Страницы

15.08.2015

Bezdik ateist əlindən!


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -32

Lalə Mehralı: Bəs Suriyada nədir Obamanı narahat edən? Bəlkə Əsədin 12 illik hakimiyyəti dövründə ölkədə inşa etdirdiyi 8 min məktəb, 2 min institut, 40 universitet açılması “Ağ Ev”i narahat edib. Suriyada adam başına düşən milli gəlirin 300 % artması da ABŞ-ı narahat edə bilərdi. Son 12 ildə bu ölkədə tikilən 11 600 min yaşayış massivi, 6 min xəstəxana, poliklinika da, yeni qurulan 5 iri sənaye şəhəri, 600 % artan əkinçilik və sənaye istehsalı, canlanan turizm sektoru da qlobal quldur dəstəsini qıcıqlandıra bilərdi. Oxuma-yazma bilməyən insanlar əhalinin yalnız 1%-ini təşkil edir! Bu nə deməkdir? Təcili savadsız, mövhumatçı kütlə yetişdirmək lazımdır ki, idarə etmək asan olsun. Ərəb ölkələrində olduğu kimi...
Müttəqi Bərməki: Osmanlı dövləti Təbrizə gələnə qədər 200 min şiə başı kəsdirmışdi. İndiki Syriyada törədikləri vəhşilikləri kimi. Hansı qardaşlıqdan dəm vurur bunlar, bilmirəm!
Sahil Qənbərli: Stalini indiki dümbələklər anlamaz. Onun elədiyi hər şey doğru idi. Kobanı anlamaq üçün ilk öncə Amerikanın “Böyük Orta Asiya” layihəsindəki qan izlərini görmək lazımdır.
Ceyhun Salahov: Hamimiz türkük deyənlər Çaldıran döyüşündən danışmağı heç sevməzlər. Amma bir nəfər durub deyə bilməz ki, tarix boyu İranın, yəni farsların Azərbaycana hansısa bir pisliyi keçib.
Raqif Hacı: Bu gün şənbə günü olduğundan yenə Ərdəbilə getmək fikrim var. Oralarda yaşayan dost-tanış, qohumlarımı görməyə yox, həkimə... İndidən həkimin: “Sən ki cavansan, harda, niyə bu günə qalmısan?” kimi suallarını cavablandırmaq üçün yalan və nisbətən məntiqə uyğun gələn cavablar uydurmaq haqda düşünürəm.
Elçin Bayramlı: Qlobal peyvəndləmə prosesinin qlobal qüvvələr tərəfindən bəşəriyyətlə bağlı qlobal planlara xidmət etdiyi deyilir. Bu iddialar nə dərəcədə dəqiqdir, bunu birmənalı demək olmaz. Lakin iddiaçıların əllərində çox sayda sanballı arqumentləri və tutarlı faktları var. Əksini sübut edən və inkar edən isə yoxdur...
Tural Məmmədov: Mənim bir tanışım 3 il əvvəl Gürcüstandan 1 tonu 100 dollar olan portağala gömrükdə 800 dollar ödəyirdi.
Elşad Abdullayev: Bu həmin Əli Həsənovdur ki, MEA prezidenti, 91-lərdən biri, deputat, allah rəhmət eləsin, akademik Fərəməz Maqsudovun rəhbərliyi ilə H.Əliyevin xarici siyasəti haqqında “Azərbaycan beynəlxalq aləmdə” çoxcildli kitabını capa verəndə mənə xahiş edirdi ki, Ramiz Mehdiyevi də kitabın nəşrinə müəlliflərdən biri kimi salım. Biz də Ramiz Mehdiyevi müəlliflər kollektivinə əlavə edirdik. Lakin Fərəməz Maqsudov Ramiz Mehdiyevi kitabın müəlliflər heyətindən cıxardı. O deyirdi ki, Ramiz Mehdiyev naqis adamdır, onun adı bizimlə birlikdə çəkilə bilməz, mən icazə vermirəm Ramiz Mehdiyevin adı H.Əliyevin çoxcildli kitabına düşsün, mən razı deyiləm, Elşad müəllim bilin ki, mən H.Əliyevə cox yaxın oldugum ücün Ramiz Mehdiyev mənə qısqanır, bu adamdan nə desən gözləmək olar. Kitabın nəşri ilə əlaqədar mən tez-tez akademik Fərəməz Maqsudovun evində olurdum. Tanınmış akademik Fərəməz Maqsudov və ailəsi vəhşicəsinə qətlə yetirildi və bu günə qədər də cinayətkarlar tapılmır. Hətta cinayətkarları gördüyü ücün Fərəməz Maqsudovun azyaşlı günahsız nəvəsini də  arvadı və anası ilə birlikdə qətlə yetirmişlər.
Nizami Məmmədov: Oxumaq lazımdır, oxumaq, yenə də oxumaq.
Əsgər Fərdi: Akademik Bəkir Nəbiev bir gün mənə dedi ki, Ağdaşda tarlada işlayirdik, Kamaz saxlayıb, bir neçə nəfər gəlib dedilər, hər kim adam olmaq, professor olmaq istəyir, gəlsin və bizi tarladan alıb gətirib oxutdular. Eldar Salayev də onu təsdiqləyib dedi, mən də eyni şəkildə çoban idim, kəndin şura başçısı Valod adlı birisi idi, məni göndərdi oxudum və nəhayət, Landaonun tələbəsi oldum. Bunun harasında məntiq yoxdur?
Dr. Əli Şəriəti: “Bilirsinizmi, Avropada və xüsusi ilə də Amerikada nə qədər cinayətlər baş verir? Hətta ən geri qalmış, mədəniyyətdən xəbərsiz ölkələrdə də belə statistika qeydə alınmayıb. Çünki mədəniyyət və azadlıqdan dəm vuran bu super dövlətlərdə cəmiyyətdən intiqam almaq üçün məqam gözləyən qeyri-qanuni doğulmuşlar ordusu mövcuddur”.
Fergie Lanconi: Bizim ərazilərin və Asiyadakı xalgların mədəni uğurlarında Rusların töhfəsi danılmazdır!
Rauf Rəhimli: Rəhmətlik nənəm deyərdi ki, kürdü qapında gör! Kürdlər yeraz adı altında evimizin içinə girdilər. 
İbrahim İmanlı: Sovet təhsil sisteminin əsas məqsədi düşünən insanlar yetişdirmək idi. Qərb sisteminin məqsədi isə əmri gözəl icra edən qul yaratmaqdır. Məqsəd başqadir. Çünki iqtisadi sistem də başqadır. Məsələn, Türkiyədə 65 faiz insanlar gerizəkalıdır. Bunu özləri deyir. Qaynaqları da verə bilərəm. Keçəl dərman bilsə öz başına sürtər.
Asam IB: ABŞ-ı tərifləmək “mən oğraşam” deməkdir.
Samid Seyid Göktürk: İki həftə öncə İstanbulda Suriyanin dostları qrupu üz-üzə gəlib, problemi həll etmək istədilər. Dostlara baxın: ABŞ, İngiltərə, Fransa, Almaniya, İsrail, Səudiyyə Ərəbistanı, Oman, İordaniya...
Mehman Cabbarov: İşğal etmək o demək deyil ki, torpaqlarına qoşun yeridəsən, müharibə edəsən. İşğal etmək odur ki, ölkənin malik olduğu fundamental həyat tərzini, adət-ənənələrini, kökünü dəyişib sənə sərf edən formada qoyasan.
Şıxızadə Rizvan: Moskvada ermənilər öz evində, azərilər kirayədə, tacik, özbək, qırğızlar isə padvalda yaşayır. Buna da şükür!
Fyodr Dodtoyevski: “Liberal lakey kimi bir şeydi; gözləyir indi kimin çəkməsini təmizləyim”.
Ramin Musayev: Adolf Hitler yəhudiləri insanlığın düşməni adlandırmışdır.
Anar Musayev: SATICI QIZ kimdisə yaman axtarışa veriblər.
Hafiz Hacıyev: İsa Qəmbər hakimiyyətdən pul alır, hakimiyyət bunun çörəyini verir.
Seyid Cavad Təbatəbai: Türk dilində təhsilə zorlamaq, insanları böyük bir mədəni sərmayədən məhrum etmək deməkdir.
Nəsib Namazov: Azərbaycanın fatihəsi çoxdan verilib. Əsl Azərbaycan adını artıq unudun. İndiki Azərbaycan adlanan yer əsli-nəcabəti erməni və ya kürd olanlardır. Təmiz nəsil-nəcabəti azəri olanlar ya türmələrdə, ya başqa dövlətlərə qaçıblar, bəziləri də ki təkdilər deyə səslərin çıxartmırlar. Azərbaycan Nəsimiyə kafir deyərkən, Şah İsmayıla vətən xaini adı verərkən öldü. Və bil fatihəə...
Devran Abdullah: Amerikanın təcavüzkarlığı dünyada ona qarşı nifrəti genişləndirir. Hər kəsi Amerikaya nifrət etməyə və bunu yaymağa çağırıram. Amerika imperializminə qarşı ən güclü silah Amerikaya nifrətdir.
Fərhad Həsənzadə: Bir sürü provokator Sovet rəhbərliyindən müstəqillik, azadlıq tələb edirdilər. Bu provokatorlar BƏY adlandırılırdı. Onlar hamısı KQB-nin xüsusi dəstəsindən idilər, onları antisovet sovet məmurları idarə edirdi, yəni əcnəbi kəşfiyyata satılmış məmurlar idi. Cəsusları hakimiyyətə gətirdilər. Bu gün həmin təxribatçılar sürüsü müxalifət rolunda, həmin talançı quldurlar hakimiyyət, iqtidar rolundadı. Heç nə dəyişilməyib, inqilab xalqın inqilabı deyil, oğruların və fırıldaqçıların inqilabı idi. Ancaq avam və sadəlövh xalqın başına kül töküldü.
Rüfət Əhmədzadə: Qərb demokratiyasında humanizm sadəcə modelə verilən qonorardadır.
Mahir Əliyev: Məkkə və Mədine itlərin taptağı altında. Ərəb olmaq bir kişilik deyil. O ki qaldı vahhabi ərəb (Peyğəmbər və müqəddəslər istisnadır).
Ozal İsrafil: O vaxt məcburi köckünlər bu tərəflərə gəlməyə başlayanda bizim kəndə deyiblər ki, evləri yoxdur, hər ailə bir məcburi köckün ailəsni öz evində saxlasın, ən azından müvvəqəti çətinlikdir. Sonradan üstü açılıb ki, gələn ailələr yerli ailələrin evlərini əlindən almaq üçün “yuxarılara” müraciət edirmiş, ondan sonra bizm kenddə hamı öz evindəki məcburi köçkün olan ailələri qovub.
Sərt Tənqid: 1990-cI ildə Azərbaycan XTPA-nin iştirakıyla DQMV-də uğurlu əməliyyatlar seriyası başlanmışdı. Bir çox yaşayış məntəqələri azad olunmuş, erməni seperatçıları ərazidən sıxışdırılmağa başlanmışdı. Bütün bunların fonunda Əbülfəz Əliyev (Elçibəy), Pənah Hüseynov, Etibar Məmmədov, Tofiq Qasimov və I.Qəmbər “Vesti” kanalında xaincəsinə bəyanat verərək, Azərbaycandan ermənilərin deportasiya olunması, onların hüquqlarinin sıxışdırılmasi barədə yalan məlumat yaydılar. Erməni lobbisi bu bəyanatları əllərində mahna edərək, separatçıların əslində guya DQMV-də milli azadlıq hərəkatına qalxmış DQMV-nin yerli əhalisi olduğu barədə dünya KIV-də məlumatlar yaydılar. Xəyanətdir, razısınızmı?
Famil Əhədi: Sionist dünyanin ən qorxaq məxluqudu, sadəcə heyvani (aldatmaq, cildə girmək, yalan danışmaq, arxadan iş çevirmək v s.) xislətlərdən istifadə edibz, dünyada bir iş görə bilirlər. Məsələn, onlar insanların sadəlöhvlüyündən, mərhəmətindən, vicdanından və s. istifadə edib öz işlərini qabağa aparırlar.
Elşad Abdullayev: Heç kim çörəyi qulağına yemir! Müxalifət düşərgəsinin 99 faizi bu gün Rauf Arifoğlunun agent olduğunu bilir.
Samir Belil: 1988-ci ildə Azadlıq meydanına gedən insanlar, 20 il sonra bankda özündən 20 yaş kiçik birisinin önündə boynunu büküb “xala qurban, iki gün də gözlə, bu ayın faizini verəcəm” deyə yalvaracaqlarını bilirdilərmi?..
Sərdar Cəlaloğlu: Səməd Vurğunun 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının plenumunda çıxışı var, orda deyib ki, getdim Bağırovun yanına, 4 saat ona xalq düşmənlərinin kim olduğunu izah etdim. Onların hamısını təmizlədilər və əlavə adamların ifşa olunmasında iştirak edəcəm. Bu, Teyyub Qurbanovun kitabındadır.
Aydın Xan Əbilov: Bəlkə Əkrəm Əylisli demək istəyirdi ki, niyə vəzifəlilər əsasən iki bölgədəndir?
Elçin Bayramlı: İndi qaçqınlara 50 iqruşka ev tikib adını şəhər qoyurlar, amma Sovet hökuməti Razin kimi böyük şəhər tikib adını qəsəbə qoyurdu. İnqilabdan əvvəl Bakıda ağac barmaqla sayılırmış, amma kommunistlər Bakını on milyonlarla agacla təhvil verdilər, hansı birini deyəsən.
Tural Məmmədov: İran o İrandir ki, avtobus burdan Təbrizə 25 azn-ə gedir, ordan bura 11 azn-ə qayidir. İranı Ermənistanla iqtisadi əlaqələri olduğuna görə özünə düşmən sayanlar, Türkiyə-Ermənistan illik dövriyyəsi İran-Ermənistan illik dövriyyəsindən 2 dəfə çoxdur. Amma İranla düşmən olmağımıza tirka verən də Türkiyədir.
Səbinə Məmmədli: Öldürmüşük dədəmizi, goruna and içmək üçün.
Nicat Göyüşlü: Mənəviyyatı olmayan adama Tanrıdan danışmaq əbəsdir. Bezdik daha atest əlindən!
Ələddin Əsgərov: Tərəvəz mərkəzdən gəlir rayona. Nə olsun ki, vaxt var idi Lənkaran iqtisadi rayonu keçmiş SSRİ-nin 90 faizini tərəvəzlə təmin edirdi!
Taleh Məmmədov: Hakimiyyət aristokratlıqdır demişdim, bu doğrudan da belədir. İndiki hakimiyyətdə aristokrat yoxdur. Bunların çoxu dağı laqonda daşı ilə kəsib şərqə doğru axışmış çöllülərdir. Baxın Ziya Məmmədova, Kəmaləddinə, Rövnəqə, baxın onların üzünə, vid-fasonlarına, danışıqlarına. Bir nazirə yaraşırmı? Qətiyyən! Bəlkə Siyavuş Novruzovda aristokratlıq var? Yoxdur! Hakim zümrə aristokratlardan ibarət olmayanda aşağılar daha çox əziləcək. Aristokratiya böyük anlayışdı, bura geyimdən tutmuş dünyagörüşünə qədər, sənətlərə olan marağa qədər hər şey daxildir. Bizim hakimiyyətdəkilərdə bunlar yoxdur. Bunların hakimiyyəti tarixə “Çöllülərin hakimiyyəti” kimi düşəcək.

Комментариев нет:

Отправить комментарий