Страницы

16.08.2015

AZƏRBAYCAN KOMMUNİSTLƏRİNİN “XXI ƏSR YENİ PARTİYA PROQRAMI” HAZIRLANIR

Azərbaycan Kommunist Partiyasının həyatında çox əhəmiyyətli bir proses davam edir. “XXI əsr Yeni Partiya Proqramı”nın hazırlanması üzrə yaradılmış işçi qrupu gərkin və səmərəli fəaliyyət göstərir. Bu barədə Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov avrasiya. Info-ya məlumat vermişdir. 
Onun sözlərinə görə “XXI əsr Yeni Partiya Proqramı”nın formalaşdırılmasının konsepsiyasının ilkin əsas müddəaları artıq müzakirə edilmişdir. Keçirilmiş müzakirələr əsasında işçi qrupu belə qənaətə gəlmişdir ki, Azərbaycan Kommunist Partiyasının “XXI əsr Yeni Partiya Proqramı”nın hazırlanmasının əsas başlanğıc müddəaları: XX əsrin ikinci yarısından başlayaraq ümumdünya imperializminin maliyyə imperializmi formasında təzahürü; XX əsrin sonlarında Şərqi və Mərkəzi Avropa sosializm ölkələri məkanında korrupsiyalı kapitailzm dövlətlərinin yaranması və inkişafı; XX əsrin ikinci yarısından başlayaraq ümumdünya maliyyə imperializminə qarşı Beynəlxalq sosial-demokrat hərəkatının mübarizəsi formaları; XXI əsrin 2-ci onilliyində qlobal miqyasda yeni iki güc mərkəzi: ABŞ-Avropa ölkələri İttifaqı birliyi və Rusya Federasiyası-Çin Xalq Respublikası (Avrasiya Birliyi) ətrafında Orta Asiya, Hind-Çin və Latın Amerikası ölkələrinin qütübləşməsi proseslərində Azərbaycan dövlətinin mövqeyi; Azərbaycan Respublikasının dövlət quruluşunun qorunub saxlanılması; Beynəlxalq kommunist hərəkatında yaranmış vəziyyət; Azərbaycanda siyasi vəziyyət və siyasi partiyaların fəaliyyəti; Azərbaycan Kommunist hərəkatında yaranmış vəziyyət; Azərbaycan Kommunist hərəkatının sosial bazası  adlı bölmələrdən  ibarət olmalıdır.
Ədalət Abdinov bildirmişdir ki, işçi qrupunun növbəti iclasında “XXI əsr Yeni Partiya Proqramı”nın formalaşdırılmasının konsepsiyasının ilkin əsas müddəaları sırasına əlavə olunan daha dörd müddəa: Cəmiyyətdə marksizm-leininizm və teologiya (dini) ideologiyalarının qarşılıqlı münasibətləri forması; Kommunistlərin dini mövhümatçılığa münasibəti; Cəmiyyətdə milli münasibətlər; Faşızmə (rasizmə) aparan millətçilik idelologiyasına kommunistlərin münasibəti; Cəmiyyətdə dövlətin hakimiyyəti qollarında qanunvericiliyə riayət olunması, məmur özbaşınalığına sərt münasibət, icra hakimiyyətindən, məhkəmə hakimiyyətindən Azərbaycan Respublikasında dövlət hakimiyyətinə qarşı yaranan təhlükələrin qarşısının alınması; Kommunistlərin Əxlaq Kodeksi müzakirə edilmişdir.

Ədalət Abdinov demişdir ki, Azərbaycan Kommunist Partiyası bütün zəhmətkeşləri – fəhlələri, kəndliləri, ziyalıları Proqramda irəli sürülən tarixi vəzifələrin yerinə yetirilməsi uğrunda var qüvvə ilə çalışmağa çağıracaqdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi əmindir ki, sosializmə meyilli insanlar “XXI əsr Yeni Partiya Proqramı”nı öz doğma işi kimi qarşılayacaq və onun həyata keçirilməsi üçün var qüvvələrini sərf edəcəklər.

avrasiya.info

Комментариев нет:

Отправить комментарий