasına. Çarın hesabına. Valideyn də deyir oxutmuram əl çəkin. İndi amma orta məktəb uşağını oxutmaq universiteti oxutmaqdan baha başa gəlir. Təhsil pulsuz id. Tələbə yazıq 250 manata kirayədə qalmırdı valideynin boğazını üzüb. Çünki hər universitetin yataqxanası var idi. Moskavda oxusan belə pulsuz idi. Verdiyi tələbə təqaüdü ilə də 1 ayı tam başa vururdun.
Elxan Zaman: Ay millət, ay xalq, 2 milyona yaxın vətəndaşın banklara borcları var. Sözü qoyun bir yerə verməyin... Neyniyəcəklər? 2 milyonuvuzun hamısını həbs edəcəklər?)) Hər halda, bu gün bu xalqın tam ixtiyarı var ki, Konstitusiya məhkəməsinin qanun pozuntusuna etiraz əlaməti olaraq, banklardan götürdükləri kreditləri ödəməsinlər, vəssəlam... Nə böyük problemdir ki?
Taleh Məmmədov: Cəmil Həsənli böyük tarixçi alim və dəyərli insandır, amma deyib ki yolumuz Elçibəy yoludur. Odur ki boş verin. Heç nə alınmayacaq. Elçibəy yolunun finiş xətti Surət Hüseynovdur. Qiyamdır. Dərəbəylikdir. Heydər Əliyevi Bakıya çağırmaqdır. Anlayın artıq!!!
Anar Musayev: 2 gun əvvəl Təbrizdə xəstəxanaya 2 yaşlı uşaq gətirdilər, başı öz doğma əmisinin maşınının təkəri altında qalmışdı, uşaq can verirdi, həkimlər əllərindən gələni etsələr də uşağı xilas edə bilmədilər. Bütün xəstəxana yasa batdı o gün, süpürgeçidən tutmuş professorlaracan hamısı hönkür-hönkür ağlayırdı usağı morqa göndərərkən. Mən ilk dəfə idi ki belə həkimlər görürdüm. Bu onu göstərir ki, İranda hələ də insaniyyətlik qalıb, hələ də duyğular yaşayır, hələ də insana sevgi var, hələ də mənəviyyat maddiyatdan üstündür. P.S. Bəzi həkimlər olsaydı, çoxdan o uşağın böyrəklərini çıxarıb satmışdılar.
İbrahim İmanlı: Necə oyanaq ki gecə-gündüz bizə dimedrol verirlər! Bütün KİV-lər, tv, qəzet və jurnal gücə-gündüz laylay çalır.
Fukidid: “İnsanları ən amansız zorakılıqdan daha çox onlara qarşı edilən ədalətsizlik qəzəbləndirir. Çünki ədalətsizlikdə özlərinə bərabər saydıqları adamların etinasızlığını, zorakılıqda isə özlərindən güclülərin zor işlətməsinin zəruriliyini görürlər”.
Ayaz Mütəllibov: Guya ki, Sumqayıtda törədilənlər Ermənistandan köçənlərin boynundadır. Buna şübhə edirəm. Yox, əgər doğrudan da belədirsə, onda bu cür güc-qüvvəyə malik olan azərbaycanlılar doğma yurd-yuvalarından qaçmaqdansa, birləşib erməni separatçılarına qarşı durmalı, haqlarını müdfiə etməli idilər. O zamankı respublika rəhbərliyi isə Ermənistandan qaçanları Azərbaycana, illah da onun paytaxtına qəbul etməli deyildi. Xalq arasında müəyyən nüfuza malik Cəbhə bu istiqamətdə izahat işlərini bir an elə dayandırmamalıydı. Amma hakimiyyətə gəlmək üçün gecələr yuxu görən AXC qarmaqarışıqlıqdan bəhrələnməyə üstünlük verdi.
Vidadi Hüseynov: Biz saf mədəniyyəti sosializmda öyrənmişik.
Mətləb Pero: Dünya millətlərinin arasında nifaq salan da Yəhudi qövmüdür. Bunu müqəddəs Quranımız da təsdiq edir.
Elmar Həsənov: Müəllimin əməkhaqqı qatır quyruğu kimidir. Nə uzanır, nə də güdəlir.
Eldəniz Quliyev: Mən indi “Yeni Müsavat” qəzeti ilə “Yeni Azərbaycan” qəzetlərinin mövqeyində heç bir fərq görmürəm. Axı necə oldu ki, bizim “Yeni Müsavat” qəzeti hakimiyyətin qəzeti oldu?!
Əbdül Hadi Avanq: Sünni-şiə fitnəsi İsraili qorumaq üçün qızışdırılır.
Azər Qasımov: Bu hakimiyyət müxalifətlə birlikdə xalqın malını, sərvtini talan edirlərmiş. Dolayısı yolla xalqa qarşı törədilmiş cinayətlərdə müxalifətin də öz payı vardır. Belə olan halda xalqın inqilab etmək hüququ vardır.
Həmid Herisçi: İndiki dövrdə nəsri, ədəbiyyatı gərək elə yazasan ki, elə yaradasan ki, hakim zümrələr-siyasətçilər, kəşfiyyatçılar, alimlər oxuduqlarına mat-məəttəl qalsınlar. Görsünlər ki, yazıçı öz əməyi, məhsuluynan siyasətçinin, kəşfiyyatçının, alimin bacarmadığını qələmə alıb... Bu günkü ədəbiyyat TƏHLÜKƏLİ, SİRLİ, SEHİRLİ olmalıdır... Məxfi informasiya ilə yüklənməlidir... Yalnız bunların müqabilində, qarşılığında ədəbiyyat cəmiyyətdə yenidən öz hakim qüdrətini, hökmünü bərpa edə bilər... Bu səbəbdən indiki nəsrdə siyasətin, elmin, kəşfiyyatın bacarmadıqları həll olunmalıdır... Mən buna SƏRBƏST NƏSR deyirəm...

Комментариев нет:

Отправить комментарий