Страницы

20.07.2015

Sevilmli aktrisam Nəsibə Zeynalova üçün

Ramin Cahangirzadə

Bir qız tanıyıram
İlmək çalır özünə
Özünü 
Öz əlləri ilə toxuyur
O qız deyil
O xalçadır
O özünü toxuyandan sonra
Özünü ürəyində sərir
O xalça deyil
o yağışdan toxunmuş
Yeddi boyalı
Göy qurşağıdır
Onu Pəmbə buludların arasında olan evdə
Fatma nənə toxuyur
Fatma nənənin əlləri Pəmbə buludların içində
Buludlar üsyan edəndən sonra
Fatma nənə göydən düşür
Fatma nənə indi 
TRT1-də seriala baxır...

Комментариев нет:

Отправить комментарий