Страницы

27.07.2015

Türk ordusu Suriya ərazilərinə niyə girdi?

Əkrəm Hacızadə

Ərdoğan yenə çirkin siyasət maşınını işə salmaqdadır. İllərdir Suriyada misli görünməmiş qanlı cinayətlərə əli batmış terrorçuları dəstəkləyən Ərdoğan, indi isə guya dövlətçilik və humanistlik prinsipləri əsasında Suriyaya ordu yeridir. Bəzi media orqanları isə, bu hücumun arxasında İŞİD faktorunun olmasını yazır. Amma məsələnin həqiqi tərəfi tam başqadır. Suriyaya hücum planı, bir neçə il öncə nəzərdə tutulmuşdu. Hələ illər öncə ordu generalları, Milli Kəşfiyyat İdarəsinin sədri və Ərdoğan üçlüyünün Suriyaya hücum planına aid dialoqun səs yazısının saytlara sızması, onların məkrli planından xəbər verirdi. Ərdoğanın, nə məntiqə və nə də beynalxalq normalara sığan bu təcavürkar addımı, heç bir humanistlik və dövlətçilik prinsi ilə hesablanmır. Burada məqsəd tam şəxsi maraqlardır. Bu hücumun arxasında iki əsas amil dayanır. Birisi, İraq xülyasının mümkünsüz olduğunu görüb oradan əlini çəkən Ərdoğan, Suriyadakı məğlubiyyəti ilə də barışa bilmir. Əgər İraqdakı kimi Suriyada da əsas idarəni İranın himayə etdiyi müqavimət gücləri və dövlət ələ alarsa, imperialist qüvvələr qarşısında əsas təqsirkar AKP olacaqdır. Əslində Ərdoğanın bu addımı, ABŞ-ın İraqdakı "İŞİD-lə mübarizəsi"nə bənzəyir. Yəni iddia olunanın tam əksi. Ərdoğan Suriyada İŞİD-dən çox, ən-Nusra və digər terror quruplaşmalarını maliyələşdirir. Onlara siyasi və maddi dayağı isə, göz önundədir. Amma terrorçuların günü-gündən zəifləməsi, Ərdoğanı hiddətləndirə bilməzdi. Ortada, puç olan milyardlarla pul və siyasi imic, Ərdoğanı özündən çıxardıb. Bundan əlavə, din adı altında maskalanaraq hakimiyyətə gələn Ərdoğanın, artıq ölkə daxilində də, imicinə böyük zərbə dəyib. Son seçkilər bu iddianın ən bariz nümunəsidir.
Ərdoğanın qanunsuz təcavüzünün ikinci və əsas səbəbi isə, ölkə daxilində olan məlum parlament seçkilərləri ilə bağlıdır. Məğlubiyyət və koalisiya hökuməti ilə barışa bilməyən Ərdoğannın, ikinci dəfə seçkilərə qatılmamaq üçün, Suriya oyununa əla atdı. Bu həm də vaxt qazanmaq üçün atılan addım idi. Ərdoğanın bu cinayətə əl atacağı ondan gözlənilirdi həm də. İlk olaraq ölkə daxilində İŞİD adına terror oyunu oynayan AKP, daha sonra isə bu bəhanə ilə kifayət qədər zərbələr görmüş Suriya torpağına hücuma keçdi. Bir sözlə, töküləcək günahsız insanların qanı hesabına, "şahlıq" vaxtını uzatmaq istəyir. 
Maraqlıdır ki, hücumdan öncəki terror hadisələrində, İŞİD-in türkiyədə olan liderlərindən heç biri tutulmadı və heç bir İŞİD dərnəyinə hücumlar olmadı. Əksinə Türkiyə daxilində İŞİD-lə mübarizə aparan və son bir neçə gündə 10-a yaxın İŞİD üzvünü öldürən kürdlər nəzarət altına alındı. Digər diqqəti çəkən bir məqam isə, kütləvi olaraq bu əməliyyatların İŞİD əleyhinə aparıldığı təbliğ olunsa da, maraqlıdır ki, AKP-ə aid media və siyasətçilər, heç biri bu iddanı etmirlər. Onlar Türk əsgərlərinin Suriya girdiyini və Allahdan onlara yardım istəmələrini yazırlar. Amma nədənsə, ölkəmizdə belə bəzi media nümayəndələri Ərdoğanı qəhrəman kimi qələmə verməkdə maraqlıdırlar. Yad ölkəyə hücum nəticəsində həyatını itirən Türkiyə ordusunun üzvlərini isə, "şəhid" adlandırmaq heç bir islam fundamentləri ilə uyğun gəlmir.
Bir məsələni də qeyd edim ki, Türkiyənin Suriyada "uğurları" kimi göstərilən əməliyyat nəticələrinin əksəriyyəni reallığı əks etdirtmir. Hətta bir əməliyyat videosunun, əslində İraq əsgərlərinin terrorçulara qarşı etdiyi əməliyyatın lent yazısı olduğu ortaya çıxdı. Onsuz da, iddia olunan fantastik göstəricilər çox gülməli idi. Bəzi saytlar yazır ki, Türkiyə bir neçə kəndi azad etdi, yüzlərlə terrorçu qırıldı. Yəni bu irəliləyişlə, 1 həftədə orta şərqi fəth etmək olar. Fərz edək ki, Ərdoğan qüvvələri Suriyanı işğalçılardan azad etmək istəyir. O zaman deyin görək azad edib kimə verəcək? Qan düşmanı hesab etdiyi Bəşər Əsədə? Göz görə-görə Ərdoğanın qonşu torpaqlarıını işğal etdiyi gündən də aydındır. Təbii olaraq bu dəfə də, Ərdoğanın işğalçı siyasətinin baş tutacağı heç də inandırıcı görsənmir. Sözün əsl mənasında Ərdoğan başını itirib. O elə bir bataqlığa düşüb ki, həm çıxa bilmir, həm də çabaladıqca daha da süqut edir. AKP işğalçı siyasətilə öz siyasi tarixinin ən böyük səhvinə yol verdi və əminəm ki, bu yanlış addımın bədəlini hələ çox ödəyəcək.

azadxeber.net

Комментариев нет:

Отправить комментарий