Страницы

01.07.2015

30 kilo dəri qatından gedir söhbət


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -25

Həmid Herisçi: Bu “köşəçi”lər 10-15 ildir ki, elə eyni üslubda, eyni mövzularda yazırlar. Onlar sanki tüncdan tökülüblər- yəni əsla dəyişmirlər. Cəlil, Axundov təhkiyyəsindən kənara bircə addım belə ata bilmirlər. Mövzuları bəsitdir- əvvəl iqtidarı aşağılayırdılar, mövzu tükənəndə bunun gözünə müxalifəti də qatdılar. Bir-iki il beləcə mətbuatı, oxucunu aldatdılar, sonra eyni tərzdə başladılar milləti söyməyə. Bir-iki il belə davam etdikdən sonra cumdular dinin üzərinə. Eyni trafaret yanaşma, eyni təfəkkürlə bu mövzunu da zayladılar. Onlar elmi, mistik, dedektiv təfəkkürdən, estetikadan məhrumdurlar. Əsərlərindən də kimsə qorxmur… Təhlükəli deyillər. İqtidara da, müxalifətə də, oliqarxlara da bu cür ədəbiyyat sərf edir.
“Alma” qəzeti: Neftin pulları talanır. Bu yaxınlarda Türkiyənin internet saytlarında belə bir xəbər oxuduq ki, İstanbulda yeni dairəvi körpü tikilir və həmin körpünün büdcəsi təxminən 10 milyon lirə, yəni 5-6 milyon dollar arasındadır. Azərbaycanda isə bu rəqəmə yeraltı keçid tikilir. Dünyanin ən bahalı körpülərindən biri İndoneziyadadır və 17 milyon dollara inşa olunub. Bizdə isə büdcəsi 37 milyon dollardan az olan körpü yoxdur. Hökumət maliyyə gücünün çatmadığını bildirir, ardınca ARDNŞ özünə 1 milyard 300 milyon dollar dəyərində dəbdəbəli bina insa etdirir. İşsiz gənclər, yeniyetmələr və hətta orta yaşlılar da gündəlik həyatın sel kimi gətirdiyi qayğıların qarşısında tədricən sınıb, öz təsəllilərini narkomaniyada görürlər.
Gi Debor: “Sənətkar ilk növbədə yaratdığı əsərləri ilə cəmiyyətə, özü kimi digər sənətkarlara ehsan etməli, müəlliflik hüququndan, öz imzasından imtina etməli, hər yeni əsərində yeni imza sahibi olmalı, köhnə əsərlərini başqalarının istifadəsinə buraxmalıdır. Plagiat mənfi deyil, müsbət keyfiyyətdir, sənətkarlar bu yolla sinfi bərabərlik müstəvisinə qayıtmalıdır. Bunu etməyib öz müstəqillik hüquqlarından ikiəlli yapışanlar əslində kapitalistdirlər, onların sosializmdən, azadlıqdan danışmağa heç bir mənəvi ixtiyarları yoxdur”.
Hafiz Hacıyev: Sizə bir mühüm məqamı açıqlayım. Sərdar Cəlaloğluna öz kəndində 9 dənə səs verildiyi bir halda, mənə həmin kənddən 24 səs gəldi. Şəxsən mən onun yerinə olsaydım, özümü asıb öldürərdim. Onun, ümumiyyətlə, danışmağa mənəvi haqqı yoxdur.
Sayman Aruz: Sovet “hər şeyi” bizdən aldı və yerinə mənəviyyat verdi, müstəqillik isə bizdən mənəviyyatı alıb “hər şeyi” bizə qaytardı!
Leyla Əliyeva: Göz görə-görə Azərbaycanın qan qardaşı sayılan Türkiyə Suriyanın başına nə oyun gətirir. Bir it küçüyü kimi düşüb Amerika, İzrail köpəkləri nə deyir, bu küçük onu edir.
Qoşqar Əhmədov: Bir vaxtlar Türkiyənin özünü bu Antanta dağıdırdı. Fransa, İngiltərə... İndi gör necə sabunlanıblar Qərbə.
Əvəz Temirxan: YAP funksionerləri Azərbaycana öz dükanları kimi baxırlar.
Fariz Babayev: Qarabağ ermənilərin, Azərbaycan naxçıvanlıların əsarəti altındadır! Naxçıvanda bir dənə bakılı, qarabağlı, qubalı, kürdəmirli, beyləqanlı, talış, ləzgi, avar uçastkovı belə olmadığı halda, Astaradan Qaradağa qədər bütün icrakomlar naxçıvanlıdır!
Natiq Məmmədov: Azərbaycana daim zərbe vuran, aldadan, ziyan vuran dövlətlərdən biri də qardaş dediyimiz Türkiyə dövləti olub.
Seyid Talış: Sovxoz və kolxozların mülkiyyəti darmadağın edildi. İş tapa bilməyənlər Bakıya, ya da Rusiyaya gedirlər. Bakı və Rusiyaya gedə bilməyənlərin bir hissəsi ailəsi, dostları qarşısında utanmamaq üçün şəraba (dükanlar borca verir), narkotikaya üz çevirirlər. Bir hissə təriqətlərə qoşulur, deyilənə görə “yaxşı pul verirlər”. Sonra deyirlər ki, cəmiyyətdə olan abırsızlıq, həyasızlıq, ələbaxımlılıq, qorxaqlıq hardandır. SSRİ vaxtı olan hörmət, izzət, böyük-kiçiyə, zəiflərə hörmət, ləyaqət, şərəf, döğruçuluq, nəfsinə qalib gəlməyi nə əvəz etsə yaxşıdır? Yalançılıq, yaltaqlıq, var-dövlətə hərislik, ədalətsizlik. Evlənənlərin bir çox bir il keçməmiş boşanır. Ailə-məişət zəminində olan qətllər 10 dəfələrlə artmışdır. Bəs bunların səbəbi nədir? Səbəb sosialist cəmiyyətin məhv edilməsi, ədalətsiz kapitalist cəmiyyətinin yaradılmasıdır.
Chivas Regal: Discovery kanalında bir Amerika ailəsini göstərirdilər. Həm əri, həm də özü artıq çəkili idilər. Amma qadın kişidən xeyli kök idi. Çəkisi də 250 kq. Təsəvvür elə ki, heç bir dieta, dərman kömək eləmir. Durmadan çəkisi artırdı. Axırda məcbur qalıb əməliyyat elədilər. Ondan sonra bədənində o qədər artıq dəri qalmışdı ki, məcbur qalıb 30 kq dəridən götürdülər. 30 kilo dəri qatından gedir söhbət. Bunlarin hamısı anormal qidalanmadan irəli gəlir. McDonalds, Burger və başqa şirkətlərin insan saglamlığının qəsdinə yönəlmiş qidaları Amerika xalqını zəhərləməkdə davam edir.
Elçin Bayramlı: Tovuzda adamlar Sovet dövründən baş vermiş nədənsə danışanda deyirlər ki, “hökumət vaxtı” filan şey belə olmuşdu. Hökumət vaxtı o deməkdir ki, xalq 22 ildir Azərbaycanda hökumətin olmadığını təsdiq və sübut edir. Ümidvaram ki yaxın vaxtda bizim respublikada yenə də hökumət olacaq.
Agabala Çaykovski: Putin rus vətənpərvərlərinin, hərbi-sənaye kompleksinin və rus xalqının təmsilçisidir. Allah ona güc versin və yoldaş Stalin kimi liberal zir-zibili süpürüb atsın.
Ayәtullah Seyyid Әli Xamenei: Bir xalqın müvәffәqiyyәti, o xalqın öz düşmәnini düzgün tanımasından asılıdır. İran xalqı mәhz bu xüsusiyyәtinә görә yenilmәzdir!
Samir Belil: Nə günlərə qalmısız? Bəşər Əsədə qarşı kimlərlə eyni cəbhədə yer almısız? Gör nə gündəsiz ki, bu məsələdə Səudi Ərəbistan, Qətər, BƏƏ kimi geri qalmış, rəzil ölkələrlə eyni maraqları bölüşürsüz.
Silk Vay: Tək şükür elə ona görə etmək lazımdır ki, yəhudi doğulmamışıq.
Rusiya Dağılacaq: Ermənilər ancaq elə Qarabağı ala bilərdi. Hətta Gəncəbasarla bacara bilmədilər və bilməzdilər. Şəki, Şirvan, Muğan haqda heç danışmırıq. Ümumiyyətlə, bu sirri-xüda deyil, niyə Şuşa kimi qala verildi, ona nisbətən əlverişsiz cografi şəraitdə olan başqa rayonlar isə müdafiə olundu? Bir rayonların əhalisi cəbhədən hətta silah-sürsatı da oğurlayıb, qaçıb gəlib onu paytaxtda satanda, o biri rayonlarda döyüş vaxtı rayonu tərk etməyə görə adamı güllələyə bilərdilər. Müharibə elə şeydir ki, pafos, süni vətənpərvərlik, barışmaz millətçi obrazı filan yaxınlıqda eşidilən ilk güllə vıyıltısı ilə sovrulur.
Taleh Məmmədov: Və siz hələ də Elçibəy, Elçibəy deyirsinizsə, deməli problem sizin beyninizdədir. Və mənim sizə yazığım gəlir.
Nizami Məmmədov: İslamı ən azından İrandakı kimi başa düşmək lazımdır. Yevreyski qəbul edilən İslamdan heç kim xeyir görmədiyi kimi biz də görə bilmərik.
Anar Musayev: Çox qəribədir ki. Bir uşaq bir çörək oğurlayanda tuturlar, məhkəmə qururlar, yetən uşağa bir təpik vurur, amma o boyda SSRİ dağılıb, talan edilib, heç kim məhkəmə qurmur. 
Elxan Zaman: Bu gün bir nəfər deyir ki, biz kişi millətik, prosto başımızda matişgələr oturub.
Piri Baba: Almanlar tək yəhudi öldürməyib. Onlar daha çox slavyan antifaşistlərini və kommunistləri öldürüb. Yəhudilər 20-25 min arası öldürüldüyü güman edilir. Müharibədən sonra təbliğat maşını yəhudilərə işləyir. 6 milyon yəhudinin öldürüldüyü iddia edilir. Heç bütün Avropada o vaxt üst-üstə 2 milyon yəhudi yox idi.
Cahangir Xansuvar: Dahi rəhbər Stalin haqqında yazılanlar tamamilə böhtandır. Mən şəxsən Stalinin rəhbərlik etdiyi vaxtlarda yaşamışam və ona səmimi qəlbdən pərəstiş edirəm. O, əsl fəhlə və kəndlinin dostu və köməkçisi idi. Ona görə də o 2-ci Dünya müharibəsini qələbə ilə başa burdu. İndi harada tapıla bilər elə bir dahi rəhbər? Allah Stalinə rəhmət eləsin!
Molla Nəsrəddin: Mən deyəndə üstümə hücum edirsiz, ay qardaşlar. Bu Türkiyə bu gün var yoxdu, daha doğrusu bu gün neft var, qaz var, ona görə Türkiyə bizim “abi”mizdir. Yoxsa bizim qara qaşımıza, qara gözümüzə aşiq deyillər. İndi iki dövlətin məkrli siyasətinin nəticəsidir ki, bizim xalq türklərin kiçiyi kimi özünü göstərir, hər daim özünü sevdirməyə çalışır. Amma bilin və agah olun, Türkiyə dövləti bizə elə od qoyacaq ki, tüstüsünə şimal ayıları yığışacaq.
Səlahəddin Özgündüz: İngilislər iki əsr bundan əvvəl İslam birliyini təmsil edən Osmanlı imperiyasını, onun daxilindəki bu birliyi parçalamaq üçün Vahhabiyyəti meydana gətirdilər və onu təşkilatlandırdılar. Həmin vaxtdan etibarən bu anlayış İslam birliyini hədəfə alıb.
Mariya İris Varela: Ölkələr və xalqlar ABŞ-ın cəsus fəaliyyətinin qurbanı olub. Hər kəs Birləşmiş Ştatları məhkəməyə verib ədalətli kompensasiya tələb etməlidir. Biz bununla ABŞ-ı müflisləşdirə bilərik!
Mətləb Pero: El gücündən sui-istifadə edən Naxçıvan klanı, kürd-yeraz mafiyası hakimiyyətə gəlib, adını da “Milli hakimiyyət” qoyublar.
Yaşar Kemal: Yalanın gücü doğrunun gücsüzlüğünden deyil, yalan teşkilat kurmuş, doğru yalnızdır.
Samid Seyid Gökturk: İsrailin, Amerikanın havası ilə oynayan Türkiyə bizlik deyil.
Elçin Bayramlı: Yəhudi və ingilislər dünyaya hakim olduqca kiçik xalqlar və dövlətlər bir-birini qıracaq.
Muttəqi Bərməki: Hizbullah yəhudi ilə əks cəbhədə vuruşur. Yəhudilərsə vahhabilərlə birlikdə Əsədə qarşı vuruşur. İndi kmdi islam düşməni? Yəhudinin silahı ilə silahlanıb İsraillə birlikdə müsəlmanları qıran? Yoxsa yəhudiyə qarşı vuruşan Hizbullah?
İlqar Salmanov: ABŞ məşhur məxfi telefon dinləmələrindən sonra, indi də rəsmi olaraq kompüterlərə nəzarət edəcəyini açıqladı. Bundan sonra ABŞ kəşfiyyatı bu ölkədən ixrac olunan kompüterlərə nəzarət edəcək(?) Dünyaya demokratiya dərsi keçən, demokratiyanın beşiyi sayılan bir dövlətdən söhbət gedir. Sənə də, sənin demokratiyanına da…
Nazim Bayram: Azərbaycan gənclərindən indiki “ana müxalifət” liderlərinin fəaliyyətləri ilə bağlı bir çox səhifələr gizlədilir. 1. Onların 20 yanvar hadisələrinə gətirb çıxarmış təxribatları. 2. 1991-ci ilin mayında Azərbaycan höküməti Qarabağ və ətraf rayonlardan erməni silahlılarını çıxaran zaman, bu əməliyyatı pisləyən, Ermənistanın hakim “Erməni Azadalıq Hərəkatı” ilə birgə AXC liderləri Əbülfəz Əliyev, İsa Qəmbərov, Pənah Hüseynov, Tofiq Qasımov və b. bəyanat yaydılar. Bəyanatda Ter- Petrosyanla birgə “bizim” müxalifət liderləri dünyaya car çəkirdilər ki, “Azərbaycan hökuməti erməniləri deportasiya edir!” Halbuki bundan artıq 3 il əvvəl- 1988-ci ilin fevralında Ermənistan 215 min azərbaycanlını 2 həftə ərzində deportasiya etmişdi. AXC liderləri bu Bəyanatlarını özləri şəxsən o zamanın bütün telekanallarında səsləndirdilər. Bunları mən və milionlarla adam görüb. 3. 15 fevral 92-ci ildə A. Mütəllibov Gəncədə yerləşən rus hərbi hissəsi ilə Ağdamdan Xocalıya, Xocalıdan insanları evakuasiya etmək üçün koridor açmağı danışmışdı. AXC onların qarşısını kəsdi, əməliyyatın keçirilməsinə imkan vermədi. Xocalıdan sonra is. A. Mütəllibovu fəaliyyətsizlikdə günahlandıraraq Xocalı məsuliyyətini onun boynuna atıb, 6 mart 92-ci ildə istefa verdirdilər. Hakimiyyətə gələn kimi isə 9 iyuldan atəşkəs elan etdilər. Bunların hamısını xalqımız, xüsusən gənclərimiz bilməlidirlər.

Комментариев нет:

Отправить комментарий