Страницы

11.07.2015

İşdən çıxarılan polis şantaja keçib?

Bir neçə gündür qəzetlər, saytlar Bakı DYPİ-nin əməkdaşı Cavanşir Lətif oğlu Qasımovun işdən azad olunması ilə bağlı xəbərlər yayır.
Hətta aznews.az saytı bir az da irəli gedərək Cavanşir Qasımovu taparaq ondan müsahibə götürüb. Polis əməkdaşı işdən azad olunmasının səbəbini belə izah edir: “Məni söydü, anamı söydü, atamı söydü…üstümə hücum çəkdi, hətta ölümlə hədələdi…
Onun atası generaldır, mənim atam isə 2-ci qrup əlil. Mən nə edə bilərəm?” Məlumat üçün bildirək ki, söhbət Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovdan və onun oğlu Məmməd Sadıqovdan gedir. Cavanşir Qasımov öz müsahibəsinin davamında qeyd edir ki, mən onu ( Məmməd Sadıqovu ) saxlayanda dedi ki, “küçük, kəmər taxmamışam, yaxşı eləmişəm…üstündən maşınla keçərəm”.
Cavanşir Qasımovun müsahibəsinin yuxarıda qeyd etdiyimiz xırda bir parçasından da açıq hiss etmək olur ki, polis əməkdaşı şantaj yolunu tutub. Əlbəttə biz bəzi hallarda polislərin təhqirə məruz qalmasını istisna etmirik. Ancaq “anamı söydü…atamı söydü…mənə küçük dedi” kimi şantaj elementləri onu göstərir ki, Cavanşir Qasımov məsələni siyasiləşdirmək, “bəlkə də qaytardılar” xülyası ilə hərəkət edir.
Digər tərəfdən Cavanşir Qasımovun müsahibəsindən, yəni danışdıqlarından açıq hiss olunur ki, “qardaş” şantaj məsələsində kifayət qədər təcrübəlidir. Hadisədən sonra Cavanşir Qasımovun Nəcməddin Sadıqovun oğluna görə işdən çıxarılması barədə xəbər yayılanda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sözügedən polis əməkdaşının işdən çıxarıldığını təsdiqləmişdi. Amma o, Cavanşir Qasımovun general oğlunu saxladığı üçün deyil, işində nöqsanlara yol verdiyi səbəbindən işindən azad olunduğunu bildirmişdi.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, xidmətdə olduğu neçə illər ərzində Cavanşir Qasımov barəsində DİN-ə ən çox şikayət olunan polis nəfərlərindən biri, bəlkə də birincisi olub. Bu adam həyatındakı müəyyən problemlərin acığını-aqressiyasını başqalarının üzərinə tökməklə məşğuldur. Kiminsə övladını şantaj edəndə öz doğmalarını gözünün önünə gətirməlisən. Deyəsən, Cavanşir Qasımov belə hisslərdən məhrumdur.
Həm də Cavanşir Qasımov Nəsimi DYP-də işləyərkən çox sürücülərin yadında kobud polis nəfəri kimi qalıb. Gecələr çoxlu sürücüləri şərləyib yoldan eləyib bu “qəhrəman”. İndi özünü təmizə çıxartmağa çalışır və deyir ki, dövlətə, dövlətçiliyə xidmət edirəm… Bu adam başa düşmür ki, illər uzunu başqalarının “aşına tökdükləri” indi “öz qaşığına çıxır”.
İllər uzunu bu şəxsdən DİN-ə gedən şikayətlər bir gün daşmalı idi və…daşdı. Ancaq Cavanşir Qasımov bu olaydan şou yaratmaq istəyir. Və bu şouda bəzi media mənsubları Cavanşir Qasımovdan yaxşıca istifadə edirlər. Sabah, birisigün bu şou bitəcək. Və media mənsubları bir daha Cavanşir Qasımovu axtarmayacaq.
Həm də görəsən media mənsubları niyə maraqlanmır ki, Cavanşir Qasımovun özündən hüququ pozulan sürücülər Yasamal, Nəsimi prokurorluqlarına nə qədər şikayət ediblər? Və bütün bunların sonunda bir gün idarə rəisinin səbr kasası daşıb və səni işə qəbul edən idarə rəisi səninlə vidalaşıb.
Bu məsələyə Nəcməddin Sadıqovun, onun oğlunun nə dəxli var..? Sonda onu da qeyd edək ki, işdən çıxartmaq da problemdən çıxış yolu deyil. Hamıya məlumdur ki, bəzi polis nəfərləri vətəndaşlara qarşı çox kobud davranırlar. Belələri ilə təlim-tərbiyə işi, maarifçilik işi aparmağın vaxtı çoxdan çatıb.

Qafqaznews

Комментариев нет:

Отправить комментарий