Страницы

13.07.2015

"QƏDİM HƏMAT TARİXDƏ" kitabı işıq üzü gördü

Müəlliflər: V. Mirzəzodə, R. Xansıvo. 
Rəyçilər: Bəxtiyar İzzətov, Hacı Etibar Əhədov.
Redaktor: Əlimərdan Şukurzodə.

Bakı, "MBM" 2015, 356 səh.

Kitab Talış diyarının həm tarixi, həm də təbiəti ilə seçilən Hamarat kəndi haqqındadır. Hamarat kəndi Lerik rayonunun tərkibində olan qədim bir kənddir. Burada kəndin toponimi, tarixi və mənşəyi haqqında elmi yazılar və araşdırmalar yer alıb. Bunlarla yanaşı kənddə və ətraf kəndlərdə yaşayan tayfalar və nəsillər haqqındada məlumat verilmişdir. Zərdüşt peyğəmbərin, Midiyanın və s. kəndlə nə əlaqəsi?! Qeyd etmək lazımdır ki, kitabda mənbələr, sənədlər Azərbaycan, Gürcüstan və Rusiya Milli arxivlərindəndir. Kitabın sonunda isə kəndə aid toponimlər verilmişdir. Ümid edirik ki, kitab təkcə kənd əhalisi üçün yox, həm də böyük oxucu kütləsi üçün də maraqlı olacaq. Çünki kitabda təqdim olunan faktlar və mövzular ümumi oxucular üçündür. İnanırıq ki, kitab hər kəsin ürəyincə olacaq.

Комментариев нет:

Отправить комментарий