Страницы

19.07.2015

Belə müstəqillik bizə lazım deyil

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -28

Şeyx Nəbil Naim: Mən Suriyada döyüşənlərin niyyətinə şübhə etmirəm. Sadəcə siz ABŞ tərəfindən idarə edilərək onun bölgə hədəflərini həyata keçirən vasitəsiniz. Sizlərdən bəzisi ABŞ demokratiyasından danışır. Siz İraqda demokratiya gördünüzmü? Siz elə bir döyüşçüsünüz ki, müharibə bitən kimi ABŞ-ın İstanbul və London otellərində hazırladığı hökumətlər Bəşər Əsədi əvəz edəcək. Bu rejimlər digərlərindən daha çox ABŞ və İsrailə boyun əyəcək. Sonra demokratiyanı qəbul etməyən sizlərə vaxt gələcək.
Əhməd Rəhmanov: Nə üçün poliklinikalarda valideynlərə övladlarına vurulan peyvəndlərin kimyəvi tərkibi haqqında qabaqcadan informasiya və bu peyvənddən imtina yolları verilmir? Sizə elə gəlmirmi ki, bu artıq problem  yox, gələcək nəsilə qarşı qətliam formasını daşıyır?!
Rabil Abdinov: Biz bunu deyirik ki türklər Azərbaycana 9-cu əsrdə gəlib. Onu da əlavə edirik ki Azərbaycan türklərinin etnogenezində türklərdən daha çox arilər iştirak ediblər. Buna da ən böyük dəlil Azərbaycan əhalisinin, monqoloid irqinə mənsub türklərdən çox avropeid irqinə oxşamağıdır. Bu qədər. Burda təhqir və aşağılayıcı nə var? 70 milyon Türkiyə bunu qəbul edir. Milyonlarla türk dünyası qəbul edir bunu. Bir ovuc Azərbaycan pantürkisti bunu qəbul etmir. Fakt gətir də... Türklər bütün dünyada monqoloid irqinə daxildirlər. Bircə Anadolu və Azərbaycanda avropeiddirlər. Bəs bu niyə belədir? Bir millət iki irqə daxil ola bilərmi?..
Elçin Bayramlı: SSRİ vaxtı Rusiya digər 14 respublikanı dolandırırdı, SSRİ dağıldı, bu yetim dövlət yenə də o respublikaları dolandırır. Dünyada ən çox miqrant olan 2 ölkədən biri Rusiyadır. Mən heyrətə gəlirəm, bu ölkənin nə qədər sərvəti var ki özünü və azı 10 ölkəni də dolandırır? Təcili oranı işğal edib ABŞ transmilli korporasiyalarının müstəmləkəsinə çevrimək lazımdır.
Dağlı Bərməki: Əgər Müstəqillik adı altında Azərbaycanın sərvəti qərb ölkələrinin və onların burdakı kölələrinin cibini doldurursa və bu xalq ona çatan haqqı ala bilmirsə, elə “müstəqillik” bizə lazım deyil. Səmimi sözümdür.
Kamal Yaşar: Ağsu şəhərində “Ay Ev Yiyəsi” verlişinin çəkilişi zamanı bir ailəyə qonaq olan Lider TV-nin əməkdaşları nə az nə çox 35 nəfər olublar. Bu çəkiliş qonaq qəbul edən ailəni 2 qoyun və iki hinduşka kəsməyə məcbur edib. Çıxılmaz vəziyyətdə qalan ailəyə verlişin anonsunda göstərilən hədiyyələr isə verilməyib.
Aydın Xan Əbilov: Əgər siz özünə müxalifət mediası deyən qəzetlərin müxalifliyinə inanırsızsa, onların səhifələrində hansı iriranqlı məmurun tənqid edilmədiyinə diqqət edin, bilərsiz onları kim və necə maliyyələşdirir.
Zaur Məlikov: Ay millət, Türkiyədən Azərbaycana bir nəfər de olsa türk gəlmir, ordan bura gələn iş adamları hamısı kürdlərdir, kürd mafiyasının nümayəndələridir. Türk elə də siz fikirləşdiyiniz kimi əldən-ayaqdan qalmış millət deyil gəlsin Azərbaycanda pul qazansın. Əsl türklər öz torpaqlarında da yaxşı pul qazanırlar, Avropa ölkələrinə gedirlər. Bura gələnlər isə Heydərin qurduğu planla köç edən kürdlərdir, kürd çobanlarıdır.
Vüqar Məmmədov: Sovet dönəmində əhalinin oxuma və yazma qabiliyyəti 99 faiz idi. İnsanların dünyagörüşü isə kifayət qədər kamil idi. Müstəmləkəsi hesab olunan respublikalarda Mərkəzin xalqlara təlqin etdiyi ən böyük prioritet məsələ savadlı, elmli və bilikli Sovet vətəndaşı yetişdirmək idi.
Günel Mövlud: Maddi rifahın guya olduqca yüksək olduğu deyilən Avropada metroda dilənçilər də var, qələm-saqqız satanlar da, küçədə yatan evsizlər də, həftəsonları kafelərin önündəki boş şüşüləri yığıb, satanlar da… Əhalinin xeyli hissəsi, işləyən, maaş alan, gözəl-gözəl, sarışın qızlar, qadınlar ikinci əl paltarların satıldığı dükanlardan paltar alır, qarderobunu ildə bircə dəfə dəyişir, “bit bazar”larından alış-veriş edir, meyvə-tərəvəz, ət, pendiri kilo ilə deyil, qramla alır…
Cəmil Həsənli: Bu Səyavuş Novruzov universitetdə qiyabi oxuyanda, səkkiz adam tapşırandan sonra dördüncü göndərişlə, yəni, “napravleniya” ilə tarixdən bir dənə üç alıb. Tramvay altında qalan bir üç... İndi gəlib burada mənimlə debat aparır. Sən mənimlə nə debat aparacaqsan? Sənin nə intellektin var, nə ağlın var, nə düşüncən var ki, mənimlə debat aparasan!
Arzu Abdulla: Amerikanın məşhur universitetlərindən birində çalışan soydaşımızla söhbət zamanı çox önəmli bir məqama toxundu. Amerikada və eləcə də Qərb ölkələrində fəaliyyət göstərən ən nüfuzlu ali məktəblərdə erməni xalqından, onun tarixindən, mədəniyyətindən bəhs edən bölmələr fəaliyyət göstərir. Amma Azərbaycanla bağlı belə bölmələrə rast gəlmək olmur. Nə əcəb, SOCAR kimi şirkəti olan ölkə Azərbaycan həqiqətlərinin təbliği ilə deyil, məhz sadəcə kürdlərin adət-ənənəsinin təbliğ olunduğu serial və filmlərlə məşğul olur?
Mətləb Mütəllimli: İsgəndər Həmidov, indi hakimiyyət üçün sən heç kim, sındırılmış sıradan birisisən! Sən, 9 il zindanda əzab verildikdən sonra heykəlin qabağında baş əydirilməklə (bu ifadə el dilində daha pis səslənir) dizə vurulub sındırıldın və bununla da məsələn bitdi. Sən özün haqqında həmişə mif yaratmağı xoşlamısan və guya, sən çox ədalətlisən, qorxmazsan, nə bilim, sabiq SSRİ daxili işlər naziri Bakatinə əl verməmisən, “uçaskovı”, “oboxeis” işləyəndə heç vaxt rüşvət almamısan və sair və ilaxır... Çoxları bilməsə də, sən özün yaxşı bilirsən ki, indiki hakimiyyət kimi sən də vaxtilə nə qədər insanın haqqını tapdalamış, mülkünü əlindən alıb ürəyini partlatmısan, bəlkə istəyirsən onların adların sənə xatırladım? Sənin haqqında yaranan mif çoxdan sabun köpüyü kimi partlamışdır və Bakatin məsələsi də, rüşvət almamaq nağılı da hamısı boş söhbətlərdir. Səninlə çiyin-çiyinə uzun müddət yol gedən, dost olmuş birinin sənin haqqında “O, sahə müvəkkili olanda “simişqa” satandan da pul alırdı” deməsi də çox şeydən xəbər vermirmi? 
İbrahim İmanlı: Rus dilini bilmək sənə elə mətləbləri bilməyə yol açır ki ondan sonra səni heç kim qul edə bilməz.
Anar Musayev: İran düşmənçiliyi bütün Amerikan tulalarını birləşdirir.
Nizami Məmmədov: Şükür Allaha ki biz də Azərbaycanda yaşayırıq və “ümumxalq” etirazlarının necə təşkil edildiyi barədə pis bilmirik.
Devran Abdullah: Amerika yığılacaq. Yığıldığı yerləri də başqaları tutacaq. Amma heç biri indi Amerikanın tutduğu qədər yer tutmayacaq.
Piri Baba: Azərbaycanın paytaxtını Naxçıvan şəhərinə köçürsəydilər, canımız dincələrdi. Vəzifə hərisi olanlar hamısı iqtidarın ardınca gedərdi burdan. Müxalifət də gedərdi. Azərbaycanda qalardi təkcə zəhmətkeş xalq. Bakının yolları da boşalardı. Xalq neftsiz filansiz, yer əkib becərməklə birtəhər dolanardı.
Anar Əliyev: Yaxın dostumun işdə gözü zədə alır. Bakıda gəzmədiyi klinika, xəstəxana qalmır. 500 manata kimi xərci çıxır, heç bir xeyir olmur. Gedir İrana, 3 manat ödəyir, düşür həkimin qəbuluna, həkimin də yazdığı dərmanları 2 manata alır. Gözü olur top kimi! Sağ olsun İranın qəlbində Allah xofu olan həkimləri.
Fariz Babayev: Kola-pepsini boykot edək. Onsuz da bu zəhərli içkilər mədə, öd kisəsi, qara ciyərin düşmənidir...
İsmayıl Safioğlu: SOCAR Türkiyədə qiyməti 17 milyard dollar dəyərində neft emali zavodu tikir, Azərbaycanda isə pul yollarla hasarlara məsrəf olunur. Məntiqə baxın: neft bizdə istehsal olunur, amma onun emalı zavodu Türkiyədə, özü də bizim pulumuzla tikilr və deməli iş yerləri bizə yox, onlara çatır. Bu halda biz xammal satırıq. Adətən xammal müstəmləkələrdən aparılır. Bizim “qardaş Türkiyə” ilə “qardaşlığımızın” əslidə müstəmləkə mahiyyətli oldugu anlamalıyıq.
Məmmədov Aqil: Qaçqınlar bir çox Bakılının evinə məcburi şəkildə daxil olublar və o evlərdən heç çxımırlar da. Bir çox tanıdığım insanlar var ki qaçqınlara kvartirant ev verib, lakin qaçqınlar pulu ödəməyib, ev sahibləri qaçqınları evdən çıxarmaq istəyəndə isə qaçqınlar evdən çıxmayıblar.
Samid Seyid Göktürk: Türkiyə xalqı Azərbaycan xalqına ikinci sort türklər kimi baxır və bizi həmişə aşağılayırlar. Hara gedirsən yazılır ki eleman aranıyor, azeri olmasın... Bax budur onların bizə verdikləri dəyər! Bizim xalqa atanşik, oğru xalq kimi baxırlar. Bir-iki şərəfsizə görə bütün xalqımızın adına qara yaxıblar məqsədyönlü şəkildə. Türkiyədə erməniyə olan hörmətin 10-da birini bizə göstərmirlər. Rusa olan hörmətin yüzdə birini bizə göstərmirlər. Tarixə açıq-aydın baxsaz, bu erməni bəlasının bıçağının bizə saplanmasının ən böyük səbəbkarı Türkiyədir, xüsusən də Atatürk.
Cəmil Şirvanov: Hər il bir Xocalı törədilir bu ölkədə. Hər gün sosial problemlərdən yaxa qurtarmağı bacarmayan insanların ikisi intihar edir. Hələ başqa ölümləri demirəm.
Okan Oğuzhan: Kürdtləri yok etmək türklər için tarihi bir zaruriyyettir.
Əyyub Qiyas: Ədəbiyyatla məşğul olmaq- insanları kütləvi şəkildə hipnoz etmək deməkdir!
Elçin Bayramlı: Sovet dövründə 10 milyoncığaz ton neft çıxarmağımıza baxmayaraq, qara qızıl haqda əfsanələr yaradıb İttifaqın şotuna yaşadıq, indi 50 milyon ton çıxaranda az qala acından ölürük, neft əfsanələri də işə yaramır.
Abgül Süleymanov: “Ölkə tamamilə sionistlərin əlindədi”.
Tahir Kərimli: Əbülfəz Elçibəy Azərbaycan torpaqlarının itirilməsi və Azərbaycan xalqının bu günə qalmasının birinci səbəbidir.
İbrahim Fərhadoğlu: Azərbaycanda çalışan əcnəbilərin əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11 dəfə yüksəkdir.
Günel Eyvazlı: Bu yaxınlarda Fransada insana və heyvana bənzəməyən oyuncaqların satışına qadağa qoyulub. Bəs bizdə bu qadağa niyə yoxdur?
Fariz Babayev: Rədd olsun ABŞ, rədd olsun sionistlər, rədd olsun onların Azərbaycandakı “demokrat” nökərləri!
Ceyhun Salahov: Rusiyada tacik dvorniklər bizdəki qalstuklu ofis işçiləri qədər 500 dollar aylıq maaş alır.
İlkin Abbasov: Gəlin sizə Amerika haqqında maraqlı bir hadisə danışım, həqiqətən baş vermiş hekayədir. Deməli Amerikada 5 nəfər bizim tələbə oxuyur (bizim deyəndə, köhnə SSRİ-dən çıxan bütün xalqları nəzərdə tuturam- 2 rus, 1 azəri, 1 latış, 1 ukraynalı). Bir gün latışın ad günü olur, bizimkilər ad gününə iki amerikalı tələbə yoldaşı çağırırlar. Uşaqlar əsl tələbə qonaqlığı verirlər, kartof soyutması bişirirlər. Amerikalılar deyirlər ki, bu nədir bişirirsiniz? Siz niyə çiy kartofu qaynadırsınız, marketdə hazırı satılır də. Bizimkilər cavab verirlər ki, bəs marketdə satılan həm sveji deyil, həm də kimyəvi maddəllərlə boldur, bu isə svejidir, təmizdir. Amerikalılar soruşurlar ki, bəs yaxşı, onun bişdiyini necə biləcəksiniz? Bizimkilər cavab verirlər ki, çox sadə, cəngəli batiracayıq, əgər yumşaqdırsa, deməli bişib. Nəsə, kartof hazır olur, onu qoyurlar stolun üstünə və əlavə olaraq suyun içinə yumurta atırlar, soyutma yumurta bişirmək üçün. Bir neçə dəqiqə keçəndən sonra amerikalının biri cəngəli elinə alıb yaxınlaşır yumurta qaynayan qazana. Bizimkilər soruşurlar nə etmək istəyirsən? O cavab verir: “Cəngəli yumurtaya batırıb bişib bişmədiyini yoxlamaq istəyirəm...” Bu hekayə bir daha sübut edir ki, Amerikada yüksək səviyyəli kütbeyin zombilər yetişdirirlər.

Комментариев нет:

Отправить комментарий