Страницы

24.07.2015

HACI MİRZƏ MƏHƏMMƏD UCARUDİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Höccətul-islam Hacı Şeyx Mirzə Məhəmməd Əli Ucarudi təxminən 18-ci əsrin axırlarında, Azərbaycanın Yardımlı məntəqəsində dünyaya gəlir. İlk təhsilini yerli ruhanilərdən almış alimin həyatı dünyanın çaxnaşıqlı günlərinə təsadüf edir. Yardımlı bölməsi tarixi nişanələrinə görə İslam dininin geniş yayılmış nöqtələrindən biridir. Çoxlu alimlər yetişdirən bu məzhəbi bölmə 1920-1925-ci illər arasında bolşeviklərin nəzarəti altına düşür. Belə vəziyyətdə yalnız ölkəni tərk etməyə gücü çatan onlarla İslam alimlərindən biri də Molla Məhəmməd Əli olur. Dini əqidəsini qorumaq niyyəti ilə gecənin birində ağlar gözlə doğma diyarını tərk etməyə məcbur olur.
İlk sakin olduğu yer İranda Germi adlanan kənd olur. Bu kənddə az müddətdə qaldıqdan sonra dini təhsilini davam etdirmək niyyəti ilə Ərdəbil şəhərinə köçür. İran tərəfdə ölkənin sərhəd olan məntəqələrinə, yəni Azərbaycanla sərhəd olan bölmələrini “ucarud” adlandırırlar. Buna görə də əhali Mirzə Məhəmməd Əliyə Ucarudi ləqəbini verirlər. Ərdəbildə yüksək istedada malik olan alim orta dini təhsilini başa vurur. Bundan sonra Məşhəd şəhərinə köçür. Yüksək dərəcəli bilikli alimlərdən dərs almaqla təhsilini artırır.
 Mirzə Məhəmməd Əli özünün təsirli və bəlağətli nitqi ilə məhşur olur. Harada minbərə çıxsaydı, əhali hər tərəfdən onun məclisinə axışırdı. Təəssüflər olsun ki alimin həyatı barəsində geniş məlumat yoxdur. Hacı Mirzə Məhəmməd Əli Ucarudi İranın Tehran şəhərində vəfat edir və orda dəfn olunur.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий