Страницы

03.07.2015

MİRZƏ ƏBDÜLLAH LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Höccətul İslam vəl-müslimin Hacı Mirzə Əbdullah Lənkərani Azərbaycanın görkəmli din xadimlərindəndir. 19-cu əsrin əvvəllərində Lənkəranın kəndlərindən birində dünyaya gəlib. Orta təhsilini öz məntəqələrində başa çatdırdıqdan sonra İranın Qum şəhərinə köçür. İslam elmlərini Qum elmi ocağının tanınmış alimlərindən dərs almaqla ələ gətirir. Alimin ustadlarından-Ayətullahül-üzma Höccət, Ayətullah Seyyid Məhəmməd Təqi Xonsari kimi şəxsiyyətlərin adlarını qeyd etmək olar. Bu şəhərdə dini ali təhsili Ayətullahül-üzma Brucerdinin dərslərindən istifadə etməklə başa vurur. Üsul və fiqh elmlərində yüksək biliyə malik olur. Din xadimi Tehran şəhərində sakin olaraq şəri vəzifəsini yerinə yetirməklə məşğul olur. Tehranın müxtəlif məntəqələrinə səfər etməklə İslam dininin şəri hökmlərini təbliğ edir.
Əhali tanınmış din xadimi Lənkəraninin dəyərli göstərişlərindən hər sahədə istifadə edirlər. Bundan başqa Tehran şəhərinin böyük məscidlərində alim Lənkəraninin camaat namazı təşkil olunur. Hacı şeyx Məhəmməd Şərif Razi onun haqqında yazır: “Mən onu bilikli alim, fazil təvazökar əxlaqlı bir din xadimi kimi tanıyıram. Özünün ədəbi ilə başqalarına nümunə olurdu”.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий