Страницы

27.07.2015

Monqolla birləşsəm nə olacaq ki?


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -29

Şıxızadə Rizvan: Bu gün dünyada gedən mübarizə nə pula görədi, nə sərvətə görədi. Rus mətbuatı yazır amerikalılar İraqı işğal edəndə bunkerlərdə olan milyard dollarları götürüb aparmadılar, o qədər pulu yandırdılar (Çünki o dollarları ABŞ özü kağız kimi istehsal edir, heç bir dəyərə söykənməyən o dollar kağızlarını bütün dünyaya müəyyən faizlərlə borc verir). Sionistlərin bircə məqsədi var: 1 milyard əhalidən ibarət yeni qlobal dünya yaratmaq!
Yeni dünyada nə dinlər, nə dövlətlər, nə bayraqlar, nə dillər, nə də millətlər olacaq. Dünyanı yəhudilər və qismən də ingilislər idarə etməlidi. Bu gün bu iyrənc planın həyata keçirilməsinə hansı ölkə, hansı millət yardim edirsə, onlar bəşəriyyətin düşmənidir. Bu plana qarşı mübarizə aparan İran (müsəlman), Rusiya (xristian), Çin (buddizm) və s. ölkələr bizə qardaşdır!
Kamal Yaşar: Əmin olun ki, döyüş başlasa da ilk sırada gedənlər yenə həmin “aqressiv müsəlmanlar, dindarlar” olacaq və inanın ki, onda da bəziləri tapılacaq ki, Bakıda isti peçin qırağında otursun və desin ki, mən qələm adamıyam, mənə dəyməyin... Mənim də dostlarım, tanışlarım, iş yoldaşlarım arasında ateistlər, deistlər, karateistlər, nə bilim nə istlər olduğu kimi dindarlar, müsəlmanlar da var və inanın ki, mən indiyə qədər onlardan pis bir şey görməmişəm. Bu qaragünlər sizin gözünüzə niyə belə görünür hələ də anlaya bilmirəm vallah. Yadınızdadırsa aylar öncə hicab məsələsi gündəmə gəlmişdi və onda da və bir çoxları da efirlərdə hicabın “qorxulu” tərəflərindən mühazirələr oxuyur, onun təhsildə geriliyə səbəb olmağı barədə “əsas”lar gətirirdilər. Ancaq bu günlərdə ali məktəbə qəbul imtahanında bir hicablı qız 700 bal toplayanda sanki qurbağa gölünə daş atıldı. Bu bir neçə gündə hicabı müzakirə etməkdən ötəri ürəyi gedən kanalların bircəsi də o qızla maraqlanmadı.
AnarXist Anar-Xist: Mikrafonu söndürülmüş millət vəkili olmaqdansa normal Wi Fi olan Feysbuk üzvü yaxşıdır. Feysbukda 1 gün ərzində yazılan ağıllı fikirlər 30 ildə bizim parlamentdə səslənməyib. Ona görə də xalq özü özünə vəkillik etsə, daha çox qazanar, nəinki taleyini filankəsə-bəhmənkəsə etibar etsə....
İlkin Fəryad Əkbərli: Mən Azad Azərbaycan istəyirəm. Turan-MALVURAN zad mənimçün boşdur! İyrənirəm artıq TÜRKÇÜ sözündən. Mən də ülkü ocaqlarına çox qatılıb üzv olmuşam. Amma belə insanlıq ideologiyası olmaz. İyrənirəm artıq belə şeylərdən. Monqolla birləşsəm nə olacaq ki? Türkiyənin köləsi olacağıq da hamımız! Öz dilimiz yaddan çıxacaq. Artıq GELİYORUM, AŞKIM sözləri olacaq ana dilimiz. Budurmu sizin əqidəniz, ideyanız? Azərbaycanı və Azərbaycançılığı məhv edə bilməyəcəksiniz!
Sabir Şindani: Türkiyəni bizə böyük qardaş kimi soxuşdurmağa calışanlar azərbaycanlı vətəndaşlara hörmət qoymayan zümrələrdir ki, əslində Türkiyənin timsalında bizim üçün öz böyük qardaşlarını, yəni Qərb imperialistlərini soxuşdurublar. Türkiyənin yalnız adından istifadə olunur, çünki Türkiyə özbaşına deyil, ondan heç vaxt Azərbaycan üçün böyük qardaş çıxmaz.
Taleh Məmmədov: Bu gün Azərbaycan insanının əxlaq etalonu Zaur Baxşəliyevdir. Milləti studiyaya çıxarıb əxlaq, davranış dərsi keçir, “neprav” çıxarır.
Cavad Təbatəbai: Bəzi xaricdə yaşayanlar son illərdə İsveç və ya İsveçrə kimi ölkələrdən bir sıra sözlər öyrəniblər və onlar düşünür ki, Azərbaycan, Quzey Azərbaycana birləşsə cənnət olacaq. Onlar bilsin ki, burda böyük şübhələr var. Hələ tarix göstərməyib ki, yer üzündə cənnət olsun. Elə Quzey Azərbaycan bizim qonşuluğumuzda olan bir cəhənnəmdir.
Fərhad Həsənzadə: Şiə, sünni- bunlar islamdandı, nurçuluq və vahhabiçilik isə sionistlərlə anqlosaksların icadıdı. Vızqıracaqlar!!!
Müslim Abdullah: Sadəlövh olub rəsmi təbliğata aldanmayaq. Osmanlı ordusunu Azərbaycana buraları ilhaq etmək, ələ keçirtmək üçün gəlmişdi. Hətta Şirməmməd Hüseynov da bunu deyir. Bunu anlamaq üçün xüsusi bilik sahibi olmaq lazım deyil. Bizə xeyri oldu ki, babalarımızın soyqırımı dayandı. Amma Osmanlı 1-ci dünya müharibəsində uduzmasaydı, indi Osmanlının vilayətlərindən biri idik.
İbrahim İmanlı: Deyəsən Çerçil deyib (ya da Şarl De Qol), rus xalqı ona görə məğlubedilməz və böyük deyil ki, qeyri-adi istedadları və ya elmi var. Ona görə böyük və güclü xalqdır ki, hər zaman çətinliyə düşəndə, çıxılmaz vəziyyət yaranan kimi Stalin kimi birisini yetişdirib çıxarır və xalqı birləşdirib, qeyri-adi ağlıyla rus xalqını qalib edir. Bu, tarixdə bir neçə dəfə olub.
Nizami Məmmədov: Mənim fikrimcə, V.V.Putinin simasında rus xalqı yenidən bəşəriyyəti xilas edə biləcək böyük bir şəxsiyyəti, dövlət mütəfəkkirini ortaya qoyub.
Elxan Zaman: Şah İsmayılı qınayanlar ki, osmanlı ilə vuruşub. Əgər osmanlının həqiqi mahiyyətini görmək istəyirsinizsə, baxın indiki Türkiyəyə, məqamdır. Sultan Səlimin necə bir oğraş olduğunu görmək istəyirsinizsə, uzağa getməyin, elə Ərdoğana, Davudoğluna, Fətulla Gülənə, Dəmirələ, Turqut Özala, tumansız Ahmed xocaya, Ahmed Marankiye baxın... Hər şey Ahmed xoca kimi, Deniz Baykal kimi lüt-üryandır. İnsafınız varsa, görün ki kişi oğlu kişi Şah İsmayıla qarşı hansı rəzillər vuruşurmuş...
A kişi bizə rus lazımdı: Diktator Stalinin bir oğlu əsirlikdə həlak oldu, digər oğlu müharibənin axırına qədər təyarəçi kimi döyüşdü. Oğulluğu Artyom müharibəni artilleriyaçı kimi başa vurdu. Qanlı diktator Mir Cəfər Bağırovun oğlu qəhrəmancasına həlak oldu. Millətçi-demokrat İsa Qəmbərin öküz boyda gədələrini ancaq şadlıq saraylarında görmək olur. Bir gədəsi 5-10 gün qospitalda yatdı, sonra aranı cırdı. Amma bunlar hamısı boş şeydir. Əsas demokratiyadir, insan hüquqlarıdır, azad seçkidir. Əsgərlik boş şeydi.
Piri Baba: Beynəlxalq Sionizmə bağlı olan Holivud və Media insanların təkrar şimpanzeyə çevrilməsindən ötrü gərgin iş aparır. Çünki Talmud deyir təkcə yəhudi insandır, qalanlarını Allah yəhudilərə xidmət üçün yaradıb və onlar özlərini insan saymamalıdir.
Rusiya Dağılacaq: Ermənilər ancaq elə Qarabağı ala bilərdi. Hətta Gəncəbasarla bacara bilmədilər və bilməzdilər. Şəki, Şirvan, Muğan haqda heç danışmırıq. Ümumiyyətlə, bu sirri-xüda deyil, niyə Şuşa kimi qala verildi, ona nisbətən əlverişsiz cografi şəraitdə olan başqa rayonlar isə müdafiə olundu? Bir rayonların əhalisi cəbhədən hətta silah-sürsatı da oğurlayıb, qaçıb gəlib onu paytaxtda satanda, o biri rayonlarda döyüş vaxtı rayonu tərk etməyə görə adamı güllələyə bilərdilər. Müharibə elə şeydir ki, pafos, süni vətənpərvərlik, barışmaz millətçi obrazı filan yaxınlıqda eşidilən ilk güllə vıyıltısı ilə sovrulur. Real döyüş şəraitində insanın həqiqi mahiyyəti (individual və kollektiv, o cümlədən irqi, etnik, dini və s.) nədən ibarətdirsə, o da özünü göstərir. Qürbətdə ermənilərlə çox rastlaşıb, təmasda olmuşam. Bacarıqlı və istedadlı millətdirlər, inadkarlıqları ilə seçilirlər. Bir çox göstəricilərə görə azərbaycanlılardan üstündürlər. Amma birmənali şəkildə azərbaycanlıları məğlub edə biləcək dərəcədə yox. Münbit şəraitlərdə azərbaycanlılar ermənilərə layiqli cavab verə, hətta onları məğlub edə bilərlər. Artıq təxmin etmiş olarsız ki, hazırki şəraitlər lazımidən uzaqdır. Hazırki “Azərbaycan” və “azərbaycanlılar” əbədi məğlubiyyətə məhkumdur. 20 ildən artıqdır ki, bir-birinə az aidiyyatı olan region və tayfalardan birtəhər vahid millət düzüb-qoşmaga çalışırlar. Bunda qəbahətli heç nə yoxdur. Qəbahət bundadır ki, milli quruculuq (national building) hansısa başlanğıca, hansısa mərkəzə əsaslanmalıdır və nə qədərki ölkənin yerli şərq camaatı belə mərkəzə çevrilməyib, o “Azerbaycan”ı apar tulla. 
Aleksandr Duqin: Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-a stavka etdi vә bu, Gürcüstanın әrazi bütövlüyünün itirilmәsi ilә nәticәlәndi. Türkiyәnin baş naziri Әrdoğan ABŞ-a stavka etdi, nәticәdә xalq üsyanı ilә qarşılaşdı. Misir prezidenti Mursi ABŞ-a stavka etdi vә Әsәdә qarşı açıq cәbhә aldı, nәticәdә Mursini hәrbi çevrilişlә hakimiyyәtdan uzaqlaşdırdılar. Bütün bunlardan isә aydın olur ki, regiondakı siyasәti artıq ABŞ müәyyәn etmir.
Həmid Herisçi: Maarifləndirmənin həmişə yeri var. Biz bir xalq kimi maarifləndirməni sovet dövründə keçmişik. Bu ideologiyanı Sovet hökuməti gətirmişdi. O dövrdə Azərbaycan əhalisinin bütün təbəqələri savadlandı. Fikriniz Ərəbistana, Türkiyəyə, İrana getməsin. Ümumi savad səviyyəsi Azərbaycanda çox yüksək idi. Sosializm nəticəsində biz ictimai təfəkkürlə zənginləşmişik, xeyli qabağa getmişik. Bu, bütün sahələrdə özünü göstərir. Ümumiyyətlə, dünyada və xüsusən şərqdə azərbaycanlılar qabaqcıl insan tipi hesab olunur. Mən bu xüsusiyyəti güneylilərə, xüsusən təbrizlilərə aid edərdim. Onlar çox müasirdir. Güney Azərbaycan maarifləndirmədən keçməsə də, Təbriz camaatı kitaba, oxumağa, müasirliyə meyillidir. Maarifləndirmə Rusiyanın siyasətidir və Qori Müəllimlər Seminariyasından, rus-tatar məktəblərindən başlamışdı. Son 20 ildə Rusiya ilə bağlı olan maarifləndirmə xətti zəifləyib. Nəticələr yaxşı deyil. Bilirsiniz, Azərbaycan Avropa mədəniyyətini də Rusiya vasitəsilə alıb. Bizim Avropa ilə birbaşa mədəni əlaqələrimiz yoxdur. Fikir verin, bu gün nə qədər Avropaya inteqrasiya haqqında söhbətlər gedir. Ancaq mədəni inteqrasiya yoxdur. Çünki bizim dünya ədəbiyyatına, mədəniyyətinə çıxışımız Qori Müəllimlər Seminariyasının vaxtilə qoyduğu qədim ənənə ilə mümkündür. “Dəli Kür” filminə baxmısınız? Çernyayevski, rus-tatar məktəblərinin hazırlanması... Doğrudan da, Rusiyada təhsil alan azərbaycanlılar gəlirdilər, burada dissertasiyalar müdafiə edirdilər, elmi işlər yazırdılar. Akademiyamızın, yaradıcı təşkilatların yaranması hamısı həmin xətlə gedirdi. Bu xətt özünü doğrultmuşdu. İyirmi ildir ki, bu xətt dayanıb. Maarifləndirməni canlandırmaq lazımdırsa, yenidən rus-azərbaycan məktəbləri qurmaq lazımdır. Yeni Çernyayevskiyə ehtiyac yaranıb.
Elçin Bayramlı: Nəyi nəyə dəyişdiyimizi dərindən analiz edəndə adam intihar etmək istəyir. Neft istisna bütün iqtisadiyyat dağıdılıb. İxracın 96 faizi neftdir. 70 ildə yaradılmış nəhəng iqtsadiyyatı 7-cə ilə dağıtdılar. O vaxt buna əl çalanlar indi zülm çəkirlər.
Əsgər Fərdi: Mən 20 ildir ki Ələkram Hümmətov haqqında müxtəlif boğazlardan artıq-əskik sözlər eşidirəm, ancaq gözümlə gördüyüm onun qəhrəmanlıqları olub. Ondan gördüyüm gecə-gündüz ərzində 3 saat yatmaq, 4-5 günlərlə ayağından çəkməsini çıxarmamaq, düşməndən zərrə qədər qorxmamaq, cılız canında böyük bir aslan ürəyi daşımaqdır. Əgər dünyada 2 nəfər könüldən və səmimi Qarabağ sevdalısı və Azərbaycan aşiqi olsa, mənım gördüyüm Ə.Hümmətov birincisidir. Xüsüsilə mən 34 nəfər iranlı ilə birlikdə Ağdərədə ermənilərin mühasirəsindən qurtulduqdan sonra, bizi qurtaranların talış balası və Ələkram kişinin adamları olduğunu gördükdən sonra yaxşı anlamışdıq ki, bizi 3 gün o blokadadan ya qurtara bilməyən, ya da qurtarmaq istəməyən bir çox insandan daha çox mücahid və Azərbaycan fədailəri kimlərdilər.

Комментариев нет:

Отправить комментарий